http://www.ref.by/refs/72/32296/1.html
СОЦИОЛОГИЧЕСКИЙ АНАЛИЗ ПРОБЛЕМ
СОВРЕМЕННОЙ СЕМЬИ.
Резюме
Г.А.Ахмедова
Ряд семейных проблем по общему правилу не зависят от социального статуса семьи и могут постигнуть обеспеченную, интеллигентную с такой же вероятностью, как малообеспеченную или малообразованную семью. Социальные работники в настоящее время занимаются оказанием помощи такой семье, преимущественно на этапе кризиса, в момент конфликта или распада. Но работать над профилактикой семейных дисфункций пока большинство социальных учреждений не в состоянии. Между тем это одна из важнейших задач социальной работы стабильного общества. По мере улучшения социальной ситуации в Азербайджане, проблемы семейной терапии, совершенствования и стабилизации семейных отношений выдвигаются на первое место.
В настоящее время современная семья сталкивается с такими проблемами как снижение рождаемости, нестабильность семьи, увеличение числа разводов и количества брошенных детей и др. Несомненно, подверженность семей этим тенденциям, протекающим в глобальном масштабе, имеет ряд причин.
В Азербайджане количество разводов невысокое в сравнении с соседними странами. По сравнению с Россией и странами Европы, в Азербайджане институт семьи довольно крепок. Но существующая статистика должна рассматриваться как сигнал тревоги для будущего поколения нашего общества. По этой причине, очень важно предотвращать разводы путем выявления их основных причин. В этой статье анализируются статистические данные, мнения исследователей, а также роль социологической политики в разрешении проблем современной семьи.
PROBLEMS OF MODERN FAMILY AND THE ROLE OF SOCIAL POLICY
IN RESOLVING OF THESE PROBLEMS.
Summary
G.A.Ahmedova
Family problems, according to common regularities, may arise independently from social status of a family, i.e. they may arise in wealthy, educated families or lower income and middle educated families. However, institutes involved with social problems meet challenges while resolving these problems despite the fact that resolution of these problems is one of the pivotal tasks of the social work in a stable society.
In Azerbaijan the improvement of social situation, including solution of family problems became one of the primary tasks.
Today in modern families most actual problems include birth-rate falling, family instability,increased number of divorce rate and child surrender cases, constantly rising number of children born out of wedlock, etc. No doubt, there are several reasons due to which modern families are exposed to these tendencies developing in global scale.
In general, the number of divorce cases in Azerbaijan is not high in comparison to neighbour countries. In Azerbaijan the families are more stable when compared to those in Russia and European countries. However, existing figures must be considered as alarm signals for our future. That is why, it is really important to prevent divorce cases by studying their major reasons. This paper analyses statistic data, researchers’s reviews, as well as the role of social policy in resolving of these problems.
MÜNAQİŞƏLƏRİN MƏRHƏLƏLƏRİ,
TƏSNİFATI VƏ TƏNZİMLƏNMƏSİ.
Emin Əsgərov
BDU-nun II kurs magistrantı
Açar sözlər:müxtəlif fərdlər və qruplar arasında münaqişə,
Ключевые слова: конфликт между отдельными лицами, группами, социальное и гражданское неравенство.
Key words: conflict between individuals, groups, social and civic inequality.
Münaqişə sözü latınca konfliktus sözündən əmələ gəlmişdir. Məqsədləri uyğun gəlməyən, öz istəyini həyata keçirmək məqsədilə mübarizə aparan bir neçə tərəf arasında baş verən hadisə münaqişə adlanır. Yəni, bir sözlə ictimai qrupların fikirlərinin müxtəlifliyi, məqsədlərin toqquşması ilə göstərilir. İnsanların tələbatları kifayət qədər ödənilmədik də münaqişənin yaranmasına gətirib çıxarır. Münaqişəli tərəflərin tələbləri yerinə yetirildiyi halda münaqişənin dayanmasına səbəb ola bilər. Münaqişənin bir-birini əks etdirən mənafelərin toqquşması, dövlətlərin mübarizəsi, cəmiyyət həyatının müxtəlif sahələrində mənafelərin təzahür edilməsi kimi göstərilir. Siyasətdə münaqişələr yaranır ki, məhz A. Zimmel, K. Bouldinq kimi alimlər münaqişənin siyasətin başlıca mənbəyi olduğununu söyləmişlər. Siyasi münaqişə hakimiyyət səlahiyyətləri uğrunda mübarizədir. Beynəlxalq münaqişə beynəlxalq münasibətlər sisteminin iştirakçılarının qarşılıqlı münasibətlərində ziddiyətlərin kəskinləşməsi mərhələsində yaranır. Beynəlxalq siyasi münaqişə dünya meydanında baş verən sosial birliklər arasında mənafelərin toqquşmadır. Beynəlxalq siyasi münaqişə xalqların və sosial birliklərin taleyinə mühüm təsir etmişdir. Bunun nəticəsində bir sıra dövlətlər öz müstəqilliyini itirmiş və ya mövqeyini möhkəmlətmişdir.
Siyasi münasibətlər ehtimal olunan elə çərçivə ilə məhdudlaşır ki, belə halda tərəflər arasında ziddiyyətli, hətta münaqişəli münasibətlər yaranır və tərəflərdən hər birinə ziyan dəyir [1, 136].
Siyasi münaqişələrin yaranmasına başqa ölkəyə təxribat həyata keçirmək əməli
(ermənistanın Azərbaycana silahlı təcavüzü), cəmiyyətin dəyişdirilməsi kimi fikirlər, sosial dəyərlərin nəzərə çarpacaq qədər az olması, siyasi gərginlik və təşkillatların fikir ayrlığı, vətəndaşların müəyyən sosial birliklərə mənsbub olduqlarını dərk etmələri və digər proseslərin olması təsir edir. Ermənistanın Azərbaycan ərazisinin 20%-ni işğal etməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi siyasi münaqişənin təzahürüdür.
Münaqişəli şəraitin demokratik tənzimlənməsi aşağıdakı bir sıra üsullarla təmin olunur:
-
Münaqişədə iştirak edən tərəflərin maraqları, planları və növbəti addımları barədə qarşılıqlı, çevik və düzgün informasiya mübadiləsi;
-
Güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhlükəsindən qarşılıqlı surətdə imtina etmək. Çünki bu hal münaqişəli şəraitin tənzimlənməsi imkanlarını heçə endirir;
-
Münaqişələri kəskinləşdirən hərəkətlər üzərinə qarşılıqlı moratorium qoyulmasını elan etmək;
-
Münaqişəyə cəlb olunan tərəflərin mövqelərinin yaxınlaşdırılmasına imkan yaradan mövcud hüquq normalarından, inzibati və digər üsullardana istifadə etmək və ya yeni hüquq normalarının və inzibati qaydaların qəbul olunması;
-
İşgüzar partnyorluq şəraitinin və gələcəkdə yeni münaqişələrə yol verməmək məqsədilə etibarlı münasibətlərin yaradılması [2, 591, 592].
Siyasi münaqişələrin xüsusiyyətlərinə onun ideoloji əsaslara malik olan dəyər aspekti aid edilir. Nəzəri-konseptual səviyyədən siyasi-proqram səviyyəsinə keçən idealogiya bilavasitə siyasi dəyər yönümlü siyasətin bütün subyektəri üçün vahid hüquqi sahə təşkil edir.
Müasir sosioloji ədəbiyyatda ziddiyətlərin, ixtilafların sahəsindən asılı olaraq münaqişələrin aşağıdakı təsnifatı verilir:
-
Şəxsiyyətin özünə aid olan münaqişə. Bu münaqişə sahəsi fərdi şüur səviyyəsində şəxsiyyətin daxilində baş verən münaqişəni əks etdirir.
-
Şəxsiyyətlərarası münaqişə. Həmin münaqişə bir qrupun iki və daha çox üzvləri və ya bir neçə qrup arasında baş verən ixtilafları səciyyələndirir.
-
Mənsubiyyət münaqişəsi. Belə münaqişələr fərdlərin ikiqat mənsubiyyətindən irəli gəlir. Başqa sözlə, onlar digər qrup daxilində qrup yaradır və ya fərd eyni zamanda bir-birilə rəqabət aparan hər iki qrupa daxil olur.
-
Qruplararası münaqişə. Bir neçə fərdin yaratdığı qrup (başqa sözlə, birgə fəaliyyətini əlaqələndirməyi bacaran sosial birlik) digər qrupla münaqişəyə başlayır. Münaqişəyə məruz qalan ikinci qrupda münaqişəni törədən birinci qrupun üzvü təmsil olunmur. Bu, ən geniş yayılan münaqişə növüdür. Çünki fərd başqalarına təsir göstərməyə cəhd etdiyi vaxt adətən özünə tərəfdarlar cəlb etməyə çalışır. Bu cəhd münaqişəyə təsiri yüngülləşdirmək məqsədilə qrupu formalaşdırmaq səylərindən irəli gəlir.
-
Xarici mühitlə bağlı olan münaqişə. Qrupu təşkil edən fərdlər kənardan təzyiqə məruz qalırlar. Bu, hər şeydən əvvəl, mədəni, inzibati və iqtisadi normalar və göstərişləri müdafiə edən təsisatlarla tez-tez münaqişəyə girişirlər [3, 298, 299].
Sosial münaqişələr daxili strukdurda mövcud olur və sosial qeyri-bərabərliyin olmasını göstərir.Daxili struktur dedikdə daxili siyasi münaqişədə aid edilə bilər. Daxili siyasi münaqişələrə dövlətin sərhədləri daxilində cərəyan edir.
Münaqişə öz inkişafında aşağıdakı mərhələlərdən keçir.
-
Latent mərhələsi: obyektiv problem situasiyasının yaranması, obyektiv problem situasiyasının dərk edilməsi; tərəflərin obyektiv problem situasiyasını münaqişədənkənar üsullarla həll etmək cəhdləri, münaqişə situasiyasının yetişməsi.
-
Münaqişənin başlanması: tərəflərin qarşıdurmasının ilk aktları, halları.
-
Açıq mərhələ: münaqişə insidenti, münaqişənin eskalasiyası, balanslaşdırılmış qarşılıqlı təsir, münaqişənin başa çatması.
-
Münaqişədən sonrakı dövr: opponentlərin münasibətlərinin qismən və yaxud tam normallaşdırılması.
-
Münaqişənin qurtarmasının müxtəlif formaları və nəticələri olur, lakin bir-birinə qarşı yönəldilmiş hərəkətlər dayandırılır [4, 389].
Münaqişənin iştirakçıları- dövlətlər arası münaqişələr, münaqişə iştirakçılarının mənafelərinin toqquşduğu sahələr, münaqişənin gedişat forması-silahlı, (1980-ci ilİngiltərə və Argentina arasında Folklend (Malvina) adaları zəminində baş verən münaqişə) gizli,münaqişənin təsnifləşdirilməsi, münaqişənin yaranma səbəbləri münaqişənin bir neçə növə ayrılması qismində iştirak edir.
Ümumilikdə isə münaqişənin dörd mənasını göstərməkmək olar:
-
uyğunsuzluğun dərk olunması;
-
gərginliyin artması;
-
hərbi güc işlətmədən təzyiq;
-
müharibə.
Münaqişə kontekstində sülh və total müharibə bir biri ilə sıx bağlıdır.
Dünya miqyasında baş verən sosial dəyişikliklər münaqişələrin həlli və siyasi münaqişələrin meydana çıxmasına səbəb olur. Bütün münaqişələrin əsasında mənafe durur. Vətəndaş öz mənafelərini müdafiə etmək üçün təşkilatlar yaradır bu da siyasi münaqişənin subyektlərinə çevrilir. Mənafenin tərəfdarları istənilən sosial münaqişəni mənafelərin münaqişəsi kimi həll etməyə səy göstərirlər. Mənafe sosial qrupların, sosial birliklərin, dövlətin inkişafını təmin edən tələbatdır.
Ümumilikdə kompromisə getməklə, danışıqlar aparmaqla siyasi münaqişələri dayandırmaq mümkündür.
ƏDƏBİYYAT
-
Günel MƏLİKLİ. Siyasi münasibətlərin mahiyyəti //Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu.-Elmi əsərlər; Elmi nəzəri jurnal № 1-2 (13)
-
Siyasi elmin əsasları. M.Əfəndiyev. Bakı-2008, 322 s.
-
Məcid Əfəndiyev, Azər Şirinov. Sosiologiyanın nəzəri problemləri:Bakı 2001, 514 s.
-
Ümumi sosiologiya. Z.T. Qolenkova, M.M. Akuliç, V.N.Kuznetsov.Bakı-2007, 635 s.
-
Holsti K. Peace and the War Armed Conflict and International Order.N.Y., 1991, 492 s.
ФАЗЫ, КЛАССИФИКАЦИИ И УРЕГУЛИРОВАНИЕ КОНФЛИКТОВ
Резюме
Емин Аскеров
Слово происходит от латинского слова konfliktus – спор на основе противоречия. Конфликты происходят между несколькими сторонами, которые борются между собой из-за несовместимых целей для того, чтобы реализовать свои желания. Стороны конфликтов – это участники межгосударственных конфликтов, конфликт интересов, вооруженного конфликта; конфликт является одной из причин социальной напряженности в обществе. Международные политические конфликты происходят на основе столкновения интересов сторон.
PHASE, CLASSIFICATION AND MANAGEMENT OF CONFLICT
SUMMARY
Emin Asgerov
The word comes from the Latin word konfliktus - dispute based on contradictions. Conflicts occur between several parties that are fighting with each other due to incompatible goals to realize their desires. Parties in conflict - are participants of interstate conflicts, conflict of interest, conflict, conflict is one of the causes of social tension. International political conflicts are based on the collision of interests.
ALKOQOLIZM VƏ NARKOMANIYADAN ASILILIĞIN YARANMA SƏBƏBLƏRI VƏ PROBLEMIN HƏLLI YOLLARI HAQDA
ƏhmədovaJalə
BDU-nun III kursmagistrantı
Açar Sözlər: narkomaniya, alkoqolizm, asılılıq, psixoloji asılılıq, vərdiş, cinayətkarlıq, təhlükə və ölüm.
Ключевыеслова:наркомания, алкоголизм, зависимость,психологическая зависимость,привычка, преступление, опасность и смерть.
Keywords: narcomania, alcoholism, dependence, psychological dependence, habit, crime, danger and death.
Alkoqolizm və narkomaniya problemi həmişə çox aktualdır. Heç kim üçün sirr deyil ki, alkoqolizm və narkomaniya insanlıq üçün çox böyük təhlükə yaradır. Narkomaniya və alkoqolizm – müasir dövrün ciddi sosial problemidir, narko və alkoqol asılılıqlı insanlar arasında ölüm faizi çox yüksəkdir, bundan əlavə onlara yaxın insanlarda bunnan çox güclü zərər çəkir.
İlk növbədə alkoqol insan səhhətinə zərər vurur, alkoqoldan istifadə onsuzda dramatik olan ölüm səhnəsini bərbadlaşdıraraq, somatik və psixi xəstəliklərin inkişafına gətirir.
Demək olar ki, narkomaniya cəmiyyətin xəstəliyidir. Narkomaniya getdikcə cavanlaşır, bu da gələcək nəsillərin sağlamlığını təhlükə altına alır. Narkomaniya - cəmiyyətin psixoloji sağlamlığının problemidir. Narkomanlar zəif və qeyri-sabit psixikaya malik olurlar, aqressivləşirlər. Bu da sosial narkomaniyanın daha bir aspektinə gətirib çıxarır – ölkədə kriminal şəraitin pisləşməsinə. Narkomanlar növbəti narkotik dozanın əldə olunması üçün istənilən cinayətə gedirlər.
Artıq məlumdur ki, profilaktika müalicəyə məcburiyyətə olanehtiyacı azaldır, axı xəstəliyi yaradan səbəbləri yox etmək daha asandır nəinki onun müalicəsinə cəhd etmək. Məhz buna görə alkoqolizmin və narkomaniyanın müalicəsindən əlavə bu ağır sosial problemlərin səbəbləri ilə mübarizə aparmaq mütləqdir. Bunun üçün onları doğuran əsas səbəblərin təyin olunmasıdır. Bu məqsədlə tədqiq olunacaq obyekt cəmiyyətdə sosial-psixoloji problemlərin öyrənilməsidir. Araşdırılan predmet alkoqolizm və narkomaniya problemləridir. Əsas tələblərsə:
-
Alkoqolizmi yaradan sosial - psixoloji səbəbin təyin edilməsi;
-
Narkomaniyanı yaradan sosial - psixoloji səbəbin təyin edilməsi;
-
Alkoqolizm və narkomaniya probleminin tələbə mühitində öyrənilməsi.
Alkoqolizm və narkomaniya problemlərinin teoretik öyrənilməsi
Əgər lüğətə nəzər yetirsək, görərik ki, narkomaniya (yunan dilindən narke - donma və maniya) – kiçik dozalarda eyforiya, böyük dozalardasa karlaşma, narkotik yuxu gətirən, narkotiklərə qarşısı alınmaz meyl yaradan xəstəlik kimi zarakterizə olunur.
Orqanizmə göstərdiyi təsirə görə həkim-mütəxəssislər narkotikləri aşağıdakı kimi bölürlər: ən zəifi – şokolad, sonra çay və kofe. Bu vasitələr əsasən hissləndirici hesab olunur. Sonra isə daha güclü vasitələr gəlir – kefləndirici narkotiklər: nikotin, marixuana, opium və s.
Tibbi ensiklopediyada alkoqolizm belə səciyyələndirilir: bu xəstəlik sistematik olaraq spirtli içkilər qəbulu ilə əmələ gələn, xarakterik olaraq asılılıq yaradan, psixi və fiziki pozğunluq yaradan və şəxsiyyətin sosial münasibətlərini pozan xəstəlikdir.
İlk dəfə “Alkoqolizm” termini 1849-cu ildə isveç həkimi və ictimai xadim M. Qauss tərəfindən spirtli içkilərdən istifadə edərkən orqanizmdə baş verən xəstəliklərin yaratdığı dəyişikliklərin məcmu cəmininin ifadə edilməsi kimi istifadə olunub. Sərxoşluqla alkolizm arasında bərabərlik qoymaq qətiyyən düzgün deyil. Sərxoşluq alkoqolizmə gətirir, amma xəstəlik sayılmır. Alkoqolizm səciyyəvi əlamətləri ilə xarakterizə olunur, hansı ki, onu “adət edilmiş” və “məişət” sərxoşluğundan fərqləndirir[1,səh 230].Alkoqolizm, əsasən araqla olan mədə-bağırsaq kanalının xroniki katarı, qaraciyərin sıradan çıxması, damarların pozulması, mərkəzi və periferik sinir sisteminin zədələnməsi (nevrit), psixikanın zəifləməsi, ruhi xəstəliklər və s. ilə gedən xroniki zəhərlənmədir.
Narkomaniyanın sosial-psixiloji aspektləri
Narkomaniyanın cəmiyyətdə yayılmasının əsas səbəbləri bunlardır: sosial həyatda xoşagəlməz şərait, ətraf mühitin mənfi təsirləri, gənclərin asudə vaxtlarının idarəedilməz xarakteri, işsizliyin artması, insanların aşağı səviyyədə sosial müdafiəsi və s. Aparılan tədqiqatların nəticəsi göstərirki, narkomaniya - əsasən gəncliyin problemidir. Bunu narkomanların yaş həddi təsdiqləyir: narkomanların 65 % - dən çoxu 30 yaşa qədər olan şəxslərdir. Narkoman tək öz həyatını məhv etmir. Hər il o, on – on beş insanı da bu pis işə sövq edir.
Narkotiklərdən istifadə qısa müddət ərzində qəbul olunan vasitədən asılı olaraq insanın fiziki və psixiki hissiyyatına təsir edir və ciddi asılılıq formalaşdırır. Xüsusi ağır xəstəlik olan narkomaniya əmələ gəlir. Narkomaniyada insan şəxsiyyətinin məhv olması, tənəzzülü alkoqolizmdə olduğundan bir neçə dəfə sürətli gedir. Narkomaniyanın formalaşması və inkişafı onun əsas üç əlamətinin yaranması ilə xarakterizə olunur: psixi asılılıq, fiziki asılılıq, tolerantlıq.
Psixi asılılıq – təkrar-təkrar müəyyən hissləri yaşamaq üçün əzablı meyllə daim və periodik narkotik vasitələrin qəbulu. O bütün hallarda müntəzəm olaraq narkotiklərdən istifadə zamanı, çox vaxtsa ilk istifadədən sonra yaranır.
Fiziki asılılıq – bu insan orqanizminin bütün həyat fəaliyyətinin narkotik preparatlardan xroniki istifadə zamanı xüsusi dəyişməsidir. O, prepatdan istifadəni dayandırdıqda, daimi fiziki və psixi pozğunluqlarla müşayət olunur. Bu narahatçılıqlar ancaq yenidən narkotikin qəbulu zamanı ya qismən ya da tam rahatlıq verir.
Toleranlıq – adaptasiya yaranmasıdır, narkotik preparatlara vərdişdir, nə vaxt ki, eyni kütlə az reaksiya verir. Ona görə də əvvəlki effekti almaq üçün xəstəyə həmişə narkotikin dozasını artırmaq lazım gəlir [3, səh89].
Narkomaniyanın bütün hallarında ümumi əlamətlər eyforiya, keyfin yüksəlməsi, sakit həzzlə müşayiət olunan düşüncənin tezləşməsi və ya ləngiməsidir. Lakin belə ehval sabit qalmır və ola bilər ki, dərhal narazılıqla müşayiət edilən ehvala çevrilsin.Keflənən şən, canlı, ünsiyyətcil, çox və yüksəkdən danışan, zəhlətökən olur. Bir çox hallarda hərəkətlərdə ləngimələr, tam hərəkətsizlik, hərəkətlərə reaksiyanın olmaması hiss edilir. Hərdən yüksək dozaların qəbulu ilə uzun müddətli olaraq tam huşun itirilməsi baş verir. Yerişin pozulması və yırğalanması, əllərin əsməsi xarakterik xüsusiyyətlərdir. Keflənənin sifəti maskanı xatırladır (sallaq dodaqlar, yarıqapalı gözlər), bəbək işıqlanmadan asılı olmayaraq genişlənir və işığa ləng reaksiya verir. Adətən bu hallarda yüksək tərləmə, puls zəifləməsi və sifətin rənginin solması baş verir.Preparatların təsiri sona çatanda narkomanlar əzgin, az hərəkətli, ətrafa laqeyd, mürgüləyən və ya dərin yuxuda olurlar. Bu vəziyyətdə onları oyatmaq hətta günün işıqlı vaxtlarında belə çox çətin olur. Narkomaniyanın çox hallarında aclıq, yüksək iştaha hiss edilir.
Narkomaniyanın qarşısının alınması və profilaktikasının sosial-psixoloji aspektinin əsasını aşağıdakı kompleks tədbirlər təşkil edir:
-
bu problemə qarşı əhalinin bütün qruplarının psixoloji, hüquqi, tibbi səlahiyyətlərinin yüksəldilməsi məqsədi ilə önləyici informasiya tədbirlərin görülməsi;
-
Narkotiklərin yayılması ilə mübarizəyə, əhali arasında narkotiklərin yayılmasına təsir edən faktorların müəyyən edilməsinə yönəldilmiş hüquqi-təşkilati məsələlərin psixoloji ekspertizası;
-
Narkotik asılılığı olan şəxslər üçün onların öz sosial əhatəsindən seçilmiş insanlardan sosial-psixoloji kömək məqsədilə xidmətlərin yaradılması;
-
Tibbi işçilərlə birgə narkotik qəbul edənlərin aşkar edilməsi və s.[2, səh 196].
Alkoqolizmin sosial-psixiloji aspektləri
Sərxoşluğa xəstəlik və problem kimi Hippokratın və Qalenin əsərlərində rast gəlinməyinə baxmayaraq, elmdə alkoqol asılılıq haqda ətraflı məlumatlar XIX əsrin ortalarından yayılmağa başlamışdır.
Sərxoşluq alkoqoldan hədsiz istifadə kimi xarakterizə edilir, hansı ki, şəxsin sağlamlığı ilə bərabər həm də onun sosial adaptasiyasını pozur.Bu gün ki, gündə alkoqolizmə ağır xəstəlik kimi baxmaq lazımdır. S.V. Dvornyak qeyd etdiyi kimi “alkoqolizm – yalnız alkoqol özü deyil, həm də həmin orqanizmin ona reaksiyasıdır, hansı ki, həmişə fərdi olur”.
Alkoqol asılılığa aparan faktorları şərti olaraq iki əsas qrupa bölmək olar:
-
şəxsin qeyri-adiliyində və onun orqanizminin xüsusiliyində gizlənən səbəblər (irsi, dəyişilən, psixiloji və s.)
-
insanların həyatına baş verən səbəblər (sosial, iqtisadi və sosial-psixoloji).
Alkoqolizmin əsas səbəblərindən biri müasir cəmiyyətin alkoqol ən-ənəsidir. Spirtli içkilər müasir həyatın ayrılmaz komponentinə, sosial mərasimlərin, rəsmi və qeyri-rəsmi tədbirlərin elemetinə çevrilib.
Alkoqolizmə tək sosial-iqtisadi şərait yox həm də mikrososial faktorlar da təsir edir. Bura kiçik qrupları əsasəndə ailə və yaxın əhatədə olanları aid etmək olar. Tədqiqatçılar alkoqol xəstələrinin ailələrini tədqiq edərkən onların ailə münasibətlərinin pozulması kimi hallara – ailə dağılması, valideynlərin əyyaşlığı, antisosial və kriminal rəftarları olan ailə üzvləri, aqressiya və s. rast gəlmişlər, hansı ki, gələcək əyyaşların uşaqlıq periodlarına təsadüf etmişdir.
Mənəvi aspekt. Sistematik alkoqol qəbulu zamanı tədricən insan şəxsiyyətinin devalyasiyası gedir. Əyyaşda davranışların idarəedilməsinin mənəvi əsası pozulur: o, ancaq alkoqola olan tələbin ödənilməsinə yönlənir.
Psixoloji aspekt. Məlumdur ki, əyyaşları bütün təbəqədən olan insanlar arasında görmək olar. Əgər alkoqolizmə dinamik planda baxsaq, bir çox mütəxəssilərin qeyd etdiyi kimi, “bu xəstəliyin ilkin etaplarında alkoqola vərdiş yaradan əsas səbəb ailə-məişət və istehsalat faktorlarıdır. Xəstəliyin ağırlaşması anlarında alkoqola patoloji vərdişin yaranmasında bioloji faktorların rolu artır”.
Ədəbiyyat
1. Ю.В. Валентик, О.В. Зыков, П.И. Сидоров, М.Г. Цетлин "Медико-социальная работа в наркологии" Архангельск, изд. Архангельской гос. мед.акад. 2007
2. Глинский А.И. "Отклоняющееся поведение как социальное явление" Человек и общество.выпуск VIII, П., 1971
-
A. Goodman. “Social work with drug and substance misusers”. Learning Matters, 2007
ПРИЧИНЫ И РЕШЕНИЯ ДЛЯ АЛКОГОЛЬНОЙ И НАРКОТИЧЕСКОЙ ЗАВИСИМОСТЬЮ
Резюме
Ахмедова Жаля
Почти все знает о вредности наркотиков. Несмотря на это попавшие на его сетъ увеличивается. Видимо оченъ мало людей имеет сведение как наркотики развивает человеческую жизнъ. Даже если иметъ силъную волъю ради избавлении от наркотиков делатъ это оченъ трудно и требует много времени. В нашей стране тоже принимается меры связынные с этими проблемами. Нo самое главное срединих этaп росцветание.
THE CAUSES AND SOLUTIONS FOR DRUG AND ALCOHOL ADDICTION
Summary
Ahmadova Jala
Almost everybody knows how narcotic is harmful. Despite of this the number of its users increases. It is seen that people have less information how narcotic disables man and his life. Even we have a strong will getting rid of narcotic it demand very exhausting and long time. It is also taken measures in our country related to these problems we mentioned above. But the main aspect of this measures is the awareness of people.
AZƏRBAYCAN RESPUBLIKASINDA ƏMƏK MIQRASIYASININ INKIŞAFI VƏ BU SAHƏDƏKI PROBLEMLƏR
Babayeva Gülgün
BDU-nun II kurs magistrantı
Açar sözlər: Azərbaycan Respublikası, Dövlət Miqrasiya Xidməti, fərdi icazə, əcnəbilər, əmək miqrasiyası, qanunsuz əmək miqrasiyası.
Ключевые слова: Aзербайджанскай Республика, Государственная Миграционная Служба, персональное разрешение, трудовой миграция, незаконная трудовой миграция.
Key words: The Republic of Azerbaijan, State Migration Service, individual permit, foreigners, labour migration, illegal labour migration.
Azərbaycan əmək miqrasiyasının tarixi digər ölkələr kimi çox qədimdir. Lakin keçmiş SSRİ-nin digər ölkələrə qapalı bir ölkə olmuğuna görə burada əmək miqrasiyası demək olar ki, yox idi. Lakin Azərbaycan Respublikasında əmək miqrasiyasının inkişafı məhz Respublikamızın müstəqillik illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini rəsmi olaraq elan etdi. Müstəqillik ilk illərində ölkənin iqtisadi vəziyyətinin aşağı olması, ölkədə siyasi vəziyyətin gərgin olması, ölkədə müharibənin getməsi əhalinin kütləvi şəkildə xarici ölkələrə üz tutmasına səbəb oldu. Bu isə Azərbaycan Respublikasının emiqrant ölkəsinə çevrildi.
Lakin tezliklə vəziyyət dəyişdi. İqtisadiyyat gücləndi, ölkədə siyasi sabitlik yarandı, müharibə dayandı. İqtisadiyyatın güclənməsi bütün sahələrdə yeni iş yerlərinin açalmasına səbəb oldu. Azərbaycanın inkişafı digər ölkələrin marağı artırdı. Artıq Azərbaycana işləmək və yaşamaq gələnlərin sayı hər ötən gün artırdı. Nəticədə Azərbaycan Respublikası emiqrant ölkəsindən immiqrant ölkəsinə çevrildi. Gələnlərin əksəriyyətini bir vaxtlar digər ölkələrə üz tutmuş azərbaycanlılar təşkil edirdi. Azərbaycan Respublikası gələnlərin içərisində işləmək üçün gələnlər daha çox idi.
Azərbaycan Respublikasının gələnlərin sayının günü-gündən artması Respublikanın ciddi qərarlar qəbul etməyə sövq etdi. 1998-ci ildə “İmmiqrasiya haqqında” qanun qəbul edildi, qanun ölkəyə gələn immiqrantların hüquq və vəzifələrini özündə ehtiva edirdi. Miqrasiya sahəsində münasibətləri tənzimləmək 2007-ci ilin 19 martında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradıldı.
Azərbaycana gələnlərin əksəriyyətini məhz işləmək üçün gələnlərin təşkil etməsi dövlətin bu sahəni qanuniləşdirməsini tələb etdi. Bu sahədə atılmış ilk addım 28 oktyabr 1999-cu ildə “ Əmək miqrasiyası haqqında ” qanun qəbul edilməsi oldu. Bu qanun əmək miqrasiyası sahəsində münasibətləti gələn əcnəbilərin və vətədaşlığı olmayan şəxslərin hüquq və vəzifələrini özündə əks etdirirdi. 2000-ci ilin 6 dekabr saylı qərarı da isə fərdi icazənin alınması yolları, alınması üçün tələb olunan sənədlər, fərdi icazənin hansı halda veilməsi öz əksini tapdı.
Ümumiyyətlə, əmək miqrasiyası sahəsində münasibətləri daha yaxşı başa düşmək üçün bir neçə suala cavab vermək lazımdır. Əmək miqrasiyası nədir? Kimlərə əməkçi miqrant deyilir ? Əmək miqrasiyası ilə məşğul olmaq üçün kimlərə fərdi icazənin alınmasına ehtiyac yoxdur?
Əmək miqrasiyası ‐ fiziki şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq üçün yaşayış yerini dəyişməsidir.
Əməkçi miqrant ‐ haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə miqrasiya edən fiziki şəxsdir. Əcnəbilər haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilərlər.
Hüquqi və fiziki şəxslər əcnəbiləri və vətəndaşlığı olmayan şəxslər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri öz yanlarında işə cəlb edə bilərlər. Hüquqi və fiziki şəxslər əcnəbiləri öz yanlarında işə cəlb etmək üçün Dövlət Miqrasiya Xidmətindən icazə almalıdırlar.
Əcnəbiləri hüquqi və fiziki şəxslər yalnız öz yanlarında işə cəlb edə bilərlər. Hüquqi və fiziki şəxslər öz yanlarıda işə cəlb etdikləri əcnəbilərlə müqvilənin pozulması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə məlumat verməlidirlər.
18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər.
Azərbaycan Respublikası vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi yolla xarici ölkələrdə işə düzələ bilərlər.
Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda 1 ay müddətində Azərbaycan Respublikası həmin ölkədəki diplomatik nümayəndəliklərində qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri bu barədə 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.
Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları işlədikləri ölkədə Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri olmadıqda, onlar 1 ay müddətində işlədikləri barədə rəsmi sənədi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər [1, s. 2].
Bundan başqa Azərbaycanda əmək miqrasiyasının inkişafını və bu sahə mövcud problemləri daha yaxşı başa düşmək üçün aşağıdakı suallara cavab vermək lazımdır. Fərdi icazə kimlərə verilir ? Fərdi icazəni almaq üçün hansı sənədlər tələb olunur? Fərdi icazə neçə müddətə verilir? Hansı hallarda fərdi icazənin verilməsindən imtina olunur? Fərdi icazə nə vaxt ləğv olunur? və s.
Azərbaycan Respubliasında əmək fəaliyəti ilə məşğul olmaq fərdi icazə almaq lazımdır. Fərdi icazə əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Fərdi icazə 20 (iyirmi) iş günü ərzində verilir. Azərbaycan Respubliası Dövlət Miqrasiya Xidməti müraciətləri rəy verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5(beş) gün ərzində daxil olan müraciətləri araşdırır. 5 (beş) iş günü ərzində rəy bildirməməsi fərdi icazənin verilməsinə ehtiraz olunmaması kimi qəbul edilir. Fərdi icazənin verilməsi barədə qərar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir. Dövlət Miqrasiya Xidməti fərdi icazənin müvafiq qaydada doldurulmasını və işəgötürənə verilməsini təmin edir.
Fərdi icazənin almaq üçün dövlət rüsumunun ödənilməsindən imtina edildikdə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 2 (iki) iş günü ərzində fərdi icazəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir və həmin fərdi icazə ləğv olunur [3 s.45].
Fərdi icazə 1 (bir) il müddətə verilir.Fərdi icazə hər dəfə 1(bir) ildən çox olmamaq şərti ilə 4 dəfə uzadılır.Fərdi icazənin müddətinin uzadılması üçün işəgötürən tərəfindən bitməsinə ən azı 22 (iyirmi iki) iş günü qalmış Dövlət Miqrasiya Xidməti ərizə müraciət etməlidirlər.
İşəgötürən əcnəbini yanında başqa işə keçirmək istədikdə yeni fərdi icazə almalıdır. Əcnəbiyə iş yerinin dəyişməsi ilə bağlı yeni fərdi icazə verildikdə onun müddətindən çox olmamalıdır. Əcnəbi işçinin şəxsiyyətini təsdiq edən sənədindəki məlumatlar dəyişdikdə və ya fərdi icazə işəgötürən15 iş gün müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidi, ya fərdi icazəni yenidən rəsmiləşdirməli və ya ləğv edilməsi barədə Dövlət Miqrasiya Xidmətinə ərizə verməlidir. 15 gün ərzində ərizə təqdim edlimədikdə əcnəbiyə verilmiş fərdi icazə ləğv edilir.
Əcnəbi işçi ilə götürən arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda işəgötürən 5 gün müddətində Dövlət Miqrasiya Xidmətinə məlumat verir. Dövlət Miqrasiya Xidməti 2 iş günü ərzində bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verir [2 s.13].
Əcnəbi işçi fərdi icazənin müddəti bitdikdə vəya əmək müqaviləsi pozulduqda Azərbaycan Respublikası ərazisində qalmasına əsas verən digər hallar olmadıqda, qanunveiciliklə nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının ərazini tərk etməlidir.
Azərbaycan Respublikasına başqa əsaslarla gəlmiş əcnəbi əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazə əsasında Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almalıdır. İşləmək üçün gələn şəxs fərdi icazə almadan yaşama icazəsi ala bilməz.
İşəgötürən və əcnəbi fərdi icazə ilə əlaqədar qaydaların pozulmasına görə qanunverciliyə uyğun məsuliyyət daşıyır. Eyni zamanda işəgötürən Azərbaycan Respublikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qəbul etdiyi qərarlardan məhkəməyə şikayyət etmək hüququ vardır.
Azərbaycan Respublikasında əmək miqrasiyası sahəsində bir çox problemlər vardır. Bu problemlərin əsasını qanunsuz əmək miqrasiyası təşkil edir. Qanunsuz əmək miqrasiyası anlayışını araşdırmaq üçün ilk növbədə kimi suallara cavab vermək lazımdır. Qanunsuz miqrasiya nədir? Qanunsuz miqrant kimə deyilir? İlk növbədə onu qeyd etmək lazımdır ki, hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir. Müəyyən edilmiş şərtlərə əməl etməyən şəxslərə qanunsuz miqranta çevrilirlər. Şəxsin ölkənin qanunlarına əməl etmədən digər ölkədə yaşaması qanunsuz miqrasiya sayılır. Qanunsuz əmək miqrasiyası isə şəxsin ölkənin qanunlarına əməl etmədən digər ölkədə yaşaması və işləməsidir. Azərbaycan Respublikasında qanunsuz miqrantların çox hissəsini işləmək üçün gələnlər təşkil edir. Qanunsuz miqrantlar kimlərdir:
1.Qanuni sənədləri olmadan ölkəyə daxil olan və ya ölkədə gizli yaşayan şəxslərdir;
2.Ölkəyə saxta sənədlərlə daxil olan şəxslərdir;
3. Qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə verilən müddətdən artıq qalan və yaxud digər hər hansı bir şəkildə daxil olmaq və bu ölkədə olmaq qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxlər hesab olunur.
Bu gün qanunsuz əmək miqrasiyasının qarşısını almaq üçün Azərbaycanda mövcud olan qrumlar birgə mübarizə aparır. Lakin bütün bunlara baxmayaraq hələ də qanunsuz əmək miqrasiyası davam etdirilir.
Əmək Miqrasiya sahəsində movcud olan problemlərdən biri qanunsuz əmək miqrasiyasıdır. Qanunsuz əmək miqrasiyası anlayışını araşdırmaq üçün ilk növbədə Qanunsuz miqrasiya nədir ? Qanunsuz miqrant kimə deyilir ? kimi suallara cavab vermək lazımdır. İlk növbədə onu qeyd etmək onu bilmək lazımdır,hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir. Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz miqrantlar hesab olunurlar. Şəxsin ölkənin qanunlarına əməl etmədən digər ölkədə yaşaması isə qanunsuz miqrasiya adlanır. Qanunsuz miqrant hesab olunan şəxslər aşağıdakılardır:
-Qanuni sənədləri olmadan ölkəyə daxil olan və ölkədə gizli qalan şəxs;
-Ölkəyə saxta sənədlərlə daxil olan şəxs.
-Qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə icazə verilən müddətdən artıq qalan və yaxud digər hər hansı bir şəkildə daxil olmaq və bu ölkədə olmaq qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxs
Bu gün qanunsuz əmək miqrasiyasının qarşısını almaq üçün Azərbaycanda mövcüd olan qurumlar birgə mübarizə aparır, lakin butun bunlara baxmayaraq qanunsuz əmək miqrasiyası hələdə davam edir.
ƏDƏBİYYAT
1.“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 158
2. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 2007‐ci il
3. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 2001
4. Ə.Şirinov”Miqrasiya və sığınacaq məsələləri üzrə terminlərin izahlı lüğəti” Bakı, 2008
5.Azərbaycan Respublikasının Konstitusiyası.Bakı,2003
Резюме
Развитие трудовой миграция на Aзербайджанскай Республика и проблемах на этим области
Сегодня один из проблем , стоящих перед трудовой миграция, является предотвращение незаконной трудовой миграции. В данный момент Азербайджанская Республика борется во имя предотвращение незаконной трудовой миграции. Несмотря, на это по-прежнему незаконная трудовая миграция продолжается.
Summary
Development of the labour migration and the problems in this are problems in the Azerbaijan Republic
Today one of the problems that stands in front of the labour migration is lawless labour migration. The Azerbaijan Republic fights to prevent migration of lawless labour at present .But despite migration of it migration of lawless labour still continues.
SOSİAL MÜNAQİŞƏLƏRİN FUNKSİYALARINA DAİR
Quliyev Samir Kəmaləddin oğlu
BDU-nun II kurs magistrantı
Sosial münaqişələrin funksiyalarıözlüyündə müstəqil problem deyil, münaqişələrin törətdiyi və törəndiyi amillərlə, onun məqsəd və məzmununun xarakteri ilə, ən əsası da onun yaratdığı nəticələrlə birbaşa bağlıdır. Yəni münaqişələrin nəticə və funksiyalarının rolu və əhəmiyyəti onlarla rəftar etmək qaydası, forması və üsulunu müəyyən edir. Münaqişələrin nəticəsindən çıxış edib demək olar ki, hansı münaqişəni idarə və ya tənzim etmək lazımdır (2, s.304-306).
Bəzən münaqişənin meydana gəlməsi, sonu və həlli təkrarlanmaz hal kimi də qarşılanır. Məhz bu cəhət də münaqişələrin funksiyaları məsələsinin həllində çoxsaylı, müxtəlif fikirlər çoxluğuna səbəb olur. Bununla bərabər, münaqişələrin funksiyalarını müəyyənləşdirmək üçün yer üzərində geostrateji vektorları tarixi baxımdan araşdırmağa cəhd edən və ümumi münaqişə nəzəriyyəsini formalaşdırmağa təşəbbüs göstərən tədqiqatçıların mövqeyindən çıxış etmək mümkündür. Bu baxımdan ən ümumi əsasa, cəmiyyətin konkret bir tarixi mərhələsində oynadıqları rola, törətdikləri nəticələrə görə münaqişələrin iki başlıca funksiyasını ayırmaq olar:
-
inteqrativ-sintezləşdirici;
-
dizinteqrativ-dağıdıcı, ayırıcı.
Münaqişələrin meydana gəldiyi real mühit və təsir sferasını nəzərə alaraq onların funksiyalarını maddi və mənəvi növlərə ayırırlar.
V.N.Lavrinenko sosial konfliktlərin funksiyaları sırasına aşağıdakıları aid edir:
-
psixoloji gərginliyin aradan qaldırılması funksiyası;
-
kommunikativ əlaqələndirmə funksiyası;
-
konsolidasiya funksiyası.
Bu funksiyalar ümumi funksiya statusunu daşımır. Məsələn, psixoloji gərginliyin yumşaldılması funksiyası aşağıdakı “mərtəbə”lərdən olan münaqişələrə təsir göstərsə də, qlobal, bəzən hətta regional münaqişələrdə nəzərə çarpacaq bir nəticə verə bilməz. Fəaliyyət göstərdiyi dairədə bu funksiya tərəflər arasında psixoloji keyfiyyət müxtəlifliyindən törəyən psixoloji gərginliyin yumlaşdılmasına, müəyyən hallarda aradan qaldırılmasına səbəb olur.
Kommunikativ əlaqələndirmə funksiyası həqiqətən də bütün xarakter və səviyyələrdəolan münaqişələrdə həyata keçir. Funksiyanın əsas məzmunu ondan ibarətdir ki, bir-birinə “informasion biganəlik”də olan, səthi tanış olan, bir-birinin sosial, şəxsi, intellektual, əxlaqi-psixoloji keyfiyyətlərinə bələd olmayan tərəflər məhz münaqişələr sayəsində sadalanan keyfiyyətləri dərk edir və real, az-çox təsirli kommunikativ əlaqələrə girirlər.
Konsolidasiya funksiyası dedikdə, münaqişəyə cəlb olunan tərəflərin məhz münaqişənin davamı boyu onun məqsədlərində nəzərdə tutulan nəticəni əldə etmək üçün çox hallarda tərəfdaxili ziddiyyət və etirazlara son qoyaraq hamarlaşdırması və mövqe ümumiliyinə malik olması nəzərdə tutulur. Lakin qəti şəkildə qeyd etmək lazımdır ki, konsolidasiyanın əsasında tərəflərin formal və qeyri-formal elitasının daxili və xarici siyasət sahəsindəki mövqelərinin düzgünlüyü və optimallığı durur. Daxili siyasət sahəsində fundamental məsələlərə dair həyata keçirilən tədbirlər xalqın əksəriyyətinin mənafeyinə ziddirsə, bilavasitə konsolidasiya haqqındakı çağırışlar boş, məzmunsuz şüar olaraq qalacaqdır.
Y.Q.Zaprudski “Sosial konflikt” əsərində münaqişələrin funksiyaları anlayışını araşdırarkən digər funksiyalarla bərabər üç funksiyanı da ayırır: siqnal funksiyası; diferensiallaşdırma funksiyası; dinamiklik funksiyası (3, s.302).
Müəllifin siqnal adlandırdığı funksiya əslində informasion funksiya da adlanır. Çünki siqnal funksiyası münaqişədə iştirak edən tərəflərin ictimai vəziyyəti, mədəni səviyyəsi, mövcud əxlaqi-psixoloji iqlimi, hətta iqtisadi vəziyyəti haqqında informasiyanın ötürülməsi deməkdir. İnformasion-siqnal funksiyası vasitəsilə tərəflər əvvəllər məhrum olduqları bir sıra yeni məlumatlar alırlar ki, bu da müəyyən mənada münaqişənin səngiməsinə, bir sıra hallarda isəaradan qalxmasına səbəb olur.
Diferensiallaşma funksiyasının mahiyyəti ondan ibarətdir ki, münaqişənin təsiri altında onun səbəbləri, məqsədləri və mühüm nəticələrinə görə tərəflərə daxil olan sosial-siyasi qüvvələrin diferensiallaşması baş verir. Hər bir diferensiallaşma prosesi digər yöndə inteqrasiya prosesi ilə müşayiət olunur. Başqa sözlə desək, bir tərəfdən tərəfləri təşkil edən sosial birliklər bu və ya digər məsələ üzündən parçalanır, digər tərəfdən isə başqa sosial qrupla birləşmələr meydana gəlir. Təbii ki, proses heç bir narahatlıq yaratmır, məsələn, ölkəmizdəki siyasi partiyalar arasındakı münasibətlər deyilənlərin əyani sübutudur. Hər hansı bir partiyanın tərkibinə daxil olan şəxs (qrup) daxili və xarici siyasət yönümündə partiyanın yeritdiyi mövqe ilə razılaşmayaraq digər bir partiyaya daxilolur. Həmin şəxsin (qrupun) daxil olduğu yeni partiyanın yeritdiyi sosial-siyasi xətlə razılaşdığı məsələlərin çoxluğu belə addımın reallaşmasına gətirib çıxarır. Belə bir nəticənin subyektiv amillərdən asılılığını təsdiqləyən kifayət qədər fakt sadalana bilər.
Dinamik funksiyada nəzərdə tutulur ki, münaqişənin baş verməsi, inkişafı, ən nəhayət, həlli bir qayda olaraq cəmiyyətdə oyanışa, dirçəlişə, hətta sıçrayışa səbəb olur. Ən dağıdıcı nəticələrlə müşayiət edilən münaqişələr belə quruma hökmən bir dinamiklik gətirir.
Münaqişələri, onların funksiyalarını necə təsnif etməkdən asılı olmayaraq, bu və ya digər konkret funksiyanın məzmununa və təzahürünə, funksiyanın hansı pozitiv və neqativ nəticələr verəcəyinə münasibətlərindən asılı olmayaraq problemlə məşğul olan bütün tədqiqatçıların mövqelərində bir sıra vacib, oxşar cəhətlər müşahidə edilir. Əksər tədqiqatçıların fikrincə, cəmiyyətdə münaqişələrin olması təbiidir. Digərləri isə ictimai həyatda yerinə yetirdikləri pozitiv və neqativ nəticələri nisbi olmaqla hər bir münaqişə üçün ayrıca müəyyənləşdirilməsini qeyd edirlər (1, s.62-63). Çünki hər bir pozitiv nəticədə neqativ əlamətlər, hər bir neqativ nəticədə pozitiv əlamətlər vardır.
ƏDƏBİYYAT
-
Şəfi Ü. Konfliktologiya. Siyasi-sosioloji təhlil. Bakı, 2002.
-
Лавриненко В.Н. Социология. Москва, 1998.
-
Запрудский Ю.Г. Внутри конфликта //социологические исследования. Москва, 1993.
TOTALİTAR REJİMLƏRİN XÜSUSİYYƏTLƏRİ
VƏ İCTİMAİ HƏYATA TƏSİRİ
Fərəcov Ramin Rövşən oğlu,
BDU–nun II kurs magistrantı
Açar sözlər: Siyasi rejimlər,tək partiyalılıq,totalitarizm,İctimai həyata total nəzarət,terrorçu polis.
Ключевые слова: политические режимы, однопартийный, тоталитарный, общий надзор, террористическая полиция.
Key words: political regimes, single-party, totalitarian, out of a total surveillance, terrorist police.
Öncəliklə mən siyasi rejim haqqında bir az məlumat vermək istəyirəm. Siyasi rejim – dövlət hakimiyyətlərində, etnik birliklərə, ictimai təsisatlara münasibətinin, cəmiyyətdə siyasi azadlığın səviyyəsinin, şəxsiyyətin hakimiyyətə münasibətinin məcmusudur. Siyasi rejimin ilk təsnifatını qədim yunan tarixçisi Heredot vermişdir. Marksizim belə hesab edirdi ki, siyasi rejimdə fərqlər istehsal sistemindən irəli gəlir. Djuverje isə əksinə söyləyirdi ki, siyasi rejimlərin fərqləri tarixi və mənəvi inkişafın nəticəsidir, istehsal sistemi ilə əlaqə yoxdur. Hər bir tarixi dövrdə siyasi rejimlərin təsnifatı həmin dövrün reallıqlarına əsaslanır. Müasir dövrdə ən geniş yayılmış rejimlər :
Totalitar; Avtoritar; Demokratik rejimlərdir.
Totalitarizm – totalis latın sözündən olub “bütün” mənasını verir. 20-cil illərin əvvəllərində ilk dəfə bu termin İtaliyada Mussolininin faşist rejimini səciyyələndirmək üçün istifadə edilib. Qanuni siyasi fəaliyyətin tək bir partiyaya tanıdığı, qanuni müxalifətə yer verilməyən və indiki vaxtda daha çox sosialist ölkələrdə tətbiq olunan siyasi-yönətim sistemidir.Yalnız tək bir partiyanın iqtidara gəlmək üçün girişilən siyasi fəaliyyətinə, cəmiyyətin təşkilatlandırmasına, cəmiyyətə müəyyən bir ideologiya istiqamətində istiqamət verməsinə, dəyərləri və qaynaqların paylamasına icazə verilən "tək partiya sistemi", strukturca və fikri baxımdan özünə xas bəzi xüsusiyyətlərə malikdir. Nəzəriyyədə və tətbiqdə tək partiya sisteminin tək bir formasının olmadığı görülər. Çağımızda Sovetlər Birliyində, Nasis Almaniyasında, Mussolini İtalyasında və az inkişaf etmiş Afrika və Asiya ölkələrinin bəzisində tətbiq imkanı tapmış olan tək partiya sistemi, funksiyalın və ortaya çıxış şərtləri bir-birindən fərqli olmaqla birlikdə edilən və ideologiyaları arasında maraqlı bir bənzərlikdir. Xüsusilə kommunist partiyaların həm təşkilat formaları həm də ideologiyaları arasında tək bir forma diqqət çəkməkdədir [1, s.134].
Tək partiya sistemində, demokratik məna da bir seçkidən də danışma imkanımız yoxdur. Seçiləcək kəslərin partiya tərəfindən təyin olunması, tək siyahı halında seçkiyə gedilməsi, seçicilərin seçim etmə haqqlarının tapılmaması və yalnız önlərinə qoyulan siyahını təsdiqləmək məcburiyyətində olmaları, seçki deyil çox plebisit görünüşü verməkdədir.Bu tətbiqə hər nə qədər hökumət qazandırıcı ideoloji səbəblər tapılmaqdadırsa da bu seçki formasının azadlıq və demokratiyasi üçün uyğun olduğunun müdafiə olunmasının heç bir mənası yoxdur.
Tək partiyalı totalitar sistem deyilincə nə məhrum Sovetlər Birliyindəki kommunist partiyanın suveren olduğu sistem ağla gəlirsə də Nasis Almaniyası, Mussolini İtaliyası, Franko İspaniyası və Afrikadakı müxtəlif dövlətlərdə fərqli tətbiqlər də var. Türkiyədə 1945-ci ildən əvvəlki tək partiya sistemi ilə C. Abdülnasır dövründə Misirdəki tək partiya sistemi təşkilatlanma baxımından fərqli nümunələr olaraq götürulüb.Dəyişik cəmiyyətlərdə uyğun gələn tək partiya sistemləri arasında ümumi də bir bənzərlik tapılmaqla birlikdə cəmiyyət - mədəni quruluş fərqliliyi səbəbiylə həm təşkilatlanma həm də ideologiya sahəsində əhəmiyyətli ayrılıqların varlığı müşahidə edilmişdir [ 2,s .256].
Mussolini, I Dünya Müharibəsindən sonra təsirli olan mərkəzi nüfuza qarşı dağıdıcı güclər üzündən müdafiəsiz qalmış bir xalqın birliyini və xalq vasitəsilə də dövlətdə cisimləşən tarixi bir birlik şəxsiyyətini hədəfləyirdi.Faşizm, dövlətin fərd üzərindəki üstünlüyünü və bu dövlətin gücünün sərhədsiz şəkildə yayılmasını nəzərdə tutar. Mussolini "faşizmə görə, hər şey dövlətin içindədir və dövlətin xaricində insani və ya ruhi heç bir şey yoxdur, dahası onun xaricində heç bir şeyin dəyəri yoxdur. Bu mənada faşizm, totalitardır və bütün dəyərlərin sintezi və birliyi olan faşist dövlət, bir xalqın həyatının bütün istiqamətlərini ifadə edər, inkişaf etdirər və gücləndirər" deyə yazırdı. Totalitar sistemlərin digər rejimlərlə fərqi təyin olunmağa çalışılmışdır. Almaniyada 40-50 –ci illərdə totalitarizm rejimi formalaşıb başa çatdı.
Bütün totalitar sistemlərin suveren tarixi və ideoloji ünsürü ola biləcək xüsusiyyətlər üzərində bir razılaşma yoxdur. Amma "totalitarizm" terminini, dövlətin hədəf olaraq seçdiyi şeyə çatmaq üçün "bütün göndərər"in istifadə edilməsi mənasını verdiyi də açıqdır. Bundan ötəri, istəkləri nə olursa olsun bütün totalitar rejimlər aktual texnikalarla siyasi despotizmi zəmanət altına almaq, dövlət tərəfindən təyin olunan bir iqtisadiyyatın xaricindəki mənfəətləri məhdudlaşdırmaq, demokratik belə olsa tək tip ideoloji qaydaları söykəmək kimi başqa xüsusiyyətlər də daşıyar. Totalitarizm, ictimai həyatın bütün istiqamətlərini ehtiva edir. Faşist, teokrasist rejimlərdə mütləq düşüncə hakimdir. İnsanoğlunun doğuşundan bəri mədəniyyət macərası sonsuza qədər yenidən düşünülməyə, yenidən şərh olunmağa açıq xüsusiyyətdədir, amma totalitarizm bu qapıları bağlayar, son şərhləri tapdığını söyləyər, mübahisə azadlığını başdan kəsib təyin edər. Beləcə, keçici olmayan heç bir mütləq olmadığını çelişik bir şəkildə açıqlayar və çökər. Totalitarizm üzrə ilk əsərlər Xeyekin “Rəzilliyə aparan yol”, Areidin “Totalitarizmin mənbələri” (1951) , Fridrixin və Bjezinskinin “Totalitar və Avtokratiya” (1956) kitablarıdır. Totlitarizmin meydana gəlməsi hələ qədim zamanlara bağlıdır. E.ə. V əsrdə Heraklit yazırdı ki , müdriklik və alimlik zirvəsinə yüksələrək “bütün əşyaları qəti şəkildə idarə etmək mümkündür”. Totalitarizmin meydana gəlməsi müəyyən ictimai şərait zəminində mümkündür. Onun ən ümumi şərti cəmiyyətin oz inkişafının sənaye mərhələsinə qədəm qoyması hesab olunur. Totalitarizmin yaranma səbəblərindən biri də cəmiyyət həyatının mürəkkəbləşməsi , onun rasional idarə edilməsi ilə şəxsiyyətin azadlığı arasında ziddiyətin dərinləşməsi hesab olunur. Mussolini total rejimə haqq qazandıraraq deyirdi ki : “Biz ilk dəfə olaraq bəyan etdik ki, sivilzasiya mürəkkəbləşdikcə şəxsiyyətin azadlığı məhdudlaşır” [3,s.156-159 ].
Politoloqlar totalitar rejimin faşizm, kommunizm, milli sosializm və b. Formaları göstərmişlər. 1917 – ci ildə Leninin qurduğu SSRİ sonralar Yuqoslaviyada, Macarıstan və b. totalitar rejim müəyyən islahatlar yolu ilə dəyişə bilər bu isə praktikada çox çətindir. Totalitar rejimdə vətəndaşlar siyasi prosesdən və demokratiya ilə özgələşir. Hakimiyyət funksiyaları mistikasiyaya uğramışlar. Hakimiyyət bölünməsi prinsipləri yoxdur. Hər cür müxalifət qadağandır, sosial münaqişələr yoxdur. Bu rejimdə ictimai şüur hakimiyyətlə birləşmişdir. Bütün üfuqi strukturlar dağılmışlar. Ancaq hakimiyyətin icazəsi ilə yaranan strukturlar fəaliyyət göstərirlər. Dayanmadan dəyişən bir dünya, dəyişməz bir həqiqətdə necə dondurula bilər? Jacques Derrida, bu sistemlərin metafizik olduğunu, təməllərinin məntiqi olmadığını, şiddət istifadə edərək ayaqda qala bildiyini ideologiyalarının dilindən ortaya çıxarmışdır. Bunların üstünlükləri ağıldan deyil, özündən daşınan zorbalıqdan gəlir. O birinin insan belə sayılmaması, xaricləmə və xoşgörüşsüzlük, hər kəsin çarxın bir parçası olması, azadlıqsız azadlıq, bərabərliksiz bərabərlik, dinsiz din, əxlaqsız əxlaq və senzura. Hər şey əvvəldən təyin olunmuşdur: siyasət, hüquq, cinsilik, mədəniyyət, iqtisadiyyat, elm. Dünya cənnətini məqsəd qoymaq. Ancaq bunu dünyanı cəhənnəmə çevirərək etmək. Cəmiyyət sistemlərini açıq cəmiyyət və bağlı cəmiyyət olaraq ikiyə ayırsaq, bağlı cəmiyyətlər açıq cəmiyyətin düşmənidir və tez gec açıq cəmiyyəti yox etmək istəyərlər. Bağlı cəmiyyət vəhşilik və terrora dözər, təzyiq və zülmə dözər. İnsanların zülmə baş qaldıracaq yolları tıxanmışdır. Dövlət hər şeydir. İnsanlara necə yaşayacağını diktə edər. Fərdilik bir bütdür. Bütləri düşüncə polisi izlər. Rejim, insanların təbii quruluşunu elə pozar ki, insan insanlıqdan çıxar, bu insanlar bu an var olmazlar və ya gələcəkdə mövcudluğu lazım olan bir sistemin vasitələridirlər və ya gələcəkdəki sistemin mövcudluğu lazım olmayanlarıdır [4,s.345-347 ].
ƏDƏBİYYAT
1.H.İ.Şirəliyev,F.F.Abbasov.Politologiya. Bakı,1993, 305 s.
2.M.Əfəndiyev.Siyasi elmin problemləri. Bakı,1998, 324 s.
3.Abdullah Yılmaz,Osman Akınhay. Totalitarizm. İstanbul, 1992, 412 s.
4.Osman Akinhay.Totalitar diktatura və avtokratiya. İstanbul,1996, 398 s.
Резюме
Я думаю, во многих странах тоталитарного режима таким же названием, но отличается от управляется авторитарными правительствами. Делегации пришли к власти, особенно в очень теплых условиях, тоталитарной, авторитарной структуры с течением времени, и через некоторое время стремятся к авторитарному режиму, который правит страной в полном смысле этого тоталитарно-начала вождения.
Resume
I think, in many countries, the totalitarian regime of the same name, but different from, is governed by the authoritarian governments. Delegations came to power,especially in very warm terms, totalitarian, authoritarian structure over time, and after a while tend toward an authoritarian regime that ruled the country in the full sense of the totalitarian-start driving.
КОНТРОЛЬ КАК ФУНКЦИЯ ГОСУДАРСТВЕННОЙ БЮРОКРАТИИ
Велиханов Камран Адил оглы,
Магистрaнт II курса БГУ.
Ключевые слова: бюрократия, контроль, функция, госслужащий, система государственного управления.
Açar sözlər: bürokratiya, nəzarət, funksiya, dövlət qulluqçusu, dövlət idarəçiliyi sistemi.
Keywords: bureaucracy, control, function, state employee, public administration system.
Введение. На фоне глобальных проблем, стоящих перед азербайджанским обществом, проблема эффективного функционирования государственной службы приобретает особую важность. На данный момент система государственной службы Азербайджана еще находится на стадии институционализации, многие вопросы, касающиеся обеспечения эффективности работы госслужбы не разрешены, среди которых особо важное место занимает проблема контроля над системой государственного управления.
Содержание проблемы. Для разрешения как самой проблемы эффективного функционирования государственной службы так и для разрешения общественных проблем, в истории управленческой науки были разработаны самые различные методики, среди которых и по сей день свою ценность сохраняет метод бюрократического управления.
Бюрократия представляет собой сложное социально – политическое явление, возникающееся и развивающееся под влиянием изменившегося взаимодействия общества и государства, а также силой управленцев, призванных проводить в жизнь властные решения политического руководства. В основе бюрократии лежит предопределяемое бюрократическими интересами стремление верхов подчинить функционирование государства укреплению и сохранению своего господствующего, привилегированного положения. В бюрократии тождество государственного интереса и особой частной цели выражено в такой форме, что государственный интерес низводится до особой частной цели.
Укрепление положения бюрократии за счет политики ведет к централизации и концентрации власти, когда все формы разделения властей почти полностью исчезают или продолжают существовать как сугубо формальные учреждения, лишенные самодержавия. Однако, на сегодняшний, день во всем мире, бюрократическая ограниченность власти представляет собой наиболее рациональное, институционное устройство для решения сложных задач управления в современном обществе и основа ее рациональности состоит в обезличенности ее функционирования, что дает гарантии от произвола конкретных исполнителей.
Одним из самых сложных задач, стоящих перед правительством любого государства, а также самой серьезной причиной всех кризисных ситуаций является неэффективность системы контроля над самой системой бюрократического управления. Функция контроля в государственном управлении состоит в анализе и сопоставлении фактического состояния той или иной отрасли с требованиями, стоящими перед ней, отклонений в исполнении поставленных заданий и причин таких отклонений.
Новые условия развития Азербайджанского государства и его влияние на общество требуют адекватных подходов к системе государственного контроля. Необходимость существования такой системы объясняется тем, что с переходом к новым политическим и экономическим основам нашего общества, управленческие решения, принятые высшими органами исполнительной власти, не совершенны. Функция контроля в современных условиях азербайджанского общества заключается в законодательном обеспечении деятельности государственных органов и государственных служащих. Важным моментом является не наличие или отсутствие юридических актов, обеспечивающих деятельность государственных органов, а контроль над действенностью этих актов.
Исходя из сегодняшних реалий и тех заданий, которые стоят перед контролем, можно выделить следующие основные принципы контроля:
-
Принцип объективности должен предусматривать не только всесторонний анализ реальных фактов, как это называют многие исследователи в сфере государственного управления, а анализ на основе законодательных актов независимо от субъективных воззрений.
-
Суть принципа действенности контроля заключается в реальных последствиях выявления нарушений действующего законодательства. Данный принцип должен не только выявить нарушения, а также сделать выводы о возможных нарушениях и разрабатывать механизм разрешения проблемы.
-
Принцип внеправительства и общности целей. Суть данного принципа заключается в том, что контроль над системой государственного управления должно осуществлять негосударственный орган, основываясь на законодательные акты государства. При этом контроль осуществляется на основе заранее определенных базовых принципах, которые независимо от уровня должности не колеблются.
В современных условиях в Азербайджане контроль над деятельностью государственных служащих осуществляет Совет по Управлению Государственной службой, члены которого назначаются президентом страны, председателем парламента и председателем Конституционного суда. В результате, система государственного контроля состоит из государственных органов и должностных лиц, которые наделены какими – либо контрольными полномочиями относительно органов государственного управления. Вместе они рассматриваются как единая система, исполняющая функцию контроля. Однако эту систему образует только государственные органы. Передача этих функций частному органу, который ответствен за контроль над эффективным функционированием государственного управления может обеспечит функционирование самой системы контроля отвечая принципам объективности и действенности. Члены частной организации, ответственный за контроль над государственным управлением не назначаются, а выбираются голосованием в парламенте страны на определенный срок.
Выводы: Поиск модели государственной службы, наиболее поддающейся контролю и соответствующей требованиям и стратегическим целям азербайджанского государства – процесс очень сложный. Для этого прежде всего необходим совершенно иной уровень политического сознания и политической культуры, характер правовой культуры и правовых отношений и т.д. В результате изучения возможных путей достижения более эффективного функционирования системы государственного управления, можно сделать вывод, что необходимы: совершенствование правовой и нормативной базы, которая обеспечила бы нормальное функционирование государственной гражданской службы; внесение изменений в систему контроля и надзора за соблюдением законодательства в государственной службе , путем передачи функции контроля негосударственным органам; изменение идеологии и оздоровление нравственной среды государственной службы.
XÜLASƏ
Məqalədə bürokratiya anlayışın qısa tərifi verilmiş və dövlət idarəçiliyi sistemində onun roluna baxılmışdır. Həmçinin dövlət idarəçiliyi sistemində əsas nəzarət prinsipləri təsvir edir. Bundan əlavə, müasir Azərbaycanda dövlət qulluğuna nəzarətin səviyyəsini analiz edilmiş və müəllif tərəfindən dövlət qulluqçuların fəaliyyətinə nəzarət sisteminə müəyyən yeniliklər təklif olunmuşdur.
SUMMARY
The article provides a brief definition of the concept of bureaucracy and considered its role in the system of government. Describes the basic principles of control in public administration. Analyzes the level of control over the public service in modern Azerbaijan, as well as the author suggests several features in the system of control over the activities of public officials.
ЛИТЕРАТУРA
-
Анурин В.Ф. Бюрократия: взгляды «изнутри» и «извне».
Социологические исследования, №2, Февраль 2010.
2. Атаманчук Г.В. Государственное управление. - М.: Экономика, 2007.
3. Гуторова А.Л. Система государственного управления. – М.: 2009.
4. Клаус Кениг. Управление в сфере госадминистрации. Шпейер.: 2011.
5. Самсонова Ю. Основные принципы государственного управления. М.:
ЮНИТИ, 2005.
6. http://biznestoday.ru/ob/menikons/ Государственный менеджмент.
Dostları ilə paylaş: |