İntibah dövründən başlayaraq insanların həyatın mənası haqqında təsəvvürləri formalaşmağa başlandı.
“Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm” (A.Bek).
Bu gözəl həyatı təkcə bizim deyil. Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamalıyıq (Ziqmund Freyd) [4, səh.368]. Həyat xoşbəxt yaşamaqdır. Ölümə hazır olmaqdır. Həyat dəyər verməkdir. Dost qiymətini bilməkdir. Həyat su kimi axmaqdır. Və dənizə qovuşmaqdır. Həyat bir limandır. Qısa bir zamandır. Həyat yaşamağı bilməkdir. Həyat aşiq olmaqdır. Bir yerə yapışmaqdır. Həyat nəfəs alıb verməkdir. Ölərkən günahsız ölməkdir. Həyat ölümü bilməkdir. Həyat yaşarkən yaratmaqdır. Ancaq ölümlə oyanmaqdır. Həyat göylə yer arasında sıxışıb qalmaqdır. Keçmişdən dərs alıb, gələcəyə addımlamaqdır. Həyat bizə verilən məhdud bir zamandır. Əslində bizim üçün çətin bir imtahandır. Həyatda ölüm qaçılmaz olduğu üçün ona münasibət də spesifik xarakter daşıyır. Belə bir hikmətli
söz var: “Hər kəs cənnətə getmək istəyər, amma kimsə ölmək istəməz. Höte demişdir: - “Faydasız həyat vaxtsız ölümə bərabərdir”. Həyat beşiklə məzar arasında sınaq müddətidir (Balzak). Normal insan nə vaxtsa öləcəyini bilir, özünü incitmir, həyata daha möhkəm sarılır, ümidsizliyə qapılmır. Ona verilən həyatı mənalı dəyərləndirir, özündən sonra həyatda yaxşı bir iz qoymağa çalışır. Insan fiziki cəhətdən keçici olsa da mənəvi baxımdan ölməzlik qazana bilər. Ölməz bir mənəvi irs, xeyirxah işlər, fəaliyyəti bunun təminatıdır [4, səh.362].
Fəlsəfədə insan varlığının vacib tərəflərindən biri həyatın və ölümün mənası məsələsidir.
Dekart və Spinoza “insan həyatının mənası ali varlığa xidmətdir” deyirdilər. Insan həyatının həqiqi məqsədi – özünüdərketmədir.
“Həyatın mənası ideyaya xidmətdir” – bu nöqteyi –nəzərin tərəfdaşları T.Mor, A.Sen-Simon, F.Bekon, C.Lokk, K.Marks və b.-dır. Bir ideya altında onlar sosial bərabərlik, kommunizm, firavan gələcək, ictimai təşkilatın yeni formasını başa düşürdülər.
XX əsrdə “həyatın mənası özünü reallaşdırmadadır” paradiqması inkişaf etmişdir. Bu yanaşmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, insan “özünü yaratmalı”, həyatının mənasını özü tapmalıdır. Bu paradiqmanın digər paradiqmalardan fərqi insanın öz fərdliyini formalaşdırılmasına yönəlməsi, daimi yaradıcılığı ilə izah edilir. Bəhs edilən dövrə qədər şəxsiyyət təbiət tərəfindən yaradılmış məxluq hesab edilirdisə, artıq Yeni dövrdə insanın özü tərəfindən yaradılmış, kəşf edilmiş kimi başa düşülürdü. Şəxsiyyət artıq məna axtarışında deyildi, onu özü hasil edirdi. Bu paradiqmanı İ.Kant və Fixte dəstəkləyirdilər.
Mən nə üçün yaşayıram, həyati məqsədim nədir? Sualına Hötə belə cavab verirdi: “Təsəvvür edin ki, insan nəsilləri həyatda sanki piramida tikirlər. Mən isə öz növbəmdə yaşayıram ki, əsası məndən əvvəl qoyulan piramida mümkün olduğu qədər yüksəlsin”. Bu isə sözün əsl mənasında hərətərəfli özünütəkmilləşdirməni nəzərdə tutur. Yalnız bununla da kifayətlənmək olmaz, qazanılan biliyi ailənin, vətənin, ümumiyyətlə insanlığın xeyrinə tətbiq etmək lazımdır.
Həyatın mənası barədə təsəvvür insanların fəaliyyəti prosesində formalaşır, onların sosial vəziyyətindən, həyat tərzindən, dünyanı anlamasından asılıdır. Əlverişli şəraitdə insan həyatının mənasını xoşbəxtlik və firavanlıqda görür, düşmən mühitində isə həyat onun üçün mənasını və əhəmiyyətini itirir.
Həyatın mənası dəyişdirilə bilməyən şəraitin təsiri altında insanın taleyinə münasibətidir. Həyatın mənası dedikdə insanın fərdi olaraq cəmiyyətdə mövcud
olan ictimai dəyərlərdən asılı olmayaraq formalaşan mənəvi həyatı başa düşülür. Bu baxımdan həyatın mənasını hamı üçün ümumiləşdirmək olmaz. Həyatın mənası insanların düşüncələrinin məhsuludur. Burada dünyagörüş, intellekt, tərbiyə, sosial status və digər faktorlar çıxış edir ki, bu da adı çəkilən problemə fərdi yanaşmağı nəzərdə tutur.
Özünü dərk edən andan etibarən insan öz mövcudluğu barədə düşünür. Dünya, həyat, yanaşmanın anlamı, səbəbi kimi suallar onu bir kölgə kimi izləyir. Insan çox zaman öz həyatına məna verməyə çalışır, özü üçün həyatda zövq duymayanda mütləq yaşamı üçün məna axtarır: qayğıya ehtiyacı olan övlad üçün mütləq yaşamaq lazımdır: çox zamansa kimsəsiz insanların həyatlarını heyvanlarla mənalandırdığının şahidi oluruq və s. heç kim həyata öz iradəsilə gəlməyibdir ki, istədiyi zamanda onu tərk etsin. Buna görə də yaşamağa məcbur olan insan həyatının mənasını hər hansı bir şeydə tapır. Həyatda mənanın tapılmaması, heç bir arzunun, istəyin olmaması bir çox psixi xəstəlik və pozğunluqlardan xəbər verir, həmçinin cinayətkarlıq, narkomaniya, alkoqalizm “mənasız ömrə” xitam verir.
Həyatının mənasından və insanın özünəqəsdindən bəhs edərkən insan tələbatından, arzularından danışmaq məqsədəuyğundur. Çünki tələbatların, arzuların ödənilib-öndənilməməsinin həyatın mənasının müəyyən edilməsində mühüm rolu vardır. Bildiyimiz kimi insan tələbatları sonsuzdur, arzular məhdudiyyət tanımır, biri ödənildikdə digəri ilə əvəz olunur. Insanın tələbatları maddi və mənəvi olaraq iki yerə ayrılır. Ancaq insan təbiəti elə bir vəziyyətdir ki, maddi tələbatların ödənilməməsi mənəvi tələbatların ödənilməməsi qədər ona təsir etmir. Insan maddi tələbatını hər necə olsa ödəyir, ancaq mənəvi tələbatlarını – ünsiyyətə, sevgiyə, qayğıya olan aclığını təkbaşına ödəyə bilmir və çox zaman da məhz bu tələbatların qurbanı olur. Insan aclığa, susuzluğa, cismani təmin olunmazlığa hər necə olsa dözə bilər – tələbatlarını ölməmək, yaşamaq üçün hər vasitə ilə ödəyə bilər, ancaq təhqirə, açılmağa, mənəvi zorakılığa, sevgiyə qarşı insan təbiəti gücsüzdür, acizdir.
Bəzən insan üçün həyat və ölüm bərabərləşir və həyatla ölüm bərabərləşdikcə insan seçim qarşısında qalır. Bu zamansa insanın köməyinə ümid gəlir. Ümid insan ruhunun dərmanıdır. Ümidin ölməsi isə insanın məhvidir. Bataqlıqdan çıxa bilməyən xilas olmaq üçün çöp axtardığı kimi intiharadək insan bir daha yaşamayacağı dünya ilə, həyat ilə birdəfəlik ayrıla bilmir və bunun üçün bir ümid, sadəcə bir işartı axtarır. Əgər tapmırsa, ümidləri, xəyalları puç olmuş vəziyyətində qalır, çıxış yolunu isə heçliyə çevrilməkdə görür.
Nə üçün, kim üçün yaşadığını, mücadilə etdiyini bilən insan istənilən çətinliyinin öhdəsindən gəlmək üçün özündə güc tapır. Məna insan həyatı üçün ilk səbəbdir – deyən Alber Kamyu insanın yaşam səbəbini onun həyatına məna verməsində görürdü. Kamyu “Sinif haqqında əfsanə” əsərində öz fikirlərini geniş şərh etmişdir. Onun fikrincə, insanın ümidi bitəndə, həyatda məna tapmayanda məntiqi olaraq yeganə çıxış yolu intihardır. Ölüm tamamilə yoxaçıxmadır, insan mövcudluğun sonudur. Lakin bir şeyi unutmaq olmaz: intihar məsuliyyətdən qaçmadır. Həyatına dəqiq məna verməsən belə, yaşamaq və ədalətli bir dünya üçün mübarizə aparmaq lazımdır.
Ədəbiyyat siyahısı
-
Fərman İsmayılov. Seçilmiş əsərləri 5 cilddə IV cild. Bakı, “oğuz Eli”, 2011. 676 səh.
-
M.Fərhadoğlu. Fəlsəfənin əsasları. Bakı. Maarif nəşriyyatı, 2000-ci il. 440 səh.
-
M.B.Zeynalov. Fəlsəfə tarixi. Bakı. Azərbaycan nəşriyyatı, 2001-ci il. 544 səh.
-
Q.Y.Abbasova, Z.C.Hacıyev. Sosial fəlsəfə. Bakı Ayna mətbu evi, 2001-ci il. 506 səh.
-
И.Д. Панцхова. Человек, его жизнь и бессмертие. Москва, 1967.
СМЫСЛ ЖИЗНИ. ЖИЗНЬ И СМЕРТЬ
Адгезалова Г.А., магистрант
Бакинский Государственный Университет
Р Е З Ю М Е
В статы были затронуты отношения к концепции жизни на различных этапах истории человечества, а также отношения различных выдающихая лигностей к этому понятию. Одним из наиболее важных аспектов человеческого существования смысла в философии вопрос жизни и смерти.
MEANING OF THE LIFE. LIFE AND DEATH
Adgozalova G.A., magistrant
Baku State University
S U M M A R Y
The article heghlights the altitude of various outstanding people to the concept of life different stages in the history of mankind. One of the most important aspects of human extistence of meaning in philosophy a mather of life and death
DÜNYANIN DƏRKEDİLMƏSİNDƏ EMPİRİZM VƏ RASİONALİZMİN XARAKTERİK CƏHƏTLƏRİ
Məmmədova Aysel Rövşən qızı
BDU-nun III kurs magistrantı
Açar sözlər: fəlsəfə, empirizm, rasionalizm, fəlsəfə tarixi, dərketmə.
Ключевые слова: философия, эмпиризм, рационализм, история философии, познание.
Keywords: philosophy, empiricism, rationalism, the history of philosophy, cognition.
Fəlsəfi sahələrdən birini təşkil edən gnoseologiyada öyrənilən əsas problemlərdən biri –dərketmə metodlarıdır.Fəlsəfə tarixindən məlum olduğu kimi, burada fikir müxtəlifliyi çoxdur. Insan zəkası, düşüncə tərzindən asılı olaraq, həm duyğu və qavrayışlardan, həm də abstraksiyalardan, mühakimələrin imkanlarından istifadə edərək inkişaf edə bilər. tədqiq etdiyimiz Yeni dövrün fəlsəfəsi özündə hər iki imkanları birləşdirən yeni fəlsəfi nəzəriyyə və yanaşmaları formalaşdıraraq, gələcək fəlsəfi fikrin inkişafına böyük təkan vermişdir.
Məlumdur ki, XYII əsr Avropa fəlsəfəsini Yeni dövr fəlsəfəsi adlandırılması şərtidir. Bu dövr sosial inkişafın müxtəlif çalarları ilə fərqlənir. Məsələn, İngiltərə burjua inqilabı (1640-1688) baş verir. Fransa mütləqiyyət dövrünün çiçəklənməsi mərhələsini yaşayır, kontrreformasiyanın qələbəsinə görə İtaliya ictimai inkişafın önündən uzun müddət kənara çıxarılmış olur. Feodalizmdən kapitalizmə doğru plan ümumi hərəkət ziddiyyətli xarakteri daşıyır və tez-tez dramatik formalardahəyata keçirdi. Hakimiyyətin, hüququn və pulun gücünün arasında fərqlər ona gətirib çıxarır ki, insan üçün həyat şəraiti təsadüflər üzərində qurulmuş olur. Yeni dövrün fəlsəfəsi müxtəlif milli məktəblər və mütəfəkkirlərtərəfindən formalaşdırılmışdır. Amma, bütün fərqlərə baxmayaraq, fəlsəfə istiqamətlərinin mahiyyətində bir meyl özünü göstərir: faktiki və məntiqi işlərin vəziyyəti arasında prinsipial oxşarlıq mövcuddur. Bu oxşarlıgınnecə reallaşması sualına verilən cavabdan asılı olaraq iki fəlsəfi ənənə mövcuddur: empirizm və rasionalizm [1].
Bu məqalədə ümumiyyətlə empirizm və rasionalizm problemlərinə münasibəti bildirməyə çalışarıq. Hər iki yanaşmanın uzun tarixi var. Hələ qədim dövr fəlsəfənin nümayəndələri dünyanın dərk edilməsində istifadə olunan dərketmə imkanları təhlil edilmiş, bunlara münasibət bildirilmişdir. Məsələn Aristotel hesab edirdi ki, təfəkkür qanunları varlığın qanunları ilə üst-üstə düşür (məntiq və ontologiya qanunları)[2].Xatırladaq ki, “insanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir” [5].
Məlumdur ki, duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü biruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal hazırda duyğunun müxtəlif növləri fərqləndirilir [3]. Qavrayış isə həqiqi və mücərrəd varlığın insan tərəfindən bilavasitə hissən qavranılması, xarici aləmin hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyətidir [yenə orada].Bu xüsusiyyətlər insan şüuru ilə bağlıdır.
Tədqiqatçıların hesab etdiyi kimi, özünü dərketmənin strükturu və formaları, pillələri və səviyyələri mövcuddur. İlkin pillədə o, öz – özlüyünü hiss etməkdən, ikinci pillədə isə özünün müəyyən insan birliyinə aid olduğunu, üşüncü pillədə şəxsi «mən» şüurunu anlamaq, ona nail olmaq və formalaşmadan ibarətdir. Fəlsəfə tarixində bilik və həqiqətə özünü dərketmə şüuru ilə qiymət verən ilk filosof Sokrat olmuşdur. Onun fikirləri «mən bir şeyi bilirəm ki, heç nəyi bilmirəm, başqaları heç bunu da bilmirlər» və özünü dərk et və s. olmuşdur [4].
Qeyd edək ki, antik fəlsəfədə təbiətin və insanın təhlilində xüsusi yanaşma - kosmosentrizm - əmələ gəlmişdir; mahiyyəti ondan ibarətdir ki, fəlsəfə problemlərintəhlilindəmüəyyən mənəvi başlanğıca (ruha, dünya ağılına) malik olan vahid tam, ilk çıxış nöqtəsi kimi kosmosun anlaması idi. Kosmosun anlaması dünyanın anlamasının mərkəzindədir. Buna uyğun olaraq insanın təbiəti də izah edilir. İnsan – mikrokosmdur, buradan dünyanın və insanın harmoniyası, insan ağlının, düşüncəsinin izahı da irəli gəlir. İnsan fəaliyyətinin əhəmiyyətli növü kimi dərketmə ilə bağlı təfəkkür, idrak fəaliyyəti etiraf edilirdi və insan və kosmos, insanın daxili harmoniyasının əldə edilməsinə yönəldilmiş sosial harmoniyadan, insanın və kosmosun arasında harmoniyasından bəhs edilirdi. Bununla həm dəantik fəlsəfənin və mədəniyyətin idrak və etik rasionalizm kimi səciyyəvi xüsusiyyətləri də əlaqəlidir: xeyir – biliklərin, şər – bilməməzliyin nəticəsidir. Antik fəlsəfədə müdrik adam insan idealıdır, o, özünü əhatə edən dünyanı seyr edir, onu düşünür.
Insan mənəvi xüsusiyyətə - ağıla malikdir; məlumdur ki, bir çox təlimlərdə insan ağlı dünya ağlının (loqosun) hissəciyi kimi anlaşılır; buradan insan tərəfindən dünyanın anlaması, harmoniyanın, təbiətin qanunauyğunluqlarının və s. dərk etməyə imkanıvə qabiliyyətininəsaslandırılması işi irəli gəlir. Yuxarıda qeyd edilənlərdəndigərvacib qənaətlər irəli gəlir: ən əhəmiyyətli insan keyfiyyətləri – həqiqəti dərk etmək məntiqi,ağıl, düşüncə qabiliyyətləridir. Insandaidrak fəaliyyəti fəaliyyətin ən yüksək növünüdür. Varlığın mahiyyətini dərk edən müdrik adam insanın idealı idi.
Ağla, biliklərə ən yüksək dəyərlər kimi baxılırdı, bunlara insanın bütün qalan mənəvi dəyərləri əsaslanır. Antik fəlsəfədə bu barədə deyilir ki, insanın mənəvi-əxlaqlı keyfiyyətləri (xeyir – biliyin nəticəsi, şər – avamlığın nəticəsi) onun dünya haqqında həqiqi biliklərinin səviyyəsi ilə müəyyən edilir. Digər keyfiyyətlərin etinasızlığı hesabına insanda ağıllı başlanğıcın belə mütləqləşdirilməsi idraki və etik fəlsəfə və mədəniyyətində rasionalizmin olmasına dəlalət edir. Rasionalizminformalaşması ona gətirib çıxardı ki, bütün Qərbi Avropa mədəniyyətinin ən əhəmiyyətli xüsusiyyətlərindən birinəçevrildi.
İnsan fəaliyyətinin əhəmiyyətli növü kimi təfəkkürün, idraki fəaliyyətinkosmos və insanın mahiyyətinindərk edilməsi ilə bağlılığı etiraf edilirdi. Bu da öz növbəsində insanın daxili harmoniyasına nail olunmasına yönəldilmiş sosial harmoniyanın, insanın və kosmosun arasında harmoniyanın yaranması deməkdir.
Bu mənada müdrik adam antik fəlsəfədə insan idealıdır, o, əhatə edən dünyanı seyr edir, əhatə edən aləmdən düşünür [2].
Orta əsr fəlsəfəsində Allah ideyasına,onun mahiyyətinə uyğun olaraq məsələlərin həlli səciyyəvi idi. Təbiətin və insanın dərkedilməsi,onların mahiyyəti insan və Allahın münasibətləri prinsiplərindən irəli gələrək izah edilirdi. Xristianlıqda Allahın anlamasının tipik xüsusiyyəti - Allahın şəxsiyyət kimi çıxış etməsi idi. Allah ağıla, iradəyə, azadlığa, yaradıcılıqqabiliyyətinə malikdir. İnsanın və Allahın oxşarlığı var,insana eyni keyfiyyətlər məxsusdur, amma daha kiçik ifadədə. Insanda hansı ölçüdə bu keyfiyyətlərin inkişaf etməsi insanların öz üzərində necə işləməsindən asılıdır. İstənilən təkmilləşdirmə idealı güman edir. İdeal – Allahdır. Bu, mükəmməlliyin yüksək dərəcəsidir.
İnsanın belə düşünülməsinə əsaslanaraq, insanın dünyaya və Allaha münasibəti haqqında problemüzə çıxır. Allahabənzər varlıq kimi, insan təbiətin padşahı,yaradıcılığın çələngidir. Insanın Allaha münasibəti əxlaqi təkmilləşmə,Allaha sevgiyə əsasən qurulmalıdır.Fəlsəfədə ideal insan – əxlaqlı adam idi. Dirçəliş dövrünün fəlsəfəsi antroposentrizm, humanizm əsasında qurulur, fəlsəfə mərkəzində insanın problemi durur, özünəməxsusluğu olan bir varlıq kimi məhz bu prizmadan dünya anlanılmalıdır.
Orta əsrlərdə dərketmədə birinci növbədə dünyanın yaranmasının səbəbini axtarırdılar. Bunu da çox vaxt yaradanın (allahın və ya ideyanın) məqsədyönlü fəaliyyətində görürdülər. Abstrakt təfəkkür də (məsələn, riyaziyyat formasında) inkişaf edirdi. Rəqəmlər bəzən ilahiləşdirilirdi (məsələn, Avqustin tərəfındən). Guya ədədlər dünyanı nizamlanmış, iyerarxiyalı (qarşılıqlı asıhlıq və vəzifə bölgüsü) sistem şəklinə salır. Bu sistemdə hər bir əşyanın öz «təbii yerləşməsi» mövcuddur. Dünyanın qayda-qanunu, nizamı da bununla müəyyən edilir. Riyaziyyatçılar nəzəri təfəkkürün dili olan «azad sənətlər» sahəsində də (astronomiya, dialektika, ritorika, hesab, həndəsə, musiqi, təbabət) istifadə olunan anlayışlar sistemini yaratmışdılar. Riyaziyyat qədim cəmiyyət şəraitində bilik sahələri arasında sintezedici rol oynayırdı. Bu inteqrasiyanı təmin edən riyaziyyatın universal dili idi. Nəticədə dünyanın bütöv mənzərəsi yaranır, məqsədyönlülük prinsipinin tətbiqi mümkün olurdu.
Nəzəri bilikləri işləyib hazırlayan peyğəmbərlər, müəllimlər, sənətkarlar və ağsaqqallar idi. Mənəvi fəaliyyət patriarxal əkinçilik və sənətkarlar qruplarının korporativ strukturunun müəyyən inikası şəklində inkişaf edirdi. Hətta akademiya və Litsey, orta əsr universitetləri öz quruluşu və işin təşkilinə görə sənətkarlar sexinə bənzəyirdi: şəxsi əlaqələr ciddi şəkildə qaydalara uyğun qurulurdu (müəllim-şagird), tədris və təlimin də spesifik vasitələri vardı. Ən geniş istifadə olunan formalar disput və dialoq idi. Burada əsas məqsəd - predmetlərin mahiyyətini tapmaq yox, sözlərin mənasını aydınlaşdırmaq idi [bax: 6, s. 8-9].
Şərq fəlsəfəsində də dərketmə, onun pillələri barəsində müxtəlif fikirlər irəli sürülürdü. Məsələn, “İbn Sina dinin həqiqətin ifadə vasitəsi olduğunu isbatlamaq üçün vəhy məsələsinə münasibət bildirir. Filosofagörə, vəhy mələkdən emanasiya yolu ilə hasil olan və həqiqəti ifadə edən ilahi feyzdir. Bu zaman vəhy idrak prosesi olmadan peyğəmbərin qəlbinə sızdırılır və peyğəmbər bu sızdırılanları təxəyyül yolu ilə qavrayır. Filosof vəhylə peyğəmbərliyi eyniləşdirir və bildirirki, peyğəmbərlik həqiqəti ifadə etdiyi üçün vəhydə həqiqətdə təmsil olunur. Deməli, vəhy həqiqətə dair bilikdir. Elə isə vəhy həqiqətin özüdür” [5].
İrrasional mahiyyətlərin dini mətnlərdə rasional təzahürlərlə ifadəsi əslində onu göstərir ki, “ilahi” bilik mütləq şəkildə öz maddi qabığında əks olunmayıb; rəmz və bənzətmələr ali mahiyyətin təzahürüdür. Bu səbəbdən ilahi biliyin dilini zahirən başa düşmək doğru deyildir [yenə orada].
XVII əsr Yeni dövr fəlsəfəsi adlandırılan fəlsəfənin inkişafında yeni mərhələni açır. Yeni ictimai münasibətlərin formalaşması və inkişafı bu dövrün tarixi xüsusiyyəti idi, özü də budəyişikliklər nəinki iqtisadiyyatda və siyasətdə, həm də insan şüurundabaş verirdi. İnsan,bir tərəfdən, daha çoxdini dünyagörüşünün təsirindən azadolur, digər tərəfdən isə mənəvi inkişafından müəyyən qədər dala qalır. O axirət həzzinə,həqiqətə deyil, xeyirə, canlıhəyatın rahatlığının artımınayönəldilməmişdir. Bu dövrdə şüurun hakim amili öz klassik variantında elm olur. Əgər Orta əsrlərlərə fəlsəfə ilahiyyatla,intibah dövründə –incəsənətlə ittifaqda çıxış edirdisə, Yeni dövrdə o, əsasən elmə söykənir. Fəlsəfədə ön plana qnoseoloji problemlər çıxır. Onun çərçivələrində iki ən əhəmiyyətli istiqamət formalaşır, bunlar öz qarşıdurmasında Yeni dövrdənXYIII əsrin fəlsəfəsinə keçirlər: empirizm (təcrübəyə dayaq, hislər) və rasionalizm (ağıla dayaq, abstrakt düşüncə) [8].
Rasionalizm Qərb fəlsəfəsi üçün xas olan həm düşüncə tərzi, həm dünyanın təsviri yollarından biri olmuşdur. Bu yola qədəm qoyanlar məhz XYII əsr fəlsəfəsinin nümayəndələri olmuşdur (Dekart başda olmaqla). Burada xüsusi olaraq klassik alman fəlsəfəsi mərhələsini qeyd etmək lazımdır.
Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi İ.Kantın “aposterior bilik haqqındakı təlimi də ənənəvi materialist təlimlərdən çox fərqlidir. Kanta görə təcrübə heç də materialistlərin iddia etdiyi kimi maddi dünyanın inikası kimi başa düşülmür. «Özlüyündə şey» idrak üçün əlçatmazdır. Yəni, dərk olunan əslində materiya deyil. Bəs onda dərk olunan nədir? Kanta görə bu – «özlüyündə şeyin» bizimlə münasibətdə (təcrübədə) təzahür etdiyi, üzə çıxdığı, bizim üçün açıqlandığı formadır. Başqa sözlə, biz materiyanı – «özlüyündə şeyi» yox, onun təzahür edən müəyyən əlamətlərini dərk edirik [7].
Beləliklə, hissi bilik duyğular vasitəsilə bilavasitə qəbul edilən obyektlərin əks etdirilməsiəsasında yaddaşda yenidən canlandırılan obrazlardır. Təsəvvürdə şüurumuzun abstraktlaşdırma qabiliyyəti işə daxil olur. Təsəvvürlər səviyyəsində bizim şüurumuzun təxəyyül kimi qabiliyyəti özünü aşkar edir.Duyğular əsasında əks etmə - xarici dünya ilə şüurun bilavasitə əlaqələndirilən biliyin zəruri pilləsidir.
Təfəkkür - xarici dünyanın əlaqələrini və əhəmiyyətli xüsusiyyətlərinifəal, məqsədyönlü, əlaqələndirilmiş, ümumiləşdirilmiş çəkildə əks etməsi, həm də yeni ideyaların yaradılması prosesidir [9].
Məlumdur ki, idrak prosesi iki tərəfi özünə daxil edir - hissidərketmə və rasional bilik. Bu tərəflər qarşılıqlı dialektik əlaqədədirlər. Hissi bilik düşüncə üçün yalnız ilk materialı verir, amma rasional bilik öz-özlüyündə, hissiyyata dayaqsız mövcud olmaq bacarır, çünki torpağı məhrum edilmiş olur, hansı ki, hissiyyatlı əks etmənin məlumatları çıxış edirlər.
Sensualizm (latın sensu - hiss) tezisi müdafiə edərək hissi dərketmə rolunu mütləqləşdirir:hislərdə olmayandan ağılda yoxdur. İlkin informasiyanın ən əhəmiyyətli mənbəyi kimi hissi qavrayışın rolunun qabardılması sensualizmin güclü tərəfini təşkil edir. Zəif tərəfi isə -duyğular əsasında biliyin təkrar qiymətləndirilməsində, biliyin bütün prosesini hissi məlumatların müxtəlif kombinasiyaları ilə məhdudlaşdırmaq, düşüncənin rolunu azaltmaqdır.Rasionalizm (latınca ratio– ağıl deməkdir) öz növbəsində hissi biliklərin rolunu kiçildir və həlledici yer hissidənayrılmış, təcrid edilmiş ağıla aparır. Rasionalizm ağılı onun qida mənbəyi olanempirik faktlardan qopardır, biliyi bazasındanməhrum edir [yenə orada].
Mövzu olduqca genişdir; ümumi qənaət belədir ki, empirizn və rasionalizm fəlsəfə cərəyanları olaraq, tarixi inkişaf yolunu keçmiş, öz inkişaf zirvəsinə XYII əsrdə şatmışdır. Bu cərəyanlar üzərində çalışan mütəfəkkirlərin yaradıcılığı indi də bir çox elm nümayəndələrini özünə cəlb edir.
Ədəbiyyat
-
Эмпиризм и рационализм в философии Нового времени // http://nsportal.ru/vuz/filosofskie-nauki
-
Эмпиризм и рационализм // http://mylect.ru/filosofi/text
-
Duyğu // http://az.wikipedia.org/
-
Fəlsəfədə şüur problemi // http://kayzen.az/blog/fəlsəfə
-
Fəlsəfədə idrak problemi // http://kayzen.az/blog/fəlsəfə
-
Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. B.: 2001
-
Xəlilov S. Kant və Sührəverdi. // felsefedunyasi.org/files
-
Проблемы научного познания в философии Нового времени (17 – 18 века)// http://bibliofond.ru/view
-
Формы чувственного и рационального познания действительности и их соотношение. Эмпиризм и рационализм // http://filnauk.ru
ХАРАКТЕРНЫЕ ОСОБЕННОСТИ ЭМПИРИЗМА И РАЦИОНАЛИЗМА В ИСТОРИИ ФИЛОСОФИИ
Мамедова Айсель, магистрант
Проблемы познания всегда носили актуальный характер в истории философии. Рассмотрение вопроса по различным периодам развития философии показывает, что соотношение эмпирического и теоретического уровня познания представлялось философам по-разному. Наиболее глубоко идеи эмпиризма и рационализма были разработаны в эпоху Нового Времени. В статье рассматриваются вопросы познании вообще, эмпирического и рационального познания - в частности.
FEATURES EMPIRICISM AND RATIONALISM
IN THE HISTORY OF PHILOSOPHY
MamedovAysel
Problem of knowledge have always been relevant in the history of philosophy. Consideration of the various periods of the development of philosophy shows that the ratio of the empirical and theoretical level of knowledge represents a philosophy in different ways. The most profound ideas of empiricism and rationalism were developed in the era of the New Age. The article deals the empirical knowledge - in general and rational knowledge- in particular.
Dostları ilə paylaş: |