AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 1,88 Mb.
səhifə8/11
tarix05.03.2017
ölçüsü1,88 Mb.
#10323
1   2   3   4   5   6   7   8   9   10   11
SOSİAL İŞ VƏ SOSİOLOGİYA

YENIYETMƏLƏRLƏ SOSIAL IŞIN TƏŞKİLİ XÜSUSIYYƏTLƏRI

Lotfi Lalaklou Heydar Mehrab

BDU-nun III kurs magistrantı


Açar sözlər: yeniyetmələr, sosial iş, çətin tərbiyə olunan yeniyetmələr, Azərbaycanda sosial işin təçkili.

Ключевые слова: подростки, социальная работа, трудно воспитуемые подростки, организация социальной работы в Азербайджане.

Keywords: adolescents, social work, it is difficult to educability adolescent social work organization in Azerbaijan

Müasir dövrdə müxtəlif cəmiyyətlərdə gənc nəslin tərbiyə edilməsi, sosiallaşması prosesləri bir sıra amillərlə şərtləndirilir. Bunların sırasında ilk növbədə qlobal xarakterli prosesləri, o cümlədən, miqrasiya, sosial mobilliyin digər növlərini, ekoloji böhranı, informasiya-kommunikasiya texnologiyaların inkişafını, ailələrdə baş verən böran mahiyyətli dəyişiklikləri, insanların dünyagörüşlərində baş verən dəyişiklikləri göstərmək olar.

Yeniyetmələr bir sosial qrup olaraq bir sıra şzünəməxsus xüsusiyyətlərə malikdirlər. Burada uşaqlıq mərhələsindən yetkinlik mərhələsinə keçid reallaşır. Tədqiqatçıların hesab etdikləri kimi,“müəyyən yaşdaolan uşaqların sosial yetkinliyi cəmiyyətin normalarınınmənimsəməsiyolu ilə onun irəliləyişi dərəcəsisəciyyələndirir. Ontogenezinin hər dövrünə burada tələblərin müxtəlif olması təbiidir, amma, bununla belə, sosial yetkinlik, onlar tərəfindənböyüklərin normalarınıdərk etməsinə uşağın münasibətivə "keyfiyyəti" ilə təyin edilir. Məhz bu münasibətlər vasitəsilə uşaqlar əhəmiyyətli normalar və funksiyaları, ictimai-tarixi təcrübəni mənimsəyir, sosial rolların məzmunu ilə tanış olur, yəni ictimai subyekt kimi formalaşdırılır.Yeniyetmə yaşında böyüklərin dünyası ilə münasibətlər aparıcı rol oynasa da, bu münasibətlərinbir sıra xüsusiyyətləri var:

1) böyüklərin dünyası ilə münasibətlər obyektiv ictimai münasibətlər vasitəsilə ifadə olunmağa başlayır;

2) yeniyetmə müəyyən ictimai-sinfi mövqeyi tutmağa başlayır;

3) bu reprezentasiya və şəxsiyyətin həyat yolu, keçmişin, indikinin və gələcəyinyenidən mənalandırılması əsasında həyata keçirilir [1, s. 8].

Yeniyetmələrin yaşadıqları sosial mühit belədir ki, burada sosial fəaliyyət üçün çox az imkanlar qalır. Bu mənada sosial işçilər üçün burada geniş fəaliyyət meydanı açılır. Azərbaycanda, xüsusi iş proqramları ilə yanaşı, çətin böyüyən uşaqlarla bir çox strukturlar lazımi iş aparırlar.

Aparılan işin əsas istiqamətlərini yerli mühit və şəraitinə uyğun qurmaq və təşkil etmək lazımdır. Tədqiqatçəların hesab etdiyi kimi, “təhsil şəraitində deviant davranışlı uşaq və yeniyetmələrin sosial uyğunlaşması işini həyata keçirmək üçün aşağıdakı məsələləri həll etmək lazımdır:



  • İctimai cəhətdən əhəmiyyətli fəaliyyətə uşaqların və yeniyetmələrin cəlb edilməsi.

  • Neqativ hadisələrin profilaktikası, sağlam həyat tərzinin təbliğatı.

  • Çətin həyat vəziyyətində olan yeniyetmələrin sosial uyğunlaşmasa köməyin göstərilməsi.

  • Yaradıcılıq qabiliyyətlərinin formalaşması, asudə vaxtının təşkili vasitəsilə şəxsiyyətin özünü təsdiqləməsi üçün şəraitin yaradılması.

  • Yeniyetmələrin özünə qiymətinin səviyyəsinin artımı, dəyərlər oriyentasiyalarının formalaşmasında kömək” [2].

Azərbaycan Respublikasında bu sahədə nə kimi işlər aparılır. Birinci hövbədə statistikaya müraciət edək. Azərbaycan Dövlət statistika Komitesinin məlumaşna görə, Azərbaycanda hal-hazırda

Yeniyetmələr arasında risq qrupların artmasına həm də islam cəmiyyətində formalaşan bir sıra adətlər də öz təsirini göstərir. Məsələn, İranda gənclərin arasında erkən nikahların sayı artmışdır: “İranda yeniyetmələr arasında evlilik halları 2006-cı ildən 2010-cu illədək 45 faiz artıb. Ölkənin Statistika Təşkilatının məlumatına əsasən, 2006-cı ildə 15 yaşlı qızlar arasında evlilik 2,3 faiz təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 9,4 faiz olub.Hər il evlənmiş yeniyetmələrin sayı 40 000 nəfər artır. “2006-cı ildə 950 000 yeniyetmə ailə həyatı qurub. Onlardan 900 mini qız və 70 min nəfəri 10-14 yaşlı yeniyetmələrdir. 2010-cu ildə yaşı 15-dən az olan evlənmiş yeniyetmələrin sayının 43 000 nəfər olub. Yaşı 15-dən az olanların ailə qurması ölkədə qanunla qadağandır. Belə evlilik halları əsasən qızlar arasında baş verir” [5]. Belə fəsadlar həmin gənclərin sağlamlığına, mənəvi-psixoloji durumuna, sosial statusuna mənfi təsir göstərir. Burada sosial işçilər üçün geniş meydan açılır. Ilk növbədə profilaktik işlərin aparılması təşkil olunmalıdır. Sonradan isə məqsədyönlü təbliğat və əkstəbliğat işləri aparılmalıdır ki, qanun pozuntuları olmasın.

Yeniyetmələrin şəxsiyyət kimi formalaşması prosesində həm də kütləvi informasiya vasitələri iştirak edir. Artıq KİV-n yeniyetmələrlə əlaqədar mənfi təsiri barədə olduqca geniş material toplanılıb və təhlil olunur. Misal üçün, Rusiya tədqiqatçıların yaradıcılığına müraciət edək.

Aparılan tədqiqatlar göstərir ki, “böyüyən nəsilin tərbiyələndirilməsi və maarifləndirilməsiəvəzinə eskapizasiya (şəxsiyyətin, böhranın kritik vəziyyətlərində böhranlar, acizliklər, özgəninkiləşdirmələrdən, yəni həqiqətdən illüziyalar və fantaziyalar dünyasına getmək) olur, yəni fərd ya müasir filmlərin son dərəcə sərt və alçaq dünyasına və ya xəyali narkotik dünyasına - ədəbsiz,hər cür reallıqdan uzaqlaşdırantok– şoulara keçid baş verir. Həm dəteleviziya ekranlarında xarici kinofilmlər (heç də həmişə yaxşı olmayan) yerli filmləri əhəmiyyətli dərəcədə ötür. Televiziyanın kabel kanallarının əksəriyyəti ümumiyyətlə bir-birinin dalınca yalnız döyüşçüləri, erotikanı və dəhşətləri reklamla qarışıq göstərirlər. Və gənclərə ünvanlanmış reklam ( həmçinin küçədəki) manipulyativ tipli sloqanlara yaxındır ("Həyatdan hər şeyi götür!", "Mütləq azadlıq!"), hansılar ki, psixikada reklam edilənlə (həmçinin, zərərliməhsulla) müsbət dərk edilməmiş assosiasiyaları bərkitməlidir” [6].

Göstərilir ki, “son 15 il ərzində Rusiya televiziyasında, kütləvi ədəbiyyatda və kinoda əsas qəhrəman personajlarının tədricən dəyişməsi baş verdi. "Əməkqəhrəmanları" personajlarınıcəmiyyətə zidd, antisosial personajlar və "istehlakçı qəhrəmanlar" əvəz etdi.

İdrak funksiyası elmə zidd disfunksiya ilə (astrolojı proqnozlar, tarixin təhrifi və s.) tez-tez əvəzlənir. "Sarı" qəzet və jurnalların tirajı nəhəngdir. Klassik və xalq musiqisi müasir televiziya və çoxsaylı radiostansiyaların efirindən şəkilib, burada pop və rok musiqisi daim səslənir. Nəticədə müasir gənclərin musiqi və emosional dünyası daha primitiv və kasad olur.Əhalinin əksəriyyəti KİV-in neqativ təsiri hiss edir və anlayır. Sosioloji tədqiqatlar mərkəzinin əməkdaşları tərəfindən Sankt-Peterburqda keçirilmiş sorğular göstərdi ki, 2000-ci ildəteleviziya proqramları və reklamın məzmunu üzərində əxlaqi nəzarətinlehinə 70% Peterburq sakini çıxış edirdi, 2002-ci ildə isə - artıq 73%” [yenə orada].

Azərbaycanda da aparılan tədqiqatlar göstərir ki, “uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması zəruridir. Bu sahədə digər ölkələrin aparıcı kanallarının təcrübəsindən bəhrələnmək olar. Məsələn, Rusiyanın birinci kanalının "Umniki i umnitsı", STS kanalının "Samıy umnıy" verilişləri kifayət qədər populyar və geniş tamaşaçı auditoriyası qazanmış proqramlardır. Həmçinin, uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün, televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər. 
İctimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir [8].

Beləliklə, heç də asan olmayan bir şəraitdə yaşayan gənclər, yeniyetmələr bir çox mənəvi problemlərlə rastlaşır ki, bunların həlli dövlətin sosial siyasəti səviyyəsində aparılmalıdır (o cümlədən sosial iş sahəsində).

Azərbaycan təsqiqatçıları da göstərilir ki, “mediazorakılıq – bu, yalnız psixoloji deyil, həmçinin sosial və fəlsəfə problemidir. Bu, zorakılığın estetik və instrumental dəyərini qəbul edən cəmiyyətin problemidir. Başqa cür tərbiyənin qəbul edilmiş modellərini izah etmək çətindir, ona görə ki telezorakılıq sankiuşaqlardan gizlənir və eyni zamanda, demək olar ki, həddi-büluğa çatmavaxtı uşaqlara içməyə, çəkməyə, kinoteatrlarda pornoqrafiyaya baxmağa, silahı əldə etməyə icazə verilir. Uşaqların psixi sağlamlığı haqqında artan narahatlığa baxmayaraq, qəddarlığın təsviri ilə televiziya yayımı proqramları geniş tamaşaçının arzuları əsasında yaradılır” [3].

Azərbaycanda bu sahədə lazımi istiqamətdə sosial işin aparılması məqsədilə lazıml hüquqi bazasının yaradılması istiqamətində işlər aparılır. Sağlamlıq imkanları məhdud uşaqlar qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

Məsələn, 19 may 1998-ci il tarixdə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Qanuna əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Sağlamlıq imkanları məhdud oğlan və qızların vəziyyəti, eləcə də onların hüquqlarının qorunması, təhsili, reabilitasiyası, sosial müdafiəsi və digər sahələrdə onlara münasibətdə hər hansı fərq yoxdur.

Həmin Qanunun 35-ci maddəsinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür.Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edәn şәxsә yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə ödәnilir [7].

Mənəvi tərbiyənin aparılmasında asudə vaxtın təşkilinin də əhəmiyyəti olduqca vacibdir. Burada turizm işinin təşkili də mühüm əhəmiyyət kəsb edir: “uşaqların fiziki və mədəni inkişafında turizmin imkanları tükənməzdir. O çətin şəraitdə necə hərəkət etməyi, dözümlülük, iradəli olmaq, çətinlikləri dəf etmək bacarığı, müşahidəçilik, məsuliyyət, təbiətə qayğılı münasibət və s. tərbiyə edir. Uşaq və yeniyetmələr turizm fəaliyyətinin müxtəlif yolları və növləri ilə məşğul olarkən gördükləri maddi və mənəvi dəyərləri, təbiətə, incəsənətə aid elmi bilikləri təhlil edir, nəticə çıxarır, həyatda öz yerləri, öz mövqeləri, öz vəzifələri haqqında düşunürlər.Uşaq və yeniyetmələrin turizm fəaliyyətinə cəlb olunmasında, turizmə maraq oyatmaqda valideynlərin də fəaliyyətini unutmaq olmaz. Vətənimizin tarixinə aid məşhur səyyahların, görkəmli elm və mədəniyyət xadimlərinin xatirələrini gənc nəsilə çatdırılması da faydalı ola bilər. Belə gəzintilər zamanı uşaqlar şəhərimizi, vətənimizi daha dərindən sevir, onun adamlarına, xalqımıza hörmət və məhəbbət hissi aşılayırlar [9].

Neqativ hadisələrin profilaktikası, sağlam həyat tərzinin təbliğatı ilə əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda "Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Sosial işçidən tələb olunur ki, xidmət göstərdiyi ərazidə müxtəlif növ və formada sosial yardıma ehtiyacı olan ailələri, ayrı-ayrı vətəndaşları, o cümlədən, yetkinlik yaşına çatmayanları aşkar edir, onları qeydə alır və nəzarətdə saxlayır. Həmin ərazidə yaşayan şəxslərin yaşayış, iş və təhsil yerlərində qarşılaşdıqları çətinliklərin səbəblərini öyrənir. Həmin şəxslərə göstəriləcək sosial yardımın xüsusiyyətlərini və həcmini müəyyən edir. Ayrı-ayrı şəxslərin, ailələrin və sosial qrupların potensial imkanlarının aktivləşməsinə köməklik göstərir. Sosial müdafiə ilə bağlı müxtəlif suallarla əlaqədar zəruri məsləhətlər verir. Ehtiyacı olanlara daimi və ya müvəqqəti xidmət göstərilməsinə, qəyyumluğa və ya himayəçiliyə götürülmə ilə əlaqədar sənədlərin hazırlanmasına köməklik göstərir. Səhiyyə orqanlarının stasionar müəssisələrinə yerləşdirilməyə ehtiyacı olanlara yardım edir. Valideyn hüquqlarından məhrum etmə ilə bağlı iddianın qaldırılması, övladlığa götürülmənin rəsmiləşdirilməsi və s. barədə zəruri materialları və sənədləri müvafiq orqan və idarələrə təqdim edir. Qanunvericiliyi pozmuş yetkinlik yaşına çatmayanların ictimai müdafiəsini təşkil edir, zəruri hallarda məhkəmələrdə onların ictimaiəsaslarla müdafiəçisi kimi çıxış edir” [10].

Çətin həyat vəziyyətində olan yeniyetmələrin sosial uyğunlaşmasa köməyin göstərilməsi işinin təşkilində hələ müəyyən boşluqlar var. Bir misala müraciət edək. “Sos Uşaq Kənd”-ləri 2000-ci ilin noyabr ayından Azərbaycanda fəaliyyət göstərir. Hazırda Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq, ailə qayğısı ilə əhatə olunub. “Bakı Sos gənclər evi”-nə 16 yaşına çatmış, yetkin, orta təhsilini başa vurmuş yeniyetmələr qəbul olunurlar. Bu qayğının müddəti 4 il davam edir. Qayğının bu mərhələsinin əsas məqsədi hər bir yeniyetmənin sənət, peşə və ya hansısa ixtisasa yiyələnməsi, ilk əmək fəaliyyətinə başlaması zamanı mənəvi və maddi dəstəyin göstərilməsidir. Gənclər evi biri qızlar, digəri isə oğlanlar üçün nəzərdə tutulub. “Sos Uşaq Kəndi”ndən uşaqlar itkin düşür, bunların çətin tərbiyə olunmasını nəzərə alaraq, Quba rayonunda fəaliyyətdə olan çətin tərbiyyə olunanlar evinə göndərirlər. Həmin evə getmək istəmədikləri üçün uşaqlar qaçıblar [11].

Belə problemlər çoxdur və onların həllində sosial işçilər yaxından iştirak etməlidirlər.

ƏDƏBİYYAT


  1. Весна Е.Б. Изучение личности подростка. – Курган: Научно-производственное объединение “Юность”, 1992.

  2. Программа работы с трудными подростками 
    в МОУ ДОД ЦРТДиЮ г. Нерюнгри«Альтернатива» // http://nsportal.ru/

  3. Д.В. Жмуров. "Сценарная агрессия. Влияние СМИ  на криминализацию молодежи". // http://npocmo.info/scen/scen_index.html

  4. Одинцова М.А. Специфика структурной организации ценностно-мотивационной сферы подростков учреждений профессионального образования в ситуации аномии современного российского общества // https://sites.google.com

  5. İranda yeniyetmələr arasında evlənmə halları artıb // http://www.milli.az/news/w

  6. Солоха Н. Ю. Средства массовой информации и их влияние на молодежь. // http://ms-solutions.ru/index

  7. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrasına dair Azərbaycan Respublikasının ilk hesabatı Yanvar, 2011-ci il //

  8. Rəsmi dövlət qəzeti telekanalların fəaliyyətini kəskin tənqid etdi // http://www.lent.az/news.

  9. Uşaq və yeniyetmələrlə ekskursiya və turizm işinin təşkili//

http://sabail-mks.az

  1. Sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası // http://e-qanun.az

  2. Bakı SOS gənclər evi”-nin iki azyaşlı sakinin talehi ilə maraqlanan yoxdur… // http://gunxeber.com

ОРГАНИЗАЦИЯ СОЦИАЛЬНОЙ РАБОТЫ С ПОДРОСТКАМИ

Лoтфи Лалоклоу
Воспитание и обучение подрастающего поколения связано с особенностями их взросления. Особо следует выделить здесь подростковый период, когда в физическом и духовном развитии человека происходят серьезные изменения. В статье рассматриваются некоторые проблемы организации социальной работы с подростками на основе материалов исследований, проведенных в России, Иране, Азербайджане.
OF SOCIAL WORK WITH ADOLESCENTS

Lotfi Laloklou


Education and training of the younger generation due to the peculiarities of their growing up. Special mention should be here during adolescence, when physical and spiritual development of man is undergoing serious changes. The article discusses some of the problems of social work with adolescents on the basis of studies conducted in Russia, Iran, and Azerbaijan.

MÜASIR AİLƏLƏRİN PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİNDƏ SOSİAL SİYASƏTİN ROLU

Əhmədova Günel Akif qızı

BDU-nun III kurs magistrantı



Açar sözlər: ailə münasibətləri, problemlər, doğum, boşanma, sabitlik, sosial, milli-mənəvi dəyərlər, adət-ənənə, xoşbəxt, qadın, uşaq, nigah.

Ключевые слова: семейные отношения, проблемы, рождаемость, развод, стабильность, социальный, национальные ценности, традиции, счастье, женщина, ребенок, брак.

Key words: family relationships, problems, birth rate, divorce, stability, social, national and moral values, traditions, happy, woman, child, marriage.
Ailə problemləri ümumi qanunauyğunluğa görə ailənin sosial statusundan asılı olmayıb, təmin olunmuş, ziyalı, az təminatlı, orta savadlı ailələrdə də mümkündür. Ancaq sosial müəssələr bu problemlərin həlli ilə məşqul olmaqda çətinliklər çəkirlər. Baxmayaraq ki, bu sabit cəmiyyətdə sosial işin ən vacib tapşırıqlarından biridir. Azərbaycanda sosial vəziyyətin yaxşılaşdırılması, o cümlədən ailə problemlərinin həlli ön plana çıxarılmışdır.

Bu gün müasir ailələrdə doğumun azalması, ailələrin stabil olmaması, boşanmaların artması, doğumdan imtinanın mövcud olması, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlər yaşanmaqdadır. Müasir ailələrin qlobal miqyasda gedən bu tendensiyanın təsirinə məruz qalması və aşınması əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir.

Azərbaycanda boşanma halları ümumi baxışda qonşu dövlətlərə nəzərən, normaldır. Rusiyaya və digər Avropa ölkələrinə nisbətən Azərbaycanda ailə institutu hələ də möhkəmdir. Amma bu cür rəqəmlərin hələ də ortada olması müəyyən mənada gələcəyimiz üçün bir həyəcan siqnalı sayılmalıdır. Bu səbəbdən də, boşanmaların əsas səbəblərinin araşdırılaraq qarşısının alınması vacibdir. Statistik məlumatlar, tədqiqatçı rəyləri və eləcə də sosial siyasətin bu məsələlərdə rolu məqalədə təhlil olunmuşdur.

Ailənin sosial statusundan asılı olmayaraq ailə problemləri ümumi qanunauyğunluğa görə, təmin olunmuş, ziyalı, az təminatlı, orta savadlı ailələrdə də baş verir. Lakin sosial təşkilatlar bu problemlərin həlli ilə məşqul olmaq iqtidarında deyillər. Baxmayaraq ki, bu sabit cəmiyyətdə sosial işin ən vacib tapşırıqlarından biridir. Azərbaycanda sosial vəziyyətin yaxşılaşdırılması, o cümlədən ailə problemlərinin həlli ön plana çıxarılmışdır.

Müasir ailələrlə əlaqəli bütün problemləri bir neçə qruplara bölmək olar:

Sosial-iqtisadi problemlər–gəlirin aşağı səviyyədə olması, ailə üzvülərinin vacib tələbatını yerinə yetirmək iqtidarında olmaması amillərini özündə cəmləşdirir.

Sabitlik problem qrupuna–dəyişən qanunvericilik, sosial siyasətdə ardıcıllıq və qanuni zəmanətin olmaması.

Sosial-psixoloji problemlər - ailə münasibətində yüksək münaqişəli vəziyyət, ailə üzvülərinin qətilikliyi.

Sosial-məişət problemləri – mənzillə təminat, mənzil almağın maddi cəhətdən mümkünsüzlüyü və aşağı keyfiyyətli yaşayış şəraiti.

“Risk qrupları” problemləri – antisosial rəftar (davranış), cəmiyyətin “etinasızlığı”, əhəmiyyət verməməsi, monitorinqin olmaması.

Ailə tərbiyyəsi problemləri – böyüklərin nüfuz və etibarının itirilməsi, uşaqların böyüməsi və tərbiyəsinə mənfi təsir [4, 5].

Qeyd edildiyi kimi, bu gün müasir ailələrdə doğumun azalması, ailələrin stabil olmaması, boşanmaların artması, doğumdan imtinanın mövcud olması, ailəsiz uşaqların sayının durmadan artması və s. kimi problemlər yaşanmaqdadır. Müasir ailələrin qlobal miqyasda gedən bu tendensiyanın təsirinə məruz qalması və aşınması əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir [2].

Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ildə Azərbaycanda boşanmaların sayı həmin ildə bağlanmış nigaha nisbətən 10 %, 20111-cu ildə isə 12,2 % təşkil etmişdir. Əlbəttə ki, belə bir statistik göstəricilərin olması narahatedicidir.

Tədqiqatçılar bu səbəbləri sistemləşdirərək sosial və iqtisadi tiplərə ayırsa da, düşünürük ki, artıq bu bölgü aradan qaldırılmalıdır. Çünki müasir ailələrin adət-ənənədən, milli dəyərlərdən uzaqlaşmasının iqtisadiyyatla birbaşa əlaqəsi yoxdur. Demək, artıq burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən araşdırmalar aparılmalıdır.

Ailənin, ilk növbədə, psixoloji sağlamlığı yerində olmalıdır. Psixoloji sağlamlıq dedikdə, ailənin bütün üzvlərinə mənəvi-psixoloji tələbatının ödənilməsi, onların həyatdakı şəraitə uyğun fəaliyyətinin qurulmasının təmin edilməsidir.

Mütəxəssislər hesab edir ki, sağlam ailə dedikdə - ailənin hər bir üzvü bərabər səviyyədə tutulur, inam, etibar və düzgünlük ailə üzvlərinin bir-birini dəstəkləməsinə , ailənin bütövlüyünə gətirib çıxarır. Ailənin bütün üzvləri məsuliyyət hiss edir, adət-ənənə əsas yer tutur, ailədə hər kəs bir-birinə hörmət edir və ailənin hər bir üzvünün hissləri qəbul edilir və lazım olanda tənqid edilir - kimi başa düşülür[1].

Bununla yanaşı, müxtəlif istiqamətli təsirlərin mövcudluğu nəticəsində insanlar arasında milli-mənəvi dəyərlərdən uzaqlaşma kimi tendensiya da müşahidə olunmaqdadır. Tədqiqatçıların fikrincə, dünya miqyasında bu gün 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir. Digər tərəfdən daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, məktəblilərin bir çoxu adət-ənənəyə sadiqliyi vacib saymır.

Aparılmış araşdırmaların nəticəsində bəlli olur ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin daxilində olan münasibətləri gərginləşdirir. Bu proses çərçivəsində ailə institutu yeni bir forma alır və sonda boşanmalara, ailə zorakılığına yol açılır.

Statistik müayinə boşanmaların digər səbəblərindən də xəbər verir. Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən çıxdaş edilməsi sonda ailə institunun deformasiyaya uğramasına və qurulmuş ailələrin dağılmasına gətirib çıxarır. Çox təəssüflər olsun ki, az da olsa, eyni proses Azərbaycanda da müşahidə olunmaqdadır. Əlbəttə, Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər göz önünə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə, ailələrə təsir göstərir.

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda da boşananların sayı artır. Bir çox hallarda siyasi opponentlər bunu iqtisadi vəziyyətlə əlaqələndirməyə çalışır. Amma statistikaya nəzər saldıqda görürük ki, ailələrin dağılması heç də əsasən iqtisadi amillərlə bağlı deyil. Statistik rəqəmlər göstərir ki, 1990-cı ildən 2000-ci ilədək ailə qurmaq istəyənlərin sayı azalıb, qurulmuş ailələrin dağılması isə artan faiz arasında müşahidə olunub. 2000-2010-cu illər ərzində isə bağlanan nikahların sayı artsa da, boşanmaların da sayı yüksəlib. Yəni, göstərilən dövr ərzində dağılmış ailələrin sayı 11 faiz müşahidə olunub. Amma təəssüfləndirici haldır ki, 2011-cu ildə bağlanmış nikahların 12,2 faizi boşanmalarla nəticələnib [3].




Rəsmi qeydə alınmış nikah və boşanmaların sayı

İllər

Nigahların sayı

Boşananların sayı

Cəmi


o cümlədən

Cəmi


o cümlədən

Şəhər yerlərində

Kənd yerlərində

Şəhər yerlərində

Kənd yerlərində

1990

73119

37748

35371

14040

13210

830

2000

39611

19994

19617

5478

4332

1146

2005

71643

35593

36050

8895

6864

2031

2010

79172

41592

37580

9061

6753

2308

2011

88145

45494

42651

10747

7391

2816

Göründüyü kimi, Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı krizislər dövründə və bu gün sürətlə inkişaf etdiyi bir zamanda boşanmaların sayı artıb. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda ailələrin dağılmasının əsas səbəbi sosial-iqtisadi vəziyyət deyil, sadəcə, modern ailələrin milli-dəyərlərdən imtina edərək ümumbəşəri ideyalara sürətli transformasiya etməsidir.


Digər tərəfdən, isə, mövcud submədəniyyətlərin təsiri altında yaşayan bir sıra bölgələrdə erkən nikahların bağlanması, maariflənmənin yüksək olmaması və s. səbəblərə görə də boşanma halları müşahidə olunmaqdadır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Müayinə 2009-cu ildə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan ev təsərrüfatlarında aparılıb və sorğu ilə 50 yaşadək 19711 qadın əhatə olunub. Sorğu olunan qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olub.

Müayinə zamanı sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən olunub ki, onların 41 faizinin müvafiq sənədləri qaydasında olmadığından, 1/3-i vaxtilə yaşı nikah yaşına çatmadığından, 26 faizi isə digər səbəblərdən Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmayıb.

Azərbaycanda boşanma halları ümumi baxışda qonşu dövlətlərə nəzərən, normaldır. Rusiyaya və digər Avropa ölkələrinə nisbətən Azərbaycanda ailə institutu hələ də möhkəmdir. Amma bu cür rəqəmlərin hələ də ortada olması müəyyən mənada gələcəyimiz üçün bir həyəcan siqnalı sayılmalıdır. Bu səbəbdən də, boşanmaların əsas səbəblərinin araşdırılaraq qarşısının alınması vacibdir.

Bu gün Azərbaycanın sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəklik daim nəzərə alınmaqla müstəqil Azərbaycanda ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilməklə, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilir.

Ailə siyasəti ilə bağlı məsələlərin normativ- hüquqi tənzimi və əməli həlli əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Ailə siyasəti ilə bağlı qəbul edilən dövlət proqramları, qanun və qərarlar da məhz bu dəyərlərə əsaslanır. Hazırda respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir [1].

Sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən sayılır. Ölkədə hər bir vətəndaş dövlətin, cəmiyyətin qayğısını hiss edir, Azərbaycanda baş verən sürətli tərəqqini, davamlı inkişafı öz həyatında duyur, görür, yaşayır. Müsbət, pozitiv sosial inkişaf təmayülü müasir, modern Azərbaycan ailəsinin inkişafı üçün xarakterik xüsusiyyətdir.

Ölkədə həyata keçirilən sosial təyinatlı kompleks tədbirlər, çoxsaylı səhiyyə, idman, təhsil müəssisələrinin istifadəyə verilməsi deyilənlərə əyani misaldır. Son bir neçə ildə Azərbaycanda iki mindən artıq orta məktəb, 400-dən artıq yeni, müasir tələblərə cavab verən xəstəxana, 34 olimpiya mərkəzi tikilib istifadəyə verilib. Ehtiyacı olanlara dövlət ciddi maddi-mənəvi yardım göstərir, ölkədə 500 mindən artıq insan aylıq əsaslarla dövlətdən müvafiq maliyyə dəstəyi alır. Son illərdə Azərbaycanın dövlət büdcəsinin dəfələrlə artması, iqtisadiyyatın digər sahələrində tərəqqinin əldə edilməsilə yanaşı, sosial yönümlü xərclərin genişlənməsinə, geniş sosial-mədəni təyinatlı müxtəlif layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır.

Təbii ki, bu gün ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin marağındadır. Hazırda qüvvədə olan qanunlara əsasən aztəminatlı ailələrin ehtiyacları əsaslı sürətdə ödənilir. Dünyaya göz açan Azərbaycan vətəndaşlarının xoşbəxt yaşamaları, böyümələri üçün hər bir tədbir görülür. Əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir.
Ədəbiyyat


  1. F.Q.Vahidov, T.B.Ağayev, 2008. Sosiologiya (Ali məktəblər üçün dərs vəsaiti). Bakı: “Təknur” nəşriyyatı.

  2. http:/www.icmal.az/fullstory.php?

  3. http://www.azstat.org/

  4. Добреньков В.И., Кравченко А.И. Социальные институты и процессы.

М.: МГУ, 2000 г. т. 3.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin