Zona xüsusiyyətləri
|
I zona
|
II zona
|
III zona
|
Adı
|
Behişti-Badi-Kübə
|
Bakı kommunası
|
Baku siti
|
Bayraq rəngi
|
yaşıl
|
qırmızı
|
Göy
|
Etiqad
|
Dinçilər
|
Kommunistlər
|
Demokratik
|
Dil
|
Fars dili
|
Rus dili
|
İngilis dili
|
Adlar (şəxsiyyət, yer, qəzet, küçə)
|
Dinə uyğun: Mankur, İrşad, İnam
|
Kommunizmə uyğun, Marat, Marks, İskra
|
Müasir adlar, Fil, Bura, First
|
Göründüyü kimi, yazıçı hər üç zonanı real cizgilərlə təsvir etmişdir. Romanda tasvir olunur ki, birinci zonada hər şey dinə uyğunlaşdırılmış, adlar dəyişdirilmiş, amma buna baxmayaraq yenə də rüşvət mövcuddur, qadınlar sərhədlərindən çıxan kimi hicablarını çıxarırlar. İkinci zonada hər şey kommunizmə uyğunlaşdırılmış, üçüncu zona isə tamamilə müasirləşdirilmişdir.
Ümumiyyətlə, «<Əsərin asas camı və qayəsi da ela ikinci hissədədir. Söhbət reallıq qatından gedir. Nağıl kimi taqdim edilən əsər ela nağıl süjetinin üzərində qurulub və bu iki hissə çılpaq haqiqətlərin, bir çox siyasi proseslər, cəmiyyət, dövlət vǝ hakimiyyətlə bağlı düşüncələrin, həmçinin mədəniyyətimiz haqda fikirlərin söylənilməsi üçün vasitə rolunu oynayır»> (4, 51-52).
Yazıçı bu üç zona üzündən Azərbaycanda baş vermiş olan ictimai, axlaqi və mənəvi dəyişiklikləri tasvir edir. Çilpaq şəkildə disko şou, göbək rəqsi va s. «Ortada səhnə qurulmuşdu....Qabaq masalarda sinli kişilər, bazilari cavan qızlarla əyləşmişdi. Arxa masaların ətrafinda, üstündo, altında oturanlar, duranlar, uzananlar cavanlar idi. Uzun saçlı oğlanlar, qısa saçlı qızlar. Ayırd eləmək olmurdu ki, hansı oğlan, hansı qızdır. Bəzi qızlar oğlanların dizi üstündə oturmuşdu, qol-boyun olub yalaşırdılar. Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə oğlan qızın dizi üstündə oturub? Ya ikisi də oğlandır? Ya har ikisi qız? Hamısının da çənələri işləyirdi-saqqız çeynəyirdilər»> (1, 399).
Romanda təsvir olunan üç zonadakı dəyişikliklərə diqqətlə baxsaq belə nəticəyə gəlmək olar ki, bu dəyişikliklər gələcəkdə baş verə biləcək hadisələr kimi yox, real gerçəklik kimi təqdim edilmişdir. Bu dəyişikliklər hər sahədə, hətta doğma ana dilində də hiss olunmaqdadır. «Gör nə günə qalıb ki, bu Azərbaycan balası iki cümləni təmiz ana dilində deyə bilmir» (1, 360).
Tənqidçi Nərgiz Cabbarlı bu barədə belə yazır: «Məgər sizdə qeyri-müəyyən no vaxtsa ola biləcək bir gələcək taassüratı yarandı? Məndə yox, çünki həmin üç zona artıq mövcuddur. Məgər azad respublikamızın paytaxtı olan Bakımızda bu zonalar görünmür? Üç siyasi quruluşun təsiri duyulmur? Daha dəqiq desək, bu təsirin nəticəsində dəyişmiş, parçalanmış psixologiyaların mövcudluguna göz yummaq istəsəniz də, etirafdan qaçsanız da bu reallıqdır. Gözümüzün reallığı. Bir da təbii ki, yazıçının öz adı ilə adlandırmaq istəmədiyi reallıq»>.
Qeyd etmək lazımdır ki, din müasirliyə və mədəniyyətlərin bir-birinə inteqrasiyasına zidd deyil, əksinə din bunlara çağırır vo taşviq edir. Amma dinin qayda-qanunlarını və adət-ənənələri qoruyu xlamaq şərti ilə bu müasirliyi va inteqrasiyanı yerinə yetirmək olar.
Yazıçı göstərir ki, ölkəsi bu vəziyyətə düşməzdən əvvəl qabaqcadan xəbərdarlıqlar var idi. Amma heç kəs bunlara əhəmiyyət vermirdi. Buna görə də müəllif yalnız hökümətin deyil, ziyalıların, siyasi şəxsiyyətlərin də məsuliyyət daşıdığını vurğulayır. «Sən ölkənin tanınmış jurnalisti idin, görmürdün ki, hadisələr hansı məcrada gedir? Qəzetlərin nə yazdığını oxumurdun....Bilmirdin ki, bir-birinə ədavət, kin püskürən bütün bu yazılar, çıxışlar, bu qan-qan deyan adamlar cəmiyyətdə elə bir nifrət potensialı yaradır ki, bir gün böyük partlayış baş verəcək, hər şey alt-üst olacaq? Oldu da....
- Amma sən burda olanda qarşısını ala bilmədin...
- Qarşısını necə alaydım?
- Niyə, ölkənin nüfuzlu ziyalısıydın. Adamları ağıllarını başına yığmağa çağıraydın, deyəydin ki, qardaşlar, bunun axıri fəlakətdir, qandır, ölümdür, bir birinizə qənim kəsilməyin, qardaş qanı tökməyin»>.
Qeyd etmək lazımdır ki, müəllif romanda kədərli və ümidsizliyə varan pessimizmə baxmayaraq Azərbaycanın qarşılaşdığı və qarşılaşa biləcəyi fəlakətlərdən yalnız millətin iradəsi ilə çıxa bilməsini vurğulayır. «Əvvəla ağ qoçu qara qoçdan seçə bilmək lazımdır. Sonra da sıçrayıb ağ qoçun belinə minəndə elə möhkəm oturmalısan ki, səni qara qoçun belinə ata bilməsin»>.
Anarın fikrincə, ölkənin taleyi üçün öncə düzgün yol seçmək, sonra seçilmiş yolu qoruyub saxlamaq lazımdır.
Burada bir məqama toxunmaq lazımdır ki, Anarın qələmə aldığı bu üç zonanı və bunlara xidmət edǝn ideologiyaları hələ XX əsrin əvvəllərində qələmə alınmış əsərlərdə də görmək mümkündür. Qüdrətli sənətkar Cəlil Məmmədquluzadənin yazmış olduğu « (1920) pyesində öz mədəniyyətindən ayrılaraq başqa dillərdə danışmağı özunə fəxr bilən bir ananın üç övladının problemləri Anarın əsərində üç zonaya bölünmüş Bakının dərdləri ilə eyniyyət təşkil edir.
Ümumiyyətlə «Ağ qoç və qara qoç» romanı bütövlükdə uğurlu alınmışdır. Yazıçı Anar qoyduğu qayani və məqsədi orijinal dildə ifada etmişdir. Roman son illərdə qələmə alınan nəsr nümunələri arasında xüsusi yerlərdən birini tutur.
Nəticə
Real həyat hadisələrindən narazı yazıçı romantik dünyasına, nağıllar aləmmə qapılaraq xalqının, millətinin görmək istədiyi xoşbəxt gələcəyini, görmək istəmədiyi bədbəxtçiliklərindən narahatlığını bu gün ona sığışmadıği cəmiyyətində təsvir edir. Onun yaşadığı cəmiyyətdə də qeri-bərabərlik, çəkişmələr, didişmələr vardır və bunun mənsub olduğu xalqını hansı yollara aparıb çıxaracağından narahatdır.
Yazıçı, şair, sənətkar ətrafında baş verən hadisələrin sadəcə təsvirçisi deyildir. O, eyni zamanda onlarin mahiyyətini, məğzini anlamağa çalışan, buna can atan təfəkkür sahibidir. Anar milli mənsubluğunu unutmayan, xalqına, millətinə, onun milli-adət ənənələrinə bağlı olan, onları yaşatmağa çalışanlardan biridir. Anar bu əsəri ilə dünyanın özündən, bu günün pəncərəsindən sonrakı illərə baxır. Arzuladığı Azərbaycanın gələcəyini bu günün prizmasından nəzərdən keçirir. Bütöv Azərbaycanının gələcəyini, səadətini dünya Azərbaycanlılarının milli birliyində görən yazıçı arzu və İstəklərini, görmək istədiyini ağ qoç - işıqlı, xoşbəxt dünyasında tapa biləcəyini güman edir. Burada utopik və anti utopik nağıllar arzuedilənləri və arzuolunmayanları birləşdirir. Həyat hadisələrinin gerçəkliklərini sənətkar görə biləcəyi və görmək istəmədiyi hadisələrin fonunda təsvir edir.
Anar arzularına uyğun qurduğu "Birinci nağılında iqtisadiyyatı, mədəniyyəti, Sosial şəraiti çox inkişaf etmiş bir ölkənin vətəndaşıdır. Onun ölkəsi tarixin minilliklərindən əvvəl mövcud olan "Böyük ipək yolu"nun üstündədir. Bu yol lap əvvəllərdə olduğu kimi indi də bütün türk dünyasını birləşdirir.
Bu əsərdə milli-mənəvi dəyərlərə hörmət, kökə qayıtma, ondan yararlanma, milliliyi qoruyub saxlama prinsipləri əsasdır. Bu gün utopiya olan gözəlliklər, onlara canatma, Azərbaycanın belə bir gözəl həm iqtisadi, həm mədəni, həm milli-mənəvi dəyərlərə hörmət üzərində qurulan zəngin dövlət qurumu arzulama özü gerçəkliklərə aparan yoldur. İnsan nə qurub yaradıbsa, öz arzu və istəklərini əsas götürüb. Demak, Anarın görmək istədiyi Azərbaycan arzuların həqiqətə çevrilməsinə yaxın olan Azərbaycandır. Elmin, texnikanın, insan əqlinin, zəkasının ən yüksək İnkişaf mərhələsinə çatdığı bir zamanda ulularımızın Ağ qoç, Qara qoç deyilən ikili dünyasının, təsəvvürünün, arzularının reallaşması üçün hər cür imkan vardır.
Ədəbiyyat siyahısı
1. Anar. Əsərləri. IV cild. Bakı: Nurlan, 2004, 503 s. 2. Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2001, 580 s.
3. Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı. Bakı: Elm, 2006, 380 s.
4. Cabbarlı Nərgiz. Yeni nəsil ədəbiyyatı -2. Bakı: Qanun, 2008, s. 5. Gülxani Pənah. Anar va folklor. Bakı: Elm, 2007, 220 s.
6. İsayeva P. «
7. Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild. Bakı: Bakı Universiteti, 2007, 562 s. 8. Şərifzadə Salidə. Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri. Bakı: BDU, 2007, 76 s.
Dostları ilə paylaş: |