Bütün zəruri məlumat və sənədlər daxil edildikdən sonra, tələbə cari və gələcək
tədris planları barədə məlumat alacaqdır.
2) Əgər tələbə “Xarici ölkənin ali təhsil müəssisəsində təhsil alanlar”
kateqoriyasına aiddir:
Bu tələbənin sorğu göndərməsi yuxarıdakı kimidir (ATM və ixtisasın əl ilə (manual)
daxil edilməsi seçimi istisna olmaqla).
DİQQƏT: xarici ATM-lərdə təhsil alan və DİM (TQDK) imtahanı verməmiş tələbələr
yalnız dünya reytinqlərində yer alan ATM-lərdən köçürülə bilərlər. Həmin ATM-lərin
siyahılarına (500 dünya səviyyəli ATM) sistemdə keçid verilir. DİM (TQDK) imtahanlarında
müvafiq bal toplayan və İSTƏNİLƏN xarici ATM-də təhsil alan tələbə sistemdən adi
qaydada istifadə edə bilər. Hər iki halda sorğular fərdi qaydada araşdırılacaqdır.
|