Tələbə köçürülmə səbəbini göstərməlidir. Sistemdə iki standart seçim variantı
mövcuddur:
1) Səhhəti ilə əlaqədar;
2) Yaşayış yerinin dəyişilməsi.
Başqa səbəb olduğu halda, istifadəçi «Digər» bölməsini seçməli və növbəti
xanada onu ətraflı təsvir etməlidir.
DİQQƏT: köçürülmə səbəbindən asılı olaraq sistem əlavə sənədlərin skan edilmiş
variantlarının yüklənməsini tələb edəcəkdir.
Sorğuların idarə olunması
Sorğu göndərildikdən sonra müraciətçi avtomatik olaraq sorğunun cari vəziyyəti
barədə məlumatı əks etdirən səhifəyə yönləndirilir.
Operator sorğunu qəbul edib ”Cavab gözlənilir” statusu müəyyənləşdirənədək
müraciətçi sorğunu ləğv edə bilər.
Nəticədən asılı olaraq, operator iki statusu qeyd edə bilər:
1) «İmtina edilib» - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;
2) «Təsdiqlənib» - prosesin uğurla nəticələndiyi halda. Bu zaman operator
köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd
yüklənə və ya çap edilə bilər.
“Şəxsi səhifənin” digər imkanları
“Şifrənin dəyişdirilməsi” bölməsi
Bu bölmədə sistemə daxil olmaq üçün yeni şifrəni qeyd etmək olar.
“Əlaqə” bölməsi
Sistemin fəaliyyəti, o cümlədən köçürülmə qaydaları ilə bağlı suallar yarandığı
halda, “Əlaqə” bölməsində yerləşən xüsusi formadan istifadə etmək olar.
Zəruri hallarda, (icraçının tələbi və ya məsələnin aydınlaşdırılması üçün) 2 MB-dan
artıq olmamaq şərti ilə jpeg / pdf / doc formatında olan sənəd (fayl) yükləmək olar.
Sistem icraçı ilə bütün yazışmanı izləməyə imkan verir. İstifadəçinin yazışması açıq
rənglə, icraçının yazışması tünd rənglə göstərilir. Yüklənmiş sənədlər (fayl) yazışmanın
aşağı hissəsində, piktoqramma ( ) şəklində əks olunur. Həmin piktoqrammaya
tıklamaqla faylı kompüterə yükləmək mümkündür.
DİQQƏT: icraçı ilə ünsiyyət zamanı bəzi qaydalara əməl etmək xahiş olunur:
- Problemi ətraflı təsvir edin, zəruri hesab etdiyiniz halda, ekranda gördüyünüz
səhvi skrinşot etməklə, yaxud şəklini çəkməklə göndərə bilərsiniz.
- Müraciətinizə cavab almadan digər müraciətlərinizi göndərməyin. Birinci
müraciətinizi yoxlamaq üçün icraçıya vaxt lazımdır. Müraciətlərin çoxlu sayda olması
onların oxunması və cavablandırılması üçün vaxt tələb edir.