Azərbaycan rеspublikasi təHSİl naziRLİYİ



Yüklə 0,73 Mb.
səhifə12/43
tarix02.01.2022
ölçüsü0,73 Mb.
#39807
1   ...   8   9   10   11   12   13   14   15   ...   43
AZ rbaycan rеspublikasi t HS l naziRL Y

Zurna cəngi vursun [124, 226]

Dinir asta-asta

yastı balaban... [124, 236]
XVII əsrin türk səyyahı Övliyya Çələbi «Pəyahətnamə» əsərində balaban, ney, zurna və başqa musiqi alətlərindən Azər­­baycanda geniş istifadə edildiyindən xəbər verir. Həmin dövrdə Azərbaycanda olmuş alman alimi Adam Oleari və Hol­­landiya səyyahı Jan Streys nəfəsli musiqi alətlərinin adını çəkərək, bu alətlərdən el şənliklərində istifadə olunduğunu qeyd edirlər [20, 237].

Təbil. Azərbaycanda qədim dövrdən zərb musiqi alət­lə­­­rindən təbil,qavaldaşdan da istifadə olunmuşdur.Təx­mi­nən XIX əsrin ikinci yarısından tədricən aradan çıxmağa baş­­layan təbil zərb musiqi aləti arasıkəsilməyən orta əsr feo­dal mü­haribələri, daxili çarpışma və vuruşmalar zamanı fə­ğan qo­­­­parmışdır. Bu alətin vahiməli gur səsini eşidənlərin qəl­bi tit­rəmiş,gözləri yaşarmış,tükləri ürpəşmişdir. Onun üs­­­yankar səsində qanlı-qadalı qırğınlar, düşmən hücum­la­rı­nın fəlakəti, qana qərq olmuş insanların əzabları duyulur. Tə­bilin səsində eyni zamanda xəbərverici, səfərbəredici səda­lar, cəngavər nə­rə­si eşidilir [20, 246].


Hər vaxt toy-bayramda dinən qavaldaş,

Ölüm təbilinə çevrilsin bu gün [121, 187]


Gördüyümüz kimi, N.Xəzri yaradıcılığında təbillə ya­na­şı, qavaldaş da öz əksini tapmışdır. Qavaldaşın oynaq səsi dalğa-dalğa havalanıb könülləri oxşayır, arzuları qanad­lan­dı­­rır.

Kaman. Şərq aləmində hələ erkən orta əsrlərdə kaman musiqi aləti mövcud olmuşdur. Bu ada N.Gəncəvinin poe­ma­larında, özbək şairi Ə.Nəvainin, M.Füzulinin, Fədai­nin «Bəx­­tiyarnamə» əsərində, B.Vahabzadənin poeziyasında rast gəlinir.

Müdrik babalarımız kamanı necə də düzgün səciy­yə­lən­dirmişlər: «Kamanın iniltisini eşidirəm. Düşünü­rəm, nədir bu nalə? Kimsəsiz yetimin ürəyinin sızıltısımı, yeganə öv­la­dı­nı itirən bir ananın acı fəryadımı, nakam aşiqin ürəkləri par­ça­layan harayımı, qürbətdə can verən bir qəlbin son hıç­qır­tı­sı, son bayatısımı?! Nə üçün kaman ürəklərə belə qənim kəsi­lib? Niyə o, bizi bu qədər yandırır, göynədir? Kamanın köv­rək sədasını eşidir, öz-özümə deyirəm: «De, niyə dolmusan, ni­yə bulanmısan, nədən alışmısan, nədən yanmısan? Harda qanadlanıb havalanmısan,yoxsa vurulmusan,yara­lan­mı­san?» [20,224]. Məhz N.Xəzri də kamanın ah-naləsinə, inil­ti­si­nə tab gətirə bilmədiyi üçün yazır:
Nur olsaydım qopub uzaq üfüqdən,

Deməzdim ki, kaman kimi səslənim [123, 85]


Tar. Şərq aləmində geniş yayılan tarın Azərbaycanın Qəbələ, Bərdə, Gəncə, Naxçıvan, Beyləqan və başqa orta əsr şə­hərlərində incəsənət və mədəniyyətin inkişaf etdiyi bir dö­vr­­də səsləndiyini ehtimal etmək olar.

Mirzə İbrahimov Üzeyir Hacıbəyovun ölməz musiqi xə­­­­­­­­­­­­zinəsindən söhbət açaraq yazır: «Üzeyir Hacıbəyov tarı niyə müdafiə edirdi? Çünki tar bizim xalq arasında ən çox ya­yılmış, xalqın ürəyində yaşayan çox zəngin və qiymətli mu­si­qi alətidir. Tarsız-inqilaba qədərki ağır şəraitdə xalqımızın klassik musiqisi və el havalarının əsrlər uzunu yaşayıb qal­ma­­sını,inkişafını,öz təkrarolunmaz gözəlliyini saxlamasını tə­səvvür etmək belə mümkün deyil. Üzeyir Hacıbəyov tarı mü­dafiə etməklə zəngin xəzinə olan Azərbaycan xalq mu­si­qi­si­­ni müdafiə edirdi» [20, 214].

Tar fars sözüdür.Mənası «incə tel, nazik sim, zərif sap» deməkdir. Görünür, ikisimli «dütar» və üçsimli «setar» ta­rın ulu sələfləri olmuşlar. Simli musiqi aləti tarın tarixi qə­dim­dir.

XIX–XX əsrlərdə tarın təkmilləşməsi və inkişafı mu­ğam­­ların geniş yayılmasında müstəsna əhəmiyyət kəsb et­miş­dir. «Tar... Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümüdür... Musiqi məktəbi tara yalnız elmi cəhətdən yanaşır və onu Şərq musiqisinin əsası olan mu­ğa­ma­tın kəşf və şərhi üçün elmi bir alət sifəti ilə öz proqramına daxil edir» [85,414]. Ona görə də təkmilləşdirilən tarın mu­ğam­larımıza təsiri inkaredilməz həqiqətdir. «Həqi­qə­­­tən də bu tək­raredilməz musiqi incilərini tarda dinlədikcə onda xe­yir­xah­lıq,uzaqgörənlik,insanpərvərlik,bəşərilik, müdriklik, mər­­­­­danəlik simfoniyası eşidirsən. Eyni zamanda insan eh­ti­ra­sı, insan düşüncəsi, insan fəryadı, insan üsyan­karlığı daha da çuğ­laşaraq,bütün əzəmət və vüqarı ilə göylərə qalxır, ərşə da­­ya­­­­­nır» [20, 220].

Azərbaycan ədəbiyyatında da tar musiqi alətinin adına az da olsa,Nizaminin, Füzulinin əsərlərində rast gəlirik. Üze­­­­­­yir Ha­­­­­cıbəyov yazırdı: «Mənim vəzifəm ancaq Füzuli poema­sının sözlərinə forma və məzmunca zəngin, rəngarəng mu­ğam­lardan musiqi seçmək, hadisələrin dramatik planını işlə­yib hazırlamaq idi» [85,366]. Qeyd edək ki, N.Xəzri Azər­bay­can muğamının beşiyi sayılan Şuşanın düşmən tapdağı al­tın­da olmasına təəssüflənərək öz yaradıcılığında bu dərdə, it­­ki­yə acıyaraq yazmışdır:
Susubdur «Şikəstə»,

dinmir tar simi

Burdan «Muğamat» da didərgin düşüb [123, 112].
Beləliklə,həmişə olduğu kimi,bu gün Azərbaycanda tar çalınır, muğam eşidilir, musiqi sədaları bir qəlbdən min qəl­bə girərək könülləri fəth edir.O,qalib gəlir, sərhədləri ke­çə­rək qi­tələrdən-qitələri dolaşır.

Yallı. N.Xəzri əsərlərinin dilində musiqi, musiqi alət­lə­rinin adları ilə yanaşı, musiqinin ayrılmaz tərkib hissəsi olan rəqs adlarına da rast gəlinir. Hələ ibtidai icma quruluşu döv­rün­də Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə üzvləri ova çıxdıqları zaman əl çala-çala, ya da ağac və daşları bir-birinə vuraraq rəqs edirdilər. Buradakı qaya rəsmləri, zəngin incəsənət irsimizlə yanaşı, musiqi və rəqs mədəniyyətimizin in­­­­­­kişaf tarixini öyrənmək üçün də böyük əhəmiyyətə ma­lik­dir. Qobustanda iri qaya üzərindəki «Yallı»nın təsviri çox tə­sir­lidir. Deməli, xalqımızın rəqsi kimi indi də qalmaqda olan «Yallı»nın tarixi çox uzaq əsrlərlə bağlıdır.

Ə.Bədəlbəyli «Yallı» oynuna yüksək qiymət verərək ya­­­­zır:»Burada çox intişar edən «Yallı» forması bütün bir elin, bir obanın kollektiv surətdə öz sevinc duyğularını, ba­ca­rıq və istedadını təmsil edən əzəmətli bir yaradıcılığın parlaq təza­hü­rüdür» [20, 255].

«Yallı» çeviklik, mətanət və zəhmət tələb edir, xal­qı­mı­zın ən kütləvi oyunlarından sayılır:


Cavanlar əl-ələ

Yallı gedirdi [124, 226].
8. Zərgərlik leksikası və qiymətli daşların adını bildirən ter­min səciyyəli sözlər. Metalişləmə sənətinin əsas sahələrindən hesab edilən zərgərlik qızıl və gümüşün istehsalı tam mənimsənildikdən sonra müstəqil sənət sahəsi kimi meydana gəlmişdir. «Xalqımızın mədəniyyət tarixini, onun estetik görüşlərini əks etdirən Azər­bay­can zərgərliyi zaman-zaman gəlişərək özünəməxsus ənənələrini nəsildən-nəslə ötürmüş, zəmanəmizə qədər uzun bir inkişaf yolu keçmişdir» [33,11]. «Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində müxtəlif tarixi dövrlərə aid zərgərlik mə­mu­latları əldə olunmuşdur. Təkcə bunu qeyd etmək lazımdır ki, «Azər­­­­­­­­baycanda arxeoloji qazıntılardan tapılmış qızıl və gümüş əşyaların kataloqu»nda onlarla zinət əşyasının adı çəkilir və onlar bizim eradan əvvəlki yüzilliklərə aid edilir» [32, 132]. Bütün bunlar Azərbaycan dilini zərgərlik leksik vahidləri ilə zənginləşdirir. «İs­­teh­salın digər sahələrindən fərqli olaraq, metalişləmə xalqın maddi həyatı ilə yanaşı, həm də onun tarixini, məişətini, ən başlıcası isə es­­­tetik təfəkkürünü əks etdirir. Dilin də təfəkkür qədər qədim ol­du­ğunu nəzərə almaqla belə nəticəyə gəlmək olar ki, metalişləmə ilə bağlı peşə-sənət leksikasının yaranması da estetik təfəkkürün for­malaşması ilə bir dövrə təsadüf edir. Bu o deməkdir ki, Azər­baycan xalqının estetik təfəkkürü nə qədər qədimdirsə, onun me­tal emalı ilə bağlı leksikasının tarixi də bir o qədər qə­­dim­lərə gedib çıxır. Bu nəticə həm də onunla təsdiqlənir ki, Azər­bay­can dilində yaranmış metalişləmə leksikası, o sıradan zərgərlik lek­si­kası əsas eti­barı ilə sinxron kəsikdə kök və şəkilçiyə bölünə bil­mə­­yən va­hid­lərdən ibarətdir. Nəzərə almaq lazımdır ki, kökə şə­kil­çi qoşulması prosesi türk dillərinin, həmçinin Azərbaycan di­li­nin iltisaqilik döv­rü ilə bağlıdır. İltisaqiliyin ilkin mərhələsində kö­kə qoşulan şə­kil­çilər kökün mənasının itməsinə və sözün şəkilçi ilə bir vahid təşkil etməsinə çox böyük təsir göstərmişdir. Odur ki, mü­a­sir dövrdə sır­ğa, dəmir, gümüş, bilərzik, altun kimi sözlərin kök-şəkilçi hü­du­du­nu və funksiyasını müəyyən etmək çox çətindir. Lakin iltisaqiliyin son­rakı mərhələsində köklə şəkilçi sərhədi mü­əy­­yən olunmuşdur. Bu­radan belə nəticəyə gəl­mək olar ki, me­tal­iş­lə­­­mə ilə bağlı lek­si­ka­nın yaranma tarixi daha çox dilin iltisaqilik dövrünə təsadüf edir. Bu dövrü isə indi konkret tarixlə göstərmək mümk­ün de­yil­dir. Bununla belə, ilk yazılı nü­mu­­nələrimiz iltisaqi dil quruluşunu əks etdirdiyindən belə qənaətə gəlmək olar ki, hə­min proses era­mız­dan çox-çox əvvəlki mi­nil­lik­lərə bağlıdır» [33,27-28].

Azərbaycan dilində müxtəlif və rəngarəng sözləri əhatə edən zərgərlik leksikası N.Xəzri yaradıcılığında özünün həm leksik-semantik, həm də poetik ifadəsini tapmışdır. Məsələn;


Sanki büllur axan sudur zəriflik

Göydən Günəş çıxır, ümmandansa dürr [123, 32]

Ürəklərə qızıl körpü sən atdın ki,

O körpüdən qəhrəmanlıq keçsin gərək! [123, 33]

Kimsə altun sarayda,

Kimsə uçuq daxmada [123, 56]

Dəryalardan çıxan,

Mirvari kimi [123, 65]

Bax, qonşun daş əkib



Almas bitirir [123, 69]

Bu oğru tək qəsd deyil



Qızıl-gümüş taclara? [123, 236]

Beləliklə,N.Xəzri həm ədəbi dilimizdə,həm də dialekt və şivələrimizdə mövcud olan termin səciyyəli sözləri əsər­lə­rin­də işlədərək hər bir oxucuya aydın olmayan, lakin di­li­mi­­­zin tər­kib hissəsini təşkil edən dialektizmlərlə onları tanış et­mək­­­­lə ey­­­ni zamanda yazılı şəkildə də təsbit etmişdir.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin