MÖVZU III. Müəssisə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılmasının sosial-iqtisadi problemləri
-
Müasir istehsal sistemlərdə əmək şəraitinin yaxşılaşdırılması probleminə yeni yanaşma
-
Əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin təsnifatlaşdırılması
-
Əmək şəraitinin optimallaşdırılması probleminin sosial-iqtisadi aspektləri
-
Müəssisə və təşkilatlarda mövcud əmək şəraitinin qiymətləndirilməsi
-
Əmək şəraitinin yaxşılaşdırılması sahəsində xarici təcrübədən istifadə
-
Əmək şəraitinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması yolları
Bazar iqtisadi şəraitində müəssisələrin fəaliyyətində baş verən dəyişikliklərlə bağlı əmək şəraitinin yaxşılaşdırılmasına müasir prizmadan yanaşma. Müasir istehsalın texniki-texnoloji səviyyəsi, insan amilin ön plana çəkilməsi, əmək müqaviləsində əmək şəraitinin nəzərə alınması və s. kimi məsələlərə diqqətin artırılması.
Əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin müxtəlif əlamətlər üzrə təsnifatlaşdırılması, məsələn, əmələ gəlmə mənbəi və yerləşməsi üzrə, istehsalın xüsusiyyətləri və kollektivin ənənələri üzrə. Bu əlamətləri nəzərə alaraq əmək şəraitinin yaxşılaşdırılmasına təsir edən amillərin qruplaşdırılması: təbii-iqlim, sosial-iqtisadi, istehsal və social-psixoloji amillər. Daxili və xarici amillər. Birbaşa və dolayı amillər. Elmi-texniki tərəqqi, istehsalın təşkili, əmək və istirahət rejimi və sair kimi amillərin təsir dərəcəsinin qiymətləndirilməsi.
Əmək şəraitinin sosial-iqtisadi aspektlərinin tədqiq olunmasında əməyin təşkili səviyyəsinin nəzərə alınması. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, işçilərin əmək prosesində sosial zəmanət və kompensasiyalarla təmin olunması və sair kimi məsələlərin əmək şəraitinin sosial-iqtisadi aspektləri baxımından xüsusi önəm kəsb edilməsi.
İş yerlərində əmək şəraitinin müvafiq tələblərə cavab verilməsi, mövcud standartlara uyğun gəlməsi baxımından onun dərindən təhlili və qiymətləndirilməsi məsələləri. Müasir istehsal sistemlərində əmək şəraitinin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi müəssisələrin sosial-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasının mühüm şərti kimi.
Əmək şəraitinin yaxşılaşdırılması problemi ilə bağlı Yaponiya, Almaniya, İngiltərə və digər inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən istifadə.
Müəssisəsə və təşkilatlarda əmək şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər sistemin hazırlanması və həyata keçirilməsinin təkmilləşdirilməsi, məsələn, səmərəli əmək və istirahət rejimlərinin layihələndirilməsi.
Ədəbiyyat:
-
Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003
-
Quliyev T.Ə., Məmmədov Ə.İ. Əməyin iqtisadiyyatı və sosiologiyası. Bakı, 2009
-
Qurbanova S.Ə. İş yerlərində əmək şəraitinin yaxşılaşdırılması məsələləri. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (3 buraxılış). Bakı, 2005
-
Hüseynov R.A. Erqonomika və əməyin təşkili. Bakı, 2004
-
Hüseynov R.A. İş yerlərinin təşkilinin erqonomik aspektləri. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Hüseynova R.A. Əməyin mühafizəsi işinin təşkili problemləri və onların həlli yolları. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Hüseynova R.A. Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələləri. Əmək və sosial problemlər üzrə ETTM-nin elmi əsərlər toplusu (2 buraxılış). Bakı, 2003
-
Məmmədov E.H. İşçilərin sağlamlığının qorunmasında əməyin mühafizəsinin rolu. //Müasir mərhələdə sosial-iqtisadi problemlər. Elmi-praktiki konfransının materialları. Bakı, 2003
-
Аллахвердиев А.М. Социально-психологический аспект оптимальных условий труда в современном производственном процессе. //Azərbaycanda əhalinin sosial müdafiəsi problemləri. Respublika elmi-praktiki konfransının materialları. Bakı, 2000
Dostları ilə paylaş: |