AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/35
tarix04.12.2016
ölçüsü4,8 Kb.
#789
1   2   3   4   5   6   7   8   9   ...   35

hüququndan məhrum etmə
 
46.1.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  dövlət  orqanlarında,  yerli  özünüidarə  orqanlarında  konkret  vəzifə 
tutmağın  və  ya  konkret  peşə  və  ya  digər  fəaliyyətlə  məşğul  olmağın  qadağan 
edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə 
cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 
46.2.  Törədilmiş  cinayətin  xarakterini  və  ictimai  təhlükəliliyini,  təqsirkar  şəxsin 
şəxsiyyətini  nəzərə  alaraq,  məhkəmə  onun  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən 
fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin 
şəxsə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmayan 
hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan 
məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 
46.3.  Müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum  etmə  cəza  növünün  ictimai  işlərə,  islah  işlərinə  əlavə  olaraq  təyin  edildiyi 
hallarda,  habelə  şərti  məhkum  etmə  zamanı  əlavə  cəzanın  müddəti  hökmün  qanuni 
qüvvəyə  mindiyi  andan  hesablanır.  Bu  cəza  növü  intizam  xarakterli  hərbi  hissədə 
saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, 
əlavə  cəza  əsas  cəzanın  çəkildiyi  bütün  müddətə  və  bundan  əlavə,  hökmdə  bu  cəza 
növü üçün müəyyən edilmiş müddətə şamil olunur. 
M a d d ə   4 7 .   İctimai işlər
 

47.1. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı 
ödənilmədən  cəmiyyətin  xeyrinə  ictimai  faydalı  işlər  yerinə  yetirməsindən  ibarətdir. 
Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
47.2. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən 
edilir və gün ərzində dörd saatdan çox ola bilməz.
[26]
 
47.3.  Bu  cəzaya  məhkum  olunmuş  şəxs  həmin  işləri  yerinə  yetirməkdən  qərəzli 
boyun  qaçırdıqda,  məhkəmə  ictimai  işlərin  çəkilməmiş  hissəsini  müəyyən  müddətə 
azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə 
azadlıqdan  məhrum  etmə  cəzasının  müddəti  müəyyən  edilərkən  məhkumun  ictimai 
işləri yerinə yetirdiyi müddət nəzərə alınır və on iki saat ictimai işə bir gün azadlıqdan 
məhrum etmə hesabı ilə hesablanır.
[27]
 
47.4. İctimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 
47.4.1. birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara;
[28]
 
47.4.2 hamilə qadınlara; 
47.4.3 himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara; 
47.4.4 pensiya yaşına çatmış qadın və kişilərə; 
47.4.5  hərbi  xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi 
qulluqçulara. 
M a d d ə   4 8 .  Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən 
məhrum etmə
 
Ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə 
cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun 
xüsusi  və  ya  hərbi  rütbədən,  fəxri  addan  və  dövlət  təltifindən  məhrum  edilməsinin 
zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət 
təltifini vermiş orqana müvafiq təqdimat göndərir.
KM2
 
M a d d ə   4 9 .  İslah işləri
 
49.1. İslah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun 
iş yeri üzrə çəkilir. 
49.2.  İslah  işlərinə  məhkum  olmuş  şəxsin  qazancından  dövlət  nəfinə  beş  faizdən 
iyirmi faizədək məbləğdə pul tutulur. 
49.3.  İslah  işlərinə  məhkum  olunmuş  şəxs  həmin  cəzanı  çəkməkdən  qərəzli  boyun 
qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini müəyyən müddətə azadlıqdan 
məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman müəyyən müddətə azadlıqdan 
məhrum  etmə  cəzasının  müddəti  müəyyən  edilərkən  məhkumun  islah  işlərini  yerinə 
yetirdiyi müddət nəzərə alınır və üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə 
hesabı ilə hesablanır.
[29]
 
M a d d ə   5 0 .  Hərbi xidmət üzrə məhdudlaşdırma
 

50.1. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət 
keçən  və  hərbi  xidmət  əleyhinə  cinayət  törətməyə  görə  məhkum  olunmuş  hərbi 
qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş 
hallarda,  habelə  kontrakt  (bağlaşma)  əsasında  hərbi  xidmət  keçən  və  başqa  cinayət 
törətməyə  görə  məhkum  olunmuş  hərbi  qulluqçulara  bu  Məcəllənin  Xüsusi  hissəsinin 
müvafiq  maddələrində  nəzərdə  tutulmuş  islah  işləri  əvəzinə  iki  aydan  iki  ilədək 
müddətə tətbiq edilir. 
50.2.  Hərbi  xidmət  üzrə  məhdudlaşdırma  cəzasına  məhkum  olunmuş  şəxsin 
qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. 
50.3.  Hərbi  xidmət  üzrə məhdudlaşdırma  cəzasına  məhkum  olunmuş  şəxs  cəzasını 
çəkdiyi  müddətdə  vəzifəsində  və  ya  rütbəsində  yüksələ  bilməz,  cəzanın  müddəti  isə 
növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. 
M a d d ə   5 1 .  Əmlak müsadirəsi
[30]
 
51.1.  Əmlak  müsadirəsi  məhkumun  cinayət  törədərkən  istifadə  etdiyi  alət  və 
vasitələrin,
 
cinayətin  predmetlərinin, habelə  cinayət  yolu  ilə  əldə  etdiyi  əmlakın 
məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından ibarətdir.
[31]
 
51.2.  Əmlak  müsadirəsi  yalnız  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində nəzərdə tutulmuş hallarda təyin olunur. 
51.3. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, 
özgəninkiləşdirildiyi  və  ya  başqa  səbəblərdən  dövlət  nəfinə  alına  bilinmədiyi  halda 
həmin  əmlakın  dəyəri  məbləğində  məhkuma  məxsus  olan  pul  və  ya  digər  əmlak 
müsadirə edilir. 
M a d d ə   5 2 .  Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi 
çıxarma
 
52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir 
ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya 
vətəndaşlığı  olmayan  şəxslərə  təyin  edilir  və  onlar  əsas  cəza  növünü  çəkdikdən  sonra 
icra  edilir.  Bir  ildən  artıq  olmayan  müddətə  azadlıqdan  məhrum  etmə  cəzasına  və  ya 
azadlıqdan  məhrum  etmə  ilə  bağlı  olmayan  cəzaya  məhkum  edilən  əcnəbilər  və  ya 
vətəndaşlığı  olmayan  şəxslərə  bu  Məcəllənin  58.3-cü  maddəsində  göstərilmiş  hallar 
nəzərə  alınmaqla Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi  çıxarma 
cəzası təyin edilə bilər.
[32]
 
52.1-1.  Barəsində  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  məcburi 
çıxarma  cəzası  tətbiq  edilmiş  şəxsin  Azərbaycan  Respublikasına  gəlmək  hüququ  onun 
məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.
 [33]
 
52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü 
aşağıdakı şəxslərə şamil edilmir: 

52.2.1.  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  beş  il  Azərbaycan 
Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 
52.2.2.  barəsində  ittiham  hökmü  qanuni  qüvvəyə  minənədək  Azərbaycan 
Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 
52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə
52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 
52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi 
sığınacaq verilmiş şəxslərə; 
52.2.6.  himayəsində  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  yetkinlik  yaşına 
çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya I qrup əlili olan şəxslərə;
[34]
 
52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala 
biləcəyinə  ciddi  əsaslar  olduğu  ehtimal  edilən və  ya  məcburi  çıxarılması  milli 
təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə.
 [35]
 
52.3.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  bu 
Məcəllənin 52.1-52.2-ci maddələri  arasında  ziddiyyət  yaranarsa  beynəlxalq  müqavilələr 
tətbiq edilir. 
[36]
 
M a d d ə   5 3 .  Azadlığın məhdudlaşdırılması
 
53.1.  Azadlığın  məhdudlaşdırılması  ittiham  hökmü  çıxarılanadək  on  səkkiz  yaşı 
tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi 
müəssisələrdə saxlanılmasından ibarətdir. 
53.2. Azadlığın məhdudlaşdırılması: 
53.2.1.  məhkumluğu  olmayan  və  qəsdən  cinayət  törətməyə  görə  məhkum 
edilən şəxslərə — bir ildən üç ilədək müddətə; 
53.2.2. ehtiyatsızlıqdan cinayət törətməyə görə məhkum edilən şəxslərə — bir ildən 
beş ilədək müddətə təyin edilir. 
53.3. İctimai işlər və ya islah işləri azadlığın məhdudlaşdırılması ilə əvəz edildikdə 
bu cəza növü bir ildən az müddətə də təyin edilə bilər. 
53.4.  Azadlığın  məhdudlaşdırılmasına  məhkum  edilmiş  şəxs  cəzanın  icrasından 
qərəzli  boyun  qaçırdıqda,  azadlığın  məhdudlaşdırılması  onun  təyin  edildiyi  müddətə 
azadlıqdan  məhrum etmə  cəzası  ilə  əvəz  olunur.  Azadlığın  məhdudlaşdırılması  cəzası 
azadlıqdan  məhrum  etmə  cəzası  ilə  əvəz  edildikdə,  azadlığın  məhdudlaşdırılması 
cəzasının müddəti azadlıqdan  məhrum etmə cəzasının  müddətinə  günə gün  hesabı  ilə 
hesablanır. 
53.5. Azadlığın  məhdudlaşdırılması birinci  və ikinci  qrup  əlillərə, hamilə  qadınlara 
və ya səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına 
böyüdən kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli 
həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara təyin edilmir.
[37]
 
M a d d ə   5 4 .  İntizam xarakterli hərbi hissədə saxlama
 

54.1.  Hərbi  xidmətə  çağırış  üzrə  müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi 
qulluqçulara,  habelə  kontrakt  (bağlaşma)  əsasında  sıravi  və  gizir  vəzifələrində  hərbi 
xidmətdə  olan  hərbi  qulluqçulara,  əgər  onlar  hökm  çıxarılanadək  qanunla  müəyyən 
edilmiş  xidmət  müddətini  başa  vurmamışlarsa,  üç  aydan  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  növündə  cəza  təyin  edilə  bilər.  Həmin  cəza  hərbi 
xidmət  əleyhinə  törədilmiş  cinayətlərə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində  nəzərdə  tutulmuş  hallarda,  habelə  təqsirkarın  şəxsiyyəti  və  cinayətin 
xarakteri  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmənin  həmin  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  ilə  əvəz  olunmasına  imkan  verdiyi  hallarda  tətbiq 
edilir. 
54.2.  Azadlıqdan  məhrum  etmə  cəzası  intizam  xarakterli  hərbi  hissədə  saxlama 
cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam xarakterli 
hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə hesablanır. 
M a d d ə   5 5 .  Müəyyən müddətə azadlıqdan məhrum etmə
 
55.1.  Müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  məhkumun  məntəqə  tipli, 
ümumi,  ciddi  və  xüsusi  rejimli  cəzaçəkmə  müəssisəsinə  və  ya  həbsxanaya 
yerləşdirilməsi  yolu  ilə  onun  cəmiyyətdən  təcrid  olunmasından  ibarətdir.  Azadlıqdan 
məhrum  etmə  cəzasına  məhkum  olunmuş,  lakin  hökm  çıxarılanadək  on  səkkiz  yaşı 
tamam 
olmamış 
şəxslər 
ümumi 
və 
ya 
möhkəm 
rejimli 
tərbiyə 
müəssisələrində yerləşdirilirlər. 
[38]
 
55.2.  Müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  cəzas
ı 
üç  aydan iyirmi ilədək 
müddətə müəyyən edilir.
 [39]
 
55.3. İctimai işlərvə ya islah işləri azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdə, 
azadlıqdan məhrum etmə üç aydan az müddətə də təyin oluna bilər.
[40]
 
55.4.  Cinayətlərin  məcmusu  üzrə  cəza  təyin  edilərkən  azadlıqdan  məhrum  etmə 
müddətinin  qismən  və  ya  tamamilə  toplandığı  hallarda,  azadlıqdan  məhrum  etmənin 
yuxarı  həddi iyirmi ildən,  hökmlərin  məcmusu  üzrə  isə iyirmi  beş ildən  artıq  ola 
bilməz. 
[41]
 
M a d d ə   5 6 .  Azadlıqdan  məhrum  etmə  cəzasına  məhkum  olunmuş  şəxslər 
üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi
 
56.1.  Azadlıqdan  məhrum  etmə  növündə  cəzanın  aşağıdakı  cəzaçəkmə 
müəssisələrində çəkilməsi müəyyən edilir: 
56.1.1. ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə 
azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün —məntəqə tipli cəzaçəkmə 
müəssisələrində; 
56.1.2.  qəsdən  törədilmiş  böyük  ictimai  təhlükə  törətməyən,  az  ağır  və  ağır 
cinayətlərə  görə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün, 
habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan 

məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün  —  ümumi  rejimli  cəza  çəkmə 
müəssisələrində; 
56.1.3.  xüsusilə  ağır cinayətlər  törətməyə  görə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə 
məhkum  olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  residivi  zamanı,  əgər  məhkum 
əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  cəza  çəkmişsə  və  cinayətlərin  xüsusi 
təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; 
[42]
 
56.1.4.  cinayətlərin  xüsusi  təhlükəli  residivi  zamanı  və  ya  ömürlük  azadlıqdan 
məhrum  etmə  cəza  növü  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  cəza  növü  ilə 
əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində; 
56.1.5. ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün — həbsxanalarda. 
56.2.  Xüsusilə  ağır  cinayətləri  törətməyə  görə  beş  ildən  artıq  müddətə  azadlıqdan 
məhrum  etməyə  məhkum  olunmuş  şəxslər  üçün,  habelə  cinayətlərin  xüsusi  təhlükəli 
residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. 
56.3.  Cəzaçəkmə  müəssisəsinin  növü  bu  Məcəllənin  56.1.1—56.1.5  və  56.2-ci 
maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. 
56.4. Cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 
56.4.1.  cinayətə  görə  təyin  edilmiş  cəza  daha  yüngül  və  ya  daha  ağır  cəza  ilə  əvəz 
edildikdə; 
56.4.2.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məhkəmə  hökmünün  icrası 
zamanı. 
M a d d ə   5 7 .  Ömürlük azadlıqdan məhrum etmə
 
57.1. Ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə 
cinayətləri  ilə  əlaqədar,  şəxsiyyət,  ictimai  təhlükəsizlik  və  ictimai  qayda  və  dövlət 
hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 
[43]
 
57.2.  Ömürlük  azadlıqdan  məhrum  etmə  qadınlara,  cinayət  törədərkən  on  səkkiz 
yaşı  tamam  olmamış  şəxslərə,  habelə  hökm  çıxarılanadək  altmış  beş  yaşına  çatmış 
kişilərə təyin edilmir. 
57.3. Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun 
azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun 
bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun 
həmin  cəzanı  çəkməsinə  daha  lüzum  olmadığı  qənaətinə  gələrsə,  ömürlük  azadlıqdan 
məhrum  etmə  cəza  növünü  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmə  ilə  əvəz  edə 
və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. 
57.4.  Bu  Məcəllənin  57.3-cü  maddəsində  nəzərdə  tutulmuş  qaydada  ömürlük 
azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə əvəz edilə bilər. 
10-cu fəsil 

CƏZANIN TƏYİN EDİLMƏSİ 
M a d d ə   5 8 .  Cəzanın təyin edilməsinin ümumi əsasları
 
58.1.  Cinayət  törətməkdə  təqsirli  bilinən  şəxsə,  bu  Məcəllənin  Ümumi  hissəsinin 
müddəaları  nəzərə  alınmaqla  Xüsusi  hissəsinin  müvafiq  maddələrində  nəzərdə 
tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş 
cəzalardan  daha  ciddi  cəza  növü  yalnız  o  halda  təyin  edilir  ki,  az  ciddi  cəza  növü 
cəzanın məqsədlərini təmin edə bilmir. 
58.2.  Törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 
67-ci  maddələrinə  uyğun  olaraq,  cinayətlərin  məcmusu  və  hökmlərin  məcmusu  üzrə 
təyin  edilə  bilər.  Törədilmiş  cinayətə  görə  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq 
maddələrində  nəzərdə  tutulmuş  cəzadan  daha  yüngül  cəzanın  təyin  olunması  əsasları 
həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 
58.3.  Cəza  təyin  edilərkən  törədilmiş  cinayətin  xarakteri  və  ictimai  təhlükəlilik 
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, 
habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə 
təsiri nəzərə alınır. 
M a d d ə   5 9 .  Cəzanı yüngülləşdirən hallar
 
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 
59.1.1.  hadisələrin  təsadüfi  axarı  zəminində  ilk  dəfə  olaraq  böyük  ictimai  təhlükə 
törətməyən və ya az ağır cinayətin törədilməsi
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 
59.1.5.  cinayətin  ağır  həyat  şəraiti  nəticəsində  və  ya  mərhəmətlilik  niyyəti  ilə 
törədilməsi; 
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti 
və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 
59.1.7.  cinayətin  zəruri  müdafiənin,  ictimai  təhlükəli  əməl  törətmiş  şəxsin 
tutulmasının,  son  zərurətin,  əsaslı  riskin,  əmrin  və  ya  sərəncamın  icra  edilməsinin 
qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi
59.1.8.  cinayətin  zərərçəkmiş  şəxsin  qanunsuz  və  ya  əxlaqsız  hərəkətlərinin  təsiri 
altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) 
vəziyyətində törədilməsi; 
59.1.9.  könüllü  gəlib  təqsirini  boynuna  alma,  cinayətin  açılmasına,  onun  digər 
iştirakçılarının  ifşa  edilməsinə,  cinayət  nəticəsində  əldə  edilmiş  əmlakın  axtarışına  və 
tapılmasına fəal kömək etmə; 

59.1.10.  cinayətin  törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiş  şəxsə  tibbi  və  ya 
digər yardım göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü 
olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd 
edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin 
edilməsi. 
59.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  59.1.1—59.1.10-cu  maddələrində 
göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
59.3.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  cinayət  tərkibinin 
əlaməti  kimi  nəzərdə  tutulmuş  cəzanı  yüngülləşdirən  hal,  cəza  təyin  edilərkən  təkrar 
nəzərə alına bilməz. 
M a d d ə   6 0 .  Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi 
Bu  Məcəllənin  59.1.9  və  59.1.10-cu  maddələrində  göstərilən  cəzanı  yüngülləşdirən 
hallar  olduqda  və  əgər  cəzanı  ağırlaşdıran  hallar  yoxdursa,  təyin  olunan  cəzanın 
müddəti  və  ya  həcmi  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  nəzərdə 
tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 
[44]
 
M a d d ə   6 1 .  Cəzanı ağırlaşdıran hallar
 
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması; 
61.1.3.  cinayətin  qabaqcadan  əlbir  olmuş  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi; 
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə; 
61.1.5.  psixi  pozuntulardan  əziyyət  çəkən  və  ya  sərxoş  vəziyyətdə  olan  şəxslərin, 
habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin 
cinayət törətməyə cəlb olunması; 
61.1.6.  cinayətin  milli,  irqi  və  ya  dini  düşmənçilik,  dini  fanatizm,  digər  şəxslərin 
qanuni  hərəkətlərinə  görə  qisas  almaq  zəminində,  tamah  məqsədi  ilə  və  ya  sair  alçaq 
niyyətlərlə,  habelə  başqa  cinayəti  ört-basdır  etmək  və  ya  onun  törədilməsini 
asanlaşdırmaq məqsədi ilə törədilməsi; 
61.1.7.  cinayətin  müqəssir  üçün  aşkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın, 
habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə 
olan şəxsə qarşı törədilməsi; 
61.1.8.  cinayətin  öz  qulluq  və  ya  ictimai  borcunu  yerinə  yetirən  şəxsə  və  ya  onun 
yaxın qohumlarına qarşı törədilməsi; 
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya 
işgəncə verməklə törədilməsi; 
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli 
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi; 

61.1.11.  cinayətin  fövqəladə  vəziyyət,  təbii  və  ya  digər  ictimai  fəlakət  şəraitində, 
habelə kütləvi iğtişaşlar zamanı törədilməsi; 
61.1.12.  cinayətin  hakimiyyət  nümayəndəsinin  xüsusi  geyimlərindən  və  ya 
sənədlərindən istifadə etməklə törədilməsi; 
61.1.13.  cinayətin  qulluq  mövqeyinə  və  ya  müqaviləyə  əsasən  təqsirkara  göstərilən 
etimaddan istifadə etməklə törədilməsi. 
61.2.  Cəza  təyin  edilərkən  bu  Məcəllənin  61.1.1—61.1.13-cü  maddələrində 
göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. 
61.3.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddəsində  cinayət  tərkibinin 
əlaməti  kimi  nəzərdə  tutulmuş  cəzanı  ağırlaşdıran  hal,  cəza  təyin  edilərkən  təkrar 
nəzərə alına bilməz. 
M a d d ə   6 2 .  Cinayətə  görə  müəyyən  edilmiş  cəzadan  daha  yüngül  cəza  təyin 
edilməsi
 
62.1.  Cinayətin  məqsədi  və  motivi,  təqsirkarın  cinayətin
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin