Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma
223.1. Partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik
qaydalarının pozulması, əgər bu əməl insan ölümünə və ya digər ağır nəticələrə səbəb ola
bilərdisə—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
223.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 224.
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu,
saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma
Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və
istifadə edilməsi qaydalarını pozma, habelə bu maddələri və məmulatları poçtla və baqajla
qanunsuz olaraq göndərmə, həmin əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 224‐1. İkili təyinatlı mallardan (işlərdən, xidmətlər‐dən, əqli fəaliyyətin
nəticələrindən) istifadə qaydalarını pozma
Kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və sursatların yaradılmasında və
hazırlanmasında istifadə oluna bilən ikili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli
fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunması dövlətin milli
təhlükəsizliyi və maraqlarına zərər vurduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 224-2. İxrac rejimini pozma
İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin), bu
malların ixracına qadağan və ya məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə İxrac
olunması —
bir ildən iki İlədək müddətə islah İşləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Maddə 225.
Yanğın təhlükəsizliyi qaydalarını pozma
225.1. Üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs
tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır
və ya ağır zərər vurulmasına səbəb olduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
225.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 226.
Radioaktiv_materiallarla_qanunsuz_davranma'>Radioaktiv materiallarla qanunsuz davranma
226.1. Radioaktiv materialları qanunsuz əldə etmə, saxlama, istifadə etmə, satma, başqasına
vermə və ya dağıtma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
226.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 227.
Radioaktiv materialları talama və ya hədə‐qorxu ilə tələb etmə
227.1. Radioaktiv materialları talama və ya hədə-qorxu ilə tələbə etmə—
min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
227.2. Eyni əməllər:
227.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
227.2.2. təqsirkar tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
227.2.3. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə—
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
227.3. Bu Məcəllənin 227.1 və ya 227.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
227.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
227.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 228.
Qanunsuz_olaraq_odlu_silah,_onun_komplekt_hissələrini,_döyüş_sursatı,_partlayıcı_maddələr_və_qurğular_əldə_etmə'>Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və
gəzdirmə
KM2
228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
228.2. Eyni əməllər:
228.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
228.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.3. Bu Məcəllənin 228.1 və ya 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
228.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma
və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı
olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla,—
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin
tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Maddə 229.
Qanunsuz olaraq silah hazırlama
229.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı
maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.2. Eyni əməllər:
229.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
229.2.2. təkrar törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.3. Bu Məcəllənin 229.1 və ya 229.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
229.4. Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı hazırlama—
yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət tərkibi
yoxdursa, cinayət məsuliyyətindən azad edilir.
Maddə 230.
Odlu silahı diqqətsiz saxlama
Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa
şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 231.
Silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi
üzrə vəzifələri lazımınca yerinə yetirməmə
Odlu silahın, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların mühafizəsi tapşırılmış şəxs
tərəfindən öz vəzifəsinin lazımınca yerinə yetirilməməsi, onların talanmasına və ya məhv
edilməsinə, yaxud digər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 232.
Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya
hədə‐qorxu ilə tələb etmə
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və
qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.2. Eyni əməllər:
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
232.2.2. təkrar törədildikdə;
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.3. Bu Məcəllənin 232.1 və ya 232.2-ci maddələrində nəzərdə tutulmuş əməllər;
232.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
232.3.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək
hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 233.
İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu
cür hərəkətlərdə fəal iştirak etmə
İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə
tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal
fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil
etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 233-1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən
(mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama,
daşıma, gəzdirmə, başqasına vermə və ya satma
233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)
əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə
və ya satma-
əmlakı müsadirə edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
233-1.2. Eyni əməllər:
233-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya
cinayətkar birlik tərəfindən törədildikdə;
233-1.2.2. təkrar törədildikdə;
233-1.2.3. ağır nəticələrə səbəb olduqda-
əmlakı müsadirə edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan hər hansı birinin
qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi, başqasına verilməsi və ya satılmasına görə
bu Məcəllənin digər maddələrində məsuliyyət nəzərdə tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 233‐2. Sertifikatlaşdırılmamış rabitə vasitələrinin satışının təşkili
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan rabitə vasitələrinin
sertifikatlaşdırılmadan satışının təşkili dövlətin və milli təhlükəsizliyin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 233‐3. Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata
keçirilməsi üçün rabitə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin
yaradılmaması
Əməliyyat‐axtarış, kəşfiyyat və əks‐kəşfiyyat tədbirlərinin həyata keçirilməsi üçün rabitə
müəssisələrinin vəzifəli şəxsləri tərəfindən zəruri şəraitin yaradılmaması –
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
26-cı fəsil
NARKOTİK VASİTƏLƏRİN VƏ PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ
DÖVRİYYƏSİ İLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR
Maddə 234.
Qanunsuz_olaraq_narkotik_vasitələri,_psixotrop_maddələri_və_ya_onların_prekursorlarını_hazırlama,_istehsal'>Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların
prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya
satma
234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri
şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə
etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz
olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
234.3. Narkotik_vasitələrin_və_ya_psixotrop_maddələrin_istehlakı_üçün_tiryəkxanalar_təşkil_etmə_və_ya_saxlama'>Narkotik_vasitələrin_və_ya_psixotrop_maddələrin_istehlakına_təhrik_etmə'>Narkotik_vasitələri,_psixotrop_maddələri_və_ya_onların_prekursorlarını_talama_və_ya_hədə‐qorxu_ilə_tələb_etmə'>Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə,
daşıma və ya satma —
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
234.4. Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər:
234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
234.4.2. təkrar törədildikdə;
234.4.3. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi
nəzarət altında olan xammalın, prekursorların, alətlərin və ya avadanlıqların, habelə narkotik
vasitələrin , psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı,
saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə
edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi
qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik
vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya
qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında
fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.
2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı və digər
miqdarları müvafiq qanunla müəyyən edilir.
Maddə 235.
Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını
talama və ya hədə‐qorxu ilə tələb etmə
235.1. Narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu ilə tələb etmə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
235.2. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və
emalında istifadə etmək məqsədi ilə prekursorları talama və ya hədə qorxu ilə tələb etmə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.3. Bu Məcəllənin 235.1 və 235.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
235.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
235.3.2. təkrar törədildikdə;
235.3.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
235.3.4. həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
235.4. Bu Məcəllənin 235.1—235.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:
235.4.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
235.4.2. külli miqdarda törədildikdə;
235.4.3. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmək hədəsi ilə törədildikdə;
235.4.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 236.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ;
236.2.2. təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 237.
Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya
etmə
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları
(onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik
maddələr olan digər bitkiləri kultivasiya etmə—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 238.
Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün
tiryəkxanalar təşkil etmə və ya saxlama
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil
etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 239.
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən
reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 240.
Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz
dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya
zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama,
daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün
avadanlığı qanunsuz satma—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Eyni hərəkətlər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər:
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
240.3.2. külli miqdarda törədildikdə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması,
buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların
talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(Çıxarılıb)
27-ci fəsil
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR
Maddə 242.
Dostları ilə paylaş: |