Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma
116.0. Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, yəni:
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə;
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma;
116.0.3. sülh məramlı tədbirlərin həyata keçirilməsinə və ya humanitar yardımın
göstərilməsinə cəlb olunmuş şəxsi heyətə, o cümlədən Qızıl Xaç və Qızıl Aypara fərqləndirici
emblemləri olan heyətə, tikililərə, qurğulara, nəqliyyat vasitələrinə, tibbi əmlaka hücum etmə;
116.0.4. hərbi əməliyyatların aparılması üsulu kimi mülki əhali arasında yaranmış aclıqdan
istifadə etmə;
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə;
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə;
116.0.7. müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara
hücum etmə;
116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən, o cümlədən xüsusi mühafizə
olunan tarixi, dini, təhsil, incəsənət, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların
yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
116.0.9. müvəqqəti barışıq haqqında və ya həlak olanların və yaralıların döyüş meydanından
aparılması, dəyişdirilməsi və ya daşınması məqsədilə döyüş əməliyyatlarının dayandırılması
barədə sazişi pozma;
116.0.10. mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum
etmə;
116.0.11. hərbi əməliyyat bölgələrində əhaliyə qarşı zorakılıq göstərmə, quldurluq etmə,
əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq alma;
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki
obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə;
116.0.13. hərbi əməliyyatlarda birbaşa iştirakını təqsirkar üçün aşkar surətdə dayandırmış,
həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud yaralanma və ya
başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə;
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə;
116.0.15. hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasını əsassız olaraq gecikdirmə;
116.0.16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan
edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə;
116.0.17. zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik,
habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə;
116.0.18. bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri beynəlxalq hüquq
normalarına zidd olaraq həbs etmə və ya başqa cür azadlıqdan məhrum etmə, habelə
prosessual hüquqlardan məhrum etmə—
yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 117.
Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə
117.1. Rəis və ya vəzifəli şəxs tərəfindən silahlı münaqişə zamanı tabeliyində olanlara bu
Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan cinayətlərin qarşısının alınması
məqsədilə öz səlahiyyətləri dairəsində bütün imkanlardan qəsdən istifadə etməmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
117.2. Döyüş bölgələrində heç kəsin sağ buraxılmayacağını bəyan etmə və ya bu barədə
tabeliyində olan şəxsə və ya bu Məcəllənin 115—116-cı maddələrində nəzərdə tutulan
cinayətlərin edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və ya sərəncam vermə—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum
etmə ilə cəzalandırılır
Maddə 118.
Hərbi soyğunçuluq
Döyüş meydanında ölmüş və ya yaralanmış şəxslərin əmlakını talama (hərbi soyğunçuluq) —
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 119.
Müdafiə olunan nişanlardan sui‐istifadə
119.1. Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı
Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl
Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qızıl
Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə
etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə
—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
119.2. Ağ bayraqdan, Birləşmiş Millətlər Təşkilatının bayraq, nişan və ya geyimlərindən, o
cümlədən 1949-cü il tarixli Cenevrə Konvensiyaları ilə müdafiə olunan fərqləndirici
nişanlardan sui-istifadə etmə, bu əməllər zərərçəkmiş şəxsin ölümünə və ya onun
sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
SƏKKIZINCI BÖLMƏ
ŞƏXSİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
18-ci fəsil
HƏYAT VƏ SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 120.
Qəsdən adam öldürmə
120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
120.2. Qəsdən:
120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən adam öldürmə;
120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürmə;
120.2.3. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
120.2.5. tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya
toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;
120.2.6. başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə
zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;—
120.2.7. iki və ya daha çox şəxsi öldürmə;
120.2.8. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;
120.2.9. təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə
adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;
120.2.10. təkrar adam öldürmə;
120.2.11. quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam
öldürmə;
120.2.12. milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə—
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı
birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən
törədilməsi onun təkrar törədilməsi hesab olunur.
Maddə 121.
Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi
Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 122.
Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam
öldürmə
122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 123.
Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri
həddi aşmaqla adam öldürmə
123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 124.
Ehtiyatsızlıqdan_adam_öldürmə'>Ehtiyatsızlıqdan adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 125.
Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla
amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu
ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 126.
Qəsdən_sağlamlığa_az_ağır_zərər_vurma'>Qəsdən_sağlamlığa_ağır_zərər_vurma'>Qəsdən sağlamlığa ağır zərər vurma
126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya
görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının
itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin
üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar
surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya
hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb
olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.2. Eyni əməllər:
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə
törədildikdə—
altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 127.
Qəsdən sağlamlığa az ağır zərər vurma
127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı
maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət
pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla
əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
127.2. Eyni əməllər:
127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
127.2.2. xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə
təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə;
127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə
törədildikdə;
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 128.
Qəsdən sağlamlığa yüngül zərər vurma
Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə
səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 129.
Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa
ağır və ya az ağır zərər vurma
129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər
vurma—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya
əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz
və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində
qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər
vurma—
iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 130.
Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş
şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma
130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və
ya az ağır zərər vurma—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 131.
Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma
131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 132.
Döymə
Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya
sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—
iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir
ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 133.
İşgəncə vermə
133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan
mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi
iztirablar vermə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
133.2. Eyni əməllər:
133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və
ya sifarişlə törədildikdə;
133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;
133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz
vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə
əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən
məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə
doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə
etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 134.
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə
Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real
əsaslar olduqda—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 135.
Evtanaziya
Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə
tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 136.
Qanunsuz_süni_mayalanma_və_embrionu_implantasiya_etmə,_tibbi_sterilizasiya'>Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi
sterilizasiya
136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma
və ya embrionu implantasiya etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma
qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə
əməliyyat aparma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan
şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 137.
İnsan orqanlarının və ya toxumalarının alqı‐satqısı və onların
transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə
137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
137.2. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya
toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun
təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə
törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 138.
Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş
diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə
138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını,
dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya
az ağır zərər vurulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən,
habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə
cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə üsullarından
istifadə etmə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 139.
Dostları ilə paylaş: |