tikinti işlərinin qarşısının alınmaması
314‐3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması
nəticəsində bu Məcəllənin 222.1‐ci, 222‐1.1‐ci və 222‐2.1‐ci maddələrində nəzərdə tutulmuş
əməllərin qarşısının alınmaması ‐
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314‐3.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az
ağır zərərin vurulmasına səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314‐3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
34-cü fəsil
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 315.
Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq
etmə
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq
etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə
hədələmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün
təhlükəli olan zor tətbiq etmə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 316.
Cinayət prosesində iştirak edən şəxslər barəsində tətbiq edilən
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi,
qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun
nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət
işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis,
tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik
tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona
etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları
yayma
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz
toplama, yaxud qəsdən yayma –
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai
işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda –
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın
qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər
hansı məlumat başa düşülür.
Maddə 316‐2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən
tədbirlər haqqında məlumatları yayma
316‐2.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə
əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar
istisna olmaqla yayılması ‐
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
316‐2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında
şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla
nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması ‐
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddə 317.
Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal
fəaliyyətini pozma
317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə
məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə
görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və
sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə—
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə
törədildikdə—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 317‐1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan
şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi
317‐1.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi
və ya ötürülməsi ‐
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317‐1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə
törədildikdə ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 317‐2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan
şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi,
daşınması və ya istifadəsi
317‐2.1. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs
tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması
və ya istifadəsi ‐
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
317‐2.2. Eyni əməllər təkrar törədildikdə ‐
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 318.
Azərbaycan_dövlətinin_başçısının_—_Azərbaycan_Respublikası_Prezidentinin_şərəf_və_ləyaqətini_ləkələmə_və_ya_alçaltma'>Azərbaycan_Respublikasının_dövlət_sərhədini_qanunsuz_olaraq_dəyişmə'>Azərbaycan_Respublikasının_dövlət_sərhədini_qanunsuz_olaraq_keçmə'>Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor
tətbiq etmə hədəsi ilə törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə
Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına
gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin
müddəaları şamil edilmir.
Maddə 319.
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə
sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 320.
Rəsmi_sənədləri,_dövlət_təltiflərini,_möhürləri,_ştampları,_blankları_saxtalaşdırma,_qanunsuz_hazırlama,_satma_və_ya'>Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə
etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma,
habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü,
blankı hazırlama və ya satma—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə
etmə—
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai
işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 321.
Hərbi_xidmət_əleyhinə_olan_cinayətlər_anlayışı'>Hərbi_xidmət_keçməkdən_boyun_qaçırma'>Hərbi xidmət keçməkdən boyun qaçırma
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya
səfərbərlik üzrə çağırışdan boyun qaçırma—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 322.
Özbaşınalıq
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış
qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı
hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda—
beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai
işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 323.
Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və
layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya
vasitəsində ləkələmə və ya alçaltma —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında
yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir.
Maddə 324.
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 325.
Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının
dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 326.
Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər
mühüm şəxsi sənədini oğurlama—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
ON IKINCI BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35-ci fəsil
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
Maddə 327.
Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun
və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş
qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama
toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları
əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan
cinayətlər hesab olunur.
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur.
Maddə 328.
Əmri icra etməmə
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə
yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
328.2. Eyni əməllər:
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
328.2.2. ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu
əməllər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə
vəziyyətində olması başa düşülür.
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması,
hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir.
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı
aparması başa düşülür.
Maddə 329.
Rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur
etmə
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə,
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
329.2.2. silah tətbiq etməklə törədildikdə;
329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır
nəticələrə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 330.
Rəisə qarşı zorakı hərəkətlər etmə
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına
yüngül zərər vurma və ya onu döymə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.2. Eyni əməllər:
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
330.2.2. silah tətbiq etməklə törədildikdə;
330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə,
habelə digər ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 331.
Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi—
altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli
hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini
təhqir etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 332.
Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma
332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin
nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona
qarşı zor tətbiq etməklə əlaqədar olduqda—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
332.2. Eyni əməllər:
332.2.1. təkrar törədildikdə;
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə;
332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
332.2.4. silah tətbiq etməklə törədildikdə;
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 333.
Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət
yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında
gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə,
eyni əməllər altı ay ərzində təkrar törədildikdə—
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən
özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq,
lakin bir aydan çox olmayaraq törədildikdə—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan
hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini
özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on
gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin
üç gündən çox olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan
artıq, lakin üç aydan çox olmayaraq törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi—
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |