AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə14/24
tarix04.12.2016
ölçüsü5.01 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

tikinti işlərinin qarşısının alınmaması 
314‐3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması 
nəticəsində  bu  Məcəllənin  222.1‐ci,  222‐1.1‐ci  və  222‐2.1‐ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllərin qarşısının alınmaması ‐
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐3.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az 
ağır zərərin vurulmasına səbəb olduqda ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314‐3.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər ağır 
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
34-cü fəsil 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 315. 
Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor  tətbiq 
etmə 
315.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq 
etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və 
sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə 
hədələmə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün 
təhlükəli olan zor tətbiq etmə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 316. 
Cinayət  prosesində  iştirak  edən  şəxslər  barəsində  tətbiq  edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma 
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, 
qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun 
nümayəndəsi, şübhəli şəxs, təqsirləndirilən, onların müdafiəçiləri və nümayəndələri, cinayət 
işi üzrə mülki iddiaçı, mülki cavabdeh, onların nümayəndələri, şahid, ekspert, mütəxəssis, 
tərcüməçi, hal şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik 
tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi ilə əlaqədar ona 
etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları 
yayma 
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz 
toplama, yaxud qəsdən yayma –  
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai 
işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda – 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə "konfidensial məlumat" dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın 
qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər 
hansı məlumat başa düşülür. 
Maddə  316‐2.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı həyata  keçirilən 
tədbirlər haqqında məlumatları yayma 
316‐2.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  qarşı həyata  keçirilən tədbirlər  haqqında  şəxsə  qulluq  mövqeyi  ilə 
əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar 
istisna olmaqla yayılması ‐

min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
316‐2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında 
şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla 
nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması ‐
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə 
müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum 
edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Maddə 317. 
Cəzaçəkmə  müəssisələrinin  və  ya  istintaq  təcridxanalırının  normal 
fəaliyyətini pozma 
317.1. Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə 
məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə 
görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.2. Bu Məcəllənin 317.1-ci maddəsində göstərilən şəxslər barəsində onların həyat və 
sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.3. Bu Məcəllənin 317.1 və ya 317.2-ci maddələrində nəzərdə tutulmuş əməllər 
mütəşəkkil dəstə tərəfindən və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə 
törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə  317‐1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
317‐1.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq təcridxanalarında  saxlanılan  şəxslərə 
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi 
və ya ötürülməsi ‐
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317‐1.2.  Eyni  əməllər  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə ‐
üç  ilədək  müddətə  müəyyən vəzifə  tutma  və  ya  müəyyən fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə  317‐2.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxs  tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi, 
daşınması və ya istifadəsi 
317‐2.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan  şəxs 
tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi,  daşınması 
və ya istifadəsi ‐
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317‐2.2. Eyni əməllər təkrar törədildikdə ‐
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 318. 
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 
318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş 
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir 
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor 
tətbiq etmə hədəsi ilə törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə 
Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasına 
gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, bu maddənin 
müddəaları şamil edilmir. 
Maddə 319. 
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmə 
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə 
sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 320. 
Rəsmi  sənədləri,  dövlət təltiflərini,  möhürləri,  ştampları,  blankları 
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə 
320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə 
etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, 
habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, 
blankı hazırlama və ya satma— 

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə 
etmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya səksən saatadək müddətə ictimai 
işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Maddə 321. 
Hərbi xidmət keçməkdən boyun qaçırma 
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya 
səfərbərlik üzrə çağırışdan boyun qaçırma— 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 322. 
Özbaşınalıq 
322.1. Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış 
qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı 
hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda— 
beş yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai 
işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 323. 
Azərbaycan  dövlətinin  başçısının    Azərbaycan  Respublikası 
Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma 
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və 
layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya 
vasitəsində ləkələmə və ya alçaltma — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında 
yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir. 
Maddə 324. 
Azərbaycan  Respublikasının  Dövlət  bayrağı və  ya  Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər 

Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi 
barədə təhqiredici hərəkətlər— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır. 
Maddə 325. 
Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma 
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının 
dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 326. 
Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə 
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə 
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə— 
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək 
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər 
mühüm şəxsi sənədini oğurlama— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
ON IKINCI BÖLMƏ 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
35-ci fəsil 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
Maddə 327. 
Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı 
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun 
və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş 
qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama 
toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları 
əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan 
cinayətlər hesab olunur. 
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı 
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur. 
Maddə 328.
 Əmri icra etməmə 

328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə 
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə 
yetirilməməsi hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
328.2. Eyni əməllər: 
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil 
dəstə tərəfindən törədildikdə; 
328.2.2. ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu 
əməllər ağır nəticələrə səbəb olduqda— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə müharibə 
vəziyyətində olması başa düşülür. 
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin başlanması, 
hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir. 
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı 
aparması başa düşülür. 
Maddə 329. 
Rəisə  müqavimət  göstərmə  və  ya  onu  qulluq  vəzifəsini  pozmağa məcbur 
etmə 
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
329.2. Eyni əməllər: 
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
329.2.2. silah tətbiq etməklə törədildikdə; 
329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır 
nəticələrə səbəb olduqda— 

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 330. 
Rəisə qarşı zorakı hərəkətlər etmə 
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına 
yüngül zərər vurma və ya onu döymə— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
330.2. Eyni əməllər: 
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 
330.2.2. silah tətbiq etməklə törədildikdə; 
330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə
habelə digər ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya 
döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 331. 
Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə 
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi— 
altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli 
hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini 
təhqir etməsi— 
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 332. 
Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin nizamnamə qaydalarını pozma 

332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin 
nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaqla və ya ona 
qarşı zor tətbiq etməklə əlaqədar olduqda— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.2. Eyni əməllər: 
332.2.1. təkrar törədildikdə; 
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
332.2.4. silah tətbiq etməklə törədildikdə; 
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır 
nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 333. 
Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət 
yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında 
gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, 
eyni əməllər altı ay ərzində təkrar törədildikdə— 
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən 
özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq, 
lakin bir aydan çox olmayaraq törədildikdə— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan 
hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini 
özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on 
gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin 
üç gündən çox olduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan 
artıq, lakin üç aydan çox olmayaraq törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi— 

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
1   ...   10   11   12   13   14   15   16   17   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə