Bilə‐bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma
295.1. Hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
295.2. Eyni əməllər azadlıqdan məhrum etmə barədə məhkəmənin çıxardığı qanunsuz hökm
ilə əlaqədar olduqda və ya başqa ağır nəticələrə səbəb olduqda—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 296.
Bilə‐bilə yalan xəbərçilik etmə
296.1. Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—
üç yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
296.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya
süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 297.
Bilə‐bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə
vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə
yanlış tərcümə etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək
ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə
bağlı törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında
məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar
çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət
məsuliyyətindən azad olunurlar.
2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın
qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 298.
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi
Şahidin və ya zərərçəkmiş şəxsin ifadə verməkdən imtina etməsi—
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz iyirmi saatdan yüz səksən
saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Şəxs özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına
qarşı ifadə verməkdən imtina etdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Maddə 299.
İfadə verməkdən boyun qaçırmağa, yalan ifadə və ya yalan rəy verməyə,
yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma
299.1. Şahidin, zərərçəkmiş şəxsin yalan ifadə verməsi məqsədi ilə və ya ekspertin yalan rəy
və ya yalan ifadə verməsi məqsədi ilə, habelə tərcüməçinin yanlış tərcümə etməsi məqsədi ilə
onları pulla ələ alma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
299.2. Şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə və ya
tərcüməçini yanlış tərcümə etməyə məcbur etmə, habelə həmin şəxsləri ifadə verməkdən
boyun qaçırmağa məcbur etmə şantajla, həmin şəxsləri və ya onların yaxın qohumlarını
öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək və ya zədələmək hədəsi ilə
törədildikdə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
299.3. Bu Məcəllənin 299.2-ci maddəsində nəzərdə tutulmuş əməllər həmin şəxslərin həyatı
və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
299.4. Bu Məcəllənin 299.1 və ya 299.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil
dəstə tərəfindən və ya həmin şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq
etməklə törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 300.
Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma
Qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən
hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması maraqlı
şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 301.
Məhkəmə və hüquq mühafizə orqanları işçiləri barəsində tətbiq edilən
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma
301.1. Hakimlər, andlı iclasçılar, məhkəmə nəzarətçiləri, məhkəmə icraçıları, prokurorlar,
müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış fəaliyyətini, gömrük işini həyata keçirən, ictimai
qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, habelə istintaq orqanlarının və ya
prokurorların qərarlarını icra edən şəxslər və ya onların yaxın qohumları barəsində tətbiq
edilən təhlükəsizlik tədbirləri haqqında məlumatların yayılması, əgər bu əməl qulluq mövqeyi
ilə əlaqədar ona etibar edilən və ya məlum olan şəxs tərəfindən törədilərsə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
301.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 302.
Əməliyyat‐axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma
302.1. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər
tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək
səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən
edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin
əhəmiyyətli pozulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
302.2. Eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi
texniki vasitələrdən istifadə edilməklə törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 303.
Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş, yaxud müsadirə olunmalı
əmlak barəsində qanunsuz hərəkətlər
303.1. Siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən
israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə
həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit
təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsi—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
303.2. Məhkəmənin hökmünə əsasən müsadirə edilməli olan əmlakı gizlətmə və ya
mənimsəmə, habelə əmlakın müsadirə olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş
hökmünün icra olunmasından başqa cür yayınma—
min manatdan üç min manatadək miqdarda cərimə və ya beş yüz manatadək miqdarda cərimə
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 304.
Azadlıqdan_məhrum_etmə_yerindən,_həbsdən_və_ya_mühafizə_altından_qaçma'>Azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından
qaçma
304.1. Cəza çəkən və ya ibtidai həbsdə olan şəxsin azadlıqdan məhrum etmə yerlərindən,
həbsdən və ya mühafizə altından qaçması—
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
304.2. Eyni əməllər:
304.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
304.2.2. həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq
etmə hədəsi ilə törədildikdə;
304.2.3. silah işlətməklə və ya silah qismində işlədilən əşyalardan istifadə olunmaqla
törədildikdə—
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 305.
Azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma
Azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti
başa çatmaqdan sonra geri qayıtmaması—
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 306.
Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını
qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
306.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Maddə 307.
Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti
gizlətmə
307.1. Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin
cinayət barəsində xəbər verməmə —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
307.2. Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
307.3. Qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları tərəfindən
hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs bu Məcəllənin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş
cinayət məsuliyyətinə cəlb oluna bilməz.
33-cü fəsil
Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə
orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi
əleyhinə olan cinayətlər.
Maddə 308.
Vəzifə səlahiyyətlərindən sui‐istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui‐istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin
icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə
öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya
qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin
hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda –
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb
olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət
nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə
müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və
ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər
, beynəlxalq təşkilatların nümayəndələri, habelə
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab
edilən digər şəxslər başa düşülür.
2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri
kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə
cinayət məsuliyyəti daşıyırlar.
Maddə 309.
Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə
kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurduqda—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya
zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə
etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 310.
Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin
mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni
mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai
işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq
və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla,
şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti
istəməsi və ya alması –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;
3.11.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Qeyd:
Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə,
beş min manatdan artıq olan məbləğ başa
düşülür.
Ma d d ə 3 1 2. Rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər
hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində
vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya
vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi –
min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona
rüşvət vermə və ya təkrar rüşvət vermə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə
haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
M a d d ə 3 1 2 ‐ 1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə
(nüfuz alveri)
312‐1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə
edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər
üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması‐
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə
olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
312‐1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli
şəxsin qərarına qanunsuz təsir etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin
verilməsi ‐ min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə
olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 313.
Vəzifə saxtakarlığı
Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya
yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına
bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya
resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah
və ya sair şəxsi niyyətlərlə törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Maddə 314.
Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz
xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla
qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və
ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 314-1.
Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan
edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi
qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin
mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 314‐2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq
sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə
vermə
314‐2.1. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs
tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ‐
bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314‐2.2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs
tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik
şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı
və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və
ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin
aparılmasına icazə vermə ‐
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314‐2.3. Bu Məcəllənin 314‐2.1 və 314‐2.2‐ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda ‐
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
Maddə 314‐3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan
Dostları ilə paylaş: |