Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs
cinayət məsuliyyətindən azad edilə bilər.
Maddə 334.
Fərarilik
334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və
ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud
müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya
xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri
oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən
fərarilik etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət
məsuliyyətindən azad edilə bilər.
Maddə 335.
Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun
qaçırma
335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma,
sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə
hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 336.
Qarovul xidmətinin nizamnamə qaydalarını pozma
Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin
nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 337.
Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs
tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan
şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə
səbəb olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 338.
Döyüş növbəsi çəkmə qaydalarını pozma
338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması
üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə
qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli
hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır
nəticələrə səbəb olduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 339 .
Sərhəd xidməti qaydalarını pozma
339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair
vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər
dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır
nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 340.
İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə
xidmət qaydalarını pozma
340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi
dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq
və qanuni mənafelərinə zərər vurduqda—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində
törədildikdə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 341.
Hakimiyyətdən sui‐istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə
341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə
etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə
etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə
törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
341.2. Eyni əməllər:
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
341.2.2. silah tətbiq olunmaqla törədildikdə;
341.2.3. ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 342.
Qulluğa səhlənkar yanaşma
342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər
vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 343.
Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə
Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa
vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 344.
Batmaqda olan hərbi gəmini tərk etmə
344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən
komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil
olan şəxsin tərk etməsi—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 345.
Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun
qaçırma
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah
işlətməkdən boyun qaçırma—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb
olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 346.
Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya
onlarla amansızcasına rəftar etməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 347.
Hərbi_əmlakı_itirmə'>Hərbi əmlakı itirmə
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat
vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını
pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda—
iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 348.
Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə
348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə
və ya məhv etmə ağır nəticələrə səbəb olduqda—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 349.
Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə
349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya
zədələmə, digər cinayətin əlamətləri olmadıqda—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
349.2.1. təkrar törədildikdə;
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə;
349.2.3. ağır nəticələrə səbəb olduqda;
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 350.
Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış
qaydalarını pozma
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə
ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və
ya sair ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli
hərbi hissədə saxlama ilə cəzalandırılır.
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya
daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 351.
Maşınları idarəetmə və istismar qaydalarını pozma
351.1. Döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli
hərbi hissədə saxlama və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan
məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş ildən
on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 352.
Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma
352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır
nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 353.
Hərbi gəmiləri idarəetmə qaydalarını pozma
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya
ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli “ Azərbaycan_Respublikasının_qanunvericilik_toplusu,_2005‐ci_il,_№_6,_maddə_462_)_23.'>Azərbaycan_Respublikasının_qanunvericilik_toplusu,_2005‐ci_il,_№_1,_maddə_3_)_22.'>Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikasının Qanunu ( Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 4, maddə 251)
ilə təsdiq edilmişdir.
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar
1.
26 may 2000-ci il tarixli 886-IQ nömrəli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qüvvəyə
minmə müddətlərinin dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 5, maddə 323)
2.
26 dekabr 2000-ci il tarixli 48-IIQ nömrəli “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 12, maddə 835)
3.
26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar
Məcəllələrinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 1, maddə 24)
4.
2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)
5.
27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)
6.
19 aprel 2002-ci il tarixli 305-II QD nömrəli "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2002-ci il, № 5, maddə 236)
7.
14 may 2002-ci il tarixli 321-IIQD nömrəli "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2002-ci il, № 5, maddə 248)
8.
17 may 2002-ci il tarixli 332-IIQD nömrəli "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında
Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 258)
9.
16 aprel 2002-ci il tarixli 302-IIQD nömrəli "Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və
onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2002-ci il, № 6, maddə 326)
10.
2 iyul 2002-ci il tarixli 360-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə 465)
11.
20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 276)
12.
20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli “Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarının
pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2003-cü il, № 6, maddə 279)
13.
20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 8, maddə 425)
14.
7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003-cü il, № 12, maddə 676)
15.
30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq
edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər
edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004
cü il, № 1, maddə 10)
16.
5 mart 2004-cü il tarixli 599-IIQD nömrəli “Azərbaycan folkloru nümunələrinin Hüquqi qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü
il, № 4, maddə 200)
17.
4 may 2004-cü il tarixli 646-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2004-cü il, № 5, maddə 321)
18.
11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına
əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 598)
19.
7 sentyabr 2004-cü il tarixli 732-IIQD nömrəli «Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola
bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların siyahısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 10, maddə
762)
20.
26 oktyabr 2004-cü il tarixli 781-IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №
11, maddə 900)
21.
7 dekabr 2004‐cü il tarixli 801‐IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər
edilməsi
haqqında”
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 1, maddə 3)
22. 15 aprel 2005‐ci il
tarixli 885-IIQD nömrəli “Məlumat toplularının hüquqi qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (
Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 6, maddə 462)
23.
14 iyun 2005‐ci il tarixli 937‐IIQD nömrəli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
dəyişikliklər
edilməsi
haqqında”
Azərbaycan
Respublikasının
Qanunu
( Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 7, maddə 575)
24.
20 sentyabr 2005‐ci il tarixli 991‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 11, maddə 994)
25.
30 sentyabr 2005‐ci il tarixli 1020‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
Dostları ilə paylaş: |