Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


YPX-nin qüvvə vasitələri ilə operativ idarəetmənin təşkili



Yüklə 170,87 Kb.
səhifə21/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   17   18   19   20   21   22   23   24   ...   32
18. YPX-nin qüvvə vasitələri ilə operativ idarəetmənin təşkili

 

18.1. YPX-nin qüvvə vasitələri ilə operativ idarəetmə nizami polis hissəsinin komandiri (DYP bölümünün rəisi) növbətçi hissə vasitəsilə, o olmadıqda isə ərazi DİO-nun növbətçi hissələri vasitəsilə həyata keçirilir.



18.2. Növbətçi hissə DİN-in Növbətçi Hissələri Operativ İdarəetmə Xidmətinin operativ tabeliyinə daxildir.

18.3. Növbətçi hissənin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün növbətçi hissənin rəisindən, məsul növbətçidən, növbətçi köməkçisindən və növbətçi hissənin ştat cədvəlinə uyğun olaraq digər əməkdaşlardan ibarət sutkalıq naryad təyin edilir.

18.4. Nizami polis hissələrinin növbətçi hissələri DİN-in 02.01.2002-ci il tarixli “DİO-nun operativ növbətçi hissələrinin işinin təşkilinə dair Təlimatın təsdiq edilməsi barədə” əmrini, yol hərəkəti, içtimai asayişin qorunması sahəsində digər normativ-hüquqi aktları və bu Təlimatı xidməti fəaliyyətində rəhbər tuturlar.

18.5. Növbətçi hissəyə aşağıdakı vəzifələrin icrası həvalə edilir:

1) fasiləsiz olaraq xidmət aparılan ərazilərdə (yollarda) operativ şəraiti (və ya hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı) məlumatları toplamaq, onu təhlil etmək və qiymətləndirmək;

2) yollarda fasiləsiz və təhlükəsiz hərəkətin təmin olunması, nəqliyyat axınlarının nizamlanması, hərəkət zamanı maneələrin və tıxacların aradan qaldırılması məqsədi ilə qüvvə və vasitələrin operativ idarə olunması;

3) yol-nəqliyyat hadisələri, cinayətlər və digər hüquq pozuntuları haqqında məlumatları və müraciətləri qəbul etmək və uçota almaq;

4) yol-nəqliyyat hadisələrinin sənədləşdirilməsi və hadisənin nəticəsi ilə əlaqədar təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün əməliyyat-istintaq qrupunun hadisə yerinə göndərilməsini təmin etmək;

5) hadisə yerindən qaçıb gizlənən şəxslərin və onların nəqliyyat vasitələrinin, qaçırılmış və ya oğurlanmış nəqliyyat vasitələrinin axtarılmasını təşkil etmək və onların uçotunu aparmaq;

6) iri qabaritli, ağır çəkili və təhlükəli yüklərin nəqliyyat vasitələrində daşınmasına nəzarət etmək;

7) növbətçi hissəyə gətirilmiş şəxslərlə ilkin araşdırma aparmaq;

8) növbətçi hissədə saxlanılan silah, sursat və digər xüsusi vasitələri şəxsi heyətə vermək və onlardan qəbul etmək;

9) verilmiş sərəncamların vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət etmək;

10) inzibati binada və onun yardımçı tikililərində daxili qaydaların yerinə yetirilməsinə, yanğın əleyhinə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;

11) informasiya-məlumat işini həyata keçirmək;

12) rəhbərlik olmadıqda vətəndaşları qəbul etmək;

13) avtonəqliyyat vasitələrinin verilmiş sərəncam, o cümlədən müqavilə əsasında müşayiət olunmasını təşkil etmək.

18.6. Məsul növbətçinin hüquqları:

1) xidmət aparılan ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsində xidmətə cəlb edilmiş əməkdaşlara rəhbərlik etmək;

2) xidmətə cəlb edilmiş qüvvə və vasitələrin yerləşdirilməsində müvəqqəti dəyişikliklər etmək, qəbul edilmiş qərar haqqında sonradan rəhbərliyə məruzə etmək;

3) verilən sərəncamların vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət etmək;

4) operativ şərait mürəkkəbləşdikdə qüvvə və vasitələrlə təcili yardım göstərilməsi məqsədilə, habelə lazımi informasiya almaq üçün DİN-nin Növbətçi hissələri operativ idarəetmə xidmətinə və rayon-şəhər polis orqanlarının növbətçi hissələrinə müraciət etmək;

5) nizami hissənin komandiri və ya DİN-in Növbətçi hissələri operativ idarəetmə xidmətinin sərəncamına əsasən şəxsi heyətin toplanmasını elan etmək;

6) cinayət törətməkdə şübhəli bilinən şəxsləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq, onları müvafiq polis orqanlarına təhvil vermək;

7) qüvvədə olan normativ aktlarda nəzərdə tutulmuş hallarda əl qandallarından və digər xüsusi vasitələrdən istifadə etmək;

8) qanunvericiliklə və bu Təlimatla müəyyən edilmiş hallarda və qaydada başqa tədbirlər görmək.

18.7. Məsul növbətçinin vəzifələri aşağıdakılardır:

1) xidmətə çıxan əməkdaşlara xidməti silahı və döş nişanını, habelə xidməti nəqliyyat və xüsusi texniki vasitələri verib və qəbul etmək, onların komplekt və saz olmasını yoxlamaq, bu barədə müvafiq jurnallarda qeydlər aparmaq;

2) xidmətə gəlməyən və naməlum səbəblərdən xidmətdən qayıtmayan əməkdaşlar barəsində nizami hissənin komandirinə dərhal məruzə etmək və onun göstərişi ilə hərəkət etmək;

3) YNH, cinayətlər, hadisə yerindən yayınmış şəxslər, qaçırılmış və oğurlanmış nəqliyyat vasitələri, həyata keçirilən və nəzərdə tutulan kütləvi, ictimai-siyasi, idman və digər tədbirlər, hava şəraitinin dəyişməsi, avtomobil yollarının, yol qurğularının və yol hərəkətini nizamlayan texniki vasitələrin vəziyyəti, yol hərəkətinə, operativ şəraitə, qüvvə və vasitələrin yerləşdirilməsinə təsir göstərə bilən başqa amillər haqqında məlumatları qəbul edib təhlil etmək, qiymətləndirərək aidiyyəti üzrə məlumat vermək;

4) xidmətdə olan əməkdaşların fasiləsiz idarə olunmasını, onların öz arasında və daxili işlər orqanlarının digər xidmət sahələri əməkdaşları ilə qarşılıqlı əlaqəsini, yol-nəqliyyat hadisələrinin profilaktikasında, ictimai təhlükəsizliyin təmin edilməsində fəallığını təmin etmək;

5) xidmət aparılan ərazidə əməliyyat şəraitindəki dəyişikliklər, habelə xidmətlə bağlı yuxarı DYP orqanlarının göstərişlərini şəxsi heyətə çatdırmaq.

18.8. Məsul növbətçi qüvvə və vasitələrin idarə olunması sahəsində aşağıdakı funksiyaları həyata keçirir:

1) şəxsi heyətin dislokasiyaya uyğun olaraq fasiləsiz idarə olunmasını, şəraitin dəyişməsi ilə əlaqədar onların birgə fəaliyyətini, aktivliyini və manevr etməsini təmin edir;

2) xidmətdə olan əməkdaşlarla daima əlaqə saxlayır, onlardan vəziyyətin dəyişməsi ilə əlaqədar məlumat və digər informasiyaları qəbul edir;

3) şəraitin təhlükəli olaraq dəyişməsi zamanı komandirin icazəsi ilə, qüvvə və vasitələrin yerdəyişməsini aparır, o olmadıqda ehtiyat qüvvələrdən istifadə edir və digər təxirəsalınmaz tədbirlər görür;

4) nəqliyyatın hərəkətində yaranan tıxacların aradan qaldırılması üçün həmin ərazidə və ona yaxınlıqda xidmət aparan əməkdaşları oraya göndərir, əgər bu ərazidə nəqliyyatın hərəkətinə mane olan digər hallar varsa onların aradan qaldırılması üçün müvafiq tədbirlər görür;

5) hava şəraitinin nəqliyyatın normal hərəkətinə təhlükə yaradacaq dərəcədə pisləşməsi gözlənildikdə, hərəkət iştirakçılarının bu barədə xəbərdar edilməsi üçün şəxsi heyətə müvafiq sərəncamlar verir;

6) nəqliyyatın və ya piyadaların böyük hərəkət intensivliyi nəticəsində yol hərəkətinin çətinləşdiyi hallarda əməkdaşlara hərəkətin tənzimlənməsi üçün müvafiq sərəncamlar verir;

7) texniki tənzimləmə və radio-cihaz vasitələrinin sıradan çıxması barədə məlumat aldıqda bu barədə qeydiyyat apararaq, texniki əməkdaşlara təxirəsalınmadan müvafiq göstəriş verir;

8) yolların hərəkət hissəsində müvafiq icazə olmadan qazma və digər təmir işləri aparılması barədə məlumat aldıqda, bu işləri dayandıraraq nəqliyyatın normal hərəkətini təmin edir.

18.9. Şəxsi heyət xidməti başa vurduqdan sonra məsul növbətçinin hərəkətləri:

1) xidməti başa vurmuş əməkdaşlardan silah, sursat və digər texniki vasitələri, xidməti avtomotonəqliyyatı qəbul edir, onların tam komplekt formasını və sazlığını yoxlayır;

2) hadisə və yol hərəkəti qaydalarının pozuntuları barədə tərtib edilmiş materialları qəbul edir və onları aidiyyəti üzrə təhvil verir;

18.10. Cinayət hadisələri, inzibati xətalar və digər hadisələr barədə məlumat və müraciətlərin qəbulu və baxılması ilə əlaqədar məsul növbətçinin hərəkətləri:

1) növbətçi bütün növbə ərzində yol-nəqliyyat və cinayət hadisələri, inzibati xətalar barədə məlumat və müraciətləri qəbul edir və vaxtında aidiyyəti üzrə rəhbərliyə məruzə edir;

2) vətəndaşlar müraciət edən zaman növbətçi onlara qarşı diqqətli və nəzakətli olmalı, özünü təqdim etməli və müvafiq izahatlar verməlidir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin