Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12



Yüklə 170,87 Kb.
səhifə8/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
6. YPX-nin təşkili və aparılması

 

6.1. YPX-nin aparılması üçün naryada təyin edilmiş əməkdaşların hazırlanması, təlimatlandırılması və yerləşdirilməsi Azərbaycan Respublikası DİN-in 212 nömrəli, 30.05.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş “Polisin post-patrul xidmətinin Nizamnaməsi” və bu Təlimata müvafiq olaraq həyata keçirilir. Naryadların təlimatlandırılması xüsusi təchiz olunmuş sinifdə və ya tikiliyə bitişik meydançada aparılır.



6.2. YPX-nin aparılması üçün naryada təyin edilmiş şəxslər təlimatlandırmanın başlanmasından ən azı 15 dəqiqə əvvəl təlimatın keçirildiyi yerə və ya daxili işlər orqanlarına gəlməli və bu barədə növbətçiyə və bilavasitə komandirinə məruzə etməlidirlər.

6.3. Təlimatlandırma nizami polis hissəsinin komandiri və ya onun müavinləri və ya nizami polis hissəsinin qərargah rəisi və DYP bölümlərinin rəisləri tərəfindən aparılır.

6.4. Xidməti gecə aparan naryadın təlimatlandırılmasını nizami hissə komandiri və ya onun müavini, baş YPX inspektoru baş növbətçi-müfəttişin (növbətçi-müfəttişin) iştirakı ilə həyata keçirir ki, bu barədə də post cədvəlləri kitabında (Təlimata 4 saylı əlavə) qeyd aparılır. Təlimatlandırma müddəti 30 dəqiqədən artıq olmamalıdır.

6.5. Təlimatlandırmanın keçirilməsi zamanı vəzifəli şəxslər:

1) YPX inspektor heyətinin xidmət aparmağa hazır olduğuna əmin olmalı və aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görməlidir;

2) YPX inspektorunun öz hüquq və vəzifələrini, silahın, xüsusi vasitələrin tətbiqi və istifadəsi qaydalarını, şəxsi təhlükəsizliyin təmin edilməsi tədbirlərini bilməsini seçmə üsulu ilə yoxlamalıdır;

3) YPX inspektorlarını xidmət aparılan ərazidə qəzalılıq vəziyyəti və əməliyyat şəraiti barədə yuxarı orqanların göstərişləri haqqında məlumatlandırmalıdır;

4) patrul post və marşrutlarını elan etməlidir;

5) ötən sutka ərzində işin nəticələri, qanunazidd hərəkətlərə yol verilməsi halları və xidmət aparılması qaydasını yol polisinin inspektor heyətinin diqqətinə çatdırmalıdır;

6) naryadların rəhbərlərini təyin etməlidir;

7) şəxsi heyətin təlimatlandırılmasının mütləq şərti vətəndaşlara diqqətli, ədəbli və nəzakətli münasibət, onların hüquq və azadlıqlarının müdafiəsi, hərəkətə nəzarət həyata keçirərkən zəruri yardımın göstərilməsi, şəxsi təhlükəsizlik tədbirlərinə riayət olunması haqqında məlumatların şəxsi heyətin diqqətinə çatdırılmasıdır.

8) xidməti post və patrul marşrutlarından çıxarılaraq dövlət əhəmiyyətli tədbirlərə əməkdaşların cəlb olunmaları barədə post cədvəlləri kitabına (Təlimata 4 saylı əlavə) qeydlər aparılmalıdır.

6.6. Xidmətə gedən YPX inspektorları səliqəli görünüşə, saz vəziyyətdə olan ləvazimat, mövsümə görə xidməti geyim, işığı əks etdirən təchizata, eləcə də döş nişanı, tabel silahı, jezl və digər xüsusi vasitələrə, post və ya patrul marşrutu vərəqi, xidməti kitabça (Təlimata 5 saylı əlavə), xidməti və sürücülük vəsiqəsinə, “Yol hərəkəti haqqında” AR Qanunu, İnzibati Xətalar Məcəlləsindən çıxarış, protokol blankları //çıxarılıb// və digər zəruri prosessual sənədlərə, avtoqələm, karandaş, xətkeş, fit, elektrik cib fənəri, xidməti çantaya malik olmalıdır.

6.7. Təlimatlandırma nizami bölmə naryadlarının bölünməsi və xidmətə başlaması haqqında əmrin verilməsi ilə sona çatır.

6.8. Gündüz vaxtı şəhərdaxili post və marşrutlara 1 nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər. Şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün tərkibində iki nəfərdən az YPX inspektorunun olduğu naryadların təyin olunması qadağandır.

6.9. Nizami hissə komandirinin bölmədən uzaqda yerləşən postlarda xidmət aparan YPX inspektorları bölmə rəhbərliyinin icazəsi ilə təlimatlandırmaya həftənin müəyyən edilmiş günləri gələ bilərlər.

6.10. Xidmət yerinə gəlmiş YPX inspektoru xidmətə başlama haqqında növbətçiyə məruzə edir və ondan zəruri informasiya və göstərişlər alır. Şəhər və digər yaşayış məntəqələrində xidmət apardığı dövrdə YPX inspektorları növbətçini operativ vəziyyət haqqında saatda bir dəfə, şəhərkənarı yollarda isə iki saatda bir dəfədən az olmayaraq məlumatlandırır.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin