Azərbaycan Respublikasının
ədliyyə naziri
I dərəcəli dövlət ədliyyə
müşaviri Fikrət Məmmədov
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il_____ tarixli ___ nömrəli Qərarı ilə təsdiq edilmişdir
Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı: Vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət istifadəçilərə vərəsəlik işinin hansı notariat kontorunda açılması və ya vərəsəlik işinin ümumiyyətlə açılmaması ilə bağlı məlumatın elektron qaydada verilməsi qaydalarını müəyyən edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 10-cu maddələri;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.9-cu bəndi;
1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 3.19-cu bəndi.
Dostları ilə paylaş: |