1. İstifadəçinin tələb olunan məlumatları daxil etməsi;
2. Axtarışın həyata keçirilməsi.
3.3.2. Elektron xidmətin icrasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi (bundan sonra –Baş İdarə) məsuliyyət daşıyır.
3.3.3. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:
2. Axtarışın nəticəsində istifadəçiyə vərəsəlik işinin hansı notariat kontorunda açılması və ya ümumiyyətlə açılmaması barədə məlumat verilir;
3. Axtarışın parametrlərinə uyğun olaraq prosesin müddəti məlumatların informasiya sistemində avtomatlaşdırılmış qaydada emalına sərf olunan vaxtdan asılıdır.
3.3.3.İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi: İstifadəçi vərəsəlik işinin açılıb-açılmaması, açıldığı halda isə hansı notariat kontorunda açılması barədə məlumatı əldə edir.