AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

İNZİBATİ TƏNBEH NÖVLƏRİ HAQQINDA QƏRARLARIN İCRASI QAYDASI 
M a d d  ə  4 5 0 .  Xəbərdarlıq haqqında qərarın icrası 
Xəbərdarlıq  növündə  inzibati  tənbeh  etmə  haqqında  qərar  onu  qəbul  etmiş  hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 427‐ci maddəsində nəzərdə tutulmuş 
qaydada qərarın surətinin göndərilməsi və ya təqdim edilməsi yolu ilə icra olunur. 
M a d d  ə  4 5 1 .  İnzibati cərimənin edilməsi haqqında qərarın icrası 
451.1.  İnzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  qanuni 
qüvvəyə  mindikdən və  ya  bu  Məcəllənin  444‐cü  maddəsində  nəzərdə  tutulmuş  möhlət 
verilmənin,  təxirə  salmanın  müddəti  bitdikdən  otuz  gündən  gec  olmayaraq  inzibati  xəta 
törətmiş şəxs tərəfindən ödənilməlidir. 
451.2.  Yetkinlik  yaşına  çatmayanın  müstəqil  qazancı  olmadıqda,  inzibati  cərimə  onun 
valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur. 
451.3.  Bu  Məcəllənin  452.1‐ci  maddəsində  nəzərdə  tutulan  hallar  istisna  olmaqla  inzibati 
cərimə inzibati xəta törətmiş şəxs tərəfindən banka və ya səlahiyyətli kredit təşkilatına ödənilir 
və ya köçürülür. 
Bank və ya səlahiyyətli kredit təşkilatı barədə müvafiq məlumat inzibati xəta haqqında iş 
üzrə  icraat  aparan  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  inzibati  xətanı  törətmiş  şəxsə 
verilir. 
801 

451.4.  Bu  Məcəllənin  451.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  inzibati  cərimə 
ödənilmədikdə,  onun  ödənilməsi  məqsədi  ilə  inzibati  cərimə  tətbiq  etmə  haqqında  qərarın 
surəti həmin qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 
451.4.1. fiziki şəxslər barəsində ‐ onun əmək haqqından, stipendiyasından, pensiyasından 
və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya 
oxuduğu,  yaxud  əmək  haqqı  aldığı  müəssisəyə,  idarəyə, təşkilata  və  ya  pensiya  təyin  edən 
orqana; 
802 
451.4.2.  hüquqi  şəxslər  barəsində  ‐ hüquqi  şəxsin  pul  vəsaitlərindən və  ya  gəlirlərindən 
tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. 
Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra 
edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər 
kredit  təşkilatı  inzibati  cərimənin  tətbiq  edilməsi  haqqında  qərarı  onun  icra  edilməməsinin 
səbəbini  göstərməklə, qərarı  qəbul  etmiş  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) dərhal 
qaytarmalıdır. 
803 
451.5. İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cərimənin 
onun  əmək  haqqından,  yaxud  digər gəlirlərindən  tutmaq  imkanı  olmadıqda,  işəgötürən  üç 
günədək müddətində inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu 
mümkündürsə),  ödəmənin  mümükünsüzlüyünün  səbəblərini,  eləcə  də  ödəmə  olmuşsa,  bu 
barədə  müvafiq  qeyd  aparılmaqla,  inzibati  cərimə  barədə  qərarın  surətini  onu  qəbul  etmiş 
hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. 
451.6.  Barəsində  inzibati  cərimə  növündə  tənbeh  tətbiq  edilən  fiziki  şəxs  işləmirsə  və  ya 
inzibati  cərimənin  ödənilməsi  onun  əmək  haqqından  və  ya  digər gəlirlərindən  mümkün 
deyildirsə,  eləcə  də  hüquqi  şəxsin  banklarda  və  digər  kredit  təşkilatlarında  hesabları  barədə 
məlumat və ya hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, yaxud cərimə, könüllü qaydada 
ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar müvafiq qanunla nəzərdə tutulmuş 
qaydada məcburi icraya yönəldilir. 
804 
451.7.  Beynəlxalq  daşımaları  həyata  keçirən  sürücülər tərəfindən  inzibati  xəta  istirahət, 
səsvermə, iş günü hesab olunmayan bayram günləri və ümumxalq hüzn günündə törədildikdə 
və sürücü barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə 
qərar  qəbul  edildikdə  cəriməni  banka  və  ya  səlahiyyətli  kredit  təşkilatına  ödəmək və  ya 
köçürmək mümkün olmadıqda, həmin cərimə səlahiyyətli vəzifəli şəxsə ödənilə bilər. Bu halda 
inzibati xəta törətmiş şəxsə bu Məcəllənin 452‐ci maddəsində nəzərdə tutulmuş qaydada qəbz 
verilir.
805 
M a d d  ə  4 5 2 .  İnzibati xətanın törədildiyi yerdə tutulan inzibati cərimə tətbiq etmə 
haqqında qərarın icrası 
452.1.  İnzibati  xətanın  törədildiyi  yerdə  inzibati cərimə  tutulduqda  fiziki  şəxsə  müəyyən 
edilmiş nümunədə qəbz verilir. 
452.2. Qəbzdə aşağıdakılar göstərilir: 
452.2.1. verilmə tarixi; 
452.2.2. inzibati cərimə tətbiq edən vəzifəli şəxsin soyadı, adı, atasının adı; 
452.2.3. inzibati məsuliyyətə cəlb edilən şəxs barədə məlumatlar; 
452.2.4.  inzibati  xətaya  görə  inzibati  məsuliyyət nəzərdə  tutan  bu  Məcəllənin  müvafiq 
maddəsi; 
452.2.5. inzibati xətanın törədildiyi yer və vaxt; 
452.2.6. inzibati cərimənin miqdarı. 

452.3. Qəbz iki nüsxədən ibarət tərtib edilir və o, inzibati cəriməni tətbiq edən vəzifəli şəxs 
və inzibati məsuliyyətə cəlb edilən şəxs tərəfindən imzalanır. 
452.4.  İnzibati  cərimə  inzibati  xəta  törədilən  yerdə  ödənilmədiyi  halda  inzibati  xəta 
haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
M a d d  ə  4 5 3 .  İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin ödənişlə alınması haqqında qərarın icrası 
453.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmetin  ödənişlə  alınması  barədə  qəbul  edilmiş  qərarın  icrası  qaydası  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 
453.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmetin  ödənişlə  alınması  barədə  qəbul  edilmiş  qərarın  icrası  başa  çatdıqda  bu  barədə 
müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. 
M a d d  ə  4 5 4 .  İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin müsadirəsi haqqında qərarın icrası 
454.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş 
predmetin  müsadirəsi  haqqında  qərar  müsadirə  edilmiş  predmetin  alınması  və  ödənişsiz 
məcburi olaraq dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. 
454.2.  Predmetin  müsadirəsi  haqqında  qərarların  icrası  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
454.3.  Predmetin  müsadirəsi  haqqında  qərarın  icrası  başa  çatdıqda  bu  barədə  müvafiq 
qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. 
M a d d  ə  4 5 5 .   Fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun  məhdudlaşdırılması 
haqqında qərarın icrası 
455.1.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  məhdudlaşdırılması  haqqında  qərar 
sürücülük vəsiqəsi alınmaq yolu ilə icra edilir. 
455.2.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  məhdudlaşdırılmış  şəxs  sürücülük 
vəsiqəsini  təhvil  verməkdən  imtina  etdikdə,  sürücülük  vəsiqəsinin  alınması  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. 
455.3.  Gəmilərin  (kiçik  gəmilərin)  idarə  edilməsi  hüququnun  məhdudlaşdırılması 
haqqında  qərarın  icrası  gəmilər  (kiçik  gəmilər)  üzərində  dövlət nəzarətini  həyata  keçirən 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
455.4. Ov etmə hüququnun məhdudlaşdırılması haqqında qərarın icrası ov etmə qaydaları 
üzrə  dövlət nəzarətini  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən həyata keçirilir. 
455.5.  Nəqliyyat  vasitələrini  idarə  etmə  hüququnun  və  ya  ov  hüququnun  müəyyən 
müddətə  məhdudlaşdırılması  barədə  qərar  qəbul  etmiş  səlahiyyətli  vəzifəli  şəxs  göstərilən 
hüququn  məhdudlaşdırılması  müddətini,  təyin  edilmiş  müddətin  azı  yarısı  keçdikdən  sonra 
nəqliyyat vasitələrini idarəetmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və 
ya oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər. 

M a d d  ə  4 5 6 .   Fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun  məhdudlaşdırılması 
müddətlərinin hesablanması 
456.1.  Fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun  məhdudlaşdırılması  haqqında 
səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən qərar  qəbul  edildiyi  gündən həmin  şəxs  xüsusi  hüququ 
məhdudlaşdırılmış hesab olunur. 
456.1‐1. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən üç iş 
günü müddətində xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq 
edən  müvafiq  sənədi  bu  Məcəllənin  455.2‐455.4‐cü  maddələrində  nəzərdə  tutulmuş  aidiyyəti 
orqana təqdim etməli (əgər həmin sənəd bu Məcəllənin 404.2‐ci maddəsinə əsasən daha əvvəl 
götürülməyibsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin müddətdə qeyd olunan orqana bu 
barədə ərizə verməlidir. 
456.1‐2. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən 
müvafiq  sənədi  təqdim  etmədikdə  xüsusi  hüququn  məhdudlaşdırılması  müddətinin  axımı 
dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi 
barədə ərizənin verildiyi gündən başlayır. 
806 
456.2.  Xüsusi  hüququn  məhdudlaşdırılması  müddəti  qurtardıqda,  yaxud  həmin  müddət 
bu  Məcəllənin  455.5‐ci  maddəsinə  uyğun  olaraq  azaldıqda,  barəsində  həmin  inzibati  tənbeh 
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. 
456.3.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  məhdudlaşdırılması  müddəti 
qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 
456.3.1. nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən cox müddətə məhdudlaşdırılmış 
şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi 
gün; 
456.3.2.  nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  bir  il  və  daha  az  müddətə 
məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. 
807 
M a d d  ə 
4 5 7 .  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması haqqında qərarın icrası 
457.1.  Əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma  haqqında  qərarda  müəyyən  olunmuş 
müddətdə ölkəni tərk etməlidirlər. 
457.2.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma 
haqqında  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin)  qərarı  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 
457.2‐1.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma 
haqqında qərar icra olunanadək əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qərarın icrasından 
yayınma ehtimalı olduqda, həmin şəxs məhkəmənin qərarına əsasən müvafiq icra hakimiyyəti 
orqanının qanunsuz miqrantların yerləşdirilməsi üçün nəzərdə tutulan müəssisəsində saxlanıla 
bilər.
808 
457.3.  Azərbaycan  Respublikasının  ərazisindən  inzibati  qaydada  çıxarılan  əcnəbilərin  və 
ya vətəndaşlığı olmayan şəxslərin çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. 
457.4. Bu şəxslərin çıxarılması üçün onların vəsaitləri olmadıqda, belə xərclərin ödənilməsi 
onları qəbul edən idarə, müəssisə və təşkilatların, Azərbaycan Respublikasında yaşayan və ya 
şəxsi işlə bağlı olaraq Azərbaycan Respublikasına gələn əcnəbilərlə və ya vətəndaşlığı olmayan 
şəxslərlə  əlaqədar  isə  bu  xərclərin  ödənilməsi  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanının üzərinə düşür. 

457.5.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxartma 
haqqında qərar icra edildikdən sonra çıxartma haqqında bu barədə müvafiq qeyd aparılmaqla, 
həmin qərar onu qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
M a d d  ə  4 5 8 .  İnzibati həbs haqqında qərarın icrası 
458.1.  Hakim  tərəfindən  inzibati  həbs  haqqında  qərar  çıxarıldıqdan  sonra  o,  dərhal  icra 
edilir. 
458.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər Azərbaycan Respublikasının müvafiq 
icra  hakimiyyəti  orqanlarının  müəyyən  etdikləri  yerlərdə  mühafizə  altında  saxlanılır.  İnzibati 
həbs haqqında qərar icra olunarkən, həbs edilənlər şəxsi axtarışdan keçirilir. 
458.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 
458.4.  İnzibati  həbs  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 
qaydalar üzrə çəkilir. 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
11  iyul  2000‐ci  il  tarixli  906‐IQ  nömrəli  “Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsinin 
təsdiq  edilməsi,  qüvvəyə  minməsi  və  bununla  bağlı  hüquqi  tənzimləmə  məsələləri  haqqında” 
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik tarixi, 2000‐ci il, № 
8, maddə 584) ilə təsdiq edilmişdir. 
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar 
1.   26  dekabr  2000‐ci  il  tarixli  48‐IIQD  nömrəli  ʺŞərti  maliyyə  vahidi  haqqındaʺ  Azərbaycan 
Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000‐ci il, № 12, 
maddə 835
2.   26 dekabr 2000‐ci il tarixli 49‐IIQD nömrəli Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar 
Məcəllələrinə  əlavələr və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001‐ci il, № 1, maddə 24
3.   20 fevral 2001‐ci il tarixli 84‐IIQD nömrəli “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinə  dəyişiklik  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2001‐ci il, № 3, maddə 139
4.   2 iyul 2001‐ci il tarixli 172‐IIQD nömrəli Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
əlavələr və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2001‐ci il, № 7, maddə 455
5.   5  oktyabr  2001‐ci  il  tarixli  187‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinə  əlavələr  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2001‐ci il, № 11, maddə 680
6.   12  oktyabr  2001‐ci  il  tarixli  206‐IIQD  nömrəli  ʺNarkotik  vasitələrin,  psixotrop  maddələrin  və 
prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqındaʺ Azərbaycan Respublikası Qanununun 
tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər 
və  əlavələr  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2001‐ci il, № 11, maddə 698

7.   15  noyabr  2001‐ci  il  tarixli  214‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001‐ci il, № 12, maddə 731
8.   27  dekabr  2001‐ci  il  tarixli  240‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 1, maddə 9
9.   12 fevral 2002‐ci il tarixli 262‐IIQD nömrəli ʺAtmosfer havasının mühafizəsi haqqındaʺ Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 4, maddə 165
10.  16  aprel  2002‐ci  il  tarixli  302‐IIQD  nömrəli  ʺQırmızı  Xaç  və  Qırmızı  Aypara  emblemlərindən 
istifadə və onların müdafiəsi haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar 
Azərbaycan  Respublikasının  Cinayət Məcəlləsinə  və  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinə  əlavə  və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 6, maddə 326
11.  19 aprel 2002‐ci il tarixli 303‐IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 
əlavə  edilməsi  haqqında  (Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2002‐ci  il,  №  5, 
maddə 234
12.  19  aprel  2002‐ci  il  tarixli  306‐IIQD  nömrəli  ʺƏrazi  quruluşu və  inzibati  ərazi  bölgüsü  haqqındaʺ 
Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  ilə  əlaqədar  ʺAzərbaycan  SSR‐in  inzibati 
ərazi  quruluşu məsələlərinin  həlli  qaydası  haqqındaʺ  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyəti 
Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik 
aktlarına  əlavələr və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 5, maddə 237
13.  19  aprel  2002‐ci  il  tarixli  309‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Ticarət Gəmiçiliyi 
Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr 
edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2002‐ci il, № 5, maddə 239
14.  2  iyul  2002‐ci  il  tarixli  356‐IIQD  nömrəli  ʺAzərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə 
müvəkkili (ombudsman) haqqındaʺ Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi 
ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər və  əlavələr 
edilməsi 
barədə 
Azərbaycan 
Respublikasının 
Qanunu 
(Azərbaycan 
Respublikasının 
qanunvericilik toplusu, 2002‐ci il, № 8, maddə 463
15.  3  dekabr  2002‐ci  il  tarixli  385‐IIQD  nömrəli  ʺValyuta  tənzimi  haqqındaʺ  Azərbaycan Respublikası 
Qanununa əlavələr və dəyişikliklər edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiqi 
ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına  əlavələr və  dəyişikliklər 
edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 3
16.  3  dekabr  2002‐ci  il  tarixli  395‐IIQD  nömrəli  ʺTorpaq  icarəsi  haqqındaʺ  Azərbaycan  Respublikası 
Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
dəyişikliklər və  əlavələr  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 13
17.  24  dekabr  2002‐ci il  tarixli  409‐IIQD  nömrəli  ʺMəhkəmə qərarlarının  icrası  haqqındaʺ  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  əlavələr və  dəyişikliklər  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23
18.  25  mart  2003‐cü  il  tarixli  427‐IIQD  nömrəli  ʺİcbari  Ekoloji  Sığorta  haqqındaʺ  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsinə  əlavə  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 4, maddə 177
19.  25  mart  2003‐cü  il  tarixli  429‐IIQD  nömrəli  ʺƏtraf  mühitə  dair  İnformasiya  almaq  haqqındaʺ 
Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi 
qanunlarına  dəyişiklik  və  əlavələr  edilməsi  barədə  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐ci il, № 4, maddə 178
20.  1 mart 2003‐cü il tarixli 422‐IIQD nömrəli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 
əlavə  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının 
qanunvericilik toplusu, 2003‐cü il, № 5, maddə 228
21.  4 iyun 2002‐ci il tarixli 339‐IIQD nömrəli Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına 
dəyişikliklər və  əlavələr  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 12, maddə 692
22.  25  mart  2003‐cü  il  tarixli  428‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 
Məcəlləsinə  əlavə  və  dəyişikliklər  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 257
23.  20 iyun 2003‐cü  il  tarixli  486‐IIQD  nömrəli  ʺYetkinlik  yaşına  çatmayanların işləri  və hüquqlarının 
müdafiəsi  üzrə  komissiyalar  haqqındaʺ  Əsasnamənin  təsdiq  edilməsi  barədəʺ  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 276
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin