AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

797  
426.1.6. iş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin  
müvafiq maddəsi;  
426.1.7. qərardan şikayət verilməsi müddəti və qaydası.  
426.2.  İnzibati  xətaya  görə  inzibati  tənbeh  tətbiq  etmə  ilə  eyni  vaxtda  vurulmuş  maddi  
zərərin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir.  
426.3.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərarda  alınmış  əşyalar  və  sənədlər  barədə  məsələlər  
həll olunmalıdır. Belə olduqda:  
426.3.1.  dövriyyədən  çıxarılmamış  sənədlər və  əşyalar  onun  qanuni  sahibinə  qaytarılmalı,  
qanuni sahibi müəyyən edilmədikdə isə dövlətin mülkiyyətinə verilməlidir;  
426.3.2.  dövriyyədən  çıxarılmış  əşyalar  müvafiq  müəssisələrə  və  ya  idarələrə  verilməlidir,  
yaxud məhv edilməlidir;  
426.3.3.  maddi  sübut  hesab  edilən sənədlər  inzibati  xəta  haqqında  işdə  müəyyən  edilmiş 
saxlama müddəti ərzində saxlanılır və ya maraqlı şəxslərə verilir;  
426.3.4. alınmış orden, medal, döş nişanları onların qanuni sahibinə qaytarılır, qanuni sahib  
müəyyən  edilmədikdə  isə  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  
göndərilir.  

426.4.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar  onu  qəbul  etmiş  hakim,  kollegial  orqanın 
iclasında sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. 
M a d d  ə  4 2 7 .  İnzibati xəta haqqında iş üzrə qərarın elan edilməsi 
427.1. İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. 
427.2.  Qərarın  surəti  üç  günədək  müddətində  barəsində  qərar  qəbul  edilmiş  fiziki  şəxsə, 
hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. 
798 
M a d d  ə  4 2 8 .  İnzibati xəta haqqında iş üzrə qərardad 
428.1. İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: 
428.1.1.  qərar  çıxarmış  hakimin,  vəzifəli  şəxsin  vəzifəsi,  soyadı,  atasının  adı,  kollegial 
orqanın adı və tərkibi; 
428.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; 
428.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; 
428.1.4. ərizənin, vəsatətin məzmunu; 
428.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; 
428.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. 
428.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardad  onu  qəbul  etmiş  hakim,  kollegial  orqanın 
iclasında sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır. 
M a d d  ə  4 2 9 .  İnzibati xətaların törədilməsinə kömək edən səbəbləri və şəraiti aradan 
qaldırmaq haqqında təqdimat 
429.1.  İnzibati  xəta  haqqında  işə  baxan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  inzibati 
xətaların  törədilməsinə  kömək  edən səbəbləri  və  şəraiti  müəyyən  etdikdə,  bu  səbəblərin  və 
şəraitin  aradan  qaldırılması  üçün  tədbirlər  görmək  barəsində  müvafiq  müəssisə,  idarə  və 
təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması tədbirləri haqqında təqdimat verir. 
429.2.  təqdimatın  alındığı  gündən  bir  ay  ərzində  həmin  müəssisələr,  idarələr,  təşkilatlar, 
habelə  vəzifəli  şəxslər təqdimat  vermiş  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  görülən 
tədbirlər haqqında məlumat verməyə borcludurlar. 
O t u z   ü ç ü n c ü   f ə s i l  
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI 
M a d d  ə  4 3 0 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərarlardan  şikayət və  ya  protest 
vermək hüququ 
430.1.  Barəsində  qərar  çıxarılmış  fiziki  şəxs,  yetkinlik  yaşına  çatmayanların  qanuni 
nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə 
tərəfindən  inzibati  xətalar  haqqında  işlər  üzrə  qərarlardan  şikayət,  prokuror  isə  protest  verə 
bilər. 
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada 
verilir: 
430.2.1. hakimin qərarından ‐ apellyasiya instansiyası məhkəməsinə; 
430.2.2. kollegial orqanın qərarından ‐ kollegial orqanın olduğu yerin məhkəməsinə; 

430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından ‐ yuxarı səlahiyyətli orqana (vəzifəli 
şəxsə) və ya məhkəməyə. 
799 
M a d d  ə  4 3 1 .  İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi 
qaydası 
431.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  həmin  qərarı 
qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. 
431.2.  Hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  qərarın  çıxarıldığı  gündən  üç  gün 
müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası 
məhkəməsinə, kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqana (vəzifəli şəxsə) 
göndərir. 
431.3.  İnzibati  həbs  tənbeh  növünün  tətbiqi  barədə  qərardan  şikayət və  ya  protest 
apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir. 
431.4.  Şikayətin  və  ya  protestin  baxılması  hakimin,  orqanın  (vəzifəli  şəxsin)  səlahiyyətinə 
aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 
431.5.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayətdən  dövlət  rüsumu 
tutulmur. 
M a d d  ə  4 3 2 .  Qərardan şikayət və ya protest vermə müddətləri 
432.1.  Qərarın  surəti,  təqdim  edildiyi  və  ya  alındığı  gündən  on  gün  müddətində  inzibati 
xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 
432.2.  Bu  Məcəllənin  432.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  müddət  üzrlü  səbəblər 
nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 
432.3.  Buraxılmış  müddətin  bərpa  olunması  qeyri‐mümkün  hesab  edildikdə,  bu  halda 
vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 
M a d d  ə  4 3 3 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayətin  və  ya 
protestin baxılması müddətləri 
433.1.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  daxil 
olduğu gündən on gün müddətində baxılır. 
433.2.  İnzibati  xəta  törədən  şəxs  barəsində  inzibati  həbs  tənbeh  növü  tətbiq  edildikdə 
inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin 
verildiyi gündən üç gün müddətində baxılır. 
M a d d  ə  4 3 4 .  İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə 
baxılmağa hazırlanması 
434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına 
hazırlıq  zamanı  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən aşağıdakı  məsələlər həll 
edilir: 
434.0.1.  inzibati  xəta  haqqında  iş  həmin  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
aiddirmi; 
434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 
434.0.3.  vəsatətlərə  baxılır,  zəruri  olduqda  ekspertiza  təyin  edilir,  əlavə  materiallar  tələb 
olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır; 

434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya 
protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. 
M a d d  ə  4 3 5 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayətin  və  ya 
protestin baxılması 
435.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  hakim  və  ya 
vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 
435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən: 
435.2.1. şikayətin  və  ya  protestin  kim  tərəfindən  baxılması,  hansı  şikayətin  və  ya  protestin 
baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur; 
435.2.2.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  qəbul  edilən  fiziki  şəxsin  və  ya 
hüquqi  şəxsin  nümayəndəsinin,  habelə  şikayətin  və  ya  protestin  baxılmasında  iştirak  etmək 
üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir; 
435.2.3.  fiziki  şəxsin  qanuni  nümayəndəsinin  və  ya  hüquqi  şəxsin  nümayəndəsinin, 
müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; 
435.2.4.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatın  iştirakçılarının  gəlməməsi  səbəbləri 
aydınlaşdırılır,  şikayətin  və  ya  protestin  həmin  şəxslərin  iştirakı  olmadan  baxılması  məsələsi 
həll  edilir,  yaxud  şikayətin  və  ya  protestin  baxılması  təxirə  salınır,  zəruri  hallarda  şikayətin 
baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir; 
435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri 
onlara izah edilir; 
435.2.6. etirazetmə və ya vəsatət haqqında müraciətlər həll edilir; 
435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir; 
435.2.8. inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul 
edilmiş  qərarın  qanuniliyi  və  əsaslılığı iş  üzrə  olan  və  əlavə  təqdim  olunmuş  materiallar 
əsasında yoxlanılır; 
435.2.9.  inzibati  xəta  haqqında  iş  üzrə  icraatda  iştirak  etdiyi  hallarda  prokurorun  rəyi 
dinlənilir. 
M a d d  ə  4 3 6 .  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayətin  və  ya 
protestin baxılması haqqında qərar 
436.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  baxıldıqda 
aşağıdakı qərarlardan biri qəbul edilir: 
436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında; 
436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında; 
436.1.3.  barəsində  qərar  qəbul  edilmiş  şəxsin  vəziyyətini  ağırlaşdırmadan  və  ya  inzibati 
tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında; 
436.1.4. bu Məcəllənin 21‐ci və 367‐ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv 
edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 
436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv 
araşdırılmasına  maneçilik  törədəcək dərəcədə  pozulduqda  qərarın  ləğv  edilməsi  və  inzibati 
xəta  haqqında  işin  yenidən  baxılması  üçün  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə) 
göndərilməsi haqqında; 

436.1.6.  şikayət və  ya  protest  baxılarkən  inzibati  xəta  haqqında  iş  üzrə  qərarın  buna 
səlahiyyətli  çatmayan  hakim,  orqan  (vəzifəli  şəxs)  tərəfindən qəbul  edilməsi  müəyyən 
edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında. 
436.2.  Şikayətin  və  ya  protestin  baxılması  haqqında  qərarda  bu  Məcəllənin  426‐cı 
maddəsində qeyd edilən məlumatlar göstərilir. 
M a d d  ə  4 3 7 .  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayət və  ya  protest 
barəsində çıxarılmış qərarın elan edilməsi 
437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar 
qəbul edildikdən dərhal sonra elan edilir. 
437.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  üzrə  qəbul 
edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta 
haqqında  iş  üzrə  qərar  qəbul  edilmiş  fiziki  şəxsə,  hüquqi  şəxsin  nümayəndəsinə, zərərçəkmiş 
şəxsə və ya protest vermiş prokurora verilir. 
437.3.  İnzibati  həbs  haqqında  tənbeh  növünün  tətbiq  edilməsi  barədə  qərardan  verilən 
şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə 
barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir. 
M a d d  ə  4 3 8 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayət və  ya 
protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması 
İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərardan  verilən  şikayət və  ya  protest  üzrə  qəbul 
edilmiş  qərardan  fiziki  şəxs,  yetkinlik  yaşına  çatmayanların  qanuni  nümayəndəsi,  hüquqi 
şəxsin  nümayəndəsi,  zərərçəkmiş  şəxs,  habelə  müdafiəçi  və  nümayəndə  tərəfindən  verilən 
şikayətə,  habelə  prokurorun  protestinə  məhkəmələrdə  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. 
VI BÖLMƏ 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN İCRASI 
O t u z   d ö r d ü n c ü   f ə s i l  
ÜMUMİ MÜDDƏALAR 
M a d d  ə  4 3 9 .  İnzibati  xətalar  haqqında  işlər  üzrə  qərarın,  şikayət  ya  protest  üzrə 
qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi 
439.0. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş 
qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 
439.0.1. əgər bu qərar barədə şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş 
üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddəti keçdikdə; 
439.0.2.  əgər  bu  qərardan  şikayət və  ya  protest  verilməmişdirsə,  inzibati  xəta  haqqında  iş 
üzrə  qərardan  şikayət və  ya  protest  üzrə  vəzifəli  şəxs  tərəfindən qəbul  edilmiş  qərardan 
şikayətin verilməsi müddəti keçdikdə; 

439.0.3.  əgər  bu  qərardan  şikayət və  ya  protest  verilməmişdirsə,  inzibati  xəta  haqqında  iş 
üzrə  vəzifəli  şəxsin  qəbul  etdiyi  qərar  şikayət və  ya  protest  üzrə  hakim  tərəfindən  yenidən 
baxıldıqda, hakimin qəbul etdiyi qərardan şikayətin verilməsi müddəti keçdikdə. 
M a d d  ə  4 4 0 .  İnzibati xəta haqqında iş üzrə qərarın icrasının məcburiliyi 
440.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət və ya yerli özünüidarəetmə 
orqanları, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər tərəfindən məcburidir. 
440.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərar  qanuni  qüvvəyə  mindiyi  vaxtdan  dərhal  icra 
olunmalıdır. 
M a d d  ə  4 4 1 .  İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi 
441.1.  İnzibati  xəta  haqqında  iş  üzrə  qərarın  icraya  yönəldilməsi  vəzifəsi  hakimin, 
səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə qoyulur. 
441.2.  İnzibati  xəta  haqqında  iş  üzrə  şikayətə,  protestə  baxıldıqdan  sonra  həmin  işə  dair 
qəbul  edilmiş  qərar  qanuni  qüvvəyə  mindiyi  gündən  üç  gün  müddətinədək  onu  icraya 
yönəltmək səlahiyyətinə malik olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. 
M a d d  ə  4 4 2 .  İnzibati xəta haqqında iş üzrə qərarın icrası 
442.1. İnzibati xəta haqqında iş üzrə qərar səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən 
bu Məcəllədə nəzərdə tutulmuş qaydada icra olunur. 
442.2.  Bir  şəxs  barəsində  bir  neçə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  qəbul 
edildikdə, hər bir qərarın icrası müstəqil həyata keçirilir. 
M a d d  ə  4 4 3 .  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrası  ilə  əlaqədar 
məsələlərin həll edilməsi 
443.1.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasının  təxirə  salınması,  möhlət 
verilməsi,  dayandırılması  və  ləğv  edilməsi,  habelə  yetkinlik  yaşına  çatmayanların  üzərinə 
qoyulmuş  cərimənin  onun  valideynlərindən və  ya  onları  əvəz  edən  şəxslərdən  tutulması 
məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlər qərar çıxarmış hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 
443.2.  Bu  Məcəllənin  443.1‐ci  maddəsində  göstərilən məsələlərin  həllində  maraqlı  olan 
şəxslərə həmin məsələlərin baxılmasının yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin 
üzrlü  səbəblər  olmadan  iştirak  etməmələri  göstərilən məsələlərin  baxılması  üçün  maneə 
yaratmır. 
443.3.  Qərar  icrasının  təxirə  salınması,  dayandırılması,  ona  möhlət  verilməsi  məsələləri 
barədə  qərardad  qəbul  edilir.  Qərardadın  surəti,  barəsində  bu  qərardad  qəbul  edilmiş  fiziki 
şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə zərərçəkmiş şəxsin xahişi ilə ona bu barədə 
müvafiq qeyd aparılmaqla verilir. Göstərilən şəxslər olmadıqda, qərardadın surəti onun qəbul 
edildiyi gündən üç günədək müddətində bu barədə inzibati xəta haqqında işdə müvafiq qeyd 
aparılmaqla onlara göndərilir. 
M a d d  ə  4 4 4 .  İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması 
və ya onun icrasına möhlət verilməsi 
444.1.  İnzibati  həbs,  inzibati  xəta  törətmiş  fiziki  şəxsin  ona  verilmiş  xüsusi  hüququnun 
məhdudlaşdırılması  və  ya  inzibati  cərimə  (inzibati  cərimənin  yerində  icra  olunması  istisna 
olmaqla)  növlərində  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarların  müəyyən  edilmiş 

müddətdə  icrasının  həyata  keçirilməsini  qeyri‐mümkün  edən  hallar  mövcud  olduqda,  qərarı 
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə 
sala bilər. 
444.2.  İnzibati  məsuliyyətə  cəlb  olunan  şəxsin  maddi  vəziyyəti  nəzərə  alınmaqla,  inzibati 
cərimənin  ödənilməsi  bu  barədə  qərar  qəbul  etmiş  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
tərəfindən üç ayadək müddətə uzadıla bilər. 
M a d d  ə  4 4 5 .  İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılması 
445.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərar 
qəbul  etmiş  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  həmin  qərarın  icrasını  şikayət və  ya 
protestə baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad qəbul edilir və zəruri 
olduqda, qərardad dərhal onu icraya yönəldən orqana (vəzifəli şəxsə) göndərilir. 
445.2.  İnzibati  həbs  növündə  tənbeh  tətbiq  etmə  haqqında  qərardan  şikayət və  ya  protest 
verilməsi həmin qərarın icrasının dayandırılmasına səbəb olmur. 
800 
M a d d  ə  4 4 6 .  İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi 
446.1.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarı  qəbul  etmiş  hakim,  səlahiyyətli  orqan 
(vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir; 
446.1.1.  inzibati  xəta  qanunvericiliyinin  inzibati  məsuliyyət  müəyyən  edən  müvafiq 
müddəaları qüvvədən düşmüş hesab edildikdə; 
446.1.2.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  çıxarılmış  şəxs  öldükdə  və  ya 
qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 
446.1.3.  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  bu  Məcəllənin  447.1‐ci  maddəsində 
müəyyən edilmiş icra müddəti keçdikdə. 
446.2. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməsinə xitam verilməsi barədə 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. 
M a d d  ə  4 4 7 .  İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası müddəti 
447.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən 
bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 
447.2.  İnzibati  məsuliyyətə  cəlb  edilmiş  şəxs  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın 
icrasından boyun qaçırarsa, bu Məcəllənin 447.1‐ci maddəsində müəyyən edilmiş icra müddəti 
kəsilir. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 
447.3.  Bu  Məcəllənin  443‐445‐ci  maddələrinə  uyğun  olaraq  inzibati  tənbeh  təyin  etmə 
haqqında  qərarın  icrasına  möhlət  verildikdə  və  ya  onun  icrası  dayandırıldıqda  qərarın  icrası 
müddəti  onun  möhlət  verilməsi  müddətinədək və  ya  dayandırılması  müddətinədək 
dayandırılır. 
M a d d  ə  4 4 8 .  İnzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə icraatın başa çatması 
448.1. İnzibati tənbehin tətbiqi üzrə icraat tamamilə başa çatdıqda, bu barədə müvafiq qeyd 
aparılmaqla  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar,  onun  icrasını  həyata  keçirən 
səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən həmin  qərarı  qəbul  etmiş  hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) qaytarılır. 
448.2.  İnzibati  tənbehin  tətbiqi  üzrə  icraat  yerinə  yetirilmədikdə  və  ya  tamamilə  başa 
çatmadıqda  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar,  onun  icrasını  həyata  keçirən 

səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən həmin  qərarı  qəbul  etmiş  hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) aşağıdakı hallarda qaytarılır: 
448.2.1.  qərarı  qəbul  etmiş  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  tərəfindən  göstərilən 
ünvanda  (yerdə)  inzibati  məsuliyyətə  cəlb  olunan  fiziki  şəxs  işləmədikdə,  yaşamadıqda  və  ya 
təhsil  almadıqda,  yaxud  inzibati  məsuliyyətə  cəlb  olunan  hüquqi  şəxs  olmadıqda  və  ya 
göstərilən  şəxslərin  həmin  yerdə  ünvanda  (yerdə)  inzibati  tənbehə  yönəldilə  bilən  əmlakı 
olmadıqda; 
448.2.2. inzibati məsuliyyətə cəlb olunan şəxslərin inzibati tənbehə yönəldilə bilən əmlakı və 
ya  gəlirləri  olmadıqda  və  onun  əmlakının  axtarılıb  tapılması  üzrə  tədbirlər  heç  bir  nəticə 
vermədikdə; 
448.2.3.  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  bu  Məcəllənin  447.1‐ci  maddəsində 
nəzərdə tutulmuş icrası müddəti keçdikdə. 
448.3.  Bu  Məcəllənin  448.2.1‐ci  və  448.2.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  hallarda 
icrasında qərar olan vəzifəli şəxs yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmaqla akt tərtib edir. 
M a d d  ə  4 4 9 .   Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  və 
Azərbaycan  Respublikasının  ərazisində  əmlakı  olmayan  şəxs  barəsində  inzibati  tənbeh 
tətbiq etmə qərarın icrası 
Azərbaycan 
Respublikasının 
hüdudlarından 
kənarda 
yaşayan 
və 
Azərbaycan 
Respublikasının ərazisində əmlakı olmayan şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında 
qərarın  icrası  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  Azərbaycan  Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur. 
O t u z   b e  ş i n c i   f ə s i l  
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin