AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

Pozulması 
743  
348‐2.0.  Qeyri‐dövlət  (özəl)  mühafizə  fəaliyyəti  haqqında  qanunvericiliyin  pozulmasına, 
yəni: 
348‐2.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi 
vəzifəsinə  işə  qəbul  edilən  namizəd  barədə  işəgötürən tərəfindən  qanunvericiliklə  müəyyən 
edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə; 
348‐2.0.2.  mühafizəçi  tərəfindən  fiziki  qüvvə  və  ya  xüsusi  vasitənin  tətbiq  edildiyi  hər  bir 
halda  bu  barədə  dərhal  müvafiq  icra  hakimiyyəti  orqanına  və  prokurorluq  orqanlarına 
məlumat verilməməsinə; 
348‐2.0.3.  mühafizəçi  tərəfindən  xüsusi  vasitə  və  ya  mühafizəçi  vəsiqəsi  itirildikdə  bu 
barədə dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə; 
348‐2.0.4.  özəl  mühafizə  müəssisəsi  və  ya  hüquqi  şəxsin  mühafizə  bölməsi  tərəfindən 
xidməti  istifadə  üçün  verilmiş  xüsusi  vasitələri  mühafizə  olunan  obyektin  hüdudlarından 
kənara çıxarılmasına və ya istifadə üçün kənar şəxslərə verilməsinə; 

348‐2.0.5.  mühafizəçinin  geyim  formasını  mühafizə  olunan  obyektin  hüdudlarından 
kənarda daşınmasına; 
348‐2.0.6.  özəl  mühafizə  fəaliyyətini  həyata  keçirən  şəxs  tərəfindən  mühafizə  olunan 
obyektlərdə  hüquqi  şəxsin  müvafiq  vəzifəli  şəxslərinin,  habelə  mühafizə  olunan  obyektlərin 
mülkiyyətçiləri  və  ya  qanuni  sahiblərinin  yazılı  icazəsi  olmadan  video  və  audioyazı,  foto  və 
kino çəkilişin aparılmasına görə 
fiziki  şəxslər  iyirmi  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilir.
744 
Maddə  348‐3.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında 
qanunvericiliyin pozulması 
745 
348‐3.0.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında 
qanunvericiliyin pozulmasına, yəni: 
348‐3.0.1.  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər tərəfindən 
müştərinin,  onun  nümayəndəsinin  və  ya  benefisiarın  eyniləşdirilməsi,  verifikasiyası  və 
məlumatın sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına; 
348‐3.0.2.  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər tərəfindən 
eyniləşdirmə  sənədlərinin  və  pul  vəsaitləri  və  ya  digər  əmlakla  əməliyyatlara  dair  sənədlərin 
saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə; 
348‐3.0.3.  hüquqi  şəxs  olan  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər 
şəxslər tərəfindən  daxili  nəzarət  sisteminin  tətbiq  edilməməsinə,  yaxud  tam  tətbiq 
edilməməsinə; 
348‐3.0.4.  monitorinq  iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər tərəfindən 
nəzarət  orqanlarının  və  ya  maliyyə  monitorinqi  orqanının  qanunla  müəyyən  edilmiş  hallarda 
və qaydada verdikləri yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə; 
348‐3.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən 
məlumatların  təqdim  edilməsinə  və  əməliyyatların  icra  edilməməsinə  dair  qanunla  müəyyən 
edilmiş tələblərin pozulmasına görə ‐
vəzifəli  şəxslər səkkiz  yüz  manatdan  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər 
səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə edilir. 
Maddə 348‐4. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə‐məzun” dövlət elektron 
məlumat  sisteminə  qoşulmaması  və  ya  məlumatların  həmin  sistemə  vaxtında,  tam  və  ya 
düzgün daxil edilməməsi 
746 
Ali  və  orta  ixtisas  təhsili  müəssisələrinin  “Tələbə‐məzun”  dövlət  elektron  məlumat 
sisteminə qoşulmamasına və ya məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün daxil 
edilməməsinə görə ‐
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş 
yüz manatdan üç min manatadək miqdarda cərimə edilir. 
Maddə 348–5. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, tam və ya düzgün 
verilməməsi 
747 
Dövlət  qulluğuna  qəbul  edilən  şəxslər və  digər  dövlət  qulluqçuları  haqqında 
qanunvericiliklə  müəyyən  edilmiş  məlumatların  müvafiq  dövlət  orqanları  tərəfindən 
Azərbaycan  Respublikasının  Dövlət  Qulluqçuları  Reyestrinə  vaxtında,  tam  və  ya  düzgün 
verilməməsinə görə ‐

vəzifəli şəxslər 300 manatdan 700 manatadək məbləğdə cərimə edilir. 
İ y i r m i   d ö r d ü n c ü   f ə s i l  
HƏRBİ UÇOT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  3 4 9 .   Çağırış  məntəqələrinə  təhkim  edilməli  olan  vətəndaşların  siyahısının 
hərbi komissarlıqlara təqdim edilməməsi 
Çağırış  məntəqələrinə  təhkim  edilməli  olan  vətəndaşların  siyahısının  müəyyən  edilmiş 
müddətdə  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının,  mülkiyyət 
formasından  asılı  olmayaraq  müəssisələrin,  idarələrin,  təşkilatların  və  təhsil  ocaqlarının 
rəhbərləri  və  ya  hərbi  uçot  işi  üçün  məsuliyyət  daşıyan  digər vəzifəli  şəxsləri  və  ev  sahibləri 
tərəfindən  müvafiq  şəhər,  rayon,  şəhərdə  rayon  hərbi  komissarlıqlara  təqdim  olunmamasına 
görə ‐
xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
748 
M a d d  ə  3 5 0 .  Çağırış üzrə hərbi komissarlığa gəlməmək 
Vətəndaşların  çağırış  məntəqələrinə  təhkim  edilməsi  üçün  üzrlü  səbəblər  olmadan  çağırış 
üzrə hərbi komissarlığa gəlməməsinə görə ‐
xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.
749 
M a d d  ə  3 5 1 .   Hərbi  vəzifəlilərin  və  çağırışçıların  hərbi  komissarlıqlara  çağırılması 
haqqında onlara xəbər verilməsinin təmin edilməməsi 
Hərbi  vəzifəlilərin  və  çağırışçıların  hərbi  komissarlıqlara  çağırılması  haqqında  hərbi 
komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti  orqanlarının,  mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisələrin,  idarələrin, 
təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər 
vəzifəli  şəxsləri  tərəfindən təmin  edilməməsinə,  yaxud  vətəndaşların  çağırış  məntəqələrinə  və 
toplanış məntəqələrinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə ‐
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
750 
M a d d  ə  3 5 2 .  Hərbi vəzifəlilərin və çağırışçıların ilkin uçotunu aparmaq üçün lazım 
olan sənədlərin vaxtında verilməməsi 
Mənzil‐istismar  təşkilatlarının  və  evləri  istismar  edən  başqa  təşkilatların  mülkiyyət 
formasından  asılı  olmayaraq  müəssisələrin,  idarələrin  rəhbərləri  və  ya  hərbi  uçot  işi  üçün 
məsuliyyət  daşıyan digər vəzifəli şəxsləri  habelə ev sahibləri tərəfindən hərbi komissarlıqlara, 
hərbi  vəzifəlilərin  və  çağırışçıların  hərbi  uçota  qəbulunun  uçotdan  çıxarılmasının 
rəsmiləşdirilməsi və ya uçot məlumatının tutuşdurulması üçün lazım olan sənədlərin müvafiq 
hərbi komissarlıqlara vaxtında təqdim etməmələrinə görə ‐
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
751 
M a d d  ə  3 5 3 .  Hərbi vəzifəlilər və çağırışçılar haqqında məlumatların bildirilməməsi 
353.1.  18  yaşınadək  sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  edilmiş  və  ya  əlillik 
qrupundan  asılı  olmayaraq,  əlil  hesab  edilmiş  bütün  hərbi  vəzifəlilər və  çağırışçılar  barəsində 
məlumatların  hərbi  komissarlıqlara  bildirmək vəzifəsi  həvalə  edilən  tibbi‐sosial  ekspert 
komissiyalarının vəzifəli şəxsləri tərəfindən belə məlumatların bildirilməməsinə görə ‐
752 

iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.
753 
353.2. Hərbi vəzifəlilərin və çağırışçıların soyadının, adının, atasının adının dəyişdirilməsi, 
vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatında  onların  doğum  tarixi  və  yeri  haqqında 
dəyişikliklər  edilməsi  barədə,  habelə  bu  şəxslərin  ölümünün  qeydiyyatı  barədə  vətəndaşlıq 
vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan  orqanların vəzifəli şəxsləri tərəfindən, rayon, 
şəhər, şəhərdə rayon hərbi komissarlıqlarına məlumat verilməməsinə görə ‐
iyirmi beş manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
754 
M a d d  ə  3 5 4 .  Hərbi uçot qaydalarının pozulması 
Hərbi  vəzifəlilərin  və  çağırışçıların  Azərbaycan  Respublikası  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş hərbi uçot qaydalarını pozmasına, habelə çağırış üzrə hərbi komissarlığa üzrlü səbəblər 
olmadan  gəlməməsinə  və  ya  hərbi  uçotda  durduğu  uçot  orqanına  yaşayış  yerinin  ünvanının, 
təhsilinin,  iş  yerinin  və  vəzifəsinin  dəyişməsi  haqqında  məlumatları  vaxtında  bildirməməsinə 
görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
755 
M a d d  ə  3 5 5 .  Hərbi biletin qəsdən korlanması və ya itirilməsi 
Hərbi  uçot  sənədlərinin  (hərbi  biletlərin  və  ya  çağırış  məntəqələrinə  təhkim  edilmə 
haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə 
görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
756 
M a d d  ə 
3 5 6 .  
Dövlət  hakimiyyəti  orqanları 
və  yerli  özünüidarəetmə 
orqanları, müəssisələr
, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata 
keçirilməsinin təmin edilməməsi
757 
356.1.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
və  yerli 
özünüidarəetmə orqanlarının
, mülkiyyət formasından asılı olmayaraq 
dövlət hakimiyyəti 
orqanları 
, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi 
vəzifəlilərə  vaxtında  məlumat  verilməməsinə  və  onların  çağırış‐toplanış  məntəqələrinə  və  ya 
hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə ‐
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir. 
758 
356.2. 
Dövlət  hakimiyyəti  orqanlarının  və  yerli  özünüidarəetmə  orqanlarının,  mülkiyyət 
formasından  asılı  olmayaraq  müəssisə,  idarə  və  təşkilatların  vəzifəli  şəxsləri  tərəfindən 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik 
sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə ‐
səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.
759 
Ma d d ə 3 5 6 ‐ 1. Hərbi nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin  
pozulması
760  
356‐1.1. Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat 
vasitələrinin  mülkiyyətçisi  (sahibi)  olan  təşkilatlar  tərəfindən  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  sorğusuna  əsasən nəqliyyat  vasitələrinin  mövcudluğu və 
texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə‐

vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər altmış manatdan 
doxsan manatadək miqdarda cərimə edilir.
761 
356‐1.2.  Səfərbərlik  tapşırıqlarına  uyğun  olaraq  hərbi  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikası  Silahlı  Qüvvələrinə,  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  silahlı  birləşmələrə 
və xüsusi birləşmələrə müəyyən edilmiş qaydada təqdim olunmamasına görə‐
vəzifəli  şəxslər  yetmiş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
762 
III BÖLMƏ 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRƏ BAXMAQ SƏLAHİYYƏTİ OLAN 
ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR) 
İ y i r m i   b e  ş i n c i   f ə s i l  
ƏSAS QAYDALAR 
M a d d  ə  3 5 7 .  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa səlahiyyəti  olan  orqanlar 
(vəzifəli şəxslər) 
357.0. İnzibati xətalar haqqında işlərə: 
357.0.1. rayon (şəhər) məhkəmələri; 
357.0.2. yetkinlik yaşına çatmayanların işləri və  hüquqlarının müdafiəsi üzrə komissiyalar, 
seçki komissiyaları (kollegial orqan); 
763 
357.0.3.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları,  Mərkəzi  Bankı  , 
Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar. 
764 
M a d d  ə  3 5 8 .   Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 
komissiyalar 
Bu Məcəllənin 51, 297 və 307‐ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə 
baxan  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyaların 
(kollegial  orqanın)  yaradılması  və  fəaliyyət  qaydası  Azərbaycan  Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunur. 
765 
M a d d  ə  3 5 8  ‐ 1 .  Seçki komissiyaları 
358‐1.1.  Məntəqə  və  dairə  seçki  komissiyalarının,  Mərkəzi  Seçki  Komissiyasının  fəaliyyət 
qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 
358‐1.2. Seçki komissiyaları bu Məcəllənin 39‐48‐ci maddələrində nəzərdə tutulmuş inzibati 
xətalara  dair  işlərə  həmin  xətalar  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin  116‐cı 
maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır. 
766 
M a d d  ə  3 5 9 .  Vəzifəli şəxslərin səlahiyyəti 
359.1.  İnzibati  xətalar  haqqında  işlərə  baxmağa səlahiyyəti  olan  vəzifəli  şəxslər  bu 
Məcəllənin  Xüsusi  hissəsində  nəzərdə  tutulmuş  inzibati  tənbehləri  onlara  verilmiş  səlahiyyət 
çərçivəsində və yalnız xidmət vəzifəsinin icrası zamanı tətbiq edə bilərlər. 

359.2.  İnzibati  xətalar  haqqında  işlərə  bu  Məcəllənin  357.0.3‐cü  maddəsində  göstərilmiş 
orqanlar  adından  baxmağa səlahiyyəti  olan  vəzifəli  şəxslər  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
İ y i r m i   a l t ı n c ı  f ə s i l  
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏRİN AİDİYYƏTİ 
767
M a d d  ə  3 6 0 .  Rayon (şəhər) məhkəmələri 
360.1. Rayon  (şəhər)  məhkəmələri bu Məcəllənin  39‐50‐3, 52, 52‐1.1, 53‐4.1, 53‐5, 60‐63, 63‐1, 
68‐1,  68‐3,  68‐4,  69,  72,  88‐3,  90.3,  101,  101‐1,  102.0.2,  102.0.3,  102.0.5,  106,  111,  119‐1.2,  123‐1, 
131.2,  144,  150‐5.1,  151.5,  152.4,  152‐1.4,  152‐2.2,  152‐2.3,  153.6,  154.2,  154.3,  154.5,  155.4,  155.7, 
169, 170, 173, 175, 180‐189, 199‐204, 205, 221.5, 223, 223‐10, 224, 228‐1, 229, 233, 237, 240‐1.1, 240‐
1.2, 247‐3, 253‐1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 258‐260, 261.1, 
278, 282, 284‐287, 292, 293, 293‐1, 296, 296‐1, 299, 300, 301, 305, 307‐1, 309‐315, 315‐1, 317.1, 323.1, 
324‐2, 324‐3, 324‐4, 324‐5, 324‐6, 326‐1, 326‐3, 326‐4.1, 326‐4.2, 326‐5, 332, 333, 335, 336‐1, 338, 346, 
347,  348‐1,  348‐3  (monitorinqdə  iştirak  edən  digər  şəxslərə  münasibətdə),  348‐4,  348‐5,  351  və 
353.1‐ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.
768 
360.2.  Bu  Məcəllənin  360.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  inzibati  xətalar 
haqqında  işlərə  baxmaq  hüququ  təkcə  səlahiyyətli  orqanlara  (vəzifəli  şəxslərə)  deyil,  habelə 
məhkəmələrə  də  aid  olduqda  icraatına  inzibati  xətalar  haqqında  işlər  daxil  olmuş  səlahiyyətli 
orqan  (vəzifəli  şəxs)  tərəfindən  inzibati  xətalar  haqqında  işlər  baxılması  üçün  məhkəməyə 
göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır. 
360.3.  Bu  Məcəllənin  360.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  inzibati  xətalar  hərbi 
qulluqçular  və  toplanışa  çağırılmış  hərbi  vəzifəlilər tərəfindən  törədildikdə  inzibati  xətalar 
haqqında işlərə hərbi məhkəmələr tərəfindən baxılır. 
M a d d  ə  3 6 1 .  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları  bu  Məcəllənin  Xüsusi 
hissəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 
IV BÖLMƏ 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT 
İ y i r m i   y e d d i n c i   f ə s i l  
ÜMUMİ MÜDDƏALAR 
M a d d  ə  3 6 2 .  İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri 
İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, 
onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, 
hərtərəfli,  tam  və  obyektiv  surətdə  aydınlaşdırmaqdan,  inzibati  xəta  törətmiş  şəxsi  aşkar 
etməkdən və  onu  inzibati  məsuliyyətə  cəlb  etməkdən,  çıxarılmış  qərarın  icrasını  təmin 
etməkdən,  habelə  inzibati  xətanın  törədilməsinə  kömək  edən səbəbləri  və  şəraiti  aşkar 
etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 

M a d d  ə  3 6 3 .  İnzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dil 
363.1.  Azərbaycan  Respublikasında  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  Azərbaycan 
dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. 
363.2. İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən 
şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət 
vermək  hüququ  ilə,  habelə  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  tərcüməçinin 
xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunur. 
M a d d  ə  3 6 4 .  İnzibati xətalar haqqında işlərə açıq baxılması 
364.1.  Dövlət,  qulluq,  kommersiya  sirlərinin  və  qanunvericiliklə  qorunan  digər  sirlərin 
yayılmasına  gətirib  çıxara  bilən  hallar  istisna  olmaqla,  inzibati  xətalar  haqqında  işlərə  açıq 
baxılır. 
364.2.  İnzibati  xətalar  haqqında  işlərin  qapalı  baxılmasına  zərurət  olduğu  halda  bu  barədə 
qərardad qəbul edilir. 
M a d d  ə 
3 6 5 .
 İnzibati  xəta  haqqında  iş  üzrə  məlumatların  yayılmasının 
yolverilməzliyi 
İnzibati  xəta  haqqında  iş  üzrə  məlumatlar  yalnız  icraatında  inzibati  xəta  haqqında  iş  olan 
hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin),  belə  məlumatlar,  zərərçəkmiş  şəxsin  şəxsi 
maraqlarına  toxunduqda  isə,  habelə  zərərçəkmiş  şəxsin  icazəsi  ilə  və  onların  mümkün  hesab 
etdiyi həcmdə elan oluna bilər. 
M a d d  ə  3 6 6 .  Vəsatətlər 
366.1. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər 
olan  hakimə, səlahiyyətli  orqana  (vəzifəli  şəxsə)  baxılması  məcburi  sayılan  vəsatət  vermək 
hüququna malikdirlər. 
366.2.  Vəsatət  yazılı  formada  verilir  və  o,  dərhal  baxılmalıdır.  Vəsatətin  təmin 
olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. 
M a d d  ə  3 6 7 .  İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 
367.0.  Aşağıdakı  hallarda  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  başlanıla  bilməz, 
başlanmış icraata isə xitam verilir: 
367.0.1. inzibati xəta hadisəsi olmadıqda; 
367.0.2. inzibati xəta tərkibi olmadıqda; 
367.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 
367.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 
367.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 
367.0.6.  inzibati  xəta  haqqında  işə  baxılan  vaxt  bu  Məcəllənin  36‐cı  maddəsində  nəzərdə 
tutulmuş müddətlər başa çatdıqda; 
367.0.7.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə  aid  eyni  fakt  üzrə 
inzibati  tənbeh  etmək  haqqında  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarı  olduqda, 
yaxud  inzibati  xəta  haqqında  işə  xitam  verilməsi  barəsində  ləğv  edilməmiş  qərar  olduqda, 
habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda; 
367.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə. 

M a d d  ə  3 6 8 .  İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti 
368.1. Prokuror öz səlahiyyətləri daxilində inzibati xətalar haqqında işlər üzrə icraat zamanı 
baş  vermiş  hər  cür  qanun  pozuntusunun  aradan  qaldırılması  üçün  vaxtında  qanunla  nəzərdə 
tutulmuş  tədbirlər  görür  və  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  aparılmasında 
Azərbaycan  Respublikasının  Konstitusiyasının,  qanunların  və  digər  qanunvericilik  aktlarının 
tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. 
368.2.  Prokuror  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  başlanması  haqqında  qərar 
qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı 
baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən 
qərardan və ya qərardaddan protest vermək hüququna malikdir. 
368.3. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında 
qərar  bu  Məcəllənin  411‐ci  maddəsində  müəyyən  edilmiş  müddətdə  qəbul  edilir.  Qərarda  bu 
Məcəllənin 410‐cu maddəsində olan məlumatlar göstərilir. 
368.4.  Yetkinlik  yaşına  çatmayanlar  barəsində  inzibati  xətalar  haqqında,  habelə  öz 
təşəbbüsü  ilə  başlanmış  inzibati  xətalar  haqqında  işlərin  baxılmasının  yeri  və  vaxtı  prokurora 
bildirilir. 
M a d d  ə  3 6 9 .  İnzibati xətalar haqqında işlər üzrə məsrəflər 
369.1. İnzibati xətalar haqqında işlər üzrə məsrəflər: 
369.1.1.  şahidlərə,  hal  şahidlərinə,  ekspertlərə,  mütəxəssislərə  və  tərcüməçilərə  verilmiş 
məbləğlərdən; 
369.1.2.  maddi  sübutların  saxlanılması,  göndərilməsi,  daşınması  və  tədqiq  edilməsinə 
xərclənən məbləğlərdən ibarətdir. 
369.2. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına 
ödənilir.  Hüquqi  şəxslər  barəsində  inzibati  xətalar  haqqında  işlər  üzrə  məsrəflər  isə  həmin 
şəxslərin üzərinə qoyulur. 
369.3.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  məsrəflərin  ölçüsü  məsrəflərə  aid  olan  çəkilmiş 
xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 
369.4. Məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati 
xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. 
M a d d  ə  3 7 0 .   Zərər çəkənlərə,  şahidlərə,  ekspertlərə  və  tərcüməçilərə  ödənilməli 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin