AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan verilməsi 
və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına çatdırılmaması 
266.1.  Gömrük  nəzarəti  altında  olan  malların,  nəqliyyat  vasitələrinin  və  onlara  aid  olan 
sənədlərin  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  müəyyən  edilmiş 
müddətə çatdırılmamasına görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi  manatdan  əlli  manatadək  miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  yetmiş  manatdan yüz  manatadək 
miqdarda  cərimə  edilir,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
583 
266.2.  Gömrük  nəzarəti  altında  olan  mallara  və  nəqliyyat  vasitələrinə  aid  Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  verilmək  üçün  qəbul  edilmiş  gömrük 
sənədlərinin və ya digər sənədlərin itirilməsinə və ya çatdırılmamasına görə ‐
xəbərdarlıq edilir və ya yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir.
584 
266.3.  Gömrük  nəzarəti  altında  olan  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  verilməsinə  və  ya 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  yerə 
çatdırılmamasına, yaxud itirilməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin iyirmi 
faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə 
2 6 7 .   Malların  və  nəqliyyat  vasitələrinin  çatdırıldığı  yerdə  təqdim 
edilməməsi və onlara aid sənədlərin verilməməsi 
Malların  və  nəqliyyat  vasitələrinin  çatdırıldığı  yerdə  təqdim  edilməməsinə  və  onlara  aid 
sənədlərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə 

fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda 
cərimə edilir.
585 
M a d d  ə 
2 6 8 .   Azərbaycan  Respublikasının  gömrük  sərhədindən
nəqliyyat 
vasitələrinin keçirilməsi qaydasının pozulması 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçən nəqliyyat  vasitələrinin  və  ya  mal 
qismində  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən nəqliyyat  vasitələrinin 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  yerdə 
saxlanılmamasına,  yaxud  gömrük  nəzarəti  altında  olan  nəqliyyat  vasitəsinin  və  ya  mal 
qismində  olan  nəqliyyat  vasitəsinin  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanının icazəsi olmadan dayandığı yerdən yola salınmasına görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi  manatdan  əlli  manatadək  miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  yetmiş  beş  manatdan  yüz  əlli 
manatadək  miqdarda  cərimə  edilir,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək 
miqdarda cərimə edilir.
586 

M a d d  ə  2 6 9 .  Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə yan alma 
Gömrük nəzarəti altında olan gəmiyə və digər üzən vasitələrə Azərbaycan Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  gəmilərin  və  digər  üzən  vasitələrin  yan 
almasına görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan 
yüz əlli manatadək, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə 
edilir.
587 
M a d d  ə  2 7 0 .  Gömrük rəsmiləşdirilməsinin icraatı qaydasının pozulması 
Gömrük 
rəsmiləşdirilməsinin 
icraatı 
qaydasının 
pozulmasına, 
yəni 
gömrük 
rəsmiləşdirilməsinin  başlanması  və  başa  çatması,  onun  keçirilmə  yeri,  vaxtı  və  üsulu  barədə 
müəyyən  olunmuş  tələblərə  riayət  edilməməsinə  və  ya  gömrük  rəsmiləşdirilməsinin 
sadələşdirilmiş  qaydasının  tətbiqi  barədə  qanunvericiliklə  müəyyən  edilməmiş  iddialar  irəli 
sürülməsinə,  yaxud  gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilmiş  qaydasının  tətbiqi  şərtlərinə 
əməl edilməməsinə görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi  manatdan  əlli  manatadək  miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  yetmiş  beş  manatdan  yüz  əlli 
manatadək  miqdarda  cərimə  edilir,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək 
miqdarda cərimə edilir.
588 
M a d d  ə  2 7 1 .  Barəsində gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat 
vasitələri  ilə  aparılan qanunsuz  əməliyyatlar,  onların  vəziyyətinin  dəyişdirilməsi,  onlardan 
istifadə olunması və onlar üzərində sərəncam verilməsi 
Barəsində  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallar  və  nəqliyyat  vasitələri  ilə 
qanunvericiliklə  müəyyən  edilmiş  tələbləri  və  şərtləri  pozmaqla  aparılan  əməliyyatlara  və  ya 
onların  vəziyyətinin  dəyişdirilməsinə,  yaxud  onlardan  istifadə  edilməsinə  və  onlar  üzərində 
sərəncam verilməsinə görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olan  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on 
faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə  2 7 2 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 
icazəsi olmadan aparılan yük əməliyyatları və digər əməliyyatlar 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  gömrük 
nəzarəti  altında  olan  malların  daşınmasına,  yüklənməsinə,  boşaldılmasına,  bir  yerdən  başqa 
yerə  yüklənməsinə,  qablaşdırılmasına,  qablaşdırma  zədələrinin  düzəldilməsinə,  yenidən 
qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr 
götürülməsinə,  göstərilən  malların  və  nəqliyyat  vasitələrinin  saxlandığı  binaların  və  yerlərin 
açılmasına görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
589 
M a d d  ə  2 7 3 .  Eyniləşdirmə vasitələrinin dəyişdirilməsi, məhv edilməsi, zədələnməsi 
və ya itirilməsi 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi eyniləşdirmə 
vasitələrinin dəyişdirilməsinə, məhv edilməsinə, zədələnməsinə və ya itirilməsinə görə ‐

fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda 
cərimə edilir.
590 
M a d d  ə  2 7 4 .  Malları və nəqliyyat vasitələrini bəyanetmə qaydasının pozulması 
Malları  və  nəqliyyat  vasitələrini  bəyanetmə  qaydasının  pozulmasına,  yəni  bəyanetmə 
forması  və  yeri  barədə,  onun  icra  prosedurası  barədə  (o  cümlədən bəyanetmə  zamanı 
müvəqqəti,  natamam,  yaxud  dövri  bəyannamədən  istifadə  edilməsi  barədə)  qanunvericiliklə 
müəyyən olunmuş tələblərə riayət edilməməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda 
cərimə edilir.
591 
M a d d  ə 
2 7 5 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 
gömrük  bəyannaməsinin,  sənədlərin  və  əlavə  məlumatların  təqdim  edilməsi  müddətinin 
pozulması 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  onun  müəyyən  etdiyi 
müddətlərdə mallara və nəqliyyat vasitələrinə aid olan gömrük bəyannaməsinin və ya gömrük 
məqsədləri  üçün  tələb  olunan  digər sənədlərin  və  əlavə  məlumatların  təqdim  edilməməsinə 
görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
yüz manatadək manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək 
miqdarda cərimə edilir.
592 
M a d d  ə  2 7 6 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 
vəzifəli  şəxsinin  gömrük  nəzarəti  keçirilməsi  üçün  əraziyə  və  binalara  daxil  olmasına 
maneçilik törədilməsi 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsinin  gömrük 
nəzarətindən  keçirilməli  olan  malların  və  nəqliyyat  vasitələrinin,  həmin  nəzarətin  həyata 
keçirilməsi  üçün  zəruri  sənədlərin  ola  biləcəyi  binaya  və  ya  əraziyə,  yaxud  icrasına  nəzarət 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına həvalə olunmuş fəaliyyətin 
həyata keçirildiyi binaya və əraziyə qanunvericiliklə müəyyən edilmiş qaydada daxil olmasına 
maneçilik törədilməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz 
əlli manatadək miqdarda cərimə edilir.
593 
M a d d  ə 
2 7 7 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 
hesabat təqdim edilməməsi və ya uçot aparılması qaydasına riayət edilməməsi 
Gömrük  nəzarəti  altında  olan,  yaxud  sərbəst  gömrük  zonalarının  ərazilərinə  və  sərbəst 
anbarlara  gətirilən,  aparılan,  saxlanılan,  emal  olunan,  hazırlanan,  alınan  və  satılan  mallar 
barədə qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti  orqanlarına  hesabat  verilməməsinə  və  ya  həmin  malların  uçotunun  aparılması 
qaydasının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
594 

M a d d  ə  2 7 8 .  Müvəqqəti saxlanc anbarı rejiminin pozulması 
Müvəqqəti saxlanc anbarında yerləşmə müddəti müəyyən olunmuş son saxlanc müddətini 
keçmiş  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rejiminə  müvafiq  olaraq buraxılmasının  və 
ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlər görülməməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
onların dəyərinin otuz faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə  2 7 9 .   Malların  saxlanca  qoyulması  və  onlarla  əməliyyatların  aparılması 
qaydalarının pozulması 
Malların  saxlanca  qoyulması  və  onların  saxlanma  qaydasının  və  müddətlərinin  və  ya 
gömrük  anbarlarında,  müvəqqəti  saxlanc  və  sərbəst  anbarlarda  mallarla  müxtəlif 
əməliyyatların  aparılmasının  müəyyən  olunmuş  tələblərinə  və  şərtlərinə  riayət  edilməməsinə 
görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan yüz əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
595 
M a d d  ə  2 8 0 .  Malların emal edilməsi qaydasının pozulması 
Malların  emal edilməsi  qaydasının  pozulmasına,  yəni icazə  olmadan  malın  emal edilməsi, 
onların  emal  edilməsi  qaydası  və  müddətləri,  emal  məhsullarının  hasilat  miqdarı,  emal 
məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə 
əməliyyatlar  aparılması  üçün  müəyyən  olunmuş  tələblərə, məhdudiyyətlərə  və  şərtlərə  əməl 
olunmasına görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olan  malların  dəyərinin  on  faizindən  yüz  faizinədək 
miqdarda cərimə edilir.
596 
M a d d  ə  2 8 1 .   Sərbəst  gömrük  zonalarında  və  sərbəst  anbarlarda  istehsal  və  digər 
kommersiya  fəaliyyətinin  həyata  keçirilməsi,  binaların,  tikililərin  və  qurğuların  tikilməsi 
qaydasının pozulması 
Sərbəst  gömrük  zonalarında  və  sərbəst  anbarlarda  istehsal  və  digər  kommersiya 
fəaliyyətinin  həyata  keçirilməsi  qaydasının  pozulmasına,  yaxud  sərbəst  gömrük  zonalarında 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydaları  pozmaqla  binaların,  tikililərin  və  qurğuların 
tikilməsinə görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
əlli  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
597 
M a d d  ə 
2 8 2 .   Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması 
282.1.  Müəyyən  olunmuş  müddətlərdə  əvvəllər gətirilmiş  malların  və  nəqliyyat 
vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına, əgər bu 
cür  aparılma  və  ya  qaytarılma  məcburidirsə,  əvvəllər  aparılmış  malların  və  nəqliyyat 
vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmamasına görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə 
edilir. 

282.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  geri  aparılmanı  və 
geri  gətirilməni  təsdiq  edən,  yaxud  malların  və  nəqliyyat  vasitələrinin  qəza  və  ya 
qarşısıalınmaz  qüvvənin  təsiri,  təbii  aşınma  və  ya  itki,  yaxud  xarici  dövlət  orqanlarının  və 
vəzifəli  şəxslərinin  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qanunsuz  hesab  edilən 
hərəkətləri  ilə  əlaqədar  sahiblikdən  çıxması  nəticəsində  geri  aparılmanın  və  geri  gətirilmənin 
qeyri‐mümkünlüyünü təsdiq edən etibarsız sənədlər təqdim edilməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 8 3 .  Malların məhv edilməsi qaydasının pozulması 
Malların  məhv  edilməsi  qaydasının  pozulmasına,  yəni  malların  məhv  edilməsi  və  ya 
onların  məhv  edilməsi  nəticəsində  yaranmış  tullantıların  müvafiq  gömrük  rejimi  altında 
yerləşdirilməsi  üçün  qanunvericiliklə  müəyyən  olunmuş  tələblərə  və  şərtlərə  əməl 
edilməməsinə görə ‐
fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz manatdan iki yüz 
əlli  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
598 
M a d d  ə  2 8 4 .   Müəyyən  gömrük  rejimi  altında  yerləşdirilmiş  mallar  və  nəqliyyat 
vasitələri  ilə  qanunsuz  əməliyyatlar  aparılması,  onların  vəziyyətinin  dəyişdirilməsi, 
onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi 
Müəyyən  gömrük  rejimi  altında  yerləşdirilmiş  mallar  və  nəqliyyat  vasitələri  ilə  onların 
gömrük  rejiminə  uyğun  olmayan  əməliyyatların  aparılmasına,  onların  vəziyyətinin 
dəyişdirilməsinə  onlardan  istifadə  edilməsinə  və  ya  onlar  üzərində  sərəncam  verilməsinə, 
yaxud gömrük rejiminin qanunvericiliklə müəyyən edilən digər məhdudiyyətlərinə, tələblərinə 
və şərtlərinə əməl edilməməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 8 5 .   Mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  keçirilərkən  iqtisadi  siyasət tədbirlərinin  və  digər məhdudiyyətlərin  tətbiqi 
qaydasına əməl edilməməsi 
Barəsində  qanunvericiliklə  müəyyən  edilən  iqtisadi  siyasət
tədbirləri  və  digər 
məhdudiyyətlər tətbiq  edilən  malların  və  nəqliyyat  vasitələrinin,  həmin  tədbirlərin  və 
məhdudiyyətlərin müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 

M a d d  ə 
2 8 6 .   Malların  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsi 
İstehsal  və  digər  kommersiya  fəaliyyəti  üçün  nəzərdə  tutulan  malların  kommersiya 
məqsədləri  üçün  nəzərdə  tutulmayan  mallar  şəklində  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirilməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
onların dəyərinin on faizindən yüz faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə  2 8 7 .   Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gömrük  qaydaları 
pozulmaqla  gətirilmiş  malların  və  nəqliyyat  vasitələrinin  daşınması,  saxlanması,  əldə 
edilməsi, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gömrük  nəzarətindən kənar  və  ya  həmin 
nəzarətdən  gizlədilərək və  ya  sənədlərdən və  ya  eyniləşdirmə  vasitələrindən  aldatma  yolu  ilə 
istifadə  etməklə  və  ya  bəyan  edilmədən və  ya  düzgün  bəyan  edilmədən,  yaxud  gömrük 
qaydalarının  digər  şəkildə  pozulması  yolu  ilə  gətirilmiş  malların  və  nəqliyyat  vasitələrinin 
daşınması, saxlanması, əldə edilməsi, onlardan istifadə edilməsi və ya onlar üzərində sərəncam 
verilməsi  və  ya  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi 
olmadan  barəsində  gömrük  ödənişləri  üzrə  güzəştlər  verilmiş  və  güzəştlər  verilməsi  ilə  bağlı 
olmayan digər məqsədlərlə istifadə olunmuş, yaxud özgəninkiləşdirilmiş malların və nəqliyyat 
vasitələrinin daşınmasına, saxlanmasına və əldə edilməsinə görə ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  on  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 8 8 .   Barəsində  gömrük  ödənişləri  üzrə  güzəştlər  verilərək  şərti  buraxılmış 
mallardan istifadə edilməsi və onlar üzərində sərəncam vermə qaydasının pozulması 
Barəsində  gömrük  ödənişləri  üzrə  güzəştlər  verilərək  şərti  buraxılmış  mallardan  və 
nəqliyyat  vasitələrindən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 
icazəsi  olmadan  həmin  güzəştlərin  verilməsi  üçün  nəzərdə  tutulmayan  digər məqsədlərlə 
istifadə edilməsinə və onların üzərində sərəncam verilməsinə görə ‐
gömrük güzəştlərinin verilməsi ilə əlaqədar ödənilməmiş gömrük ödənişlərinin məbləğinin 
əlli faizdən yüz əlli faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə  2 8 9 .   Gömrük  ödənişlərindən  qanunsuz  azad  edilməsi,  onların  azaldılması 
və ya ödənilməsi müddətlərinin pozulması 
289.1.  Gömrük  bəyannaməsində  və  gömrük  məqsədləri  üçün  zəruri  olan  digər sənədlərdə 
gömrük  ödənişlərindən  azad  etməyə  və  ya  onların  məbləğinin  azaldılmasına  əsas  verən, 
malların  və  nəqliyyat vasitələrinin gömrük  rejimi, miqdarı,  sayı, gömrük  dəyəri, mənşə ölkəsi 
barədə və ya digər düzgün olmayan məlumatların bəyan edilməsinə görə ‐
ödənilməmiş gömrük  ödənişlərinin məbləğinin  əlli faizindən  yüz  əlli faizinədək miqdarda 
cərimə edilir. 
289.2.  Gömrük  ödənişlərinin  ödənilməsinin  qanunvericiliklə  müəyyən  edilmiş  müddətini 
pozmağa görə ‐
ödənilməli  olan  gömrük  ödənişlərinin  məbləğinin  əlli  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 

M a d d  ə  2 9 0 .  Gömrük ödənişlərinin ödənilməsindən yayınma 
Gömrük ödənişlərini ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ‐
ödənilməli  olan  gömrük  ödənişlərinin  məbləğinin  əlli  faizindən  yüz  əlli  faizinədək 
miqdarda cərimə edilir. 
M a d d  ə  2 9 1 .   Ödənilmiş  gömrük  ödənişlərinin  qaytarılmasına,  ödənclər və  digər 
müavinətlər alınmasına, yaxud müvafiq əsaslar olmadan onların qaytarılmamasına yönəlmiş 
hərəkətlər 
Ödənilmiş  gömrük  ödənişlərinin  qaytarılmasına,  ödənclərin  və  digər  müavinətlərin 
alınmasına 
və 
ya 
qanunvericiliklə 
müəyyən 
olunmuş 
əsaslar 
olmadan 
onların 
qaytarılmamasına, yaxud tam olmayan həcmdə qaytarılmasına hüquq verən və özündə doğru 
olmayan  məlumatları  əks  etdirən sənədlərin  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanına təqdim edilməsinə görə ‐
ödənilməmiş gömrük  ödənişlərinin məbləğinin  əlli faizindən  yüz  əlli faizinədək miqdarda 
cərimə edilir. 
M a d d  ə 
2 9 2 .   Banklar  və  digər  kredit  təşkilatları  tərəfindən  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının icra edilməməsi 
Banklar  və  digər  kredit  təşkilatları  tərəfindən  gömrük  ödənişlərinin  mübahisəsiz  qaydada 
tutulması,  gömrük  ödənişlərinin  ödəyicisinin  hesabları  üzrə  əməliyyatların  dayandırılması 
haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının vəsatətlərinin icra 
edilməməsinə və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə görə ‐
ödənilməmiş  gömrük  ödənişlərinin  məbləğinin  iyirmi  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 9 3 .  İdxal  olunması  üçün  xüsusi  razılıq  (lisenziya)  tələb  olunan  malların 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin