AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

fəaliyyətinə mane olma 
692 
326‐1.1.  Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarəti  həyata  keçirən  orqan  tərəfindən 
araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə ‐
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
693 
326‐1.2.  Bələdiyyələrin  fəaliyyətinə  inzibati  nəzarəti  həyata  keçirən  orqana  mütləq təqdim 
olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə ‐
vəzifəli şəxslər iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
694 
M a d d  ə  3 2 6  – 2 .  Feldyeger  rabitəsini  həyata  keçirən  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane 
olma 
695 
Feldyeger  rabitəsini  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa görə 
xəbərdarlıq edilir və ya on manatdan əlli manatadək miqdarda cərimə edilir.
696 
Maddə 326‐3. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müvafiq  
təqdimatlarının icra edilməməsi  
Azərbaycan  Respublikası  Hesablama  Palatası  sədrinin  qərarı  ilə  dövlət  orqanı,  idarə, 
təşkilat  və  müəssisənin  xəzinə  və  bank  hesabları  üzrə  əməliyyatlarının  dayandırılması  barədə 
təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə ‐
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilirlər. 
697 
Maddə 326‐4. Doğumun qeydə alınması qaydasının pozulması 
326‐4.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti 
orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə — 
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. 
326‐4.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq 
informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə — 
vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir. 
326‐4.3.  Üzrlü  səbəblər  olmadan  valideynlər tərəfindən  doğumun  qeydə  alınması  üçün 
qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə — 
xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir.
698 
Maddə  326‐5.  Avtomobil  nəqliyyatı  sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma 
Avtomobil  nəqliyyatı  ilə  sərnişin  və  yük  daşımalarını  yerinə  yetirən  şəxslər tərəfindən 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  səlahiyyətli  əməkdaşının 
xidməti  vəzifəsinin  yerinə  yetirilməsinə  mane  olmağa,  o  cümlədən  qanunvericiliklə  müəyyən 
olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə ‐
əlli manat miqdarında cərimə edilir. 
M a d d  ə  3 2 7 .   Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında  qanunvericiliyin 
pozulması 
327.1.  Fiziki  şəxslərin  yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyatdan  keçməməsinə,  yaxud 
qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə ‐
xəbərdarlıq edilir və ya beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
699 

327.2.  Vəzifəli  şəxslər tərəfindən  fiziki  şəxsləri  qeydiyyata  almaqdan  əsassız  imtina 
edilməsinə,  qeydiyyata  almaq  üçün  qanunda  nəzərdə  tutulmayan  sənədlər tələb  edilməsinə, 
habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə ‐
yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
700 
M a d d  ə  3 2 8 .  Bilə‐bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma 
Bilə‐bilə  yalandan  yanğından  mühafizə  və  polis  orqanlarını,  təcili  yardım  və  ya  digər 
ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə ‐
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
701 
M a d d  ə  3 2 9 .   Şəxsiyyət vəsiqəsi  olmadan  və  ya  yaşayış  yeri  üzrə  qeydiyyatdan 
keçmədən yaşama 
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına, habelə həmin 
müddət ərzində yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə ‐
xəbərdarlıq edilir və ya üç manatdan beş manatadək miqdarda cərimə edilir.
702 
M a d d  ə 
3 3 0 .  Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasında qeydiyyatsız yaşaması və ya qanunsuz qalması 
Əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası  ərazisində 
qeydiyyatsız  yaşamasına  və  ya  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə ‐
əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənara  inzibati  qaydada  çıxarılmaqla  və  ya  çıxarılmamaqla  üç  yüz  manatdan  dörd  yüz 
manatadək miqdarda cərimə edilir. 
703 
M a d d  ə  3 3 1 .   Şəxsiyyət vəsiqəsinin  ,  pasportun,  dənizçinin  şəxsiyyət sənədinin  , 
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin, əcnəbilərin və vətəndaşlığı olmayan 
şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında 
qərarın  və  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün 
sənədlərin itirilməsi və ya qəsdən korlanması
704 
Şəxsiyyət
vəsiqəsinin,  pasportun,  dənizçinin  şəxsiyyət
sənədinin  ,  Azərbaycan 
Respublikasına  qayıdış  şəhadətnaməsinin,  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin 
Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  haqqında  qərarın  və 
Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  və  ya  daimi  yaşamaq  üçün  sənədlərin 
itirilməsinə və ya qəsdən korlanmasına görə ‐
on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.
705 
M a d d  ə  3 3 2 .  Şəxsiyyət vəsiqəsinin , pasportun və ya dənizçinin şəxsiyyət sənədinin 
verilməsi  qaydalarının pozulması,  qanunsuz  alınması  və  ya  girov  götürülməsi,  Azərbaycan 
Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının pozulması
706 
332.1.  Vətəndaşlara  onların  şəxsiyyət vəsiqələrinin  və  ya  pasportlarının  verilməsindən 
əsassız  imtina  edilməsinə,  verilməsi  üçün  qanunla  nəzərdə  tutulmayan  əlavə  sənədlər tələb 
edilməsinə  və  ya  onların  verilməsində  (dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsinə, 
qanunsuz alınmasına və ya girov götürülməsinə görə ‐
səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
707 

332.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina 
edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya 
onun verilməsində süründürməçiliyə yol verilməsinə görə ‐
vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir
708 
332.3.  Dənizçinin  şəxsiyyət sənədinin  verilməsindən  əsassız  imtina  edilməsinə,  verilməsi 
üçün dənizçidən qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət 
sənədinin  verilməsində  (dəyişdirilməsində)  süründürməçiliyə  yol  verilməsinə,  qanunsuz 
alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə ‐ 
səksən beş manatdan doxsan manatadək cərimə edilir. 
709 
M a d d  ə  3 3 3 .  Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının qanunsuz 
olaraq məhdudlaşdırılması 
Vətəndaşın  Azərbaycan  Respublikasından  getmək və  Azərbaycan  Respublikasına  gəlmək 
hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına görə ‐
səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.
710 
M a d d  ə  3 3 4 .  Sərhədboyu rejiminin pozulması 
334.1.  Sərhədboyu  zonaya  daxil  olma  və  ya  orada  yaşama,  yaxud  qeydiyyata  alınma 
qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda 
cərimə edilir.
711 
334.2.  Sərhədboyu  zolağa  icazəsiz  daxil  olmağa,  sərhədboyu  zolaqda  və  bilavasitə  dövlət 
sərhədinin  yaxınlığında  lazımi  icazəsi  olmadan  və  ya  belə  icazə  olduqda,  lakin  müəyyən 
edilmiş  qaydaları  pozmaqla  təsərrüfat  və  digər
işlərin  aparılmasına,  mal‐qaranın 
saxlanılmasına və otarılmasına, kütləvi‐ictimai tədbirlərin keçirilməsinə görə
712
 ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  dörd  yüz 
manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.
713 
M a d d  ə 
3 3 5 .   Azərbaycan  Respublikasının  sərhəd  sularında  (Xəzər dənizinin 
Azərbaycan Respublikasına mənsub olan bölməsində) sərhədboyu rejiminin pozulması 
Azərbaycan  Respublikasının  sərhəd  sularında,  yəni  sərhəd  çaylarının,  göllərin  və  başqa 
sututarların  Xəzər dənizinin  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində  balıqçılıq, 
ovçuluq, elmi‐tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən 
vasitələrin  qeydiyyata  alınması,  saxlanması,  onların  yanalma  körpülərindən dəniz  və  digər 
sututarların  sularına  çıxması,  orada  olması,  üzməsi  və  geri  qayıtması  qaydalarının 
pozulmasına,  göstərilən  sularda  lazımi  icazəsi  olmadan  və  ya  belə  icazə  olduqda,  lakin 
müəyyən  edilmiş  qaydaları  pozmaqla  ovçuluq  (balıqçılıq),  tədqiqat  və  axtarış  fəaliyyətinin 
həyata keçirilməsinə görə
714
 ‐
gəmi və  ya  digər  üzən  vasitə  müsadirə  edilməklə  və  ya  edilməməklə  fiziki  şəxslər  iki  yüz 
manatdan  dörd  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  dörd  yüz  manatdan  yeddi  yüz 
manatadək miqdarda cərimə edilir.
715 
M a d d  ə 
3 3 6 .  
Azərbaycan 
Respublikasının 
dövlət
sərhədinin 
buraxılış 
məntəqələrində rejimin pozulması 
Azərbaycan  Respublikasının  dövlət
sərhədinin  buraxılış  məntəqələrində  rejimin 
pozulmasına görə ‐

vətəndaşlar  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda  cərimə  edilir,  əcnəbilər və 
vətəndaşlığı  olmayan  şəxslər  iki  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda  cərimə 
edilməklə  onlar  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada 
çıxarılır.
716 
Maddə  336‐1.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu  stansiyalarında, 
avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və  digər  dövlət sərhədinin  buraxılış 
məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların qanunsuz olaraq götürülməsi 
336‐1.1.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu  stansiyalarında, 
avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və  digər  dövlət sərhədinin  buraxılış 
məntəqələrində  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  Azərbaycan  Respublikasının 
qanunları  və  digər  normativ  hüquqi  aktları  ilə  gətirilməsinə  və  ya  aparılmasına  qadağa 
qoyulan,  xüsusi  icazə  tələb  olunan  və  ya  məhdudiyyət  qoyulan  əşyaların  protokol  tərtib 
edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq götürülməsinə görə ‐ vəzifəli şəxslər üç 
min manatdan dörd min manatadək miqdarda cərimə edilir. 
336‐1.2.  Dəniz  və  çay  limanlarında  (körpülərində),  dəmir  yolu  stansiyalarında, 
avtovağzallarda  (avtostansiyalarda),  hava  limanlarında  və  digər  dövlət sərhədinin  buraxılış 
məntəqələrində  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  Azərbaycan  Respublikasının 
qanunları  və  digər  normativ  hüquqi  aktları  ilə  gətirilməsinə  və  ya  aparılmasına  qadağa 
qoyulmayan,  xüsusi  icazə  tələb  olunmayan,  məhdudiyyət  qoyulmayan  əşyaların  fiziki  və 
hüquqi  şəxslərdən  qanunsuz  olaraq  götürülməsinə  görə  ‐ vəzifəli  şəxslər  dörd  min  manatdan 
beş min manatadək miqdarda cərimə edilir. 
717 
M a d d  ə 
3 3 7 .  Qanunsuz  olaraq  Azərbaycan  Respublikasına  gəlmək və  ya 
Azərbaycan Respublikasından getmək 
Pasportsuz,  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
rəsmiləşdirilmiş  icazə  (viza)  olmadan  və  ya  sərhəd nəzarət məntəqəsindən  keçmədən 
Azərbaycan  Respublikasının  ərazisinə  gəlməyə  və  ya  Azərbaycan  Respublikasından  getməyə 
görə ‐
vətəndaşlar  şərti  maliyyə  vahidi  məbləğinin  on  beş  mislindən  on  iyirmi  beş  mislinədək 
miqdarda  cərimə  edilir,  əcnəbilər və  vətəndaşlığı  olmayan  şəxslər  isə  şərti  maliyyə  vahidi 
məbləğinin  iyirmi  misli  miqdarında  cərimə  edilməklə  onlar  Azərbaycan  Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarılır. 
718 
M a d d  ə 
3 3 8 .   Diplomatik  və  ya  xidməti  pasport  sahiblərinə  lazımi  kömək 
göstərilməməsi 
Diplomatik  və  ya  xidməti  pasport  sahibinə  zəruri  hallarda  kömək və  havadarlıq 
göstərilməməsinə görə ‐
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək miqdarda cərimə edilir.
719 
M a d d  ə 
3 3 9 .
 Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan 
Respublikasında  olması,  yaxud  Azərbaycan  Respublikası  ərazisindən  tranzitlə  keçməsi 
qaydalarının pozulması 
339.1.  Əcnəbilər və  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  Azərbaycan  Respublikasında 
olma qaydalarının pozulmasına, yəni: 
339.1.1. Azərbaycan Respublikasında yaşama hüququ verən sənədlər olmadan yaşamasına; 

339.1.2. etibarsız sayılan sənədlərlə yaşamasına; 
339.1.3. işə düzələrkən müəyyən edilmiş qaydaları pozmasına, qeydəalınma və ya yazılma, 
yaxud  bir  yerdən  başqa  yerə  getmə  və  yaşayış  yeri  seçmə  üçün  müəyyən  olunmuş  qaydaya 
əməl etməməsinə; 
339.1.4.  qanunvericiliklə  müəyyən  edilmiş  qalma  müddəti  qurtardıqdan  sonra  getməkdən 
boyun qaçırmasına; 
339.1.5.  Azərbaycan  Respublikasının  ərazisindən  tranzitlə  keçmə  qaydalarına  əməl 
etməməsinə görə ‐
əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənara  inzibati  qaydada  çıxarılmaqla  və  ya  çıxarılmamaqla  üç  yüz  manatdan  dörd  yüz 
manatadək miqdarda cərimə edilir.
720 
339.2.  Azərbaycan  Respublikasında  əcnəbiləri  və  ya  vətəndaşlığı  olmayan  şəxsləri  qəbul 
edən və  ya  onlara  xidmət  göstərilməsini  və  işə  qəbul  olunmasını  təmin  edən,  onların 
Azərbaycan Respublikasında olması və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi 
şərtlərinə  əməl  edilməsi  ilə  əlaqədar  vəzifələri  yerinə  yetirən  müəssisə,  idarə  və  təşkilatların 
vəzifəli  şəxsləri  tərəfindən  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  qeydiyyata 
alınmasının  və  qeydiyyatdan  çıxarılmasının,  onlara  Azərbaycan  Respublikasında  yaşama,  bir 
yerdən  başqa  yerə  getmə  və  yaşayış  yerini  dəyişdirmə  hüququ  verən sənədlərin  tərtib 
olunmasının müəyyən edilmiş qaydalarının pozulmasına görə ‐
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
721 
M a d d  ə  3 4 0 .  Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınması və 
qeydiyyatdan çıxarılması üçün tədbirlər görülməməsi 
Əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  yaşayış  sahəsi  vermiş  vətəndaşlar  tərəfindən 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  onların  vaxtında  qeydiyyata  alınması  və 
qeydiyyatdan çıxarılması üçün tədbirlər görməməsinə görə ‐
722 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
723 
M a d d  ə  3 4 1 .  Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər 
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin 
buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə, yaxud ordenin, medalın, fəxri ad döş 
nişanının qanunsuz saxlanmasına görə ‐
xəbərdarlıq edilir və ya səkkiz manatdan on manatadək miqdarda cərimə edilir.
724 
M a d d  ə 
3 4 1  ‐ 1 .   Azərbaycan  Respublikası  Dövlət  bayrağının  qanunvericiliyin 
tələblərinə zidd istifadəsi 
725 
Azərbaycan  Respublikası  Dövlət  bayrağının  qanunvericiliyin  tələblərinə  zidd  istifadəsinə 
görə— 
vəzifəli şəxslər otuz manatdan qırx manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan 
doxsan manatadək miqdarda cərimə edilir.
726 
Maddə 341‐2. Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların 
bayraqlarının istifadəsi qaydalarının pozulması 

Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Azərbaycan  Respublikasında 
xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə 
görə ‐
fiziki  şəxslər  on  manatdan  otuz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz  manatdan  qırx 
manatadək miqdarda, hüquqi şəxslər yetmiş manatdan yüz manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  3 4 2 .   Qızıl  Xaç  və  Qızıl  Aypara  nişanlarından,  onların  adlarından  və 
fərqləndirici siqnallarından qanunsuz istifadə edilməsi 
727 
Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən 
və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qızıl Xaç və Qızıl Aypara emblemlərindən 
müdafiə  nişanı  və  ya  fərqləndirici  nişan  qismində, fərqləndirici  siqnallardan,  Beynəlxalq Qızıl 
Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və 
Qızıl  Aypara  emblemlərindən və  onların  adlarından,  müdafiə  nişanı  qismində  istifadə  edilən 
Qızıl  Xaç  və  Qızıl  Aypara  emblemləri  kimi  qəbul  edilə  biləcək hər  hansı  oxşar  nişanlardan 
istifadə edilməsi ‐
728 
fiziki şəxslər beş manatdan on manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan əlli 
beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  iyirmi  manatdan  yüz  əlli  manatadək  miqdarda 
cərimə edilir.
729 
M a d d  ə  3 4 2  ‐ 1 .  Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunvericiliyin 
pozulması 
730 
Ərazi  vahidlərinin  və  inzibati  ərazi  dairələrinin  adlarının  və  sərhədlərinin  özbaşına 
dəyişdirilməsinə və ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  otuz  manatadək  miqdarda 
cərimə edilir.
731 
M a d d  ə 
3 4 3 .   Cəzaçəkmə  müəssisələrində, tərbiyə  müəssisələrində    istintaq 
təcridxanalarında saxlanan şəxslərə qadağan edilmiş əşya  malların verilməsi 
Alkoqollu  içkilərin,  güclü  təsir  göstərən  maddələrin,  pulun  verilməsinə  və  ya  əşya  və 
malların  cəzaçəkmə  müəssisələrində, tərbiyə  müəssisələrində  və  istintaq  təcridxanalarında 
saxlanan  şəxslərə  yoxlamadan  gizlətməklə  hər  hansı  üsulla  verilməsinə  və  ya  verməyə  cəhd 
etməyə görə ‐
inzibati xətanın törədilməsində bilavasitə obyekt olmuş predmetlər müsadirə edilməklə və 
ya edilməməklə şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən qırx mislinədək miqdarda 
cərimə edilir. 
732 
M a d d  ə 
3 4 4 .   Mülki  silahı  qeydiyyata  aldırma  (yenidən  qeydiyyata  aldırma) 
qaydalarının pozulması 
Mülki silahın  qeydiyyata aldırma  (yenidən  qeydiyyata aldırması) üçün  müəyyən  olunmuş 
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
733 

M a d d  ə  3 4 5 .   Müəssisələrin,  idarələrin  və  təşkilatların  işçiləri  tərəfindən  xidməti 
silahın saxlanması, daşınması və ya təyinatı üzrə istifadə edilməsi qaydalarının pozulması 
Müəssisə, idarə və təşkilatların xidməti silahı və döyüş sursatını daşımaq və saxlamaq üçün 
məsul  olan  işçilərinin  bunların  saxlanması,  daşınması  və  ya  təyinatı  üzrə  istifadə  edilməsi 
qaydalarını pozmağa görə ‐
vəzifəli şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda cərimə edilir.
734 
M a d d  ə  3 4 6 .  Mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması 
və ya satılması qaydalarının pozulması 
346.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almış 
şəxslər tərəfindən  mülki  silahın  və  onun  üçün  döyüş  sursatının  saxlanılması, daşınması və ya 
satılması qaydalarının pozulmasına görə ‐
735 
silah və döyüş sursatı ödənişlə alınmaqla və ya alınmamaqla iyirmi beş manatdan otuz beş 
manatadək miqdarda cərimə edilir.
736 
346.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış 
şəxslər tərəfindən  mülki  silahın  və  onun  üçün  döyüş  sursatının  əldə  edilməsi,  saxlanılması, 
737
daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə ‐
silah  və  döyüş  sursatı  ödənişlə  alınmaqla  və  ya  müsadirə  edilməklə  otuz  manatdan  qırx 
manatadək miqdarda cərimə edilir.
738 
M a d d  ə  3 4 7 .   Mülki  silahın  və  döyüş  sursatının  istehsalı,  gətirilməsi,  aparılması, 
idxalı,  ixracı,  kolleksiya  edilməsi,  sərgisinin  keçirilməsi,  göndərilməsi,  istifadə  edilməsi, 
götürülməsi və ya məhv edilməsi qaydalarının pozulması 
Mülki  silahın  istehsalının,  gətirilməsinin,  aparılmasının,  idxalının,  ixracının  kolleksiya 
edilməsinin, sərgisinin keçirilməsinin, göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və 
ya məhv edilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalarının pozulmasına görə ‐
silah  müsadirə  edilməklə  və  ya  edilməməklə  fiziki  şəxslər  on  manatdan  iyirmi  beş 
manatadək miqdarda cərimə edilir.
739 
M a d d  ə  3 4 8 .  Möhürün (plombun) qəsdən zədələnməsi və ya qırılması 
Bu  Məcəllənin  132.1,  139.2  və  147.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  hallar  istisna 
edilməklə, səlahiyyətli  vəzifəli  şəxs  tərəfindən  vurulmuş  möhürün  (plombun)  qəsdən 
zədələnməsinə və ya qırılmasına görə ‐
on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
740 
Maddə 348‐1. İnzibati icraat haqqında qanunvericiliyin pozulması
741 
348‐1.0.
 İnzibati 
icraat 
haqqında 
qanunvericiliyin 
pozulmasına, 
yəni: 
348‐1.0.1.  inzibati  orqan  tərəfindən  diskresion  səlahiyyətlərin  həyata  keçirilməsi 
zamanı  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquq  və  azadlıqlarının  əsassız 
məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa 
nəzərdə  tutulmadığı  hallarda  fiziki  və  ya  hüquqi  şəxslər tərəfindən  formal  tələblərə 
əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək müvafiq 
qərarın  qəbulundan  imtina  edilməsinə  yaxud  fiziki  və  ya  hüquqi  şəxslər tərəfindən 
təqdim  olunmuş  sənədlərdə  yazı  və  hesab  zamanı  yol  verilmiş  aşkar  və  düzəldilməsi 

mümkün  olan  səhvlərə  görə  həmin  sənədlərin  qəbulundan  imtina  edilməsinə; 
348‐1.0.2.  inzibati  orqan  tərəfindən  fiziki  və  ya  hüquqi  şəxslərin  müraciətinə 
əsasən  ərizələrin  və  inzibati  icraatla  bağlı  digər  formulyarların  (blankların) 
nümunələrinin onlara verilməməsinə; 
348‐1.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin qanunvericilikdə 
nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü‐özünə etiraz etməməsinə 
və ya qanunvericiliklə iştirakına yol verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya 
tərcüməçinin inzibati icraatda iştirakına; 
348‐1.0.4. inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə 
ərizənin  qeydiyyat  tarixi  və  nömrəsi  haqqında  ərizəçiyə  arayışın  verilməməsinə  və  ya 
göndərilməməsinə  yaxud  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  təkrar  ərizənin 
yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati 
icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid 
olan  ərizə  və  ya  vəsatətlərinin  işə  aid  olmaması  və  ya  əsassız  olması  səbəbindən 
qəbulundan  imtina  edilməsinə  yaxud  maraqlı  şəxsdən  qanunvericilikdə  nəzərdə 
tutulduğundan  əlavə  hər  hansı  digər sənədin  və  ya  məlumatın  tələb  edilməsinə; 
348‐1.0.5.  inzibati  aktın  qəbul  edilməsi,  inzibati  akta  edilən  düzəlişlər,  inzibati 
aktın  geri  çağırılması,  ləğv  olunması,  dəyişdirilməsi  və  ya  qüvvədən  düşmüş  hesab 
olunması  barədə  inzibati  orqan  tərəfindən  maraqlı  şəxslərə  və  ya  onların 
nümayəndələrinə  qanunda  nəzərdə  tutulmuş  qaydada  məlumatın  verilməməsinə; 
348‐1.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən şəxslərin, zəruri 
hallarda 
isə 
şahidlərin, 
ekspertlərin, 
tərcüməçilərin 
və 
digər 
orqanların 
nümayəndələrinin  inzibati  icraatla  bağlı  iclasın  vaxtı  və  yeri  haqqında  xəbərdar 
edilməməsinə; 
348‐1.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya onun qəbul 
edilməsindən  imtina  olunması  haqqında  qərarın  müəyyən  edilmiş  müddət  ərzində 
qəbul  olunmamasına  və  ya  inzibati  şikayətin  və  icraatla  bağlı  materialların 
qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  müddətdə  şikayət  instansiyasına 
göndərilməməsinə görə ‐
otuz beş manatdan səksən manatadək 
miqdarda cərimə edilir.
742 
Maddə 348‐2. Qeyri‐dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin  
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin