AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

yerləşdirilməsi qaydalarının pozulması 
Ticarət, ictimai iaşə və ya xidmət obyektlərinin istismarı və ya yerləşdirilməsi qaydalarının 
pozulmasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  beş 
manatdan altmış manatadək miqdarda cərimə edilir.
541 
M a d d  ə  2 4 2 .   Xüsusi  razılıq  (lisenziya)  olmadan  ticarət fəaliyyətilə  məşğul  olma   
ya lisenziya şərtlərini pozma 
Xüsusi razılıq (lisenziya) tələb olunduğu hallarda belə razılıq olmadan ticarət fəaliyyəti ilə 
məşğul olmağa və ya lisenziya şərtlərini pozmağa görə ‐
şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən əlli mislinədək miqdarda cərimə edilir. 
542 
İ y i r m i n c i   f ə s i l  
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA QAYDALARI 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  2 4 3  .  (Çıxarılıb) 
543 
M a d d  ə  2 4 4 .  (Çıxarılıb) 
544 
M a d d  ə  2 4 5 .  (Çıxarılıb) 
545 
M a d d  ə  2 4 6 .  Vergilərin və digər icbari ödənişlərin vaxtında ödənilməməsi
546 
Az  miqdarda  vergilərin  və  məcburi  dövlət  sosial  sığorta  haqlarının  qanunvericiliklə 
müəyyən edilmiş müddətdə ödənilməməsinə görə ‐
547 
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  vergilərin  və  ödənişlərin  məbləğinin  otuz 
faizindən yetmiş faizinədək miqdarda cərimə edilir.
548 
Qeyd: bu maddədə ʺaz miqdarʺ dedikdə, iki min manatadək olan məbləğ başa düşülür.
549 
M a d d  ə  2  4  7. Vergilərin və  digər  icbari ödənişlərin hesablanması  və ödənilməsi ilə 
bağlı sənədlərin  təqdim edilmə qaydalarının pozulması 
550 
Vergilərin  və  digər  icbari  ödənişlərin  hesablanması  və  ödənilməsi  ilə  bağlı  tərtib  edilməsi 
qanunla  müəyyən  edilmiş  başqa  sənədlərin  Azərbaycan  Respublikasının  müvafiq  icra 
551
hakimiyyəti orqanlarına təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə görə ‐
fiziki şəxslər iyirmi beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan 
altmış manatadək miqdarda cərimə edilir.
552 
M a d d ə  2 4 7‐1.  Mühasibat  uçotu  üzrə  qanunvericiliyin, hesabat və məlumatların 
təqdim edilməsi qaydalarının pozulması 
Mühasibat  uçotu  subyekti  tərəfindən  maliyyə  hesabatlarının  və  birləşdirilmiş  (konsolidə 
edilmiş) maliyyə hesabatlarının və sığorta nəzarəti orqanına təqdim edilməli olan digər hesabat 
və  məlumatların  qanunvericiliyə  müvafiq  olaraq  hazırlanması,  təqdim  olunması,  o  cümlədən 
hesabatlarda  və  qanunvericiliyə  əsasən tələb  olunan  digər məlumat  formalarında  informasiya 

və  göstəricilərin  tam  və  ya  düzgün  əks  etdirilməməsinə, həmçinin,  uçot  sənədlərinin 
saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə‐
vəzifəli  şəxslər  üç  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min  beş 
yüz manatdan iki min manatadək miqdarda cərimə edilirlər.
553 
M a d d  ə  247‐2.  Poçt  rabitəsinin  milli  operatoru  tərəfindən  maliyyə  xidmətləri 
sahəsində qanunvericiliyin pozulması 
Poçt  rabitəsinin  milli  operatorunun  maliyyə  xidmətləri  sahəsində  fəaliyyətinə  dair 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  tərəfindən  müəyyən  edilən  ayrı‐ayrı  prudensial 
normativlərin  və  tələblərin  pozulmasına,  yaxud  prudensial  hesabatların  vaxtında,  tam  və  ya 
düzgün  təqdim  olunmasına  görə  ‐ vəzifəli  şəxslər  400  manatdan  700  manatadək məbləğdə 
cərimə edilir. 
554 
M a d d ə 247‐3. Məcburi auditdən yayınma 
Qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa 
görə ‐
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz 
manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilir. 
555 
M a d d  ə  2 4 8 .  Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulması 
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxsləri tərəfindən dövlət rüsumunun  düzgün 
tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə ‐
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
556 
M a d d  ə  2 4 9 .   Vergilərin  və  ya  icbari  ödənişlərin  hesabdan  silinməsi  qaydalarının 
pozulması 
Bankın vəzifəli şəxsləri tərəfindən müəssisələrin hesablarından vergilərin və ya digər icbari 
ödənişlərin silinməsi qaydalarına əməl olunmamasına görə ‐
vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda cərimə edilir.
557 
M a d d  ə  2 5 0 .  (Çıxarılıb) 
558 
M a d d  ə  2 5 1 .  (Çıxarılıb) 
559 
M a d d  ə  2 5 2 .  Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması 
252.0. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni: 
252.0.1.  nəzarət‐kassa  aparatları  tətbiq  edilmədən və  ya  vergi  orqanlarında  müəyyən 
olunmuş qaydada qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət‐
kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına; 
252.0.2. 
nasaz 
nəzarət‐kassa 
aparatlarından 
istifadə 
edilməklə
əhali 
ilə 
pul 
hesablaşmalarının aparılmasına və ya bu səbəbdən nəzarət‐kassa aparatından istifadə edilməsi 
dayandırıldıqda  əhali  ilə  pul  hesablaşmalarının  qeydiyyatının  aparılması  qaydalarının 
pozulmasına; 
252.0.3. alıcıya çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə 
çek verilməsinə; 
560 

252.0.4.maliyyə hesabatı kimi istifadə olunan ciddi hesabat blanklarından istifadə etmədən 
və  ya  müəyyən  olunmuş  qaydada  təsdiq  olunmuş  formalara  uyğun  olmayan  sənədlərdən 
istifadə etməklə pul hesablaşmalarının aparılmasına, habelə ödənilmiş məbləğdən aşağı məbləğ 
göstərilən sənədin alıcıya təqdim edilməsinə görə ‐
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  yetmiş  mislindən səksən  mislinədək 
miqdarda, hüquqi şəxslər iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir. 
Maddə 253. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı məlumatların verilməsi 
Sığorta  müqaviləsi  bağlanarkən və  ya  qüvvədə  olarkən,  həmçinin  sığorta  hadisəsinin 
araşdırılması  və  zərərlərin  tənzimlənməsi  zamanı  sığortalılara  və  (və  ya)  sığorta  olunanlara, 
həmçinin  faydalanan  şəxslərə  onların  hüquq  və  vəzifələri  haqqında  sığortaçılar  və  sığorta 
vasitəçiləri  tərəfindən  yanlış  və  ya  aldadıcı  məlumatların,  həmçinin  belə  məlumatların  əks 
olunduğu sənədlərin verilməsinə görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
561 
Maddə 253‐1. İcbari sığorta müqaviləsinin bağlanmaması
 İcbari  sığorta  qanunvericiliyinə  əsasən,  müvafiq  riskləri  icbari  qaydada  sığorta  etdirmək 
vəzifəsi  müəyyən  edilmiş  fiziki  və  ya  hüquqi  şəxslər tərəfindən  sığortaçı  ilə  icbari  sığorta 
müqaviləsinin bağlanmamasına görə ‐
fiziki  şəxslər  on  manat  miqdarında,  vəzifəli  şəxslər  altmış  manatdan  səksən  manatadək 
miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
562 
Maddə 253‐2. İcbari sığorta növləri üzrə müvafiq ayırmaların aparılmaması 
Sığortaçılar  tərəfindən  icbari  sığorta  növləri  üzrə  qanunvericilikdə  müəyyən  edilmiş 
qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə ‐
vəzifəli şəxslər altmış manatdan səksən manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan 
iki yüz manatadək miqdarda cərimə edilir.
563 
Maddə  253‐3.  Auditorun  mülki  məsuliyyətinin  icbari  sığortası  müqaviləsinin 
bağlanmaması 
Auditor  xidməti  göstərən  fiziki  və  hüquqi  şəxslər tərəfindən  sığortaçı  ilə  mülki 
məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə ‐
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər səksən manatdan yüz 
manatadək miqdarda cərimə edilir. 
564 
Maddə 254. Sığorta növünün qanunsuz aparılması 
Sığortaçılar  tərəfindən hər  hansı  sığorta  növünün  qanunvericilikdə  nəzərdə  tutulmuş 
qaydada müvafiq icazə almadan aparılmasına görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  əlli  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  iyirmi 
manatdan yüz altmış manatadək miqdarda cərimə edilir.
565 
Maddə  255.  Sığorta  qanunvericiliyinin  aktuarilər,  müstəqil  ekspertlər,  müstəqil 
auditorlar  və  sığorta  sahəsində  yardımçı  fəaliyyət  göstərən  hüquqi  şəxslərlə  bağlı 
tələblərinin pozulması 
Aktuarilər,  müstəqil  ekspertlər,  müstəqil  auditorlar  və  sığorta  sahəsində  yardımçı 
fəaliyyət  göstərən  hüquqi  şəxslər tərəfindən  sığorta  qanunvericiliyində  onların  fəaliyyəti  ilə 
bağlı müəyyən edilmiş tələblərin pozulmasına görə ‐

vəzifəli  şəxslər  qırx  manatdan  səksən  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
566 
Maddə 255‐1. Sığorta qanunvericiliyinə uyğun olaraq verilmiş təqdimatların vaxtında 
və tam yerinə yetirilməməsi 
Sığorta  qanunvericiliyinə  uyğun  olaraq verilmiş  təqdimatların  vaxtında  və  (və  ya)  tam 
yerinə yetirilməməsinə görə ‐
vəzifəli şəxslər əlli manatdan səksən beş manatadək miqdarında, hüquqi şəxslər yüz əlli 
manatdan iki yüz manatadək miqdarında cərimə edilir.
567 
Maddə  255‐2.  Sığorta  nəzarətinin  həyata  keçirilməsinin  maliyyələşdirilməsi  üçün 
müəyyən edilmiş ayırmaların aparılmaması 
Sığorta  nəzarəti  orqanının  sığorta  sektorunda  tənzimləmə  və  nəzarət  funksiyalarının 
həyata  keçirilməsi  üzrə  fəaliyyətinin  maliyyələşdirilməsi  üçün  qanunvericiliklə  müəyyən 
edilmiş, sığortaçının daxil olan sığorta haqlarından və xaricdən aldığı təkrarsığorta haqlarından 
aparmalı olduğu müvafiq ayırmaların vaxtında və ya tam həyata keçirilməməsinə görə ‐
vəzifəli şəxslər qırx manatdan səksən beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
568 
Maddə 255‐3. Müvafiq məlumatların verilməməsi 
Sığortaçılar, təkrarsığortaçılar və hüquqi şəxs olan sığorta vasitəçiləri tərəfindən onların 
fəaliyyətləri, o cümlədən nizamnamələri, idarə edilməsi, səhmdarları və ya iştirakçıları ilə bağlı 
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada məlumat verilməməsinə görə ‐
vəzifəli şəxslər  qırx manatdan səksən  manatadək miqdarda, hüquqi şəxslər yüz  manatdan 
yüz əlli manatadək miqdarda cərimə edilir.
569 
M a d d  ə 
2 5 6 .   Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  xüsusi 
hesabına vəsait köçürməmə 
Vergi  ödədikdən  sonra  öz  sərəncamında  qalan  mənfəətin  bir  faizi  həcmində  vəsaitin 
sığortaçılar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi 
hesabına ödənilməməsinə görə ‐
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  otuz  mislindən  qırx  beş  mislinədək 
miqdarda, hüquqi şəxslər ödənilməmiş vəsaitin əlli faizindən yüz faizinədək miqdarda cərimə 
edilir. 
570 
M a d d  ə  2 5 7 .  Uçotun  hesabatın təqdim edilməməsi  ya onların təqdim edilməsi 
qaydalarının pozulması 
Rüblük  və  illik  hesabat  zamanı  sığortaçının  filiallarının  hesabatlarını  nəzərə  almaqla 
ümumiləşmiş  mühasibat  balansı  barədə  hesabat  təqdim  edilməməsinə  və  ya  sığortaçının 
maliyyə  sabitliyi  və  ödəmə  qabiliyyəti  barədə  hesabatların  və  digər məlumatların  tərtib 
edilməsi qaydalarının pozulmasına görə ‐
şərti  maliyyə  vahidi  məbləğinin  otuz  beş  mislindən  əlli  mislinədək  miqdarda  cərimə 
edilir.
571 
Maddə  257‐1.  Azərbaycan  Respublikasının  ərazisində  yerləşən və  ya  mövcud  olan 
sığorta predmeti ilə bağlı əmlak mənafelərinin xaricdə sığorta və təkrarsığorta etdirilməsi 

Azərbaycan Respublikasının ərazisində yerləşən və ya mövcud olan sığorta predmeti ilə 
bağlı  əmlak  mənafelərinin  fiziki  və  hüquqi  şəxslər tərəfindən  xarici  sığortaçılarda  sığorta 
etdirilməsinə, həmçinin  belə  risklərin  qanunvericilikdə  müəyyən  edilməmiş  qaydada 
sığortaçılar,  təkrarsığortaçılar  və  sığorta  brokerləri  tərəfindən  xaricdə  təkrarsığorta 
etdirilməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  otuz  beş  manatadək  miqdarında,  vəzifəli  şəxslər  əlli 
manatdan  səksən  manatadək  miqdarında,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
miqdarında cərimə edilir.
572 
M a d d  ə  2 5 7  ‐ 2 .  Məcburi dövlət sosial sığortası qaydalarının pozulması 
573 
Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə – 
574 
fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda cərimə 
edilir.
575 
576
M a d d  ə  2 5 7  ‐ 3 .  Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması 
Nəqliyyat  vasitələrinin  mülkiyyətçisi  (istifadəçisi)  tərəfindən sərnişinlərin  icbari  sığortası 
haqqında müqavilə bağlamadan hava, dəmir yolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası 
daşımalar) sərnişin daşımaları üzrə fəaliyyətin göstərilməsinə görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidinin  on  mislindən  iyirmi  mislinədək  miqdarda,  vəzifəli 
şəxslər  şərti  maliyyə  vahidinin  otuz  mislindən  əlli  mislinədək  miqdarda,  hüquqi  şəxslər  şərti 
maliyyə vahidinin səksən mislindən yüz mislinədək miqdarda cərimə edilir. 
Qeyd: Bu maddənin məqsədləri üçün ʺfiziki və hüquqi şəxslər” dedikdə sığorta etdirən (daşıyıcı) başa düşülür. 
M a d d ə 257‐4. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında qanunvericiliyin 
pozulması 
Sığortaedənlər tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  və  qaydada 
sığortaolunanlar  haqqında  məlumatların  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim 
edilməməsinə görə ‐
fiziki  şəxslər  otuz  manat  miqdarında,  vəzifəli  şəxslər səksən  manat  miqdarında,  hüquqi 
şəxslər iki yüz əlli manat miqdarında cərimə edilir.
577 
Maddə  257‐5.  Sığorta  nəzarəti  orqanının  qanuna  uyğun  olaraq  tələb  etdiyi 
məlumatların banklar tərəfindən təqdim olunmaması 
Sığorta  nəzarəti  orqanının  qanuna  uyğun  olaraq  tələb  etdiyi  məlumatların  banklar 
tərəfindən vaxtında və ya tam təqdim olunmamasına görə ‐
vəzifəli  şəxslər  beş  yüz  manatdan  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  min 
manatdan on beş min manatadək miqdarda cərimə edilir.
578 
İ y i r m i   b i r i n c i   f ə s i l  
GÖMRÜK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə 
2 5 8 .   Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi 
Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
gömrük  nəzarətindən kənar  keçirilməsinə, yəni  Azərbaycan  Respublikası  müvafiq  icra 

hakimiyyəti  orqanlarının  müəyyən  etdiyi  yerlərdən kənar  və  ya  gömrük  rəsmiləşdirilməsi 
icraatının müəyyən edilmiş vaxtından kənar keçirilməsinə görə, bu az miqdarda olduqda ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
Qeyd:  Bu  Məcəllənin  258‐260‐cı  maddələrində  və  261.1‐ci  maddəsində  ʺaz  miqdarda  olduqdaʺ  dedikdə 
dörd 
min  manatadək  olan  məbləğ,  262‐ci  maddəsində  ʺaz  miqdarda  olduqdaʺ  dedikdə  iyirmi  min  manatadək  olan 
məbləğ, 290‐cı maddəsində ʺaz miqdarda olduqdaʺ dedikdə isə iki min manatadək olan məbləğ başa düşülür.
579 
M a d d  ə  2 5 9 .   Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  malların 
gömrük nəzarətindən gizlədilməsi 
Azərbaycan Respublikasının  gömrük sərhədindən  keçirilən  malların  gömrük  nəzarətindən 
gizlədilməsinə, yəni  gizli  saxlanc  yerlərindən və  ya  malların  aşkar  edilməsini  çətinləşdirən 
digər üsullardan istifadə edilməsinə, yaxud bir qəbildən olan malların digər şəklə salınmasına 
görə, bu az miqdarda olduqda ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 6 0 .   Sənədlərdən və  ya  eyniləşdirmə  vasitələrindən  aldatma  yolu  ilə 
istifadə  etməklə  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən keçirilməsi 
Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti  orqanına  gömrük  məqsədləri  üçün 
doğru olmayan məlumatları əks etdirən sənədlər, yaxud digər mallara və nəqliyyat vasitələrinə 
aid olan sənədlər təqdim edilməsinə və ya saxta eyniləşdirmə vasitələrindən istifadə edilməsinə 
görə, bu az miqdarda olduqda ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
M a d d  ə  2 6 1 .   Malların  və  nəqliyyat  vasitələrinin  bəyan  edilməməsi  və  ya  düzgün 
bəyan edilməməsi 
261.1.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  malların  və  nəqliyyat 
vasitələrinin  bəyan  edilməməsinə  və  ya  düzgün  bəyan  edilməməsinə  görə,  bu  az  miqdarda 
olduqda ‐
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud 
həmin  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  otuz  faizindən  yüz  faizinədək  miqdarda 
cərimə edilir. 
261.2. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən 
keçirilməsi,  onların  tələb  olunan  gömrük  rejimi  altında  yerləşdirilməsi,  gömrük  ödənişlərinin 
məbləği  haqqında  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarının 
qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
yüz manatadək miqdarda, hüquqi şəxslər yüz  əlli manatdan iki yüz əlli manatadək miqdarda 
cərimə edilir.
580 

M a d d  ə  2 6 2 .  Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması 
Xarici  iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  nəticəsində  əldə  edilmiş  və  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada Azərbaycan  Respublikasının  müvəkkil olunmuş  bankının  hesabına 
məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, 
bu az miqdarda olduqda ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olan  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  beş 
faizindən əlli faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə  2 6 3 .  Gömrük nəzarəti zonası rejiminin pozulması 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan  gömrük 
nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında hərəkət etməyə, istehsal 
və  digər  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmağa,  yaxud  gömrük  nəzarəti  zonası  rejimini 
başqa şəkildə pozmağa görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  manatdan  iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda 
cərimə edilir.
581 
M a d d  ə 
2 6 4 .   Mallar  və  nəqliyyat  vasitələri  gətirilərkən və  ya  aparılarkən 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və 
ya təhrif olunmuş məlumatın verilməsi 
Əgər  belə  məlumat  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  qeydiyyata  alınmışsa, 
mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilərkən 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçmə  barədə  və  ya  gömrük  ərazisindən 
aparılarkən  malların  və  nəqliyyat  vasitələrinin  aparılması  barədə  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanına  məlumatların  verilməməsinə  və  ya  təhrif  olunmuş 
məlumatın  verilməsinə,  yaxud  malların  və  nəqliyyat  vasitələrinin  məlumatda  göstərilən  yerə 
müəyyən edilmiş vaxta çatdırılmamasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  əlli  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
yüz manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda 
cərimə edilir.
582 
M a d d  ə  2 6 5 .  Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı tədbir görülməməsi 
265.0. Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri zamanı qanunvericiliklə müəyyən edilmiş 
tədbirlərin görülməməsinə, yəni: 
265.0.1. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerə 
çatdırılmaq  üçün  qəbul  edilmiş  və  ya  tranzitlə  keçirilən  malların  və  nəqliyyat  vasitələrinin 
qorunmasının təmin edilməməsinə; 
265.0.2. icazə olmadan onlardan istifadəyə yol verilməsinə; 
265.0.3.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarına  işin  halları, 
malların və nəqliyyat vasitələrinin olduğu yer barədə məlumatın verilməməsinə; 
265.0.4.  ən  yaxın  olan  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına 
malların və nəqliyyat vasitələrinin daşınmasının təmin edilməməsinə; 
265.0.5.  malların  və  nəqliyyat  vasitələrinin  olduğu  yerə  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin gətirilməməsinə görə ‐

inzibati  xətanın  bilavasitə  obyekti  olan  malların  və  nəqliyyat  vasitələrinin  dəyərinin  iki 
faizindən on faizinədək miqdarda cərimə edilir. 
M a d d  ə 
2 6 6 .   Malların,  nəqliyyat  vasitələrinin  və  onlara  aid  olan  sənədlərin 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin