AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

yolla əldə edilməsi və ya yayılması 
Sahibkarın  razılığı  olmadan  kommersiya  və  ya  bank  sirlərini  təşkil  edən məlumatların 
tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu 
az miqdarda ziyan vurduqda ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx 
manatdan  əlli  beş manatadək miqdarda, hüquqi şəxslər yüz  əlli manatdan iki yüz  manatadək 
miqdarda cərimə edilir.
486 
Qeyd:  Bu  maddədə  ʺaz  miqdarda  ziyan  vurduqdaʺ  dedikdə, 
yeddi  min  manatadək  olan  məbləğ 
başa 
düşülür.
487 

M a d d  ə  2 2 3  ‐ 1 .   Qrant  alınması  (verilməsi)  haqqında  müqavilələrin  və  qərarların 
surətlərinin qeydiyyat üçün təqdim edilməməsi 
488 
223‐1.1.  Qrant  alan  hüquqi  şəxslər tərəfindən  qrant  alınması  haqqında  müqavilələrin  və 
qərarların  surətlərinin  qeydiyyat  üçün  qanunvericiliklə  müəyyən  edilmiş  müddətlərdə 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilməməsinə  görə 
min manatdan iki min beş yüz manatadək 
miqdarda cərimə edilir.
489 
223‐1.2.  Dini  qurumlar  tərəfindən  qrant  alınması  (verilməsi)  haqqında  müqavilələr və 
qərarlar  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata 
alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə ‐
min manatdan iki min beş yüz manatadək 
miqdarda cərimə edilir.
490 
M a d d  ə  2 2 3  ‐ 2 .  Denominasiya  zamanı  pul  nişanlarının  dəyişdirilməsi  qaydalarının 
pozulması 
491 
223‐2.0.  Azərbaycan  Respublikasının  pul  nişanlarının  nominal  dəyərinin  və  qiymətlər 
miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı: 
223‐2.0.1. köhnə  nümunəli  pul nişanlarının  yeni  nümunəli  pul  nişanlarına  dəyişdirilmənin 
müddətləri, məbləğləri, yaxud subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına; 
223‐2.0.2.  köhnə  nümunəli  pul  nişanlarının  yeni  nümunəli  pul  nişanlarına  dəyişdirilməsi 
üçün banklar tərəfindən komisyon haqqının tutulmasına görə ‐
vəzifəli şəxslər beş yüz  manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında 
cərimə edilir. 
M a d d ə  223‐3. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin  edilməməsi 
Kredit  təşkilatları  tərəfindən  Azərbaycan  Respublikası 
Mərkəzi  Bank
ının  müəyyən 
etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə görə ‐
vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min beş yüz manat miqdarında 
cərimə edilir. 
492 
Maddə  223‐4. Əmanətlərin sığortalanması qaydalarının pozulması 
493 
Əmanətlərin  Sığortalanması  Fonduna  sığorta  haqları  üzrə  qanunvericiliklə  müəyyən 
edilmiş ödənişlərin 
Mərkəzi Bank
ın müəyyən etdiyi müddətdə tam ödənilməməsinə görə‐
vəzifəli şəxslər 
min 
manat miqdarında cərimə edilir. 
494 
Maddə 223‐5. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, məhdudlaşdırılmış və ya 
dayandırılmış fəaliyyətlə məşğul olma 
Qanunda,  qanuna  müvafiq  olaraq  bank  lisenziyasında  qadağan  olunmuş  və  ya  bankın 
fəaliyyəti  dövründə  məhdudlaşdırılmış,  yaxud  dayandırılmış  fəaliyyətin  həyata  keçirilməsinə 
görə ‐
hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək miqdarda cərimə edilir. 
Maddə 223‐6. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının 
göstərişlərinin icra edilməməsi 

223‐6.1.  Bank  fəaliyyətinə  dair  prudensial  normativlərin  və  tələblərin  pozulması  aşkar 
edildikdə, həmin  pozuntunun  aradan  qaldırılması  barədə  Azərbaycan  Respublikası 
Mərkəzi 
Bank
ının göstərişinin vaxtında icra edilmədiyinə görə ‐
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on 
beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir. 
223‐6.2.  Bu  Məcəllənin  223‐6.1‐ci  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna  olmaqla, 
Azərbaycan  Respublikası 
Mərkəzi  Bank
ının  qanuna  uyğun  olaraq  verdiyi  digər  göstərişinin 
vaxtında icra edilmədiyinə görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min 
manatdan on beş min manatadək miqdarda cərimə edilir. 
Maddə 223‐7. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət 
edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması 
Banka  aidiyyəti  olan  şəxslərlə  və  ya  aidiyyəti  olan  şəxs  adından  hərəkət  edən  şəxslərlə 
əməliyyatların aparılması qaydalarının pozulmasına görə ‐
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on 
beş min manatdan iyirmi min manatadək miqdarda cərimə edilir. 
Maddə 223‐8. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial, maliyyə və 
bank statistikası hesabatlarının təqdim edilməsi qaydalarının pozulması 
223‐8.1.  Bank  statistikası  hesabatlarının  Azərbaycan  Respublikasının 
Mərkəzi  Bank
ına 
təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə ‐
vəzifəli  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min 
manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. 
223‐8.2.  Bank  və  ya  xarici  bankın  yerli  filialı  tərəfindən  prudensial  və  ya  maliyyə 
hesabatların  Azərbaycan  Respublikasının 
Mərkəzi  Bank
ına  təqdim  edilməməsinə,  yaxud 
vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər on min 
manatdan on beş min manatadək miqdarda cərimə edilir. 
Maddə 223‐9. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların təqdim edilməsi  
qaydalarının pozulması  
Mərkəzləşdirilmiş  kredit  reyestrinə  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 
məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə ‐
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər beş min 
manatdan yeddi min manatadək miqdarda cərimə edilir. 
Maddə  223‐10.  İxrac  məqsədli  neft‐qaz  fəaliyyətində  işçi  qüvvəsindən  istifadə 
qaydalarının pozulması 
Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  podratçılar  və  subpodratçılar 
tərəfindən  əmək  müqaviləsi  əsasında  ixrac  məqsədli  neft‐qaz  fəaliyyətinin  həyata 
keçirilməsinə  cəlb  edilən  Azərbaycan  Respublikası  vətəndaşlarının  qanunla  müəyyən 
olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə ‐

vəzifəli  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarında,  hüquqi 
şəxslər on min manatdan on iki min manatadək miqdarında cərimə edilir.
495 
O n   d o q q u z u n c u   f ə s i l  
TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  2 2 4 .  Buraxılması və ya satılması qadağan olunmuş malların satılması, yaxud 
qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) 
Buraxılması  və  ya  satılması  qadağan  olunmuş  malların  satılmasına,  yaxud  qadağan 
olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  mallar  müsadirə  edilməklə  və  ya  edilməməklə 
fiziki şəxslər üç yüz  əlli  manatdan beş  yüz  manatadək miqdarda, vəzifəli şəxslər  min  altı yüz 
əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. 
496 
M a d d  ə  2 2 5 .   Malların  saxlanılması  və  ya  satışı  zamanı  mal  qonşuluğunun  və  ya 
satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması 
225.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına və 
ya temperatur rejiminə əməl edilməməsinə görə ‐
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.
497 
225.2.  Satılmış  malların  dəyişdirilməsi  və  ya  geri  qaytarılması  qaydalarının  pozulmasına 
görə ‐
beş yüz manatdan min manatadək miqdarda cərimə edilir.
498 
M a d d  ə  2 2 6 .  Qiymət intizamının pozulması 
226.1.  Qiymət  intizamının  pozulmasına,  yəni  satışda  olan  malların  üzərində  qiymət 
kağızlarının  və  ya  göstərilən  xidmətlərə  və  ya  işlərə  qiymət cədvəllərinin  (menyuların) 
olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə ‐
səkkiz yüz manatdan min manatadək miqdarda cərimə edilir.
499 
226.2.  Azərbaycan  Respublikasının  ərazisində  satılan  malların  (işlərin,  xidmətlərin) 
qiymətlərinin manatla göstərilməməsinə görə ‐
500 
min yüz manatdan min altı yüz əlli manatadək miqdarda cərimə edilir. 
501 
M a d d  ə  2 2 7 .  Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılması 
Mürəkkəb  texniki  qrup  malların  texniki  pasportsuz  satılmasına  və  ya  texniki  pasportların 
düzgün tərtib edilməməsinə görə ‐
fiziki  şəxslər  üç  yüz  əlli  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  altı 
yüz əlli manatdan iki min iki yüz manatadək miqdarda cərimə edilir. 
502 
M a d d  ə  2 2 8 .  İstehlakçıların hüquqlarının pozulması 
228.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 
228.0.1. məhsulun standartlaşdırılması və keyfiyyəti, ölçü vasitələrinin tədavülə buraxılması 
və saxlanması, onların işlədilməsi qaydalarının pozulmasına; 
503 
228.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 

228.0.3.  standartların  və  dıgər  normativ  sənədlərin  tələblərinə  cavab  verməyən  malların 
istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
504 
228.0.4. 
qanunvericiliyə 
uyğun 
olaraq 
sertifikatlaşdırılmalı 
olan, 
lakin 
sertifikatlaşdırılmadan  malların  istehsalına,  satılmasına,  işlərin  yerinə  yetirilməsinə, 
xidmətlərin göstərilməsinə; 
505 
228.0.5.  standartların,  digər  normativ  sənədlərin  tələblərinin  pozulması  nəticəsində 
insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və 
ya satılmasına, işin (xidmətin) görülməsinə; 
506 
228.0.6.  qüvvədə  olan  standartların,  digər  normativ  sənədlərin  tələblərinə  uyğun  olmayan 
malların satılmasına; 
507 
228.0.7.  lazımi  xəbərdarlıq  nişanı  olmayan  və  ya  təhlükəsiz  istifadə  qaydaları  və  şəraiti 
barədə  məlumat  vərəqəsi  olmadan  qanunvericiliklə  müəyyən  edilmiş  təhlükəli  malların 
satılmasına; 
228.0.8. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə; 
228.0.9.  sertifikatlaşdırılmış  malların,  işlərin  (xidmətlərin)  sertifikatlaşdırma  üzrə 
akkreditasiya  olunmuş  orqanların,  sınaq laboratoriyalarının  (mərkəzlərinin)  dövlət  reyestrinin 
aparılmamasına; 
228.0.10.  dövlət  reyestrinə  daxil  edilməyən,  dövlət  sınaqlarından  və  ya  metroloji 
attestasiyadan keçməyən, habelə yoxlanmayan ölçü vasitələrinin tədavülə buraxılmasına; 
508 
228.0.11.  müəyyən  edilmiş  qaydada  müvafiq  icazə  almadan  mülkiyyət  formasından  asılı 
olmayaraq müəssisə, idarə və təşkilatlar tərəfindən ölçü vasitələrinin hazırlanmasına, təmirinə 
və yoxlanmasına, habelə yoxlama metodlarının və qaydalarının pozulmasına; 
228.0.12. ölçü vasitələrinin işlədilməsi qaydalarının pozulmasına görə ‐
vəzifəli  şəxslər  min  beş  yüz  manatdan  iki  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  dörd 
min manatdan beş min manatadək miqdarda cərimə edilir. 
509 
Maddə 228‐1. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi 
510 
Saxta  və  ya  dövlət  standartlarının,  standartlaşdırma  üzrə  digər  normativ  sənədlərin 
tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə ‐
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər üç yüz 
manatdan  beş  yüz  manatadək,  vəzifəli  şəxslər  min  manatdan  iki  min  manatadək,  hüquqi 
şəxslər dörd min manatdan yeddi min manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  2 2 9 .   Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların)  habelə 
marka  olmadan  satılması,  satış  məqsədi  ilə  saxlanması,  və  ya  istehsal  binasının 
hüdudlarından kənara çıxarılması. 
511 
Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulların  (malların)  belə  marka  olmadan  az 
miqdarda  satılmasına,  satış  məqsədi  ilə  saxlanmasına  və  ya  istehsal  binasının  hüdudlarından 
kənara çıxarılmasına görə ‐
aksiz  markası  olmayan  məhsullar  (mallar)  müsadirə  edilməklə  fiziki  otuz  beş  manatdan 
qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər səksən  manatdan  doxsan  manatadək  miqdarda, 
hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
512 
Qeyd: bu maddədə ʺaz miqdardaʺ dedikdə, beş yüz manatadək olan məbləğ başa düşülür.
513 

M a d d  ə 
2 3 0 .   Fiziki  şəxslərə  dərman  vasitələrinin  buraxılması  qaydalarının 
pozulması 
230.1.  Apteklərdə  resept  təqdim  edilməklə  buraxılmalı  olan  dərman  vasitələrinin  reseptsiz 
buraxılmasına  və  ya  yetkinlik  yaşına  çatmayanlara  dərman  vasitələrinin  buraxılması 
qaydalarının pozulmasına görə ‐
yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
514 
230.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, ətriyyat‐kosmetika, uşaq 
yeməkləri,  müalicəvi  mineral  sular,  bioloji  fəallığa  malik  qida  əlavələri  və  şəxsi  sanitariya‐
gigiyena malları istisna olmaqla, digər malların satılmasına görə ‐
515 
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
516 
M a d d  ə  2 3 1 .  İstehlakçıları aldatma 
Mal  satan  və  ya  əhaliyə  xidmət  göstərən təşkilatlar,  həmçinin  ticarət  (xidmət)  sahəsində 
fərdi  sahibkar  kimi  qeydə  alınmış  şəxslər tərəfindən  malın  (xidmətin)  ölçüsünə, çəkisinə, 
hesabına dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda ‐
vəzifəli  şəxslər  beş  yüz  manatdan  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda cərimə edilir. 
517 
Qeyd: Bu maddədə ʺaz miqdarda olduqdaʺ dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.
518 
M a d d  ə  2 3 2 .  Mülki silahın satış qaydasının pozulması 
Ticarət  müəssisələri  (təşkilatları)  işçilərinin  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanlarından xüsusi icazəsi olmayan fiziki şəxslərə, müəssisə, idarə və təşkilatlara 
519
mülki silahı və onun üçün döyüş sursatı satmasına görə ‐
vəzifəli  şəxslər  otuz  beş  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
520 
M a d d  ə  2 3 3 .   Mülki  silahın  saxlanması  üçün  xüsusi  icazə  ləğv  edildikdən  sonra 
vətəndaşların onu satmaqdan boyun qaçırması 
Vətəndaşların mülki silahının və döyüş sursatının saxlaması və ondan təyinatı üzrə istifadə 
etmək üçün gəzdirilməsi hüququnu təsdiq edən xüsusi icazə Azərbaycan Respublikası müvafiq 
icra  hakimiyyəti  orqanı  tərəfindən ləğv  edildikdə,  onların  bu  silahı  satmaqdan  boyun 
qaçırmasına görə ‐
521 
silah  və  döyüş  sursatı  ödənişlə  alınır  və  səkkiz  manatdan  on  beş  manatadək  miqdarda 
cərimə edilir.
522 
M a d d  ə  2 3 4 .   Cinayət  yolu  ilə  əldə  edildiyini  bilə‐bilə  pul  vəsaitlərini  və  ya  digər 
əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə 
Cinayət  yolu  ilə  əldə  edildiyini  bilə‐bilə  az  miqdarda  pul  vəsaitləri  və  ya  digər  əmlakı 
əldə  etməyə,  onlara  sahiblik  və  ya  onlardan  istifadə  etməyə,  yaxud  onların  əldə  edilməsinin 
həqiqi mənbəyini gizlətmədən onlara sərəncam verməyə görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmet  müsadirə  edilməklə  yüz  manatdan 
beş yüz manatadək miqdarda cərimə edilir. 
Qeyd: Bu Məcəllənin 234‐cü maddəsində ʺaz miqdardaʺ dedikdə min manatadək olan məbləğ başa düşülür.
523 

M a d d  ə 
2 3 5 .   Müəyyən  edilməmiş  yerlərdə  malların  satılması  və  ya  işlərin 
(xidmətlərin) göstərilməsi 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən 
edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) göstərilməsinə görə ‐
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
524 
M a d d  ə  2 3 6 .   Etil  (yeyinti)  spirti  və  alkoqollu  içkilər və  ya  tütün  məmulatı  ticarəti 
qaydalarının pozulması 
236.1.  Ticarət və  ya  ictimai  iaşə  müəssislərinin  işçiləri  tərəfindən  etil  (yeyinti)  spirti  və 
alkoqollu içkilərin və ya tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə ‐
on manatdan otuz beş manatadək miqdarda cərimə edilir.
525 
236.2.  Ticarət və  ya  ictimai  iaşə  müəssislərinin  işçiləri  tərəfindən  etil  (yeyinti)  spirti  və 
alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə ‐
on beş manatdan qırx manatadək miqdarda cərimə edilir.
526 
M a d d  ə  2 3 7 .  Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı 
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə ‐
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə fiziki şəxslər səkkiz yüz 
manatdan  min  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min  manatdan  beş  min  manatadək 
miqdarda cərimə edilir. 
527 
Maddə  238.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi, 
dövriyyəsi  və  onlardan  hazırlanmış  məhsulların  (məmulatların)  mühafizəsi,  pərakəndə 
satışı,  uçotu,  saxlanılması,  onların  qırıntılarının  və  tullantılarının  yığılması  qaydalarının 
pozulması 
528 
238.1.  Qiymətli  metalların  və  qiymətli  daşların  istehsalı,  emalı,  istifadəsi  və  dövriyyəsi 
qaydalarının pozulmasına görə‐
fiziki  şəxslər  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan səkkiz yüz  manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək 
miqdarda cərimə edilir.
529 
238.2.  Qiymətli  metalların  və  qiymətli  daşların,  onlardan  hazırlanmış  məhsulların 
(məmulatların)  mühafizəsi,  pərakəndə  satışı,  uçotu,  saxlanılması,  onların  qırıntılarının  və 
tullantılarının yığılması qaydalarının pozulmasına görə‐
fiziki  şəxslər  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan səkkiz yüz  manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək 
miqdarda cərimə edilir.
530 
Maddə  238‐1.  Üzərində  dövlət  əyar  damğası  olmayan  və  ya  saxta  əyar  damğası  həkk 
olunmuş  qiymətli  metallardan  və  qiymətli  daşlardan  hazırlanmış  zərgərlik  və  digər məişət 
məmulatlarının satışı 
531 
Qanunvericiliklə  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  üzərində  Azərbaycan 
Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunmuş qiymətli 
metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik  və digər məişət məmulatının satışına 
görə‐
532 

fiziki  şəxslər  yüz  manatdan  dörd  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan səkkiz yüz  manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək 
miqdarda cərimə edilir. 
533 
M a d d  ə  2 3 9 .  Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulması 
Bazarlarda və yarmarkalarda ticarət qaydalarının pozulmasına görə ‐
on manatdan qırx manatadək miqdarda cərimə edilir.
534 
M a d d  ə  2 4 0 .   Malların  alğı‐satqısı,  işlərin  görülməsi  və  ya  xidmətlərin  göstərilməsi 
qaydalarının pozulması 
Malların  alğı‐satqısı,  işlərin  görülməsi  və  ya  xidmətlərin  göstərilməsi  qaydalarının 
pozulmasına görə ‐
on beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
535 
M a d d  ə  2 4 0  ‐ 1 .  Elektron ticarət haqqında qanunvericiliyin pozulması 
536 
240‐1.1.  Elektron  ticarətdə  satıcı  (təchizatçı)  tərəfindən  alıcıya  (sifarişçiyə) və  səlahiyyətli 
dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
537 
240‐1.2.  Elektron  ticarətdə  elektron  sənəd  dövriyyəsi  vasitəçisinin  xidmət  göstərərkən 
ötürdüyü,  saxladığı  informasiyaların  ümumi  monitorinqinin  aparılması  və  ya  qanunsuz 
fəaliyyətin  həyata  keçirilməsini  sübut  etmək məqsədi  ilə  fəal  surətdə  faktların  və  ya 
təfərrüatların  müəyyənləşdirilməsi  üzrə  hərəkətlərə  məcbur  edilməsinə  və  ya  bu  hərəkətlərin 
elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə 
görə ‐
fiziki  şəxslər  otuz  manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  beş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
538 
240‐1.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən xidmət göstərdiyi 
alıcıların  (sifarişçilərin),  satıcıların  (təchizatçıların)  qanunsuz  fəaliyyəti  və  ya  qanunsuz 
informasiya  ötürməsi  barədə  səlahiyyətli  dövlət  orqanlarına  məlumatın  verilməməsinə  və  ya 
səlahiyyətli  dövlət  orqanlarının  müraciətinə  əsasən  xidmətlərin  alıcılarının  (sifarişçilərinin), 
satıcıların  (təchizatçıların)  müəyyənləşdirilməsinə  imkan  verən
məlumatların  təqdim 
edilməməsinə görə ‐
fiziki  şəxslər  otuz  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  doxsan  manat 
miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.
539 
240‐1.4.Elektron  ticarətdə  elektron  sənəd  dövriyyəsi  vasitəçisi  tərəfindən məhkəmənin 
qərarı  və  ya  qanunvericilikdə  nəzərdə  tutulmuş  səlahiyyətli  dövlət  orqanının  müraciəti 
əsasında  hüquq  pozuntularının  qarşısının  alınması  məqsədi  ilə  göstərilən  xidmətin 
dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi halda informasiyanın 
silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə ‐
fiziki  şəxslər  otuz  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  doxsan  manat 
miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.
540 

M a d d  ə  2 4 1 .   Ticarət,  ictimai  iaşə  və  ya  xidmət  obyektlərinin  istismarı  və  ya 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin