AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat


başqa şəxslərə kirayəyə verilməsi



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

başqa şəxslərə kirayəyə verilməsi 
Mütəmadi  gəlir  (mənfəət)  əldə  etmək məqsədilə  abonentin  identifikasiya  modulunun 
(sim  kartlar  və  ya  digər  kartlar)  və  ya  mobil  telefon  aparatının  başqa  şəxslərə  kirayəyə 
verilməsinə görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək,  vəzifəli  şəxslər  min  manatdan  iki  min 
manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir.
389 
O n   a l t ı n c ı  f ə s i l  
İNFORMASİYADAN İSTİFADƏ EDİLMƏSİ, ONUN YAYILMASI VƏ MÜHAFİZƏSİ 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  1 8 1 .  İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması 
İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına görə ‐
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli 
manatadək miqdarda, hüquqi şəxslər doxsan manatdan yüz otuz manatadək miqdarda cərimə 
edilir.
390 
M a d d  ə 
1 8 1  ‐ 1 .   Ətraf  mühitə  dair  informasiyanın  verilməsinin  qanuna  zidd 
məhdudlaşdırılması 
391 
Ətraf mühitə dair informasiyanın verilməsinin qanuna zidd məhdudlaşdırılmasına görə – 
vəzifəli şəxslər əlli manat cərimə edilir.
392 

393
M a d d  ə  181‐2.  Məxfiləşdirilmiş  məlumatların  məxfiliyinin  açılması  haqqında 
sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması 
Azərbaycan  Respublikası  vətəndaşlarının,  müəssisələrinin,  idarələrinin,  təşkilatlarının  və 
dövlət  hakimiyyəti orqanlarının  məxfiləşdirilmiş  məlumatların  məxfiliyinin  açılması haqqında 
sorğularına  mahiyyəti  üzrə  baxmaqdan  boyun  qaçırılmasına  görə  vəzifəli  şəxslər  yetmiş 
manatdan doxsan manatadək miqdarda cərimə edilir.
394 
M a d d  ə  181‐3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması 
181‐3.1.  İnformasiya  sahibi  tərəfindən  açıq  informasiyanı  əldə  etmək  hüququnun 
məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə— 
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər səksən 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilirlər. 
181‐3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə 
görə— 
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər səksən  beş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilirlər. 
181‐3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina 
olunmasına görə— 
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  doxsan 
manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər. 
181‐3.4.  İnformasiya  sahibi  tərəfindən  malik  olduğu sənədlərin  qanunvericiliklə  müəyyən 
olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə— 
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər səksən 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilirlər. 
181‐3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün 
vəzifəli şəxsin təqib olunmasına görə— 
vəzifəli  şəxslər səksən  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli 
manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər. 
181‐3.6.  Sorğuçu  tərəfindən  qulluq  vəzifəsini  yerinə  yetirmək bəhanəsi  ilə,  yaxud  qulluq 
mövqeyindən  istifadə  etməklə  şəxsi  məqsəd  üçün  informasiya  əldə  edilməsi  və  ya  qulluq 
vəzifəsini  yerinə  yetirərkən,  əldə  etdiyi  informasiyadan  digər məqsədlər  üçün  istifadə 
edilməsinə görə— 
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər. 

M a d d  ə  181‐4. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması
395 
181‐4.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, yəni: 
181‐4.0.1. fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin 
dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və 
ya işlənilməsinə; 
181‐4.0.2.  fərdi  məlumatların  mülkiyyətçisi  və  ya  operatoru  tərəfindən fərdi  məlumatların 
mühafizəsinin  təmin  olunmamasına,  fərdi  məlumatlar  haqqında  qanunvericiliklə  tələb 
olunduğu  hallarda  və  müddətlərdə  fərdi  məlumatların  məhv  edilməməsinə,  yaxud  fərdi 
məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə – 
üç yüz manatdan beş yüz manatadək miqdarında cərimə edilir. 
Maddə  181‐5.  Gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki 
vasitələri satış məqsədi olmadan qanunsuz əldə etmə 
Gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki  vasitələri  satış 
məqsədi olmadan qanunsuz əldə etməyə görə ‐
gizli  qaydada  informasiya  alınması  üçün  nəzərdə  tutulmuş  texniki  vasitələr  müsadirə 
edilməklə iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir. 
396 
M a d d  ə  1 8 2 .  İnformasiyanın mühafizəsi qaydalarının pozulması 
182.1.  İnformasiyanın  mühafizəsi  sahəsində  fəaliyyətinin  lisenziya  ilə  nəzərdə  tutulmuş 
şərtlərinin pozulmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yetmiş  manatdan  yüz  manatadək  miqdarda  cərimə 
edilir.
397 
182.2.  Qanunvericiliklə  sertifikatlaşdırılması  tələb  olunan,  lakin  sertifikatlaşdırılmamış 
informasiya  sistemindən,  məlumat  bazasından  və  bankından,  habelə  məlumatların  qorunma 
vasitələrindən istifadə edilməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  miqdarda  cərimə 
edilir.
398 
M a d d  ə  1 8 3 .  İnformasiya sistemlərinin sertifikatlaşdırılmaması 
Fiziki  şəxslərin  və  təşkilatların  informasiya  təminatı  üçün  nəzərdə  tutulan  informasiya 
sistemlərinin,  məlumat  bazasının  və  bankının,  konfidensial informasiyanın  işlənməsini həyata 
keçirən  dövlət  orqanlarının,  müəssisələrin  və  təşkilatlarının  informasiya  sistemlərinin,  yaxud 
bu  sistemlərin  mühafizə  vasitələrinin  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
sertifikatlaşdırılmamasına görə ‐
fiziki  şəxslər  on  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx  manatdan 
altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  yüz  yetmiş  manatadək 
miqdarda cərimə edilir.
399 
Maddə 183‐1. Elektron imza və elektron sənəd haqqında qanunvericiliyin pozulması 
400 
183‐1.1.  Sertifikatlaşdırılmamış  elektron  imza  və  elektron  sənəd  dövriyyəsi  vasitələrindən 
istifadə edilməsinə görə ‐

fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
401 
183‐1.2.  İnformasiya  sisteminin  mülkiyyətçisi  tərəfindən  bu  sistemin  fəaliyyətinin 
təhlükəsizliyinin  təmin  edilməməsinə,  informasiya  sisteminin  müəyyən  edilmiş  qaydada 
ekspertizadan keçirilməməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  beş 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
402 
183‐1.3.  Sertifikat  xidmətləri  mərkəzi  tərəfindən  imza  yaratma  məlumatlarının  və  imza 
sahibi  barəsində  məlumatların  mühafizəsinin,  sertifikatdakı  məlumatların  tamlığının  və 
düzgünlüyünün,  sertifikat  xidmətlərinin  keyfiyyətinin  və  dəqiqliyinin  təmin  edilməməsinə, 
sertifikatın qüvvəsinin qanunsuz dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə 
təsir edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında çatdırılmamasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
403 
183‐1.4.  Elektron  sənədlərin  saxlanmasında,  ötürülməsində, qəbulunda  vasitəçinin 
informasiya  sistemindən  etibarlı  istifadəni  təmin  edən  texnika  və  texnologiyalara,  bilikli, 
təcrübəli  və  səriştəli  işçi  heyətə,  xidmət  göstərilmiş  etektron  sənədlərin  vaxtını  və  mənbəyini 
teyin  etməyə  imkan  verən  şəraitə, həmin  elektron  sənədlərin  vaxtı  və  mənbəyi  haqqında 
informasiyanın saxlanması üçün etibarlı sistemə malik olmamasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
404 
M a d d  ə 
1 8 1  ‐ 2 .   Məxfiləşdirilmiş  məlumatların  məxfiliyinin  açılması  haqqında 
sorğuya mahiyyəti üzrə baxmaqdan boyun qaçırılması 
405 
Azərbaycan  Respublikası  vətəndaşlarının,  müəssisələrinin,  idarələrinin,  təşkilatlarının  və 
dövlət  hakimiyyəti orqanlarının  məxfiləşdirilmiş  məlumatların  məxfiliyinin  açılması haqqında 
sorğularına mahiyyəti üzrə baxmaqdan boyun qaçırılmasına görə ‐
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidinin  yetmiş  mislindən  doxsan  mislinədək  miqdarda 
cərimə edilir. 
Maddə 181‐3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması
406 
181‐3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun 
məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən 
manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz 
manatadək miqdarda cərimə edilirlər.
407 
181‐3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil 
edilməməsinə görə ‐
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən 
beş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz 
manatadək miqdarda cərimə edilirlər.
408 

181‐3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən 
imtina olunmasına görə ‐
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər doxsan 
manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilirlər.
409 
181‐3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə 
müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə ‐
fiziki şəxslər iyirmi manatdan iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər səksən 
manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz 
manatadək miqdarda cərimə edilirlər.
410 
181‐3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı 
üçün vəzifəli şəxsin təqib olunmasına görə ‐
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz 
əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilirlər.
411 
181‐3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq 
mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq 
vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə 
edilməsinə görə ‐
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.
412 
M a d d  ə  1 8 4 .  Xüsusi razılıq (lisenziya) olmadan informasiya mühafizə vasitələrinin 
layihələşdirilməsi və ya istehsalı 
Xüsusi  razılıq  (lisenziya)  olmadan  informasiya  mühafizə  vasitələrinin  layihələşdirilməsinə 
və ya istehsalına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli beş manatadək miqdarda, hüquqi şəxslər yüz otuz manatdan yüz əlli manatadək miqdarda 
cərimə edilir.
413 
M a d d  ə  1 8 5 .  Kütləvi_informasiya_vasitələrinə_(televiziya_və_radio_yayımı_istisna_olmaqla)_sponsorluq_etmə'>Kütləvi_informasiya_vasitələrinin_yayılmasına_mane_olma'>Kütləvi informasiya vasitələrinin yayılmasına mane olma 
Kütləvi  informasiya  vasitələri  məhsullarının  müəyyən  edilmiş  qaydada  yayılmasına  mane 
olmağa və  ya  dövri  mətbu  nəşrin  tirajının  parakəndə  satışına  qanunvericiliklə  nəzərdə 
tutulmayan məhdudiyyətlər qoyulmasına görə ‐
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan 
əlli manatadək miqdarda cərimə edilir.
414 
M a d d  ə  1 8 6 .  Jurnalistlərin hüquqlarının pozulması 
186.1.  Qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  jurnalist  sorğusuna  cavab  verməməyə 
görə ‐
qırx manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
415 
186.2.  Qanunvericiliklə  qorunan  informasiyalar  istisna  olmaqla,  jurnalistə  informasiyanın 
verilməsi  üzərinə  məhdudiyyətlər  qoymağa və  ya  informasiya  verilməsindən  imtina  etməyə 
görə ‐
altmış manatdan doxsan manatadək miqdarda cərimə edilir.
416 
M a d d  ə  1 8 7 .  Teleradio_verilişlərindən_(proqramlarından_istifadə)_qaydalarını_pozma'>Teleradio verilişlərindən (proqramlarından istifadə) qaydalarını pozma 
187.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni maneələr yaradılmasına görə ‐

vəzifəli  şəxslər  əlli  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
417 
187.2.  Teleradio  təşkilatlarının  icazəsi  olmadan  onların  verilişlərindən  (proqramlarından) 
istifadə  etməyə  və  ya  mülkiyyətçidən  icazəsiz  verilişləri  köçürüb  çoxaltmağa və  ya  satmağa, 
yaxud kütləvi şəkildə nümayiş etdirməyə görə ‐ 
vəzifəli  şəxslər  yetmiş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli 
manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
418 
M a d d  ə  1 8 7  ‐ 1 .  Televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması 
419 
187‐1.0.  Teleradio  yayımçıları  tərəfindən  televiziya  və  radio  yayımı  haqqında 
qanunvericiliyin pozulmasına görə, yəni: 
187‐1.0.1. yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən 
və  kodsuz  yayımlanan,  o  cümlədən  erotikanı  və  qəddarlığı  əks  etdirən  proqramlar  üçün 
müəyyən edilmiş xüsusi qaydaların pozulmasına; 
187‐1.0.2.  nəzarət  fonoqramlarının  surətini  müəyyənləşdirilmiş  qaydada  və  müddətdə 
təqdim edilməməsinə; 
187‐1.0.3.  insanların  həyatı,  sağlamlığı və  yaşayış  məntəqələrinin  normal  fəaliyyəti  üçün 
təhlükə  yaradan  fövqəladə  hallar,  təbii  fəlakətlər və  qəzalar  barədə  dövlət  orqanlarının 
informasiyalarının dərhal və pulsuz olaraq yayılmamasına; 
187‐1.0.4. texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna 
özünün  dərk  etmədiyi  şəkildə  təsir  göstərən  gizli  reklamın  yayımlanmasına  və  ya  reklamı 
qadağan  olunmuş  məhsulların,  texnikanın,  xidmətlərin  reklamına  və  ətraf  mühitin 
qorunmasına  ziyan  vuran  hərəkətlərin  təqdir  olunmasına,  habelə  reklam  yayımının  qanunla 
müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə; 
187‐1.0.5.  teleradio  verilişlərinin  (proqramlarının)  hazırlanmasında  sponsorluqla  bağlı 
qanunvericiliyin pozulmasına; 
187‐1.0.6.  peyk  vasitəsilə  teleradio  yayımı  və  kabel  şəbəkəsi  yayımı  qaydalarının 
pozulmasına;
420 
187‐1.0.7.  Qanunun  tələblərini  pozmuş  yayımçı  ona  tətbiq  edilmiş  müvafiq  məsuliyyət 
tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və 
ya) radio kanalında yayımlanmamasına görə — 
421 
vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min 
manatdan iki min manatadək miqdarda cərimə edilir.
422 
Maddə  187‐2.  Teleradio  yayımı  sahəsində  xüsusi  razılığın  (lisenziyanın)  qayda  və 
şərtlərinin pozulması 
Teleradio  yayımı  sahəsində  xüsusi  razılığın  (lisenziyanın)  qayda  və  şərtlərinin 
pozulmasına görə — 
vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min 
manatdan iki min manatadək miqdarda cərimə edilir.
423 

M a d d  ə  1 8 8 .   Kütləvi  informasiya  vasitələrinə  (televiziya  və  radio  yayımı  istisna 
olmaqla) sponsorluq etmə 
424 
Reklamı  qadağan  olunmuş  məhsulların  istehsalçıları  və  onların  satışını  həyata  keçirən 
şəxslər tərəfindən  kütləvi  informasiya  vasitələrinə  (televiziya  və  radio  yayımı  istisna  olmaqla) 
sponsorluğa görə ‐
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
425 
M a d d  ə  1 8 9 .  Kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui‐istifadə 
etmə 
189.0.  Kütləvi  informasiya  vasitəsinin  redaksiyası  (məsul  redaktoru)  və  jurnalistlər 
(müəlliflər) tərəfindən kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui‐istifadə 
etməyə görə, yəni: 
189.0.1. açıqlanması qanunla qadağan edilən məlumatları açmağa; 
189.0.2.  mətbu  nəşrdə  çap  olunan  materialların  qanunvericiliyin  tələblərinə  uyğun 
hazırlanmasına nəzarət etməməyə; 
189.0.3.  qanunvericiliklə  müəyyən  edilmiş  hallardan  başqa  informasiyanı  onun  mənbəyini 
göstərmədən yaymağa; 
189.0.4.  istinad  məlumatları  göstərilməyən  kütləvi  informasiya  vasitələri  məhsullarını 
istehsal etməyə və yaymağa, yaxud istinad məlumatlarını qəsdən yanlış göstərməyə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış 
manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
426 
M a d d  ə  1 9 0 .  Statistik_məlumatların_verilməsi_qaydalarının_pozulması'>Statistik məlumatların verilməsi qaydalarının pozulması 
Statistika müşahidələrinin keçirilməsi və ya uçot vahidlərinin dövlət reyestrinin aparılması 
üçün  zəruri  olan  məlumatların  təqdim  edilməməsinə  və  ya  vaxtında  təqdim  edilməməsinə, 
yaxud hesabatların təhrif edilməsinə görə ‐
otuz beş manatdan əlli manatadək sözləri ilə əvəz edil miqdarda cərimə edilir.
427 
M a d d  ə  1 9 1 .  Statistik sirrin yayılması 
191.1.  Statistik  sirrin  yayılmasına,  yəni  hüquqi  şəxslərin  (onların  nümayəndəlik  və 
filiallarının)  və  fiziki  şəxslərin  razılığı  olmadan,  onlar  haqqında  məlumatların,  bu 
məlumatlardan istifadə etməyə hüququ olmayan dövlət orqanlarına, müəssisələrə, təşkilatlara, 
yaxud fiziki şəxslərə verilməsinə görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz  beş 
manatdan əlli manatadək miqdarda cərimə edilir.
428 
191.2. Statistik sirrin mətbuatda dərc olunmaqla yayılmasına görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
doxsan manatadək miqdarda cərimə edilir.
429 
M a d d  ə  1 9 2 .  Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və 
ya istifadə edilməsi qaydalarının pozulması 
Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə olunması 
qaydalarının pozulmasına görə ‐

xəbərdarlıq  edilir  və  ya  fiziki  şəxslər  yeddi  manatdan  on  manatadək  miqdarda,  vəzifəli 
şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
430 
O n   y e d d i n c i   f ə s i l  
MƏNZİL TƏSƏRRÜFATI VƏ ABADLIQ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR  
M a d d  ə  1 9 3 .  Yaşayış sahələrindən istifadə qaydalarının pozulması 
193.1.  Yaşayış  sahələrindən  istifadə,  ümumi  istifadə  yerlərinin,  pilləkən  meydançalarının, 
liftlərin, evlərin girişlərinin, eyvanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə 

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç manatdan beş manatadək miqdarda cərimə 
edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar əlli manatdan altmış manatadək miqdarda 
cərimə edilir.
431 
193.2.  Yaşayış  evlərini,  yaşayış  sahələrini  istifadə  edilməsi  və  mühəndis  avadanlığının 
istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə ‐
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə 
edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  altmış  manatdan  yetmiş  manatadək 
miqdarda cərimə edilir.
432 
193.3.  Yaşayış  evlərinin  və  yaşayış  sahələrinin  özbaşına  yenidən  düzəldilməsinə,  onlardan 
başqa  məqsədlər  üçün  istifadəyə,  yaşayış  evlərinin,  yaşayış  sahələrinin,  onların  avadanlığının 
və abadlıq obyektlərinin korlanmasına görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş 
manatdan doxsan manatadək miqdarda cərimə edilir.
433 
M a d d  ə  1 9 4 .  Özbaşına tikinti işlərinin aparılması 
434 
194.1.  Qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
razılığı alınmadan binaların və qurğuların tikilməsinə görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş  yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min  manatdan  otuz  min 
manatadək miqdarda cərimə edilir. 
Qeyd:  Şəxsin  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  razılıq  alınmadan  inşa  etdiyi  tikililərə  mülkiyyət 
hüququ məhkəmə qaydasında tanındığı hallarda şəxs inzibati məsuliyyət daşımır. 
435 
194.2. Mövcud tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma 
və  yenidənqurma  işlərinin  aparılmasına,  mühəndis,  nəqliyyat  şəbəkələrinə,  sistemlərinə  və 
qurğularına qoşulmasına və dəyişikliklər edilməsinə görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş  yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min  manatdan  otuz  min 
manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  1 9 5 .  Bağ evlərinin tikilməsi qaydalarının pozulması 
Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  razılaşdırılmış  layihə  olmadan  və  ya 
qanunvericiliklə  müəyyən  edilmiş  normalardan  kənara  çıxılmaqla  bağ  evlərinin  tikilməsinə 
görə ‐

fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş  yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min  manatdan  otuz  min 
manatadək miqdarda cərimə edilir. 
Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin