AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   2   3   4   5   6   7   8   9   ...   53

202 
M a d d  ə  1 1 3 .  Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulması 
113.1. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına, yəni: 
113.1.1.  dövlət  ekoloji  ekspertizasının  müsbət rəyi  olmadan  ətraf  mühitə  bilavasitə  və  ya 
dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi 
müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.2.  ağır  ekoloji  nəticələrə  səbəb  ola  bilən təsərrüfat  və  ya  sair  fəaliyyətin  həyata 
keçirilməsinə; 
113.1.3. ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə uyğun olmayan təsərrüfat və 
ya sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız torpaqları bərpa etmədən yeni 
(xam torpaq sahələrini) təsərrüfat və ya sair fəaliyyət dövriyyəsinə daxil edilməsinə; 
113.1.5. ətraf mühitin və onun komponentlərinin qlobal mənfi dəyişikliklərinə səbəb olan, o 
cümlədən  ekoloji  təhlükəsizlik  sahəsində  beynəlxalq  müqavilələri  pozan  fəaliyyətin  həyata 
keçirilməsinə; 
113.1.6.  müvafiq  ərazinin  təbii  mühitinə  xas  olmayan,  habelə  nəzarətsiz  artım  və 
yayılmasının  qarşısını  almaq  üçün  səmərəli  tədbirləri  hazırlamadan  süni  yolla  əldə  edilmiş 
orqanizmlərdən istifadə edilməsinə, çoxaldılmasına və ya yayılmasına; 
113.1.7.  ətraf  mühit  və  insanlar  üçün  təhlükə  dərəcəsi  qiymətləndirilməmiş  maddələrin 
tətbiq edilməsinə; 
113.1.8.  insan  orqanizmində  və  ətraf  mühitdə  cəmləşə  bilən və  təbii  parçalanmaya 
uğramayan  toksik  maddələrdən  istifadə  edilməsinə,  habelə  zərərsizləşdirmə  texnologiyası 
ekoloji cəhətdən təhlükəli olan toksik maddələrin tətbiq edilməsinə; 
113.1.9.  emal,  zərərsizləşdirmə  və  təkrar  istifadə  texnologiyası  ekoloji  cəhətdən təhlükəli 
olan məhsulların ölkəyə gətirilməsinə və ya istehsalına; 

113.1.10.  radioaktiv  tullantıların,  işlənmiş,  lakin  yenidən  istifadəyə  yararlı  olan  nüvə 
yanacağının, müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş siyahıda göstərilən toksik və 
sair  təhlükəli  istehsalat  və  məişət  tullantılarının,  digər  radioaktiv  maddələrin  və  nüvə 
materiallarının,  təkrar  istifadə  edilə  bilinməyən  qeyri‐toksik  tullantıların,  habelə  istifadəsi  və 
təkrar istifadəsi texnologiyası ekoloji təhlükə yaradan maddələrin ölkəyə gətirilməsinə; 
113.1.11.  müvafiq  normativ  hüquqi  aktlarla  ekoloji  cəhətdən
təhlükəli  fəaliyyət 
kateqoriyasına aid edilmiş sair fəaliyyətin həyata keçirilməsinə; 
113.1.12. bu Məcəllənin 113.1.1‐113.1.11‐ci maddələrində göstərilən xətaların törədilməsi ilə 
müşayiət olunan elmi tədqiqat, iqtisadi və sair eksperimentlərin həyata keçirilməsinə görə ‐
fiziki şəxslər iki yüz manatdan yeddi yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş 
yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir. 
203 
113.2.  Ətraf  mühitə  və  insan  sağlamlığına  mənfi  təsir  göstərən  vibrasiya  və  səs‐küy 
çirklənməsi normalarının pozulmasına görə‐
fiziki şəxslər üç yüz manatdan səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər səkkiz min 
manatdan on iki min manatadək miqdarda cərimə edilir. 
204 
O n u n c u   f ə s i l  
SƏNAYE, ELEKTRİK VƏ İSTİLİK ENERJİSİNDƏN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  1 1 4 .   Sənaye  sahələrində  işlərin  təhlükəsiz  görülməsinə  dair  qaydaların  və 
normaların pozulması 
205 
114.1. Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə işlərin təhlükəsiz görülməsinə 
dair qaydaların və normaların vəzifəli şəxslər tərəfindən pozulmasına görə ‐
otuz manatdan əlli manatadək miqdarda cərimə edilir.
206 
114.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının  nəzarəti  altında 
olan obyektlərdə işlərin təhlükəsiz görülməsinə dair qaydaların pozulmasına görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
207 
M a d d  ə 
1 1 5 .   Sənaye  sahələrində  partlayıcı  materialla  rın  saxlanmasına, 
işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulması 
Sənaye sahələrində və təhlükə potensiallı obyektlərdə partlayıcı materialların saxlanmasına, 
işlədilməsinə və uçotuna dair qaydaların və normaların pozulmasına görə ‐
otuz beş manatdan əlli manatadək miqdarda cərimə edilir.
208 
M a d d  ə  1 1 5  ‐ 1 .   Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında  qanunvericiliyin 
pozulması 
209 
115‐1.0.  Hidrotexniki  qurğuların  təhlükəsizliyi  haqqında  qanunvericiliyin  pozulmasına, 
yəni: 
115‐1.0.1.  Dövlət  əhəmiyyətli  xüsusi  mühafizə  olunan  hidrotexniki  qurğuların  mühafizə 
zonalarının  hüdudlarında  (dəniz  qurğularında  yerləşən  quyularda  quyudaxili  partlayış  işləri 
istisna  olmaqla)  partlayış  işlərinin  aparılması  və  yeraltı  təbii  ehtiyatların  istismarı,  habelə 
qurğulara  və  ətraf  mühitə  fiziki,  kimyəvi  və  bioloji  təsir  göstərə  bilən  obyektlərin 
yerləşdirilməsi və fəaliyyət göstərməsinə; 

115‐1.0.2.  Hidrotexniki  qurğuların  layihələşdirilməsi,  tikintisi  və  istismarı  mərhələlərində, 
eləcə  də  onların  yenidənqurulması,  əsaslı  təmiri,  bərpası  və  konservasiyasından  sonra 
qurğunun  mülkiyyətçisi  və  ya  istismarçısı  tərəfindən  hidrotexniki  qurğunun  təhlükəsizlik 
bəyannaməsinin tərtib edilməsinə; 
115‐1.0.3.  Hidrotexniki  qurğunun  mülkiyyətçisi  və  istismarçısı  tərəfindən təhlükəsizlik 
bəyannaməsinə düzgün olmayan məlumatların göstərilməsinə görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan 
yüz əlli manatadək miqdarda cərimə edilir.
210 
Maddə 116. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin 
211
tələblərinin pozulması 
116.0. Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, 
yəni: 
116.0.1.  qaz,  elektrik  və  ya  istilik  qurğularında  (elektrik  verilişi xətlərində  və  boru 
kəmərlərində),  avadanlıqlarında,  qaza  və  enerjiyə  qənaət  sistemlərində  texniki  istismar 
qaydalarının,  habelə  onların  texniki  səviyyəsinin  yüksəldilməsi  və  ya  saxlanılması  üçün 
müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə; 
116.0.2. qaz, elektrik və ya istilik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və 
hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına; 
116.0.3.  qaz,  elektrik  və  ya  istilik  qurğularının  (elektrik  verilişi xətlərinin  və  boru 
kəmərlərinin),  avadanlıqlarının,  cihazlarının  və  bununla  əlaqədar  yeni  texnologiyaların 
yaradılmasında  dövlət  energetika  və  qaz  ekspertizasının  həyata  keçirilməsi  tələblərinin 
pozulmasına, həmçinin yanlış ekspert rəyinin verilməsinə; 
116.0.4.  dövlət  energetika  və  qaz  ekspertizasının  rəyi  olmadan,  müvafiq  standartların 
tələblərinə cavab verməyən qaz, elektrik və ya istilik qurğularının (elektrik verilişi xətlərinin və 
boru  kəmərlərinin),  avadanlıqlarının,  cihazlarının  və  bununla  əlaqədar  yeni  texnologiyaların 
yaradılmasının maliyyələşdirilməsinə, onların istehsalata buraxılmasına və ya satışına; 
116.0.5.  müəssisələrin,  qaz,  elektrik  və  ya  istilik  təsərrüfatlarının,  şəbəkələrinin, 
qurğularının  (elektrik  verilişi xətlərinin  və  boru  kəmərlərinin)  və  başqa  obyektlərinin 
layihələndirilməsində,  tikintisində,  yenidən  qurulmasında,  istismara  verilməsində  qaydaların 
və normaların və ya qaza və enerjiyə qənaət üzrə müəyyən edilmiş tələblərin pozulmasına; 
116.0.6.  qazın,  elektrik  və  ya  istilik  enerjisinin  istehsalı,  nəqli  və  ya  paylanması  zamanı 
dövlət və sahə standartlarının tələblərinin pozulmasına; 
116.0.7.  qanunsuz  olaraq  qaz,  elektrik  və  ya  istilik  enerjisi  xətlərinin  kəsilməsinə  və  ya 
həmin enerjinin verilməsinin məhdudlaşdırılmasına görə ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min 
manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər iki min beş yüz manatdan üç min 
manatadək miqdarda cərimə edilir. 
Maddə  116‐1.  Qaz  və  elektrik  enerjisi  sahəsində  qanunvericiliyin  tələblərinin 
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi 
Enerji  təchizatı  müəssisəsinin  və  qaz  paylayıcısının  səlahiyyətli  şəxsinin 
qanunvericiliyin  tələblərinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə  səlahiyyətləri 
çərçivəsində  tədbirlərin  həyata  keçirilməsinə,  yaxud  həmin  şəxsin  qanuni  tələblərinin 
yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə — 

fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, hüquqi 
şəxslər yüz manat miqdarında cərimə edilir.
212 
M a d d  ə  1 1 7 .  Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin zədələnməsi və ya 
gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə qaydalarının pozulması 
117.1.  Gərginliyi  1000  voltadək  olan  elektrik  şəbəkələrinin  zədələnməsinə  və  bunun, 
istehlakçıların elektrik enerjisi ilə təmin edilməsində fasiləyə səbəb olmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər əlli manatdan altmış 
manatadək miqdarda cərimə edilir.
213 
117.2.  Gərginliyi  1000  voltdan  çox  olan  elektrik  şəbəkələrinin  mühafizə  qaydalarının 
pozulmasına görə ‐
fiziki şəxslər on beş manatdan otuz manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan 
doxsan manatadək miqdarda cərimə edilir.
214 
215 
M a d d ə 1 1 8 .  Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması 
və ya  onlardan məişətdə istifadə qaydalarının  pozulması 
216 
Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan 
vurulmasına və ya onlardan məişətdə istifadə qaydalarının pozulmasına görə‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilir.
217 
Qeyd: Bu maddədə ʺaz miqdardaʺ dedikdə, min manatadək olan məbləğ başa düşülür.
218 
O n   b i r i n c i   f ə s i l  
DAMAZLIQ, BAYTARLIQ‐SANİTARİYA QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ 
XƏTALAR  
M a d d  ə  1 1 9 .  Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulması 
219 
119.0. Damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
119.0.1.  qüvvədə  olan  normativ  sənədlər  üzrə  qiymətləndirilməmiş  dövlət  standartlarına 
uyğun gəlməyən və zootexniki tələblərə cavab verməyən damazlıq ehtiyatlarının satışına; 
119.0.2.  mənşəyi  bəlli  olmayan,  müvafiq  tələblərə  (standartlara)  uyğun  gəlməyən 
törədicilərdən istifadə edilməsinə; 
119.0.3.  damazlıq  ehtiyatlarının  geniş  təkrar  istehsalı  zamanı  onların  qiymətləndirilməsi 
qaydalarına əməl edilməməsinə, yaxud həmin törədicilərin bilərəkdən təhrif olunmasına; 
119.0.4. uçot‐hesabat sənədlərində düzgün olmayan məlumatların göstərilməsinə; 
119.0.5.  xüsusi  razılıq  (lisenziya)  olmadan  damazlıq  xidməti  göstərilməsi  ilə  məşğul 
olmağa;
220 
119.0.6. cinslərin rayonlaşmasına əməl edilməməsinə; 
119.0.7. yerli heyvan genofonduna ziyan vurulmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan yetmiş manatadək miqdarda cərimə edilir.
221 

Maddə 119‐1. Atçılıq haqqında qanunvericiliyin pozulması
222 
119‐1.1.  Atçılıq  sahəsində  dövlət nəzarətini  həyata  keçirən  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  müvafiq  sahədə  göstərişlərinin  yerinə  yetirilməməsinə 
görə‐
fiziki şəxslər on manatdan iyirmi manatadək, vəzifəli şəxslər otuz manatdan əlli manatadək 
miqdarda cərimə edilirlər. 
223 
119‐1.2.  Damazlıq  atlara  pasportların  (şəhadətnamələrin)  verilməsi  qaydalarının 
pozulmasına görə ‐
vəzifəli şəxslər qırx manatdan altmış manatadək miqdarda cərimə edilirlər. 
224 
119‐1.3.  Milli  at  cinslərinin  və  beynəlxalq  genofonda  daxil  olan  at  cinslərinin  damazlıq 
özəklərinin məhv edilməsinə görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək,  vəzifəli  şəxslər  yetmiş  manatdan  doxsan 
manatadək,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilirlər.
225 
M a d d  ə  1 2 0 .  Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulması 
120.0. Seleksiya nailiyyətlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
120.0.1. istehsal olunan və satılan seleksiya nailiyyətinə qeydiyyatda olan adından fərqli ad 
verilməsinə; 
120.0.2. istehsal olunan və satılan seleksiya nailiyyətinə verilən ad qeydiyyatda olan sortun 
və cinsin adının verilməsinə; 
120.0.3. istehsal olunan və satılan seleksiya nailiyyətinə bilərəkdən başqa qeydiyyatda olan 
başqa nailiyyətin adına həddən artıq oxşar olub, onların arasında çaşqınlıq yaradılmasına; 
120.0.4. lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsinə; 
120.0.5.  istehlakçının  bilərəkdən  aldadaraq  patent  alınmış  seleksiya  nailiyyətinin  başqa  ad 
altında satılmasına; 
120.0.6. seleksiya nailiyyətlərinin sertifikatsız satılmasına; 
120.0.7. dövlət reyestrində, ərizə, ekspertiza, sınaq sənədlərində yanlış qeydlər aparılmasına 
görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilir.
226 
M a d d  ə  1 2 1 .  Toxumçuluq haqqında qanunvericiliyin pozulması 
121.0. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
121.0.1.  karantin  obyekti  ilə  yoluxmuş,  dövlət  standartlarına  uyğun  gəlməyən  toxumların 
əkilməsinə, səpininə, tədarükünə və satılmasına; 
121.0.2.  sortluq  və  səpin  keyfiyyətlərini  təsdiq  edən  uyğunluq  sertifikatı  və  fitosanitar 
sertifikatı olmayan toxumların idxalına, ixracına və ticarət dövriyyəsinə daxil edilməsinə; 
227 
121.0.3.  toxum  partiyasının  keyfiyyətinin  qiymətləndirilməsi  qaydalarına  əməl 
edilməməsinə, yaxud keyfiyyət göstəricilərinin bilərəkdən təhrif olunmasına; 
228 
121.0.4.  lisenziya  müqaviləsi  bağlamadan  bitki  sortlarının  toxumlarından  istifadə 
edilməsinə; 

121.0.5. toxumçuluğun əsas prinsiplərinə riayət edilməməsinə; 
121.0.6.  toxumçuluqda  tətbiq  edilən  uçot‐hesabat  sənədlərində  düzgün  olmayan 
məlumatların göstərilməsinə görə ‐
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx 
beş manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz otuz manatadək miqdarda cərimə 
edilir.
229 
M a d d  ə  1 2 2 .  Bitki karantini qaydalarının pozulması 
122.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada bitki karantini obyektlərinə aid olan bitki 
xəstəliklərinə  və  ziyanvericilərinə,  habelə  karantin  alaq  otlarına  qarşı  mübarizə  qaydalarının 
pozulmasına görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  on  mislindən  on  beş  mislinədək  miqdarda, 
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  qırx  mislindən  altmış  mislinədək  miqdarda 
cərimə edilir. 
122.2.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  icazəsi  olmadan 
bitki  karantini  nəzarətində  olan  toxumların,  bitkilərin  və  bitki  mənşəli  digər məhsulların 
karantin zonasından çıxarılmasına görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  beş  mislindən  on  mislinədək  miqdarda, 
vəzifəli  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  otuz  beş  mislindən  qırx  beş  mislinədək 
230
miqdarda cərimə edilir. 
M a d d ə  123. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması 
231 
123.0. Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulmasına, yəni: 
123.0.1.  sanitariya‐gigiyena  qaydalarına  və  təhlükəsizlik  texnikasının  tələblərinə  uyğun 
olmayan satış yerlərində, anbarlarda və digər istehsalat binalarında bitki mühafizə vasitələrinin 
saxlanılmasına, satışına və tətbiq edilməsinə; 
123.0.2.  pestisidlərin,  bioloji  preparatların  və  onların  birləşmələrinin  qanun‐vericiliklə 
müəyyən edilmiş xüsusi yerlərdən kənarda zərərsizləşdirilməsinə; 
123.0.3.  karantin  tətbiq  edilən zərərli  orqanizmlərə  həssas  bitkilərin  həmin  ərazidə 
yenidən  əkilməsinə,  habelə  karantin  nəzarətində  olan  bitkilərin  və  bitki  mənşəli  digər 
məhsulların karantin zonasından çıxarılmasına; 
123.0.4.  ətraf  mühitin  zərərli  kimyəvi  maddələrlə  çirklənməsinə  yol  veril‐məsinə, 
istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatların istifadəsinə; 
123.0.5.  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  dövlət  sınağından 
keçməmiş,  qeydiyyata  alınmamış,  habelə  istifadəsi  qadağan  olunmuş  pestisidlərin,  bioloji 
preparatların,  aqrokimyəvi  maddələrin  və  digər zəhərli  kimyəvi  maddələrin  istehsalına, 
satışına, idxalına, ixracına və tətbiqinə yol verilməsinə; 
123.0.6.  qanunvericiliyə  uyğun  olaraq  istehsal  mənşəyinə  görə  adlar  verilən və 
yüksəkkeyfiyyətli  (markalı)  bitkiçilik  məhsullarının  istehsalı  məqsədilə  bitkilərə  pestisidlərin, 
bioloji preparatların və aqrokimyəvi maddələrin tətbiqinə yol verilməsinə; 
123.0.7.  tərkibində  pestisidlərin,  bioloji  preparatların  və  onların  birləşmələrinin  qalıq 
miqdarı yol verilən normadan artıq olan bitki və bitkiçilik məhsullarının satılmasına; 
123.0.8.  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  icazə  olmadan  təbiəti  mühafizə, 
sağlamlaşdırma,  istirahət və  turizm  zonalarında,  su  fondu  torpaqlarında,  suqoruyucu  və 
xüsusi  qorunan  digər  ərazilərdə  pestisidlərin  və  digər zəhərli  kimyəvi  maddələrin  tətbiq 
edilməsinə görə ‐

fiziki şəxslər iyirmi manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan 
yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda 
cərimə edilir.
232 
M a d d  ə  1 2 3  ‐ 1 .  Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin 
şəxsi istehlak miqdarında kultivasiyası 
233 
Satış  məqsədi  olmadan  tərkibində  narkotik  maddələr  olan  bitkilərin  şəxsi  istehlak 
miqdarında əkilməsi, yetişdirilməsi və ya toplanılmasına görə
234
 ‐
on manatdan on beş manatadək miqdarda cərimə edilir.
235 
M a d d  ə 
1 2 4 .   Karantin  yoxlamasından  və  müvafiq  əməliyyatdan  keçirilməmiş 
materialların daşınması 
Xarici  ölkələrdən
gətirilmiş,  karantin  yoxlamasından  və  müvafiq  əməliyyatdan 
keçirilməmiş  materialların  sərhəd,  dəniz  və  çay  limanlarından  (körpülərindən),  dəmir  yolu 
stansiyalarından,  avtovağzallardan  (avtostansiyalardan),  aeroportlardan  və  digər sərhəd 
məntəqələrindən daşınmasına görə ‐
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli manatadək miqdarda cərimə edilir.
236 
Maddə 125. Baytarlıq haqqında qanunvericiliyin pozulması 
237 
125.0. Baytarlıq haqqında qanunvericiliyin pozulmasına, yəni: 
125.0.1. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq‐sanitariya) tələblərinə cavab 
verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə; 
125.0.2.  heyvan  mənşəli  məhsulların  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  baytarlıq 
(baytarlıq‐sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına; 
125.0.3.  heyvanların  kütləvi  xəstələnməsi  və  ya  onların  qeyri‐adi  vəziyyətləri,  heyvan 
tələfatı  halları  haqqında  müvafiq  icra  hakimiyyəti  orqanlarına  məlumat  verməməyə,  habelə 
belə heyvanları təcrid etməməyə; 
125.0.4.  yoluxucu  xəstəliklərin  qarşısının  alınması  üzrə  karantin  tədbirlərinin  və  baytarlıq 
(baytarlıq‐sanitariya) qaydalarının, yaxud dövlət baytarlıq nəzarətini həyata keçirən orqanların 
epizootiya əleyhinə dair qərarlarının pozulmasına və digər qərarları icra etməməyə görə‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  qırx 
manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
miqdarda cərimə edilir.
238 
M a d d  ə  1 2 6 .  İt və pişik saxlama qaydalarının pozulması 
Şəhərlərdə  və  ya  digər  yaşayış  məntəqələrində  it,  pişik  və  ya  başqa  ev  heyvanlarının 
saxlanılması qaydalarının pozulmasına görə ‐
beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
239 
M a d d  ə  1 2 7 .   Qırmızı  kitaba  daxil  olunmuş  heyvan  və  bitki  növlərinin  qorunması 
üzrə tələblərin pozulması 
Azərbaycan  Respublikasının  Qırmızı  kitabına  daxil  olunmuş  və  xüsusi  mühafizə  olunan 
bitki  və  heyvan  növlərinin  siyahısında  olan  heyvanların  mühafizəsi  üzrə  tələblərin  yerinə 
yetirilməməsinə görə ‐

otuz manatdan altmış manatadək miqdarda cərimə edilir.
240 
M a d d  ə  1 2 8 .   Zooloji  kolleksiyaların  yaradılması  və  onlarla  ticarət  qaydalarının 
pozulması 
128.1.  Zooloji  kolleksiyaların  yaradılmasının,  zənginləşdirilməsinin,  saxlanmasının, 
istifadəsinin,  dövlət  uçotuna  alınmasının,  Azərbaycan  Respublikasına  gətirilməsinin,  onun 
hüdudlarından kənara göndərilməsinin və ya aparılmasının qanunvericiliklə müəyyən edilmiş 
qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış 
manatdan səksən beş manatadək miqdarda cərimə edilir.
241 
128.2.  Zooloji  kolleksiyalarla  qanunvericiliklə  müəyyən  edilmiş  ticarət  qaydalarının 
pozulmasına görə ‐
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan 
əlli manatadək miqdarda cərimə edilir.
242 
M a d d  ə  1 2 9 .  Heyvanlarla rəhmsizcəsinə  rəftar edilməsi, onların və digər heyvanlar 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin