AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

300 
151.2.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətinin  30‐60  km/saat  həddində  aşılmasına, 
svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 
3.1  “Giriş  qadağandır”,  3.2  “Hərəkət  qadağandır”  yol  nişanları  tələblərinin  və  ya  sərnişin 
daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yol ayrıcını keçmə 
qaydalarının  pozulmasına,  ümumi  istifadədə  olan  nəqliyyat  vasitələrinin,  habelə  adamlar 
daşınan  yük  avtomobillərinin  sərnişinlərlə  yanacaqdoldurma  məntəqəsinə  daxil  olmasına, 
ümumi  istifadədə  olan  nəqliyyat  vasitəsini  sərnişinləri  mindirmək və  ya  düşürtmək  üçün  bu 
məqsədlə  xüsusi  olaraq  müəyyən  edilmiş  dayanacaq  meydançalarından  və  ya  5.12,  5.13 
nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırılmasına, həmçinin xüsusi səs, 

qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat 
vasitələrinə  yol  verilməməsinə  və  ya  belə  nəqliyyat  vasitəsinin  müşayiət  etdiyi  mütəşəkkil 
nəqliyyat  dəstəsinə  qoşularaq  hərəkət  edilməsinə,  1.1,  1.3  və  1.11  üfüqi  nişanlanma  xətlərinin 
tələblərinə  riayət  etməyərək  əks  istiqamətli  nəqliyyat  axınlarının  hərəkət  zolağına  keçilməsinə 
görə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
301 
151.3.  Yolda  müəyyən  edilmiş  hərəkət  sürətinin  60  km/saat  həddindən  artıq  aşılmasına, 
dəmiryol  keçidlərinin  keçilmə  qaydalarının  pozulmasına,  qəza  şəraitinin  yaradılmasına,  yəni 
hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan 
pozuntular  törədilməsinə,  yol  nəqliyyat  hadisəsi  yerindən  yayınmağa,  yaxud  Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  əməkdaşının  nəqliyyat  vasitəsini  saxlamaq 
tələbinin yerinə yetirilməməsinə görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
302 
151.4.  Bu  Məcəllənin  151.2‐ci,  151.3‐cü,  152‐1.1‐ci,  155.3‐cü  və  156‐cı  maddələrində 
müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 
10 və daha çox bal toplanmasına görə ‐
nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
303 
151.5.  Bu  Məcəllənin  151.1‐151.3‐cü  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində 
zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə 
maddi zərər vurulmasına görə‐
yüz  manatdan  yüz  qırx  manatadək  miqdarda  cərimə  edilir  və  ya  nəqliyyat  vasitələrini 
idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır.
304 
Qeyd: 
1.  Bu  Məcəllənin  151.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  xətalar  3  balla,  151.3‐cü,  155.3‐cü 
maddələrində  nəzərdə  tutulmuş  xətalar  4  balla,  152‐1.1‐ci,  152‐1.2‐ci,  156‐cı  maddələrində  nəzərdə 
tutulmuş xətalar 5 balla qiymətləndirilir
.
305 
2. Sürücülük  vəsiqəsi  idarə etdiyi  nəqliyyat vasitəsinin  kateqoriyasına  uyğun olmayan  sürücü  bu 
Məcəllədə nəzərdə tutulmuş balla qiymətləndirilən xətaları törətdikdə, o, nəqliyyat vasitəsini idarə etmə 
hüququ  olmadan  nəqliyyat  vasitəsinin  idarə  edilməsinə  görə  inzibati  məsuliyyətə  cəlb  edilir  və  ona 
törətdiyi xətaya müvafiq bal təyin edilir. 
306 
3.  Bu  Məcəllənin  35.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  şəxsin  törətdiyi  inzibati  xətalar 
balla  qiymətləndirilən xətalara  aiddirsə  həmin  xətalara  dair  işlərə  baxılarkən  yalnız  daha  ciddi  xətaya 
görə müəyyən edilmiş bal təyin edilir. 
4.  Şəxsin  müxtəlif  vaxtlarda  törətdiyi  balla  qiymətləndirilən  bir  neçə  inzibati  xətaya  dair  işlərə 
baxılarkən  daha  ciddi  xətaya  görə müəyyən  edilmiş bal  və hər  bir  digər xətaya  görə bir  bal  toplanaraq 
təyin edilir. 
307 
M a d d ə 
152. Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən 
nəqliyyat vasitələrinin idarə edilməsi 
152.1.  Nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxsin  nəqliyyat  vasitəsində  olması 
halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə ‐
qırx manat miqdarında cərimə edilir.
308 
152.2.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququ  olmadan  nəqliyyat  vasitəsinin  idarə 
edilməsinə görə ‐
altmış manat miqdarında cərimə edilir.
309 

152.3.  Bu  Məcəllənin  152.1‐ci  və  ya  152.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətaların  il 
ərzində  inzibati  tənbeh  almış  şəxs  tərəfindən təkrar  törədilməsinə  və  ya  nəqliyyat  vasitəsini 
idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə 
görə‐
səksən manatdan yüz manatadək miqdarda cərimə edilir.
310 
152.4.  Bu  Məcəllənin  152.1‐ci  və  ya  152.2‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar 
nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər 
çəkən şəxsə maddi zərər vurulmasına görə‐
yüz  qırx  manatdan  yüz  səksən  manatadək  miqdarda  cərimə  edilir  və  ya  işin  hallarına 
görə,  pozuntunu  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla  on  beş  günədək  inzibati  həbs  tətbiq 
olunur.
311 
M a d d ə 
152‐1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop 
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən 
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
312 
152‐1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini 
alkoqoldan,  narkotik  vasitələrdən,  psixotrop  maddələrdən və  ya  güclü  təsir  göstərən  digər 
maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə ‐
səksən manatdan yüz manatadək miqdarda cərimə edilir.
313 
152‐1.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, 
narkotik  vasitələrdən,  psixotrop  maddələrdən və  ya  güclü  təsir  göstərən  digər  maddələrdən 
istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxs tərəfindən bu Məcəllənin 151.2 
və ya 151.3‐cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsinə görə ‐
yüz iyirmi manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
314 
152‐1.3.  Bu  Məcəllənin  152‐1.1‐ci  və  ya  152‐1.2‐ci  maddələrində  müəyyən  edilmiş  balla 
qiymətləndirilən xətaları  törətməklə  sürücülər tərəfindən  bir  il  ərzində  10  bal  toplanmasına 
görə ‐
nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılır. 
152‐1.4. Bu Məcəllənin 152‐1.1‐ci və ya 152‐1.2‐ci maddələrində nəzərdə tutulmuş xətalar 
nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər 
çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
nəqliyyat  vasitələrini  idarə  etmə  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla  yüz 
yetmiş  manatdan iki yüz  manatadək  miqdarda cərimə edilir və ya  nəqliyyat vasitələrini idarə 
etmə  hüququ  iki  il  müddətinə  məhdudlaşdırılmaqla  işin  hallarına  görə,  pozuntunu  törədənin 
şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
315 
Qeyd:  Bu  Məcəllənin  152‐1.1‐ci  və  ya  152‐1.2‐ci  maddələrində  göstərilən xətalara  yol  verilməsi  5 
balla qiymətləndirilir. 
316 
M a d d ə 
152‐2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən 
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop 
maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə 
olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi 
152‐2.1.  Nəqliyyat  vasitəsini  idarə  etmək  hüququ  olmayan  şəxs  tərəfindən nəqliyyat 
vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən 
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə ‐
yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
317 

152‐2.2. Bu Məcəllənin 152‐2.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati 
tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə ‐
iki  yüz  manatdan  üç  yüz  manatadək  miqdarda  cərimə  edilir  və  ya  işin  hallarına  görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur.
318 
152‐2.3. Bu Məcəllənin 152‐2.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol 
hərəkəti  qaydalarının  pozulması  nəticəsində  zərər çəkən  şəxsin  sağlamlığına  yüngül  bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
üç yüz manatdan dörd yüz  manatadək miqdarda cərimə edilir  və ya  işin  hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
319 
M a d d ə 
152‐3. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan
 şəxsə verilməsi 
152‐3.1.  Nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs  tərəfindən nəqliyyat  vasitəsini 
idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə ‐
fiziki  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yüz  əlli 
manatdan  iki  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  min  beş  yüz  manatdan  iki  min 
manatadək miqdarda cərimə edilir.
320 
152‐3.2. Bu Məcəllənin 152‐3.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati 
tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə ‐
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  yüz  əlli 
manatdan  üç  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min 
manatadək miqdarda cərimə edilir.
321 
152‐3.3. Bu Məcəllənin 152‐3.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol 
hərəkəti  qaydalarının  pozulması  nəticəsində  zərər çəkən  şəxsin  sağlamlığına  yüngül  bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
fiziki  şəxslər  yüz  qırx  manatdan  yüz  səksən  manatadək  miqdarda,  vəzifəli  şəxslər  dörd 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  dörd  min  manatdan  beş  min 
manatadək miqdarda cərimə edilir.
322 
M a d d ə 
152‐4. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən  
nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsi  
152‐4.1.  Sərxoş  vəziyyətdə  olduğunu  bilə‐bilə  nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan 
şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə ‐
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  yüz  əlli 
manatdan  üç  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  min  beş  yüz  manatdan  üç  min 
manatadək miqdarda cərimə edilir.
323 
152‐4.2. Bu Məcəllənin 152‐4.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati 
tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə ‐
fiziki  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  yüz 
manatdan  dörd  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  min  manatdan  dörd  min 
manatadək miqdarda cərimə edilir.
324 
152‐4.3. Bu Məcəllənin 152‐4.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol 
hərəkəti  qaydalarının  pozulması  nəticəsində  zərər çəkən  şəxsin  sağlamlığına  yüngül  bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐

fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
miqdarda cərimə edilir.
325 
M a d d  ə 
152‐5. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən 
nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan 
və sərxoş vəziyyətdə olan şəxsə verilməsi 
152‐5.1.  Nəqliyyat  vasitəsini  idarə  etmə  hüququnun  olmadığını  və  sərxoş  vəziyyətdə 
olduğunu  bilə‐bilə  nəqliyyat  vasitəsinə  sahiblik  hüququ  olan  şəxs  tərəfindən nəqliyyat 
vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə ‐
fiziki  şəxslər  yüz  əlli  manatdan  iki yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  yüz  əlli 
manatdan dörd yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan dörd min 
manatadək miqdarda cərimə edilir.
326 
152‐5.2. Bu Məcəllənin 152‐5.1‐ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati 
tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  üç  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  beş  yüz 
manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
miqdarda cərimə edilir.
327 
152-5.3. Bu Məcəllənin 152-5.1-ci maddəsində  nəzərdə tutulmuş  xətaların törədilməsi və 
yol hərəkəti qaydalarının pozulması  nəticəsində  zərər çəkən  şəxsin sağlamlığına yüngül bədən 
xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz 
manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  yeddi  min  manatdan  səkkiz  min 
manatadək miqdarda cərimə edilir.
328 
M a d d  ə  1 5 3 .  Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti 
qaydalarının pozulması 
153.1. Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 
153.1.1. piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət edilməməsinə; 
153.1.2.  yolun  hərəkət  hissəsinin,  dəmir  yol  keçidinin  müəyyən  olunmayan  yerdən 
keçilməsinə; 
153.1.3. yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına; 
153.1.4.  qırmızı  və  ya  göy  sayrışan  işıq  və  xüsusi  səs  siqnalı  qoşulmuş  nəqliyyat  vasitəsi 
yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə ‐
on manat cərimə edilir. 
329 
153.2.  Sərnişinlər tərəfindən nəqliyyat  vasitəsinə  minmə  və  düşmə  qaydalarının 
pozulmasına,  təhlükəsizlik  kəmərinin  bağlanılmamasına,  motodəbilqənin  geyilməməsinə, 
nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə 
etməkdən yayındırmağa görə ‐
altı manatdan on manatadək miqdarda cərimə edilir. 
330 
153.3.  Velosipedçilər və  moped  idarə  edən  şəxslər tərəfindən  yol  hərəkəti  qaydalarının 
pozulmasına, yəni: 
153.3.1. svetoforların və nizamlayıcının işarələrinə riayət edilməməsinə; 
153.3.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 

153.3.3.  yol  nişanlarının  və  ya  yolun  hərəkət  hissəsinin  nişanlanması  tələblərinin 
pozulmasına; 
153.3.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla 
idarə edilməsinə; 
331 
153.3.5. nasaz, müəyyən olunmuş qaydada təchiz edilmədən velosipeddən istifadə etməyə; 
153.3.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 
153.3.7. üstün hərəkət keçidi olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. 
332  
153.4.  At  arabalarını  (kirşəni)  idarə  edən və  mal‐qara  ötürənlər tərəfindən  yol  hərəkəti 
qaydalarının pozulmasına, yəni: 
153.4.1.mal‐qaranın yolda nəzarətsiz qoyulmasına; 
153.4.2. mal‐qaranın asfalt və sement‐beton örtüklü yollarda ötürülməsinə; 
153.4.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 
153.4.4.  at  arabalarını  (kirşəni)  idarə  edərkən  svetofor  və  ya  nizamlayıcının  işarələrinə, 
habelə yol nişanları və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 
153.4.5. mal‐qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə 
şəraitində  dəmir  yollarının,  yolların  bu  məqsəd  üçün  xüsusi  olaraq  ayrılmayan  yerlərindən 
keçirilməsinə görə ‐
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
333 
153.5.  Bu  Məcəllənin  153.3‐cü  və  153.4‐cü  maddələrində  nəzərdə  tutulmuş  xətaların  yol 
hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir 
göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə ‐
334 
əlli manatdan yetmiş manatadək miqdarda cərimə edilir. 
335 
153.6.  Bu  Məcəllənin  153.3‐153.5‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində 
zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə 
maddi zərər vurulmasına görə ‐
səksən manatdan yüz manatadək miqdarda cərimə edilir. 
336 
153.7.  Bu  Məcəllənin  153.3‐153.5‐ci  maddələrində  nəzərdə  tutulmuş  xətalar  nəticəsində 
zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
şərti  maliyyə  vahidi  məbləğinin  on  beş  mislindən  iyirmi  beş  mislinədək  miqdarda  cərimə 
edilir. 
M a d d  ə 
1 5 4 .   Nəqliyyat  vasitələrinin  dövlət  qeydiyyatının  aparılması,  texniki 
baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin 
verilməsi qaydalarının pozulması 
154.1.  Nəqliyyat  vasitələrinin  sahibləri  və  ya  sürücüləri  tərəfindən  müəyyən  edilmiş 
qaydada  və  müddətdə  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatından  və  texniki  baxışdan 
keçirməməyə  və  ya  dövlət  qeydiyyatından  keçirilmiş  nəqliyyat  vasitəsi  icarə  müqaviləsi, 
etibarnamə  əsasında  başqa  şəxsə  verildikdə  onu  təkrar  dövlət  qeydiyyatından  keçirməməyə, 
yaxud  nəqliyyat  vasitəsinin  geri  qaytarılması  barədə  öhdəçiliyə  əməl  etməməyə,  eləcə  də 
nəqliyyat  vasitəsinin  özgəninkiləşdirilməsinin  rəsmiləşdirilməsi  və  ya  girov  qoyulması 
qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  otuz  manat  miqdarında,  vəzifəli  şəxslər  qırx  manatdan  yetmiş  manatadək 
miqdarda cərimə edilir.
337 

154.2.  Nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyatının  aparılması,  nəqliyyat  vasitəsinin 
qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat 
vasitəsinin  sahibindən  qanunvericiliklə  nəzərdə  tutulmayan  sənədlərin  tələb  edilməsinə, 
nəqliyyat  vasitəsinin  qeydiyyata  alınmasında  və  ya  qeydiyyatdan  çıxarılmasında,  habelə 
nəqliyyat  vasitələrinə  texniki  baxışın  keçirilməsində  və  ya  texniki  sazlığı  haqqında  sənədin 
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların həllindən qanunsuz olaraq imtina 
edilməsinə,  eləcə  də  texniki  sazlığı  haqqında  verilmiş  sənədin  və  bu  sənəddəki  məlumatların 
həqiqətə uyğun olmamasına görə ‐
yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
338 
154.3.  Sürücülük  vəsiqəsinin  verilməsi  və  ya  dəyişdirilməsi  haqqında  ərizəyə 
baxılmamasına, habelə süründürməçiliyə yol verilməsinə, eləcə də yol hərəkəti qaydaları üzrə 
nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından 
əsassız imtina edilməsinə görə ‐
iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
339 
154.4.  Sürücülük  vəsiqəsinin  qəsdən  korlanmasına,  yararsız  hala  salınmasına  və  ya 
itirilməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
340 
154.5.  Müvafiq  icra  hakimiyyəti  orqanının  əməkdaşı tərəfindən  bu  Məcəllənin  451.3‐cü 
maddəsinin tələbləri pozulmaqla cərimələrin alınmasına görə‐
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir. 
341 
M a d d  ə  1 5 5 .   Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin 
istismarı qaydalarının pozulması 
155.1.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin  istismarı 
qaydalarının pozulmasına, yəni: 
155.1.1.  nəqliyat  vasitəsini  qapıları  bağlanmamış  vəziyyətdə  yerindən  törpətməyə  və  ya 
onun hərəkəti zamanı qapıları açmağa; 
155.1.2.  nəqliyyat  vasitəsini  idarə  etməkdən  diqqəti  yayındıra  biləcək  söhbətdə  iştirak 
etməyə; 
155.1.3. dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına;
342 
155.1.4.  hərəkət  zamanı  sükanı  əlindən  buraxmağa,  mühərriki  söndürülmüş  nəqliyyat 
vasitəsini ətalətlə idarə etməyə; 
155.1.5.  su  və  ya  palçığın  yolda  piyadalara,  binalara  və  nəqliyyat  vasitələrinə  qəsdən 
sıçradılmasına; 
155.1.6.  nəqliyyat  vasitəsinin  təkərlərində  və  ya  banında  yol  örtüyünü  zibilləyən  palçıq 
varsa,  yaxud  onlardan  yanacaq‐sürtkü  materiallarının,  kimyəvi  maddələrin,  tikinti  və  digər 
materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə; 
155.1.7.  hərəkətdə  olan  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanının  görünməsi  üçün 
onun təmiz saxlanılmasına; 
155.1.8. küçəni keçən kor piyadanın işarəsi ilə nəqliyyat vasitəsini dayandırmamasına; 
155.1.9. yol‐nəqliyyat hadisələri nəticəsində və ya nəqliyyat vasitəsinin nasazlığı səbəbindən 
zədələnmiş  nəqliyyat  vasitələrinin  daşınması  üçün  və  ya  təbii‐fəlakət  yerlərinə  getmək  üçün, 
yaxud  qanunvericilik  aktı  ilə  nəzərdə  tutulmuş  digər təxirəsalınmaz  hallarda  yük  daşıyan 
nəqliyyat  vasitələrini  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
əməkdaşlarına təqdim edilməməsinə görə ‐ ; 

155.1.10. beynəlxalq yük daşımalarını həyata keçirən yük avtomobillərinin və avtobusların 
nəzarət  qurğusu  (taxoqraf)  olmadan  və  ya  işləməyən  yaxud  möhürlənməsi  pozulmuş 
taxoqrafla,  habelə  sürücünün  iş  və  istirahət  rejimini  əks  etdirən  taxoqramları  doldurmadan 
idarə edilməsinə görə ‐
on manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
343 
155.2.  Nəqliyyat  vasitələrinin  sürücüləri  tərəfindən nəqliyyat  vasitələrinin  texniki 
vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 
155.2.1. tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və 
ya  qabaq  şüşənin  şüşə  silgəcləri  və  şüşəyuyanları  və  ya  təkərləri  və  şinləri  və  ya  mühərriyi, 
yaxud  konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan  qaldırılması 
mümkün olmayan nəqliyyat vasitəsinin istismarına; 
344 
155.2.2. normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; 
155.2.3.  nəqliyyat  vasitəsinin  tam  kütləsinin  və  bu  kütlənin  oxlar  üzrə  paylanmasının, 
ağırlıq  mərkəzinin,  təkər  bazasının  və  ya  təkər  düsturunun  pozulmasına  və  ya  habelə  tormoz 
və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə; 
345 
155.2.4.  nəqliyyat  vasitəsinin  ban  şüşələrinə  qanunla  tətbiqinə  icazə  verilməyən  örtüklərin 
çəkilməsinə görə ‐
iyirmi manatdan otuz manatadək miqdarda cərimə edilir.
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin