AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

346 
155.3.  Dövlət  qeydiyyat  nişanları  və  ya  onlardan  birinin  olmamasına,  saxta  və  ya  mövcud 
standartlara  uyğun  olmayan  və  ya  başqa  nəqliyyat  vasitələrinə  verilmiş  dövlət  qeydiyyat 
nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə ‐
347 
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir.
348 
155.4.  Bu  Məcəllənin  155.1.1‐155.1.6,  155.1.8,  155.2.1‐155.2.3‐cü  maddələrində  nəzərdə 
tutulmuş  xətalar  nəticəsində  zərər çəkən  şəxsin  sağlamlığına  yüngül  bədən xəsarətinin 
yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
qırx manatdan altmış manatadək miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə 
etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
349 
155.5.  Bu  Məcəllənin  155.1.1‐155.1.6,  155.1.8,  155.2.1‐155.2.3‐cü  maddələrində  nəzərdə 
tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə ‐
şərti maliyyə vahidi məbləğinin on mislindən on beş mislinədək miqdarda cərimə edilir və 
ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. 
155.6.  Nəqliyyat  vasitəsinin  hərəkəti  zamanı  sürücünün  telefonu  əldə  saxlamaqla  ondan 
istifadə etməsinə görə ‐
əlli manat miqdarında cərimə edilir. 
155.7. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan 
işıq  siqnalları  və  ya  operativ  nəqliyyat  vasitələri  üçün  müəyyən  edilmiş  rənglənmə  sxemləri, 
yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin sürətini ölçməyə 
maneçilik  törədən və  ya  ölçmə  cihazlarının  işinə  mane  olan  antiradar  və  digər  texniki 
vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə 
edilməsinə görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmet müsadirə edilməklə qırx manatdan altmış manatadək miqdarda cərimə edilir. 
350 
Qeyd: Bu Məcəllənin 155.3‐cü maddəsində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. 

M a d d  ə  1 5 6 .   Sərxoşluq  vəziyyətinin  yoxlanılması  üçün  nəqliyyat  vasitəsini  idarə 
edən şəxsin müayinədən boyun qaçırması 
Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  sərxoşluq  vəziyyətinin  yoxlanılması  üçün 
nəqliyyat vasitəsini idarə edən şəxsin müayinədən boyun qaçırmasına görə ‐
yetmiş manat miqdarında cərimə edilir. 
351 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş xəta 5 balla qiymətləndirilir. 
M a d d  ə 
1 5 6  ‐ 1 .   Tibbi  müayinədən  keçməyən  sürücülər tərəfindən nəqliyyat 
vasitələrinin idarə edilməsi 
352 
Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tibbi  müayinədən  keçməyən  sürücülər 
tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə— 
on manatdan otuz manatadək miqdarda cərimə edilir.
353 
M a d d  ə  1 5 7 .   Nəqliyyat  vasitəsi  sahibinin  öz  mülki  məsuliyyətini  üçüncü  şəxs 
qarşısında sığortalamaması 
Nəqliyyat vasitəsi sahibinin üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan 
nəqliyyat vasitəsini idarə etməyə görə ‐
şərti maliyyə vahidi məbləğinin beş misli miqdarında cərimə edilir.
354 
M a d d  ə  1 5 8 .  Nəqliyyat vasitələrinin saxlanılması və təmiri qaydalarının pozulması 
158.1.  Nəqliyyat  vasitələrinin  icazə  verilməyən  yerlərdə  saxlanılmasına,  yaxud  parklanma 
qaydalarının pozulmasına görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək cərimə edilir.
355 
158.2.  Nəqliyyat  vasitələrinin  saxlanca  qəbul  edilməsi  və  saxlanılması  qaydalarının 
pozulmasına görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan 
yüz əlli manatadək miqdarda cərimə edilir.
356 
158.3.  Banı  zədələnmiş  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə ‐
yüz manatdan yüz iyirmi manatadək miqdarda cərimə edilir. 
357 
M a d d  ə  1 5 9 .   Nəqliyyat  vasitələri  ilə  təhlükəli  yüklərin  daşınması  qaydalarının 
pozulması 
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasını görə ‐
fiziki şəxslər yetmiş manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan 
beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda 
cərimə edilir. 
358 

O n   d ö r d ü n c ü   f ə s i l  
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ QAYDALARI ƏLEYHİNƏ 
OLAN İNZİBATİ XƏTALAR  
M a d d  ə  1 6 0 .  Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin təhlükəsizliyinin təmin 
edilməsi 
Yol  hərəkəti  təhlükəsizliyi  səviyyəsinin  azaldılması  hesabına  yolların  buraxılış 
qabiliyyətinin  artırılması  məqsədi  ilə  və  ya  digər məqsədlərlə  yol  hərəkətinin  təşkilində 
dəyişikliklərin edilməsinə görə ‐
vəzifəli  şəxslər  qırx  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan 
yüz iyirmi manatadək miqdarda cərimə edilir.
359 
M a d d  ə  1 6 1 .   Avtomobil  yollarının  layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması 
və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması 
161.1.  Müvafiq  icazə  almadan  və  ya  alınmış  icazənin  şərtlərinə  əməl  etmədən  avtomobil 
yollarında,  prospektlərdə,  küçələrdə, təhkim  və  mühafizə  zolağında  tikinti,  qazıntı, 
yenidənqurma 
və 
ya 
təmir 
işlərinin 
aparılmasına, 
yaxud 
avtomobil 
yollarının 
layihələşdirilməsi,  tikintisi,  yenidən  qurulması  və  təmiri  zamanı  yol  hərəkəti  təhlükəsizliyinə 
dair  standartlara,  qaydalara  və  normativlərə  əməl  edilməməsinə  və  ya  yollarda  təhlükəsiz 
hərəkət şəraitinin yaradılmamasına görə ‐
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  dörd  yüz 
manatdan  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  dörd  min  manatdan  beş  min 
manatadək miqdarda cərimə edilir. 
360 
161.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və 
yol nişanlarının quraşdırılmasına görə ‐
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda 
cərimə edilir. 
361 
M a d d  ə  1 6 2 .   Avtomobil  yollarının  saxlanılması  və  abadlaşdırılması  zamanı  yol 
hərəkəti təhlükəsizliyi qaydalarının pozulması 
Avtomobil  yollarının  saxlanılması  və  abadlaşdırılması  qaydalarının  pozulmasına,  yaxud 
avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə ‐
vəzifəli şəxslər otuz manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz manatdan yüz 
əlli manatadək miqdarda cərimə edilir.
362 
M a d d  ə 
1 6 3 .   Avtomobil  yollarında    təhkim  zolağında  yol  hərəkətinin 
təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması 
163.0.  Avtomobil  yollarında  ,  prospektlərdə,  küçələrdə, təhkim  və  mühafizə  zolağında  yol 
hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni: 
163.0.1.  örtüyü  təkmilləşdirilmiş  yollarda  tırtıllı,  yaxud  metal  tikanlı  şinləri  olan  nəqliyyat 
vasitələrinin hərəkətinə; 
163.0.2.  yolların  və  ya  yol  qurğularının  kənar  predmetlərlə  zibillənməsinə,  yaxud 
tutulmasına,  yolda  kənd  təsərrüfatı  məhsullarının  qurudulmasına,  zibil  və  qar  yığınlarının 
yaradılmasına; 

163.0.3.  yolların  hərəkət  hissəsində  yanacaq‐sürtkü  materiallarının,  kimyəvi  maddələrin, 
bitumun  axmasının  mümkünlüyü  ilə  bağlı  işlərin  görülməsinə  və  ya  yük  vurulub‐
boşaldılmasına; 
163.0.4. yollardan qum və çınqıl çıxarılmasına; 
163.0.5.  xüsusi  olaraq  buna  uyğunlaşdırılmamış  körpülərin  altından  taxta‐şalban 
axıdılmasına; 
163.0.6. mal‐qaranın otarılmasına; 
163.0.7.  üzən nəqliyyat  vasitələrinin  körpü  dayaqlarına  yan  almasına,  körpülərin  altında 
qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə; 
163.0.8. torpaqların şumlanmasına, yaşıllığın qırılmasına;
363 
163.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə; 
163.0.10. kanalizasiya, sənaye və çirkli suların axıdılmasına; 
163.0.11. yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada 
qablaşdırılmadan aparılmasına; 
163.0.12.  sərnişin  daşımalarının  marşrutlarının  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanı ilə razılaşdırmamasına görə ‐ ; 
163.0.13. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və 
yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına;
364 
163.0.14.  iriqabaritli  və  (və  ya)  ağırçəkili  nəqliyyat  vasitələrinin  ümumi  istifadədə  olan 
avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi 
icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili 
olmadan hərəkət etməsinə görə ‐
365 
M a d d  ə 
1 6 4 .   Avtomobil  yollarında    nəzarət  edilən  zonalarda  yol  hərəkəti 
təhlükəsizliyi qaydalarının pozulması 
164.0.  Müvafiq  icazə  almadan  və  ya  alınmış  icazənin  şərtlərinə  əməl  etmədən  avtomobil 
yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi 
qaydalarının pozulmasına, yəni: 
164.0.1.  yolun  hərəkət  hissəsində  və  ya  səkilərdə  materialların  yığılması  və  predmetlərin 
saxlanılmasına  (səkilərdə  materialların  və  ya  predmetlərin  saxlanılması  nəticəsində  yaranmış 
məhdudiyyətlərin  piyadaların  gediş‐gəlişi  üçün  yolun  hərəkət  hissəsindən  istifadə  etməsinə 
səbəb olmadığı hallar istisna olmaqla); 
164.0.2.  geoloji,  axtarış,  tikinti,  meliorasiya  işlərinin  aparılmasına,  rabitə  və  elektrik 
xətlərinin, digər kommunikasiyaların çəkilməsinə; 
164.0.3.  daimi  və  müvəqqəti  giriş‐çıxış  yerlərinin,  başqa  yollarla  birləşmələrin  və 
kəsişmələrin yaradılmasına; 
164.0.4.  yolların  hərəkət  hissəsində  sədlərin,  şlaqbaumların  qurulması  və  nəqliyyat 
vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə; 
164.0.5. təhkim zolağında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, 
reklam lövhələrinin və transparantların qurulmasına; 
164.0.6.  dəmiryol  keçidlərinin,  bəndlərin,  şlüzlərin,  nohurların,  digər  meliorasiya  və 
hidrotexniki  qurğuların  tikintisinə,  yenidən  qurulmasına,  təmirinə  və  ləğvinə,  çayların  və 
kanalların yatağının dərinləşdirilməsinə; 
164.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod sınaqlarının keçirilməsinə; 

164.0.8.  təhkim  zolağında  nəqliyyat  vasitələrinin  durması  və  yuyulması  üçün 
meydançaların, 
servis 
obyektlərinin, 
köşklərin, 
pavilyonların, 
digər 
qurğuların 
yerləşdirilməsinə və ticarətin aparılmasına; 
164.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsinə; 
164.0.10.  tırtıllı,  uzun  ölçülü,  iri  qabaritli,  ağır  çəkili  və  ya  təhlükəli  yükləri  daşıyan 
nəqliyyat  vasitələrinin  hərəkəti  zamanı  avtomobil  yoluna  və  yol  qurğularına  zərər dəyməsinə 
görə ‐
fiziki  şəxslər səksən  manatdan  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  dörd  yüz 
manatdan  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  min  manatdan  dörd  min 
manatadək miqdarda cərimə edilir. 
366 
M a d d  ə 
1 6 5 .   Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan 
edilməsi 
Yol  hərəkətinin  müvəqqəti  məhdudlaşdırılması  və  ya  qadağan  edilməsi  haqqında  qəbul 
edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa 
və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə ‐
fiziki şəxslər qırx manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan 
üç yüz manatadək miqdarda, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda 
cərimə edilir. 
367 
M a d d  ə  1 6 6 .  Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı qaydalarının pozulması 
166.1.  Xüsusi  komplektləşdirilmiş  dərman  qutuları  ilə  təchiz  olunmayan  nəqliyyat 
vasitələrini idarə etməyə görə ‐
üç manatdan beş manatadək miqdarda cərimə edilir.
368 
166.2.  Təcili  tibbi  yardıma  ehtiyacı  olan  şəxsləri  daşımamağa,  yaxud  təcili  tibbi  yardım 
göstərmək üçün eyni səmtə gedən səhiyyə işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə 

on manatdan on beş manatadək miqdarda cərimə edilir.
369 
166.3.  Nəqliyyat  vasitələri  sürücülərinin  icbari  qaydada  tibbi  müayinədən,  təkrar 
müayinədən,  həmçinin  reys  qabağı,  reysdən  sonra  cari  tibbi  müayinədən  keçmələrini  təşkil 
etməməyə görə ‐
vəzifəli şəxslər qırx manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan 
iki yüz manatadək miqdarda cərimə edilir.
370 
M a d d  ə  1 6 7 .  Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması 
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  on  manatdan  iyirmi  manatadək  miqdarda 
cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar altmış manatdan səksən manatadək 
miqdarda cərimə edilir. 
371 
M a d d  ə  1 6 8 .  İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi 
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə ‐
fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış manatdan 
səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  doxsan  manatdan  yüz  əlli  manatadək  miqdarda 
cərimə edilir. 
372 

O n   b e  ş i n c i   f ə s i l  
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  1 6 9 .   Dövlət  qeydiyyatından  keçməmiş  elektromaqnit  şüalanma  mənbələri 
sayılan rabitə vasitələrinin qurulması və istismarı 
Qanunvericiliklə 
müəyyən 
edilmiş 
qaydada 
dövlət 
qeydiyyatından 
keçməmiş 
elektromaqnit  şüalanma  mənbələri  sayılan  rabitə  vasitələrinin  və  ya  teleradio  verilişlərinin 
yayımı və ötürülməsi üçün istifadə olunan rabitə vasitələrinin və digər texniki vasitələrinin əldə 
edilməsinə,  qurulmasına  və  ya  istismarına,  bu  vasitələrin  realizə  edilməsi  qaydalarının 
pozulmasına və radioşüalanmanın texniki normalarına riayət edilməməsinə görə ‐
bu  cür  qoşulma  nəticəsində  istismar  edilən  rabitə  avadanlığı  müsadirə  edilməklə  və  ya 
edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər 
yetmiş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  əlli  yüz 
manatadək miqdarda cərimə edilir.
373 
M a d d  ə  1 7 0 .  Müvafiq icazə olmadan rabitə şəbəkələrinə və vasitələrinə qoşulma 
Qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  icazə  olmadan  rabitə  şəbəkələrinə  və 
ya vasitələrinə qoşulmağa görə ‐
bu  cür  qoşulma  nəticəsində  istismar  edilən  rabitə  avadanlığı  müsadirə  edilməklə  və  ya 
edilməməklə fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər altmış 
manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
374 
M a d d  ə  1 7 1 .   Radioelektron,  radiorabitə  vasitələrinin  və  yüksəktezlikli  qurğuların 
istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı, qaydalarının pozulması 
Radioelektron,  radiorabitə  vasitələrinin  və  yüksəktezlikli  qurğuların  istehsalına,  əldə 
edilməsinə,  idxalına,  istifadəsinə  və  qeydiyyatına  dair  qanunla  müəyyən  edilmiş  qaydaların 
pozulmasına  və  ya  tezliklərdən  bütün  təyinatlı  radioelektron  vasitələrinin  və  yüksəktezlikli 
qurğuların  işi  üçün  istifadə  olunmasına  və  ya  teleradio  verilişlərinin  qəbuluna  maneələr 
törədilməsinə görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  səksən  manatdan  iki  yüz  əlli  manatadək 
miqdarda cərimə edilir.
375 
M a d d  ə  1 7 2 .  Rabitə vasitələrinin, xətlərinin və qurğularının mühafizə qaydalarının 
pozulması 
Rabitə vasitələrinin, xətlərinin və qurğularının qanunvericiliklə müəyyən edilmiş mühafizə 
qaydalarının  pozulmasına  və  ya  rabitə  vasitələrinin,  xətlərinin  və  ya  kabel  qurğularının 
zədələnməsinə görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış  manatdan 
səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda 
cərimə edilir.
376 
M a d d  ə  1 7 2  ‐ 1 .Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma 
377 
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə qanunsuz olaraq daxil olmaqla 
danışıqlar aparma, zərərçəkmiş şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə ‐

iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
378  
Qeyd: Bu maddədə ʺaz miqdardaʺ dedikdə, min manatadək olan məbləğ başa düşülür.
379  
M a d d  ə  1 7 3 .  Poçt markalarının və digər poçt ödəniş nişanlarının buraxılması və ya 
yayılması 
Poçt  ödənişi  nişanlarının  (poçt  markaları,  markalı  zərf  və  açıqcalar)  və  digər  poçt  ödəniş 
nişanlarının  və  başqa  filateliya  əşyalarının  qanunsuz  olaraq  buraxılmasına  və  ya  onların  nəşri 
və dövriyyəsi qaydalarının pozulmasına görə ‐
inzibati xəta törədilməsinə səbəb olmuş poçt ödənişi nişanları və digər poçt ödəniş nişanları 
və  başqa  filateliya  əşyaları  müsadirə  edilməklə  və  ya  edilməməklə  fiziki  şəxslər  iyirmi  beş 
manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış  beş  manatdan  səksən 
manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə 
edilir.
380 
M a d d  ə  1 7 4 .  Rabitə xidməti qaydalarının pozulması 
Rabitə  fəaliyyətinin  həyata  keçirilməsi  zamanı  rabitə  xidməti  qaydalarının  pozulmasına, 
yəni mövcud standartlara, norma və qaydalara, habelə müqavilə şərtlərinə əməl edilməməsinə 
görə ‐
xəbərdarlıq edilir və ya on manatdan otuz manatadək miqdarda cərimə edilir.
381 
M a d d  ə  1 7 5 .  Sertifikatlaşdırılmamış rabitə vasitələrindən istifadə edilməsi 
382 
Qanunvericiliklə 
sertifikatlaşdırılması 
tələb 
olunan 
sertifikatlaşdırılmamış 
rabitə 
vasitələrindən istifadə edilməsinə və ya onların realizə edilməsinə görə ‐
bu  cür  qoşulma  nəticəsində  istismar  edilən  rabitə  avadanlığı  müsadirə  edilməklə  və  ya 
edilməməklə fiziki şəxslər iyirmi beş manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər 
altmış  manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  iyirmi  manatdan  yüz  qırx 
manatadək miqdarda cərimə edilir.
383 
M a d d  ə  1 7 6 .   Rabitə  şəbəkələrinin  və  qurğularının  layihələşdirilməsi,  inşaatı  və 
istismarı qaydalarının və normalarının pozulması 
Rabitə  şəbəkələrinin  və  qurğularının  layihələşdirilməsi,  inşaatı  və  istismarının  müəyyən 
edilmiş qaydalarının və normalarının pozulmasını görə ‐
fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli 
manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
384 
M a d d  ə  1 7 7 .   Dövlət  əhəmiyyətli  elektrik  rabitə  xətlərində  baş  vermiş  qəzaların 
aradan qaldırılmasına maneçilik törədilməsi 
Dövlət  əhəmiyyətli  elektrik  rabitə  xətlərində  baş  vermiş  qəzanın  aradan  qaldırılmasına 
qəzanın  baş  verdiyi  yerin  mülkiyyətçisi  və  ya  istifadəçisi  tərəfindən  maneçilik  törədilməsinə 
görə ‐
fiziki  şəxslər  iyirmi  beş  manatdan  otuz  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  əlli  yüz 
manatadək miqdarda cərimə edilir.
385 

M a d d  ə  1 7 8 .   Rabitə  vasitələrinin,  qurğularının,  xətlərinin  mühafizə  zonalarında 
müvafiq icazə olmadan işlərin aparılması 
Rabitə  vasitələrinin, qurğularının,  xətlərinin mühafizə zonalarında müvafiq icazə olmadan 
tikinti işlərinin və ya digər işlərin aparılmasına görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış  manatdan 
səksən manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda 
cərimə edilir.
386 
M a d d  ə  1 7 9 .  Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi 
Ümumi istifadəli avtomat telefonlarının zədələnməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
387 
M a d d  ə  1 8 0 .  Müvafiq icazə olmadan rabitə xidmətlərinin göstərilməsi 
Rabitə  sistemlərindən,  qurğularından  və  xətlərindən  istifadə  etməklə  qazanc  məqsədi  ilə 
rabitə xidmətlərinin göstərilməsinə və ya rabitə şəbəkələrindən və vasitələrindən bu məqsədlə 
istifadə edilməsinə görə ‐
belə xidmətlərin göstərilməsinədə (qoşulmasında) istifadə edilən rabitə avadanlığı müsadirə 
edilməklə  və  ya  edilməməklə  fiziki  şəxslər  otuz  beş  manatdan  qırx  manatadək  miqdarda, 
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki 
yüz əlli manatadək miqdarda cərimə edilir.
388 
M a d d ə  180‐1. Abonentin identifikasiya modulunun və ya mobil telefon aparatının 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin