AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   2   3   4   5   6   7   8   9   ...   53

174 
92.2.  Meşə  fonduna  aid  olmayan  ağac  və  ya  kol  əkililərinin  zədələnməsinə, 
kəsilməsinə və ya məhv edilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  iki  yüz  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda, 
vəzifəli şəxslər doqquz yüz manatdan on min manatadək miqdarda, hüquqi şəxslər qırx 
min manatdan əlli min manatadək miqdarda cərimə edilir. 
92.3. eyni inzibati xəta 
92.3.1.  şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  yerləşən  yaşıllıq  sahələrində 
tikinti  işləri  aparılarkən  lazımi  icazə  olmadan  törədildikdə, hər  bir  ağacın  və  ya  kol 
əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə ‐
fiziki  şəxslər  min  iki  yüz  manatdan  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli 
şəxslər üç min beş yüz manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər iyirmi 
min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. 

92.3.2.  magistral  avtomobil  yollarının  və  dəmir  yolunun  mühafizə  zolaqlarında 
yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kol 
əkililərinin  zədələnməsinə  və  ya  məhv  edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə 
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə ‐
fiziki şəxslər min manatdan min üç yüz manatadək miqdarda, vəzifəli şəxslər iki 
min  beş  yüz  manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min 
manatdan iyirmi min manatadək miqdarda cərimə edilir. 
92.3.3.  su  obyektlərinin  və  su  təsərrüfatı  obyektlərinin  (su  anbarları  da  daxil 
olmaqla)  mühafizə  zolağında  yerləşən  yaşıllıq  sahələrində  lazımi  icazə  olmadan 
törədildikdə, hər  bir  ağacın  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv 
edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  lazımi  icazə  olmadan 
kəsilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli 
şəxslər  beş  min  manatdan  altı  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  otuz  min 
manatdan qırx min manatadək miqdarda cərimə edilir. 
92.3.4.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən tərtib  edilmiş  yaşıllıq 
ərazilərinin  kadastrında  olan  ağac  və  ya  kol  əkililərinin  zədələnməsinə  və  ya  məhv 
edilməsinə,  habelə  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  lazımi  icazə  olmadan 
kəsilməsinə görə ‐
fiziki  şəxslər  iki  min  manatdan  iki  min  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altı 
min  manatdan  yeddi  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  qırx  min  manatdan  qırx  beş 
min manatadək miqdarda cərimə edilir.
175 
M a d d  ə  9 3 .  Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə tutulmuş 
məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadə etmə 
Meşəqırma  biletində  (orderində) və  ya  meşə  biletində  nəzərdə  tutulmuş  məqsədləri  və  ya 
tələbləri gözləmədən meşədən istifadəyə görə ‐
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min 
manatadək miqdarda cərimə edilir. 
176 
M a d d  ə 
9 4 .   Meşələrin  bərpası,  məhsuldarlığının  artırılması,  cins  tərkibinin 
yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə qaydalarının pozulması 
Meşələrin  bərpasına,  vəziyyətinin  və  cins  tərkibinin  yaxşılaşdırılmasına,  məhsuldarlığının 
artırılmasına və yetişmiş oduncaq ehtiyatlarından istifadəyə dair qaydaların pozulmasına görə ‐
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər səkkiz  min  manatdan  doqquz  min 
manatadək miqdarda cərimə edilir. 
177 
M a d d  ə  9 5 .  Meşə fondu torpaqlarında biçənəklərin və otlaq sahələrinin zədələnməsi 
və ya korlanması 
Meşə  fondu  torpaqlarında  biçənəklərin  və  ya  otlaq  sahələrinin  zədələnməsinə  və  ya 
korlanmasına görə ‐

fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  beş  yüz  manatdan 
səkkiz min manatadək miqdarda cərimə edilir. 
178 
M a d d  ə  9 6 .  Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal‐qara otarılması, 
özbaşına yabanı meyvə, qoz‐fındıq, göbələk, giləmeyvə yığılması 
Meşə  fondu  sahələrində  özbaşına  ot biçilməsinə  və  ya  mal‐qara  otarılmasına  və  ya  yabanı 
meyvə, qoz‐fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə 
biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə ‐
fiziki  şəxslər  dörd  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan altı min beş 
yüz manatadək miqdarda cərimə edilir. 
179 
M a d d  ə 
9 7 .   Meşə  fondu  torpaqlarında  meşələrə  zərərli  təsirin  qarşısını  alan 
qurğuları olmayan istehsal obyektlərinin tikilməsi və ya istifadəyə verilməsi 
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan qurğuları olmayan istehsal 
obyektlərinin və ya digər obyektlərin tikilməsinə və ya istifadəyə verilməsinə görə ‐
fiziki  şəxslər  yeddi  yüz  manatdan  min  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş  yüz 
manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər doqquz min manatdan on iki 
min manatadək miqdarda cərimə edilir. 
180 
M a d d  ə 
9 8 .   Meşə  fondu  torpaqlarında  meşəsuvarma  şəbəkələrinin,  drenaj 
sistemlərinin və yolların məhv edilməsi və ya korlanması 
Meşə  fondu  torpaqlarında  meşəsuvarma  şəbəkələrinin,  drenaj  sistemlərinin  və  yolların 
məhv edilməsinə və ya korlanmasına görə ‐
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan üç min beş yüz manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min 
beş yüz manatadək miqdarda cərimə edilir. 
181 
M a d d  ə  9 9 .  Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və 
sairə göstərici dirəklərin) məhv edilməsi və zədələnməsi 
Meşə  fondu  torpaqlarında  məhdudlaşdırıcı  nişanların  (sərhəd,  kvartal  və  sairə  göstərici 
dirəklərin) məhv edilməsinə və zədələnməsinə görə ‐
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş 
yüz manatadək miqdarda cərimə edilir. 
182 
M a d d  ə  1 0 0 .  Meşə üçün faydalı faunanın məhv edilməsi 
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə ‐
fiziki  şəxslər  iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz 
manatadək miqdarda cərimə edilir. 
183 
M a d d  ə  1 0 1 .  Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması 
101.1. Su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına, yəni: 

101.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə; 
101.1.2. su obyektlərinin özbaşına tutulmasına; 
101.1.3.  su  obyektlərindən  istifadə  üzrə  xüsusi  razılıq  (lisenziya)  və  ya  icazə  ilə  müəyyən 
edilmiş şərtlərin pozulmasına görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx 
beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  yüz  yetmiş  beş  manatadək 
miqdarda cərimə edilir.
184 
101.2. Lazımi icazə olmadan sudan özbaşına istifadə edilməsinə, yəni: 
101.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; 
101.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə; 
101.2.3. su kəmərlərindən, kanallardan özbaşına su götürülməsinə; 
101.2.4.  içməli  məişət,  texniki  və  tullantı  sularını  kənara  (çöllərə,  küçələrə,  rabitə  və  enerji 
kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilir.
 185 
Maddə 101‐1. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının 
qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi 
Su  təchizatı  müəssisəsinin  səlahiyyətli  şəxsi  tərəfindən  su  qanunvericiliyinin 
tələblərinin  pozulmasının  qarşısını  almaq  məqsədi  ilə  səlahiyyətləri  çərçivəsində 
tədbirlərin  həyata  keçirilməsinə,  yaxud  həmin  şəxsin  qanuni  tələblərinin  yerinə 
yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə — 
fiziki şəxslər iyirmi manat miqdarında, vəzifəli şəxslər əlli manat miqdarında, 
hüquqi şəxslər yüz manat miqdarında cərimə edilir.
186 
M a d d  ə   1 0 2 .
 Su obyektlərinin mühafizəsi qaydalarının pozulması 
102.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni: 
102.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını 
alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar 
edilməsinə; 
102.0.2.  su  təsərrüfatı  qurğularının  və  avadanlığının  zədələnməsinə,  onların  istismar 
qaydalarına riayət edilməməsinə; 
102.0.3. su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət edilməməsinə; 
102.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına; 
102.0.5.  su  obyektlərinin  dövlət  monitorinqinin,  suların  dövlət  uçotunun,  dövlət  su 
kadastrının aparılması qaydalarına riayət edilməməsinə; 
102.0.6.  sutoplayıcı  sahələrdə  su  obyektlərinin  qorunması  rejimini  pozmaqla  suların 
çirkləndirilməsinə,  torpaqların  su  eroziyasına  və  başqa  ziyanlı  hallara  səbəb  olan  şəkildə 
pozulmasına; 
102.0.7.  su  çıxarmaq  üçün  quyuların  qazılması  qaydalarının  və  texnologiyasının 
pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyuların qazılmasına görə ‐
fiziki şəxslər altı yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min 
manatadək miqdarda cərimə edilir. 
187 

M a d d  ə  1 0 3 .  İçməli  su  mənbələrinin,  su  təmizləyici  qurğularının,  su  kəmərlərinin 
sanitar  mühafizə  zonalarının  tələblərinin  və  içməli  suyun  keyfiyyətinə  dair  tələblərin 
pozulması 
103.1. İçməli su mənbələrinin, su təmizləyici qurğularının, su kəmərlərinin sanitar mühafizə 
zonalarının tələblərinin pozulmasına görə ‐
fiziki şəxslər yüz manatdan iki yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz manatdan 
üç  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda 
cərimə edilir.
188 
103.2.  İçməli  suyun  keyfiyyətinin  sanitariya  tələblərinə  və  dövlət  standartlarına  uyğun 
gəlməməsinə görə ‐
üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir.
189 
M a d d  ə  1 0 4 .  Tullantıların yerləşdirilməsi və emalı tələblərinin pozulması 
104.1. Şəhər və digər yaşayış məntəqələri, meşə‐park, kurort, müalicə‐sağlamlıq , turizm və 
rekreasiya  zonalarının  ərazisində,  su  mənbələrinin  və  mineral  bulaqların  sanitar  mühafizə 
zonalarında,  çatlı  süxurların  və  sulu  təbəqələrin  səthə  çıxdığı  yerlərdə,  habelə  içməli  su 
təchizatı  və  təsərrüfat‐məişət  ehtiyacları  üçün  istifadə  olunan  yeraltı  su  obyektlərinin  sututar 
sahələrində, eyni zamanda, faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı 
işlərin  aparılmasına  təhlükə  yarandığı  hallarda,  faydalı  qazıntı  laylarının  olduğu və  yeraltı 
işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə‐
190 
fiziki  şəxslər  yeddi  yüz  manatdan  min  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min 
manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min 
manatadək miqdarda cərimə edilir. 
191 
104.2.  Tullantıların  emalı  yerlərinin  müəyyənləşdirilməsi,  layihələşdirilməsi,  tikintisi, 
istifadəsi və ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək miqdarda, hüquqi 
şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə edilir. 
192 
M a d d  ə  1 0 5 .  Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin  
pozulması  
105.0. Pestisidlər və aqrokimyəvi maddələr haqqında qanunvericiliyin pozulmasına, yəni: 
105.0.1. insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə təhlükə törədə bilən və 
ya  törətmiş  pestisidlər və  aqrokimyəvi  maddələrlə  bağlı  məlumatların  gizlədilməsinə  və  ya 
təhrif edilməsinə; 
105.0.2.  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  dövlət  sınağından  və 
qeydiyyatından  keçməmiş  pestisidlərin  və  aqrokimyəvi  maddələrin  idxalına,  ixracına  və 
istifadəsinə yol verilməsinə; 
105.0.3. istifadəsi yararsız və qadağan olunmuş pestisidlərin və aqrokimyəvi maddələrin və 
ya qalıq miqdarına görə müəyyən edilmiş tələblərə cavab verməyən kənd təsərrüfatı və ərzaq 
məhsullarının satışına və istifadəsinə yol verilməsinə; 
105.0.4. pestisidlərin, aqrokimyəvi maddələrin və vasitələrin, materialların tətbiqi, istifadəsi, 
zərərsizləşdirilməsi və basdırılması qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  iyirmi  mislindən  qırx  mislinədək  miqdarda, 
vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin altmış mislindən yetmiş mislinədək miqdarda, 
hüquqi  şəxslər  şərti  maliyyə  vahidi  məbləğinin  yüz  mislindən  yüz  əlli  mislinədək  miqdarda 
193
cərimə edilir. 

M a d d  ə  1 0 6 .   Zərərli  maddələrlə  və  ya  bu  maddələrin  qarışıqları  ilə  aparılan 
əməliyyatları gəmi sənədlərində qeyd etmək vəzifələrinin yerinə yetirilməməsi 
İnsanların  sağlamlığı  üçün  və  ya  dənizin  canlı  ehtiyatları  üçün  zərərli  maddələrlə,  yaxud 
tərkibində  müəyyən  edilmiş  normalardan  artıq  bu  cür  maddələr  olan  qarışıqlarla  aparılan 
əməliyyatların  gəmi  sənədlərində  qeyd  etmək  barəsində  qanunvericiliklə  nəzərdə  tutulmuş 
vəzifələrin  gəminin  və  ya  digər  üzən  vasitənin  kapitanı,  komanda  heyətinin  başqa  şəxsləri 
tərəfindən yerinə yetirilməməsinə və ya bu əməliyyatlar haqqında gəmi sənədlərində göstərilən 
şəxslər tərəfindən  yanlış  qeydlər  yazılmasına,  yaxud  belə  sənədləri  müvafiq  vəzifəli  şəxslərə 
təqdim etməkdən qanunsuz olaraq imtina edilməsinə görə ‐
otuz beş manatdan yetmiş beş manatadək miqdarda cərimə edilir.
194 
M a d d  ə 
1 0 7 .   Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi  tələblərinin  yerinə 
yetirilməməsi və ya pozulması 
195 
107.0. Radiasiya  təhlükəsizliyinin  təmin  edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya 
pozulmasına, yəni: 
107.0.1.  ionlaşdırıcı  şüa  mənbələri  ilə  iş  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməməsinə; 
107.0.2. təbii radionuklidlərin təsirindən əhalinin təhlükəsizliyinin təmin edilməməsinə; 
107.0.3.  qida  məhsulları  istehsalı  və  istifadəsi  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməməsinə; 
107.0.4.  tibbi  rentgen‐radioloji  proseduralar  keçirilən  zaman  əhalinin  radiasiya 
təhlükəsizliyinin təmin edilməməsinə; 
107.0.5. radiasiya qəzası zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə– 
fiziki şəxslər yeddi yüz manatdan min manatadək miqdarda, vəzifəli şəxslər iki min beş yüz 
manatdan  üç  min  beş  yüz  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  min  manatdan on  iki  min 
manatadək miqdarda cərimə edilir. 
196 
M a d d  ə  1 0 8 .  Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulması 
108.0. Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına, yəni: 
108.0.1.  hidrometeorologiya  fəaliyyəti  üzrə  normativ‐texniki  sənədlərin  tələblərinə 
hidrometeorologiya  və  təbii  mühitin  monitorinqi  üzrə  məlumatların  istehsalçıları  və 
istehlakçıları tərəfindən əməl edilməməsinə; 
108.0.2. hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə Azərbaycan Respublikasının 
dövlət məlumatlar  fondunun  materiallarının  fondun  sərəncamlarının  razılığı  olmadan  başqa 
şəxslərə verilməsinə və ya surətinin çıxarılmasına; 
108.0.3.  hazırlanmış  materialların  bir  nüsxəsinin  xidməti  istifadə  üçün  qanunvericiliklə 
müəyyən  edilmiş  hallarda  hidrometeorologiya  və  təbii  mühitin  monitorinqi  üzrə  Azərbaycan 
Respublikasının dövlət məlumatlar fonduna verilməməsinə; 
108.0.4.  ərazilərində  hidrometeorologiya  və  təbii  mühitin  monitorinqi  üzrə  rəsədxanalar, 
stansiyalar  və  digər  müşahidə  məntəqələri  yerləşən  torpaq  sahələrinin  və  su  obyektlərinin 
mülkiyyətçiləri  və  istifadəçiləri  tərəfindən həmin  məntəqələrin  və  ölçü  vasitələrinin 
toxunulmazlığının təmin edilməməsinə, onların korlanması və məhv edilməsi barədə müvafiq 
orqana  məlumat  verilməməsinə  və  ya  məntəqələrdə  hidrometeoroloji  işlərin  aparılması  üçün 
lazımi şəraitin yaradılmamasına; 

108.0.5.  müvafiq  razılıq  olmadan  müşahidə  şəbəkələrinin  köçürülməsinə,  yerlərinin 
dəyişdirilməsinə və ya fəaliyyətinin dayandırılmasına; 
108.0.6.  müvafiq  razılıq  olmadan  atmosfer  proseslərinə  fəal  təsir  işlərini  həyata  keçirən 
texniki komplekslərin başqa məqsədlər üçün istifadə edilməsinə; 
108.0.7.  hidrometeoroloji  müşahidə  şəbəkələrinin  ətrafındakı  mühafizə  zonalarında  hər 
hansı təsərrüfat fəaliyyəti ilə məşğul olunmasına görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  altı  min  manatdan  səkkiz  min 
manatadək miqdarda cərimə edilir. 
197 
M a d d  ə  1 0 9 .  Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulması 
109.0. Geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin pozulmasına, yəni: 
109.0.1.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatına  alınmamış  və  ya 
patenti  alınmamış,  yaxud  sertifikatlaşdırılmamış  geodeziya  və  kartoqrafiya  materiallarının  və 
məlumatlarının, xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlığının və cihazlarının ticarət 
dövriyyəsinə daxil edilməsinə; 
109.0.2.  dövlət  geodeziya‐istinad  məntəqələrinin  və  ya  yerüstü  nişanların  korlanmasına, 
yaxud məhv edilməsinə; 
109.0.3.  dövlət  geodeziya  və  kartoqrafiya  xidməti  orqanının  razılığı  olmadan  dövlət 
geodeziya‐istinad məntəqələrinin və yerüstü nişanların yerlərinin dəyişdirilməsinə, habelə belə 
məntəqə  və  nişanların  yenidən  qurulmasına,  yaxud  yeni  məntəqə  və  nişanların 
quraşdırılmasına görə ‐
fiziki şəxslər beş manatdan on beş  manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan 
doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz  manatadək 
miqdarda cərimə edilir.
198 
M a d d  ə  1 1 0 .  Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı 
ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi 
Sənaye  və  məişət  tullantılarının  qalaqlanması  qaydalarının  pozulmasına,  göstərilən 
tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min 
manatadək miqdarda cərimə edilir. 
199 
M a d d  ə  1 1 1 .  Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulması 
111.1. Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetlər  müsadirə  edilməklə  və  ya  müsadirə  edilməməklə  yeddi  yüz  manatdan  min  yeddi 
yüz manatadək miqdarda cərimə edilir. 
200 
111.2.  Ov  qaydalarının  kobud  şəkildə  pozulmasına  (lazımi  icazə  olmadan  və  ya  qadağan 
edilmiş  yerlərdə,  yaxud  qadağan  olunmuş  müddətlərdə,  qadağan  edilmiş  alətlərlə  və  ya 
üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə ‐
inzibati  xətanın  törədilməsində  alət və  ya  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş 
predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək 
miqdarda cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. 
201 

M a d d  ə  1 1 2 .  Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulması 
112.0. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: 
112.0.1. heyvanlar aləminin obyektlərindən istifadənin limitlərinin artırılmasına; 
112.0.2. dövlət ekoloji ekspertizasının tələblərinin yerinə yetirilməməsinə; 
112.0.3.  heyvanların  yaşayış  mühitinin,  çoxalma  şəraitinin  və  miqrasiya  yollarının 
mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə; 
112.0.4. qurumuş bitkilərin və ya onaların qalıqlarının özbaşına yandırılmasına; 
112.0.5.  bitki  mühafizə  vasitələrinin,  onların  boy  stimulyatorlarının,  mineral  gübrələrin  və 
başqa  maddələrin  (preparatların)  saxlanması,  daşınması  və  tətbiq  edilməsi  qaydalarının 
pozulmasına; 
112.0.6.  özbaşına,  yaxud  müəyyən  edilmiş  qaydanı  pozmaqla  heyvanları  köçürdükdə, 
iqlimə  uyğunlaşdırdıqda  və  artırdıqda  genetik  cəhətdən dəyişmiş  orqanizmlərdən  istifadə 
edilməsinə; 
112.0.7.  heyvanlar  aləmi  obyektlərinin  vəziyyəti,  sayı,  onların  istifadəsi  haqqında 
məlumatların gizlədilməsinə və ya təhrif edilməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  səkkiz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  iki  min 
manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min 
manatadək miqdarda cərimə edilir. 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin