AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

436 
196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni: 
196.0.1.  xüsusi  razılıq  (lisenziya)  olmadan  I  və  II  məsuliyyət səviyyəli  bina  və  qurğuların 
layihələndirilməsi, mühəndis‐axtarış və tikinti‐quraşdırma işləri ilə məşğul olmağa; 
196.0.2.  baş  planlarda,  müfəssəl  planlaşdırma  və  ərazi‐tikinti  layihələrində  və  mövcud 
ərazilərin memarlıq‐planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edilməsinə; 
196.0.3. mühəndis‐axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və 
II məsuliyyət səviyyəli bina və qurğuların tikintisinin həyata keçirilməsinə; 
196.0.3‐1.  müvafiq  rəy  olmadan  dini  ibadət  yerinin  tikintisinə  və  ya  mövcud  dini 
ibadət yerinin yenidən qurulmasına;
437 
196.0.4.  mühəndis‐axtarış  və  tikinti‐quraşdırma  işlərinin  yerinə  yetirilməsi  zamanı  tikinti 
norma və qaydalarını pozmağa; 
196.0.5. tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydalarını pozmağa; 
196.0.6.  tikintidə  təhlükəsizliyə  nəzarət  edən  orqanın  fəaliyyətinə  maneçilik  törətməyə  və 
həmin orqanın qanuni göstərişlərinə əməl etməməyə görə ‐
fiziki  şəxslər  üç  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  min  beş  yüz 
manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  on  beş  min  manatdan  otuz  min 
manatadək miqdarda cərimə edilir. 
M a d d  ə  1 9 7 .   Şəhərləri  və  digər  yaşayış  məntəqələrini  abadlaşdırma  qaydalarının 
pozulması 
Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisini abadlaşdırma qaydalarını pozmağa və 
ya  şəhərlərdə  və  digər  yaşayış  məntəqələrində  təmizliyi  və  səliqəni  təminetmə  qaydalarına 
əməl etməməyə görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  beş  manatdan  yeddi  manatadək  miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  iyirmi  beş  manatdan  otuz  beş 
manatadək miqdarda cərimə edilir.
438 
M a d d  ə  1 9 8 .  Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların başqa yerlərə 
keçirilməsi və yaxud mühafizəsi üçün tədbirlər görülməməsi
439 
Şəhərlərdə və digər yaşayış məntəqələrində yaşıllıqların hər cür zədələnməsinə, yəni tikinti 
işləri  başlanan  zaman  yaşıllığı  olan  ayrı‐ayrı  sahələrin  tikilişində  lazımi  icazə  olmadan 
yaşıllıqların  özbaşına  qırılmasına  və  ya  başqa  yerlərə  keçirilməsinə,  yaxud  öz  sərəncamında 
olan yaşıllıqların mühafizəsi üçün şəxslərin tədbirlər görməməyə görə ‐
fiziki şəxslər beş manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli 
manatadək miqdarda cərimə edilir.
440 
O n   s ə k k i z i n c i   f ə s i l  

İQTİSADİ FƏALİYYƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
M a d d  ə  1 9 9 .  Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  dövlət 
qeydiyyatına  alınmadan  və  ya  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  xüsusi  razılıq 
(lisenziya)  tələb  olunduğu  hallarda  belə  razılıq  olmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 
olmağa,  yaxud  lisenziyada  nəzərdə  tutulmuş  şərtlərin  pozulması  və  ya  xüsusi  icazə  olmadan 
mülki  dövriyyəsi  məhdudlaşdırılmış  əşyalardan  istifadə  etməklə  ilə  sahibkarlıq  fəaliyyətinin 
həyata  keçirilməsinə  görə,  bu  az  miqdarda  ziyan  vurduqda  və  ya  az  miqdarda  gəlir  əldə 
etməklə törədildikdə ‐
441 
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  iyirmi  manatdan  yüz  altmış  manatadək  miqdarda 
cərimə edilir. 
442 
443 
Qeyd: Bu Məcəllənin 199‐cu, 200‐204, 204‐2‐cü, 205‐ci və 221.1‐ci maddələrində nəzərdə tutulmuş 
əməllər xeyli miqdarda (min manatdan artıq) ziyan vurduqda və ya həmin miqdarda gəlir əldə etməklə 
törədildikdə  Azərbaycan  Respublikası  Cinayət Məcəlləsinin  müvafiq  maddələrinə  əsasən  cinayət 
məsuliyyətinə səbəb olur. 
444 
M a d d  ə  1 9 9  ‐ 1 .  Vəkil adından qanunsuz istifadə 
445 
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən 
gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə — 
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  manatdan 
doxsan manatadək miqdarda cərimə edilirlər.
446 
Ma d d ə 1 9 9 ‐ 2 . Ailə kəndli təsərrüfatının uçota durmaması 
Ailə  kəndli  təsərrüfatının  üzvləri  tərəfindən  bu  təsərrüfatın  müvafiq  bələdiyyədə  uçota 
durmasının təmin edilməməsinə görə ‐
beş manatdan on manatadək miqdarda cərimə edilir. 
447 
M a d d  ə  2 0 0 .  Yalançı sahibkarlıq 
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti 
əldə  etmək,  yaxud  qadağan  edilmiş  fəaliyyəti  gizlətmək məqsədi  ilə  sahibkarlıq  fəaliyyətini 
həyata  keçirmək  niyyəti  olmadan  müəssisə  və  digər  hüquqi  şəxsin  yaradılmasına  görə,  bu  az 
miqdarda ziyan vurduqda və ya az miqdarda gəlir əldə etməklə törədildikdə ‐
448 
iyirmi manatdan əlli manatadək miqdarda cərimə edilir.
449 
M a d d  ə  2 0 1 .  Saxta müflisləşmə 
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar 
tərəfindən  kreditorlara  olan  borcun  ödənilməsini  təxirə  salmaq  və  ya  möhlət  almaq  və  ya 
borcun  azaldılmasına  nail  olmaq,  yaxud  borcu  ödəməkdən  yayınmaq  üçün  kreditorları 
aldatmaq  məqsədi  ilə  özünü  bilə‐bilə  yalandan  ödəmə  qabiliyyəti  olmayan  elan  etməyə  görə, 
bu az miqdarda ziyan vurduqda ‐
vəzifəli  şəxslər  əlli  beş  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  on 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
450 

M a d d  ə  2 0 2 .  Qəsdən müflisləşmə 
Qəsdən  müflisləşmə, yəni  kommersiya  təşkilatının  rəhbəri,  mülkiyyətçisi  və  ya  fərdi 
sahibkar  tərəfindən  özünün,  yaxud  digər  şəxslərin  mənafeyi  naminə  qəsdən  ödəmə 
qabiliyyətsizliyinin yaradılmasına və ya artırılmasına görə, bu az miqdarda ziyan vurduqda ‐
vəzifəli  şəxslər  altmış  beş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz 
altmış manatdan iki yüz qırx manatadək miqdarda cərimə edilir.
451 
M a d d  ə  2 0 3 .  Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi 
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən müflisləşmə zamanı 
və  ya  müflisləşmə  güman  edilən  zaman  əmlakın  və  ya  əmlak  öhdəliklərinin,  əmlak  haqqında 
məlumatların,  onun  miqdarının,  olduğu  yerin  və  ya  əmlak  haqqında  digər məlumatların 
gizlədilməsinə,  əmlakın  başqalarının  sahibliyinə  verilməsinə,  əmlakın  özgəninkiləşdirilməsinə 
və  ya  məhv  edilməsinə,  yaxud  iqtisadi  fəaliyyəti  əks  etdirən  mühasibat  və  ya  digər  hesabat 
sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə, bu az miqdarda ziyan vurduqda ‐
vəzifəli  şəxslər  yetmiş  beş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz 
əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
452 
M a d d  ə  2 0 4 .   Kreditin  qanunsuz  alınması  və  ya  kreditdən təyinatı  üzrə  istifadə 
edilməməsi 
Təşkilatın  rəhbəri  və  ya  fərdi  sahibkar  tərəfindən təşkilatın,  yaxud  fərdi  sahibkarın 
təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə‐bilə yalan məlumatlar verməklə kreditin güzəştli 
şərtlərlə  kreditin  və  ya  məqsədli  dövlət  kreditinin  alınmasına,  yaxud  ondan  təyinatı  üzrə 
istifadə edilməməsinə görə, bu az miqdarda ziyan vurduqda ‐
vəzifəli  şəxslər  əlli  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan 
yüz qırx manatadək miqdarda cərimə edilir.
453 
M a d d  ə  2 0 4  ‐ 1 .   Dövlət  büdcəsindən  maliyyələşdirilən  müəssisə  və  təşkilatların 
maliyyə‐təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması 
454 
Dövlət  büdcəsindən  maliyyələşdirilən  müəssisə  və  təşkilatların  maliyyə‐təsərrüfat 
fəaliyyətində  maliyyə  qaydalarının  pozulması,  o  cümlədən məqsədli  büdcə  fondlarından 
ayrılan  vəsaitdən
təyinatı  üzrə  istifadə  olunmaması,  habelə  büdcə  təşkilatlarının 
büdcədənkənar  vəsaitinin  maliyyə  orqanları  ilə  razılaşdırılaraq  təsdiq  edilmiş  smetaya  uyğun 
xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə ‐
xəzinədarlıq  orqanlarının  və  büdcə  təşkilatlarının  vəzifəli  şəxsləri  dörd  yüz  manatdan  beş 
yüz manatadək miqdarda cərimə edilirlər.
455 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş məsuliyyət üç yüz manatdan çox olan məbləğdə törədildikdə yaranır. 
456 
Maddə 204‐2. Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadə 
qaydalarını pozma 
457  
204‐2.1. Əsas və təkrar borcalan tərəfindən dövlət borcalmaları və ya dövlət zəmanəti yolu 
ilə  cəlb  olunan  vəsaitin  istifadəsi  və  qaytarılması  (istifadəçiyə  şamil  olunmur)  haqqında 
məlumatların,  öz  bank  hesablarının  vəziyyəti  haqqında  məlumatların  və  digər zəruri 
məlumatların  vaxtında  verilməməsi  və  ya  təhrif  olunmuş  məlumatların  verilməsi,  dövlət 
borcalmaları  və  dövlət zəmanəti  verilmiş  öhdəlik  üzrə  cəlb  olunmuş  vəsaitdən təyinatı  üzrə 
istifadə edilməməsi dövlətə az miqdarda ziyan vurduqda ‐

vəzifəli  şəxslər  üç  yüz  manatdan  beş  yüz  manatadək,  hüquqi  şəxslər  beş  yüz  manatdan 
yeddi yüz manatadək cərimə edilir. 
M a d d  ə  2 0 5 .  Əmtəə nişanlarından qanunsuz istifadə edilməsi 
Özgənin  əmtəə  və  ya  xidmət  etmə  nişanından,  əmtəənin  mənşə  yerinin  adından  və  ya 
eynicinsli  əmtəələrin  adına  oxşar  adlardan  istifadə  olunmasına  görə,  bu  az  miqdarda  ziyan 
vurduqda ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  otuz  manatdan  yüz  yetmiş  manatadək 
miqdarda cərimə edilir.
458 
M a d d  ə  2 0 6 .  Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulması 
206.0. Qiymətli kağız sahiblərinin (investorların) hüquqlarının pozulmasına, yəni: 
206.0.1.  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı,  yaxud  emitent  tərəfindən 
açıqlanması  (dərc  edilməsi)  qanunla  nəzərdə  tutulan  məlumatların  açıqlanmamasına,  onların 
açıqlanması (dərc edilməsi) qaydasına və müddətinə riayət edilməməsinə; 
206.0.2.  qiymətli  kağızların  emissiyasının  keçirilməsi  üçün  müəyyən  edilmiş  tələblərin 
emitent  tərəfindən  pozulmasına  və  ya  emitentin  buraxılışı  dayandırılmış  qiymətli  kağızların 
yerləşdirilməsi üzrə əqdlər bağlamasına; 
206.0.3.  qiymətli  kağızlar  sahiblərinin  reyestrinə  yazıların  daxil  edilməsindən  qanunsuz 
olaraq  imtina  edilməsinə  və  ya  reyestrə  dürüst  olmayan  məlumatların  daxil  edilməsinə  və  ya 
reyestrdən  çıxarışın  verilməsi  müddətlərinin  pozulmasına,  reyestr  saxlayıcısının,  qiymətli 
kağızlar  sahibinin  və  ya  onun  adından  fəaliyyət  göstərən  şəxsin,  yaxud  qiymətli  kağızların 
nominal saxlayıcısının digər qanuni tələblərini yerinə yetirməməsinə; 
206.0.4.  gəlirlərin  ödənilməsi  üçün  emitentin  öhdəlik  daşımadığı  qiymətli  kağızlara  görə 
peşəkar iştirakçılar tərəfindən investora istənilən formada gəlirin vəd edilməsinə; 
206.0.5.  qiymətli  kağızların  buraxılışı  zamanı  emitent  tərəfindən  dürüst  olmayan  və  təhrif 
olunmuş məlumatların göstərilməsi nəticəsində investora zərər vurulmasına; 
206.0.6. qiymətli kağızlar buraxılışının açıq yerləşdirilməsi üçün qanunla müəyyən olunmuş 
həcmdə və qaydada elan edilməli olan məlumatları elan etməyən emitentlərin həmin qiymətli 
kağızları reklam etməsinə və ya investorlara təklif etməsinə; 
206.0.7.  buraxılışı  dövlət  qeydiyyatından  keçməmiş  qiymətli  kağızların  qiymətli  kağızlar 
bazarında  yerləşdirilməsinə,  reklam  edilməsinə  və  istənilən  formada  investorlara  təklif 
edilməsinə, onlarla əqdlərin bağlanmasına; 
206.0.8. dövlət qeydiyyatından və əlavə qeydiyyatdan keçirilməsi qanunla nəzərdə tutulan 
qiymətli kağızlarla bağlı əqdlərin dövlət qeydiyyatına alınması üçün təqdim edilməməsinə görə 

vəzifəli şəxslər əlli manatdan doxsan manatadək miqdarda cərimə edilir.
459 
M a d d  ə  2 0 7 .  Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarının pozulması 
Qiymətli  kağızların  buraxılması  (emissiyası),  qeydiyyatı  və  yerləşdirilməsi  qaydalarının 
pozulmasına görə ‐
vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  əlli  manatdan  yetmiş  manatadək  miqdarda, 
hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
460 

M a d d  ə  2 0 8 .   Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  həyata  keçirilməsi 
qaydalarının pozulması 
Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin  həyata  keçirilməsi  qaydalarının 
pozulmasına görə ‐
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan 
iki yüz əlli manatadək miqdarda cərimə edilir.
461 
M a d d  ə  2 0 9 .  Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının və 
standartlarının pozulması 
Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  qaydalarının  və  standartlarının 
pozulmasına görə ‐
vəzifəli  şəxslər  altmış  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
462 
M a d d  ə 
2 1 0 .   Qiymətli  kağızlar  bazarında  depozitari  fəaliyyəti  qaydalarının 
pozulması 
Qiymətli kağızlar bazarında depozitari fəaliyyəti qaydalarının pozulmasına görə ‐
vəzifəli şəxslər əlli manatdan yetmiş manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan 
iki yüz əlli manatadək miqdarda cərimə edilir.
463 
M a d d  ə  2 1 1 .  Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulması 
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə ‐
vəzifəli  şəxslər  qırx  beş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
464 
ʺMaddə 212. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə 
İnsayder  tərəfindən  ona  etibar  edilmiş  və  ya  xidməti  vəzifəsinə  və  yaxud  işinə  görə  ona 
məlum  olan  xidməti  istifadə  üçün  nəzərdə  tutulmuş  məlumatdan  tamah  və  ya  başqa  şəxsi 
niyyətlə  qanunsuz  olaraq  istifadə  edilməsi  və  ya  əqdlərin  bağlanması  üçün  üçüncü  şəxslərə 
verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə ‐
fiziki  şəxslər  yüz  manatdan  iki  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  yüz 
manatdan beş yüz manatadək miqdarda cərimə edilir. 
Qeyd: 
1.  Bu Məcəllənin  212‐ci  maddəsində  ʺinsayderʺ  dedikdə  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1078‐
46.2 və 1078‐47‐ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. 
2.  Bu  Məcəllənin  212‐ci  maddəsində  ʺaz  miqdardaʺ  dedikdə  yeddi  min  manatadək  olan  məbləğ  başa 
düşülür.ʺ
465 
M a d d  ə  2 1 3 .  Hesabatın verilməsindən imtina etmə və ya yayınma 
Qiymətli  kağızlar  bazarının  iştirakçısı  tərəfindən  hesabat  sənədlərinin  və  ya  onların 
fəaliyyəti  barədə  təqdim  edilməli  olan  qanunvericiliklə  nəzərdə  tutulmuş  digər sənədlərin 
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına təqdim  edilməsindən  yayınmağa 
və ya imtina edilməsinə, yaxud onların təqdim edilməsi müddətinin pozulmasına görə ‐

vəzifəli  şəxslər  altmış  manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz 
manatdan üç yüz manatadək miqdarda cərimə edilir.
466 
M a d d  ə  2 1 4 .  Məlumatların açıqlanması qaydalarının pozulması 
Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı  və  ya  emitent  və  ya  qiymətli  kağızlar 
bazarının  peşəkar  iştirakçılarının  özünü  tənzimləyən təşkilatı  tərəfindən  qiymətli  kağızlar 
haqqında  qanunvericiliyə  görə  açıqlanmalı  və  ya  dərc  edilməli  olan  məlumatların 
açıqlanmasından və ya dərc edilməsindən imtina etməyə və ya yayınmağa, yaxud açıqlanması 
və ya dərc edilməsi üçün müəyyən edilmiş müddətin, formanın və qaydanın pozulmasına görə 

467 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya  onlar on beş  manatdan  iyirmi manatadək miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  yetmiş  manatdan  doxsan 
manatadək  miqdarda  cərimə  edilir,  hüquqi  şəxslər  doxsan  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
468 
M a d d  ə  2 1 5 .  Sənədlərin saxlanılması qaydalarının pozulması 
Qiymətli  kağızlar  haqqında  qanunvericiliyə  müvafiq  olaraq  saxlanılmalı  olan  sənədlərin 
saxlanılması qaydalarının pozulmasına görə ‐
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan iyirmi beş manatadək miqdarda 
cərimə  edilir,  vəzifəli  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  əlli  manatdan  yetmiş  manatadək 
miqdarda cərimə edilir, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə 
edilir.
469 
M a d d  ə  2 1 6 .  Qiymətli kağızlarla girov qaydalarının pozulması 
Girovqoyan  və  girovsaxlayan  tərəfindən  qiymətli  kağızlarla  girovun  və  ya  qiymətli 
kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin girovunun və digər girovun dövlət qeydiyyatına 
alınması qaydalarının pozulmasına görə ‐
fiziki  şəxslərə  xəbərdarlıq  edilir  və  ya  onlar  on  beş  manatdan  iyirmi  beş  manatadək 
miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi beş manatdan qırx 
manatadək  miqdarda  cərimə  edilir,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
470 
M a d d  ə  2 1 7 .  Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulması 
Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların pozulmasına görə ‐
vəzifəli  şəxslər  qırx  beş  manatdan  altmış  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
471 
M a d d  ə  2 1 8 .  Qiymətli kağızlar bazarında qeyri‐dövlət pensiya və sığorta fondlarının 
fəaliyyətinin, sığorta və təminat standartlarının pozulması 
Qiymətli kağızlar bazarında qeyri‐dövlət pensiya və sığorta fondlarının fəaliyyətinin sığorta 
və təminat standartlarının pozulmasına görə ‐
vəzifəli  şəxslər  altmış  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz 
manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
472 

M a d d  ə  2 1 9 .  Qiymətli kağızlar üzrə ödəmələrdən imtina etmə 
Qiymətli  kağızların  dəyərinin  ödənilməsindən və  ya  onlar  üzrə  ödənilməli  olan  əmlakın, 
dividendin, faizin ödənilməsindən və ya digər ödəmələrdən və ya onların xidmət və ya başqa 
şəkildə  ekvivalentlərinin  ödənilməsindən  qanunsuz  olaraq  imtina  edilməsinə,  yaxud  boyun 
qaçırılmasına və ya ödənilmə qaydalarının pozulmasına görə ‐
vəzifəli  şəxslər  əlli  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
473 
M a d d  ə  2 2 0 .  Səhmdarın hüquqlarının pozulması 
Səhmdarın  qanunvericiliklə  müəyyən  edilmiş  hüquqlarının  pozulmasına  və  ya  qanunsuz 
olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə ‐
vəzifəli  şəxslər  yetmiş  manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz 
manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.
474 
M a d d  ə  2 2 1 .  Reklam haqqında qanunvericiliyin pozulması 
221.1.  Əmtəələr,  işlər və  xidmətlər  haqqında,  yaxud  onların  istehsalçıları  (icraçıları, 
satıcıları) haqqında tamah məqsədi ilə bilə‐bilə yalan məlumatlardan reklamda istifadə etməyə 
görə, bu az miqdarda ziyan vurduqda ‐
475 
fiziki şəxslər on beş manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər qırx manatdan 
əlli  beş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  altmış  manatdan  iki  yüz  manatadək 
miqdarda cərimə edilir.
476 
221.2. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya 
müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə ‐
fiziki şəxslər otuz manatdan əlli manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki 
yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda 
cərimə edilir.
477 
221.3.  Haqsız  reklama  görə  reklam  fəaliyyətinin  subyektlərinə  (reklam  sifarişçisinə, 
istehsalçısına,  yayıcısına,  agentliyinə)  müvafiq  icra  hakimiyəti  orqanı  tərəfindən  göstərişlə 
ayrılmış  müddət  ərzində  qanun  pozuntularının  aradan  qaldırılmamasına,  əks  reklamın 
yayılmamasına görə ‐
478 
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz beş manatdan 
əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan yüz doxsan manatadək miqdarda 
cərimə edilir. 
479 
221.4.  Azərbaycan  Respublikası  ərazisində  reklam  olunan  malların  (işlərin,  xidmətlərin) 
dəyəri  (qiyməti)  göstərildikdə, həmin  malların  (işlərin,  xidmətlərin)  dəyərinin  (qiymətinin) 
manatla göstərilməməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx 
manatadək miqdarda, hüquqi şəxslər yüz iyirmi manatdan iki yüz manatadək miqdarda cərimə 
edilir. 
480 
221.5.  Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydada  verilən  icazə  olmadan  yaşayış  məntəqələrində  küçə  reklam  daşıyıcılarının 
yerləşdirilməsinə görə ‐
bu  cür  reklam  daşıyıcıları  müsadirə  edilməklə  və  ya  edilməməklə  fiziki  şəxslər  əlli 
manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək 
miqdarda, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək miqdarda cərimə edilir. 

M a d d  ə  2 2 1  ‐ 1 .  Lotereyalar haqqında qanunvericiliyin pozulması 
481 
221‐1.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni: 
221‐1.0.1.  keçirilməsi  qadağan  edilmiş  stimullaşdırıcı  lotereyaların  və  qeydiyyata 
alınmamış digər lotereyaların keçirilməsinə və reklamına; 
221‐1.0.2.  keçirilməsinin  dayandırılması  və  ya  ona  xitam  verilməsi  haqqında 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  qərar  qəbul  edilmiş  stimullaşdırıcı  lotereyada 
iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsinə; 
221‐1.0.3.  lotereyaların  təşkili  və  keçirilməsi  sahəsində  lotereya  təşkilatçısı  tərəfindən 
qanunvericiliklə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə— 
vəzifəli  şəxslər  əlli  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
482 
M a d d  ə  2 2 2 .  Valyuta tənzimi qaydalarının pozulması 
222.1.  Valyuta  tənzimi  haqqında  Azərbaycan  Respublikası  qanunvericiliyini  pozmaqla 
valyuta sərvətlərinin ictimai yerlərdə alınıb‐satılmasına və ya dəyişdirilməsinə görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  valyuta  vəsaiti  məbləğinin  otuz  faizindən  yetmiş 
faizinədək miqdarda cərimə edilir.
483 
222.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə ‐
inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  valyuta  vəsaiti  məbləğinin  qırx  faizindən səksən 
faizinədək miqdarda cərimə edilir.
484 
222.3.  Müvəkkil  banklar  tərəfindən  müştərilərin  xarici  valyuta  əməliyyatlarının 
qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə ‐
vəzifəli  şəxslər  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  valyuta  vəsaiti  məbləğinin  beş 
faizindən iyirmi faizinədək miqdarında, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta 
vəsaiti məbləğinin beş faizindən otuz faizinədək miqdarında cərimə edilir. 
485 
222.4.  Avans  yolu  ilə  ödənilmiş  valyuta  vəsaitinin  müqabilində  qanunvericiliklə  müəyyən 
edilmiş  müddətlərdə  müvafiq  mallar  idxal  edilmədikdə, işlər  görülmədikdə  və  ya  xidmətlər 
göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığına görə ‐
vəzifəli  şəxslər  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  valyuta  vəsaiti  məbləğinin  on 
faizindən  iyirmi  faizinədək  miqdarda,  hüquqi  şəxslər  inzibati  xətanın  obyekti  olmuş  valyuta 
vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək miqdarında cərimə edilir. 
M a d d  ə  2 2 3 .   Kommersiya  və  ya  bank  sirlərini  təşkil  edən məlumatların  qanunsuz 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin