AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix13.02.2017
ölçüsü3,91 Mb.
#8455
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

məmurunun tələblərinin yerinə yetirilməməsi 
645 
646
313‐1.1.  Məhkəmə  və  digər  orqanların  qərarlarının  icrası  ilə  əlaqədar  icra  məmurunun 
qanuni  tələblərinin  yerinə  yetirilməməsinə  və  ya  icra  məmuru  tərəfindən  müəyyən  olunmuş 
müddətdə  borclunu  müəyyən hərəkətləri  etməyə  və  ya  müəyyən hərəkətləri  etməkdən 
çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə – 
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına 
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, 
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan 
beş min manatadək miqdarda cərimə edilir.
647 
313‐1.2.  İcra  üçün  təqdim  edilmiş  icra  sənədinin  itirilməsinə,  onun  vaxtında 
göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti 
haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə – 
vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.
648 
313‐1.3.  Borclunun  hesablarında  tələbkarın  tələblərinin  təmin  edilməsi  üçün  yetərli  pul 
vəsaitlərinin olmasına baxmayaraq, təqdim olunmuş icra sənədinin borcludan pul vəsaitlərinin 
tutulmasına dair tələblərinin müəyyən edilmiş müddətdə icra edilməməsinə görə – 
vəzifəli  şəxslər  min  manatdan  üç  min  manatadək  miqdarda,  hüquqi  şəxslər  dörd  min 
manatdan altı min manatadək miqdarda cərimə edilir.
649 

M a d d  ə  3 1 4 .  Bilə‐bilə yalan izahat və ya rəy vermə 
İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin 
bilə‐bilə  yalan  izahat  verməsinə  və  ya  ekspertin  bilə‐bilə  yalan  rəy  verməsinə,  yaxud 
tərcüməçinin bilə‐bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının 
icrası üzrə icraat zamanı bilə‐bilə səhv tərcümə etməsinə görə ‐
650 
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
651 
M a d d  ə  3 1 5 .   Çağırış  üzrə  gəlməkdən qəsdən  boyun  qaçırma,  izahat,  yaxud  rəy 
verməkdən imtina etmə 
315.1.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  zamanı  hakim,  səlahiyyətli  orqan  (vəzifəli 
şəxs)  tərəfindən  çağırılmış  şahidin,  zərər çəkmiş  şəxsin,  ekspertin,  mütəxəssisin  və  ya 
tərcüməçinin gəlməkdən qəsdən boyun qaçırmasına görə ‐
xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə edilir.
652 
315.2.  İnzibati  xətalar  haqqında  işlər  üzrə  icraat  zamanı  hakim,  səlahiyyətli  orqan  (vəzifəli 
şəxs)  tərəfindən  çağırılmış  şəxslərin  (şahidin,  zərər çəkmiş  şəxsin,  mütəxəssisin)  izahat 
verməkdən, ekspertin rəy verməkdən, tərcüməçinin tərcümə etməkdən imtina etməsinə görə ‐
xəbərdarlıq edilir və ya on beş manatdan iyirmi manatadək miqdarda cərimə edilir.
653 
M a d d  ə  3 1 5  ‐ 1 .   Azərbaycan  Respublikasında  dövlət  dilinin  tətbiq  olunmasına 
maneələr törədilməsi 
654 
Azərbaycan  Respublikasında  dövlət  dilinə  qarşı təbliğat  aparılması,  Azərbaycan  dilinin 
işlənməsinə 
və 
inkişafına 
müqavimət 
göstərilməsi, 
onun 
istifadə 
sahəsinin 
məhdudlaşdırılmasına  cəhd  edilməsi,  habelə  Azərbaycan  dilinin  latın  əlifbasının  tətbiq 
olunmasına maneələr törədilməsinə görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  manatdan 
doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  üç  yüz  manatadək  miqdarda 
cərimə edilir. 
655 
M a d d  ə 
3 1 6 .   Yanğın  təhlükəsizliyi  sahəsində  qəbul  edilmiş  qərarın  və  ya 
tələbnamənin yerinə yetirilməməsi 
316.1.  Yanğın  təhlükəsizliyi  standartlarının,  normalarının  və  qaydalarının  tələblərinin 
yerinə  yetirilməməsinə,  yanğın  təhlükəsizliyi  standartlarının,  normalarının  və  qaydalarının 
tələblərinə  uyğun  gəlməyən  malların  istehsaldan  çıxarılması,  buraxılmasına  son  qoyulması, 
satışının  dayandırılması,  yaxud  işlərin  (xidmətlərin)  dayandırılması  barədə  qərarın  və  ya 
tələbnamənin yerinə yetirilməməsinə görə ‐
fiziki  şəxslər  otuz  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
656 
316.2.  Ərazilərin,  bina  və  qurğuların  layihələşdirilməsində,  tikintisində,  əsaslı  təmirində, 
yenidən  qurulmasında,  genişləndirilməsində,  yeni  texnika  ilə  təchiz  olunmasında  yanğın 
təhlükəsizliyi  tələblərinin  yerinə  yetirilməməsi  aşkar  olduqda  ərazilərin,  istehsal  sahələrinin, 
aqreqatların  işinin,  binaların,  qurğuların  istismarının,  tamamilə  və  ya  qismən  dayandırılması 
barədə verilmiş qərarların icra edilməməsinə görə ‐
fiziki  şəxslər  otuz  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  yetmiş  beş 
manatdan  doxsan  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  əlli  manatdan  üç  yüz 
manatadək miqdarda cərimə edilir.
657 

M a d d  ə  3 1 7 .  Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini , 
habelə dövlət metroloji nəzarətini həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanlarının göstərişlərinin yerinə yetirilməsi 
658 
317.1. Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət 
metroloji  nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri 
tərəfindən səlahiyyətləri  daxilində  yoxlamaların  və  digər nəzarət tədbirlərinin  keçirilməsinə 
maneçilik  törədilməsinə  və  ya  həmin  məqsədlə  səlahiyyətli  şəxslərin  yoxlama  yerinə 
buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min 
manatdan dörd min manatadək miqdarda cərimə edilir. 
317.2.  Məhsulların  realizə  edilməsinin  (tədarükünün,  göndərilməsinin),  işlərin  yerinə 
yetirilməsinin  və  xidmətlər  göstərilməsinin  dayandırılması  və  ya  qadağan  edilməsi  haqqında 
dövlət  standartlarının  tələblərinə  riayət  edilməsinə  dövlət nəzarətini,  habelə  dövlət  metroloji 
nəzarətini  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə
659
 ‐
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
660 
Maddə 318. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 
orqanların göstərişlərinin yerinə yetirilməməsi 
318.1.  Əməyin  təhlükəsizliyi  tələblərinə  uyğun  gəlməyən və  işçilərin  sağlamlığı,  yaxud 
həyatı  üçün  təhlükə  törədən  müəssisələrin  işi və  ya  istehsal  vasitələrinin  istismarının 
dayandırılması  barədə  əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət nəzarətini  həyata 
keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş 
qərarın və ya bu orqanın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri daxilində qəbul etdikləri 
digər qərarların yerinə yetirilməməsinə görə‐
vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda cərimə edilir.
661 
318.2.  Əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət nəzarətini  həyata  keçirən 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin iş yerlərinə 
buraxılmamasına görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. 
662 
M a d d  ə  3 1 8  ‐ 1 .  
Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın 
verilməməsi 
318‐1.1. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər və ya boş iş yeri 
(vakansiya)  barədə  müəyyən  olunmuş  müddətlərdə  müvafiq  icra  hakimiyyəti  orqanına  rəsmi 
məlumatın verilməməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
663 
318‐1.2. Müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın göndərişi ilə işə qəbul edilənlər, 
kvota  üzrə  işə  qəbul  edilənlər və  ya  işdən  çıxarılanlar  haqqında  müvafiq  hesabatın  təqdim 
edilməməsinə görə ‐
otuz beş manatdan əlli manatadək
 miqdarda cərimə edilir.
664 

M a d d  ə  3 1 9 .  Ətraf  mühitin  mühafizəsinə  nəzarəti  həyata  keçirən  Azərbaycan 
Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi 
Ətraf  mühitin  mühafizəsini  həyata  keçirən  Azərbaycan  Respublikası  müvafiq  icra 
hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə 
yetirilməməsinə görə ‐
fiziki  şəxslər  altı  yüz  manatdan  doqquz  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min 
manatdan dörd min səkkiz yüz manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan on 
səkkiz min manatadək miqdarda cərimə edilir. 
665 
M a d d  ə 
3 2 0 .   Qaz  təchizatı  üzərində  nəzarəti  həyata  keçirən  Azərbaycan 
Respublikası müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi 
Qanunvericiliklə  müəyyən  edilmiş  tələblərə  cavab  vermədiyinə  görə  ətraf  mühitə, 
insanların  sağlamlığına  və  ya  əmlakına  təhlükə  törədən  qaz  qurğularının  və  qazla  bağlı 
fəaliyyətlərin  dayandırılması  və  müəyyən  olunmuş  müddətə  qaydaya  salınması  barədə  qaz 
təchizatı  üzərində  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikası  müvafiq  icra  hakimiyyəti 
orqanının qərarlarının yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər on manatdan on beş manatadək miqdarda, vəzifəli şəxslər qırx beş manatdan 
yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz  manatdan  iki  yüz  otuz  manatadək 
miqdarda cərimə edilir.
666 
M a d d  ə  3 2 0  ‐ 1 .   Hidrotexniki  qurğuların  təhlükəsizliyinə  dövlət nəzarətini  həyata 
keçirən müvafiq icra hakimiyyəti orqanlarının qərarlarının yerinə yetirilməsi 
667 
Mülkiyyətçi  və  ya  istismarçı  tərəfindən  hidrotexniki  qurğuların  təhlükəsizliyinə  dövlət 
nəzarətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanlarının  texniki  yoxlamanın  nəticələri 
barədə qərarların yerinə yetirilməsinə görə ‐
vəzifəli  şəxslər  qırx  beş  manatdan  yetmiş  manatadək  miqdarda,  hüquqi  şəxslər  iki  yüz 
manatdan iki yüz otuz manatadək miqdarda cərimə edilir.
668 
M a d d  ə  3 2 1 .  İstehsalatda  baş  verən bədbəxt  hadisələrin  təhqiqi  və  uçota  alınması 
qaydalarının pozulması 
321.1.  İstehsalatda  baş  verən bədbəxt  hadisələrin  təhqiqatının  aparılması  üçün  hadisə  baş 
verən  gün  işəgötürən tərəfindən  əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət nəzarətini 
həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanına  bu  barədə 
məlumatın verilməsinə görə ‐
min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir. 
669 
321.2.  Bədbəxt  hadisənin  baş  vermə  faktının  işəgötürən tərəfindən  gizlədilməsinə  və  ya 
aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə ‐
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 
670 
321.3.  Bədbəxt  hadisənin  tədqiqatı  başa  çatdıqdan  sonra  işəgötürən tərəfindən  bir  gündən 
gec  olmayaraq  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  akt  tərtib  edilməməsinə 
görə ‐
min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. 
671 

M a d d  ə  3 2 2 .   Müvafiq  obyektlərin  layihələşdirilməsi,  tikintisi  və  istismarı  zamanı 
əməyin mühafizəsi tələblərinin pozulması 
322.1.  Əməyin  qüvvədə  olan  mühafizəsi  standartlarının,  qaydalarının  və  normalarının, 
təhlükəsizlik  texnikasının  tələblərinə  uyğun  gəlməyən  istehsalat  binalarının  və  qurğularının 
layihələşdirilməsinə,  tikintisinə  və  yenidən  qurulmasına  və  ya  istehsalat  vasitələrinin 
hazırlanmasına, buraxılmasına, texnologiyaların tətbiqinə yol verilməsinə görə ‐
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər iki min 
manatdan üç min manatadək miqdarda cərimə edilir. 
672 
322.2.  İnsanın  sağlamlığına  olan  təsiri  müəyyənləşdirmək məqsədi  ilə  texnoloji,  yanğın‐
texniki,  sanitariya‐gigiyena,  tibbi‐bioloji  ekspertizadan  və  digər nəzarət  növlərindən 
keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə ‐ 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər 
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.
673 
322.3.  Hər  hansı  yeni  və  ya  yenidən  qurulmuş  müəssisənin,  obyektin,  istehsal  vasitəsinin 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət 
nəzarətini  həyata  keçirən  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən verilən sertifikat‐pasportu olmadan istismara buraxılmasına görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda, hüquqi şəxslər 
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə edilir.
674 
322.4.  Yeni  tikilmiş  və  ya  yenidən  qurulmuş  istehsal,  sosial‐məişət və  iaşə  təyinatlı 
obyektlərin  əmək  qanunvericiliyinə  əməl  olunmasına  dövlət nəzarətini  həyata  keçirən 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  istismara 
verilməsinə görə ‐
vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min beş 
yüz manatdan beş min manatadək miqdarda cərimə edilir.
675 
M a d d  ə  3 2 3 .  İstehlakçıların  hüquqlarının  və  ya  ticarət  qaydalarının  pozulmasının 
aradan qaldırılması haqqında tələbləri yerinə yetirməmə 
323.1.  İstehlakçıların  hüquqlarının  müdafiəsini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 
orqanının  vəzifəli  şəxsləri  tərəfindən səlahiyyətləri  daxilində  yoxlamaların  və  digər nəzarət 
tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin 
yoxlama  yerinə  buraxılmamasına,  yaxud  həmin  şəxslərin  qanuni  tələblərinin  yerinə 
yetirilməməsinə görə ‐
fiziki  şəxslər  beş  yüz  manatdan  altı  yüz  manatadək  miqdarda,  vəzifəli  şəxslər  üç  min 
manatdan dörd min manatadək miqdarda cərimə edilir. 
323.2.  İstehlakçıların  hüquqlarının  və  ya  ticarət  qaydalarının  pozulmasının  aradan 
qaldırılması  haqqında  səlahiyyətli  vəzifəli  şəxslərin  qanunvericiliklə  yazılı  tələblərini  yerinə 
yetirməməyə görə ‐
676 
dörd min manatdan beş min manatadək miqdarda cərimə edilir.
677 
M a d d  ə  3 2 4 .   Qiymətli  kağızlar  bazarında  nəzarəti  həyata  keçirən  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma 
324.1.  Qiymətli  kağızlar  bazarında  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların keçirilməsinə maneçilik edilməsinə və 
ya  yoxlayıcıların  yoxlama  yerinə  buraxılmamasına,  yaxud  bu  orqanların  vəzifəli  şəxsləri 

tərəfindən  öz  səlahiyyətləri  daxilində  qəbul  etdikləri  tələbnamələrin  (qərarların)  yerinə 
yetirilməməsinə görə ‐
vəzifəli  şəxslər  altmış  manatdan  səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli 
manatdan iki yüz manatadək miqdarda cərimə edilir.
678 
324.2.  Qiymətli  kağızlar  bazarında  nəzarəti  həyata  keçirən  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  zəruri  olan 
məlumatların  həmin  orqanın  tələbi  ilə  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı,  emitent, 
yaxud  özü‐özünü  tənzimləyən təşkilat  tərəfindən təqdim  edilməməsinə  və  ya  təhrif  olunmuş 
məlumatın verilməsinə görə ‐
vəzifəli şəxslər iyirmi manatdan əlli manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan 
iki yüz manatadək miqdarda cərimə edilir.
679 
M a d d  ə   3 2 4  ‐ 1 .  Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, hesabatın 
verilməməsi 
324‐1.1.  Azərbaycan  Respublikasında  dövlət  əmlakının  registrinə  daxil  edilməli  olan 
məlumatlarla  bağlı  sənədlərin  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  müvafiq  icra 
hakimiyyəti orqanına təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə ‐
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir. 
324‐1.2.  Dövlət  müəssisələrində  dövlət  əmlakının  qorunub  saxlanılmasına  və  ondan  öz 
təyinatı  üzrə  səmərəli  istifadə  olunmasına  dövlət nəzarətini  həyata  keçirən  müvafiq  icra 
hakimiyyəti  orqanına  müəyyən  edilmiş  müddətdə  dövlət  müəssisəsi  və  ya  dövlət  orqanının 
xüsusi hesabatının təqdim edilməməsinə görə ‐
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək miqdarda cərimə edilir. 
680 
Maddə 324‐2. ixrac nəzarətini həyata keçirən  orqanların fəaliyyətinə mane olma 
681 
324‐2.1. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici 
iqtisadi  əlaqələrin  həyata  keçirilməsinə  xüsusi  icazə  verilməsindən  əvvəl və  sonra  yoxlama‐
ların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmasına 
görə ‐
fiziki  şəxslər  iyirmi  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  altmış  manatdan 
səksən  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  əlli  manatdan  iki  yüz  manatadək  miqdarda 
cərimə edilir.
682 
324‐2.2.  İxrac  nəzarəti  məsələlərinə  aid  sənəd və  məlumatların  ixrac  nəzarətini  həyata 
keçirmək səlahiyyətinə malik olan  orqanlara verilməsinə görə ‐
683 
fiziki  şəxslər  on  beş  manatdan  qırx  manatadək  miqdarda,  vəzifəli  şəxslər  əlli  manatdan 
səksən  manatadək miqdarda, hüquqi şəxslər yüz  əlli manatdan iki yüz  manatadək miqdar‐da 
cərimə edilir.
684 
Ma d d ə 3 2 4‐3. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin  
pozulması  
324‐3.1.  Daşınmaz  əmlaka  olan  hüquqların  dövlət  qeydiyyatı  üçün  daşınmaz  əmlakın 
dövlət  reyestrinə  təqdim  edilmiş  şübhə  doğuran  sənədlərə  dair  daşınmaz  əmlakın  dövlət 
reyestrini  aparan  dövlət  orqanının  sorğularına  vaxtında  cavab  verilməməsinə  görə  ‐ vəzifəli 
şəxsə xəbərdarlıq edilir və ya o, iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
685 

324‐3.2.  Daşınmaz  əmlakın  dövlət  uçotunu  aparan  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak barədə texniki məlumatın dəqiq və vaxtında təqdim 
edilməməsinə görə ‐
xəbərdarlıq edilir və ya iyirmi beş manatdan qırx beş manatadək miqdarda cərimə edilir.
686 
324‐3.3.  Daşınmaz  əmlakın  dövlət  reyestrini  aparan  dövlət  orqanının  vəzifəli  şəxsləri 
tərəfindən  daşınmaz  əmlaka  hüquqların  qeydiyyatının  dəqiq  və  vaxtında  aparılmamasına, 
yaxud daşınmaz əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və 
ya verilməməsinə görə ‐
xəbərdarlıq edilir və ya otuz manatdan əlli manatadək miqdarda cərimə edilir. 
687 
Maddə 324‐4. İpoteka haqqında qanunvericiliyin pozulması 
324‐4.1. İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri tərəfindən qeydiyyat 
qaydalarını pozmaqla və  ya ipoteka kağızının  dublikatın‐da ipoteka kağızı ilə uyğunsuzluğa 
yol verməklə maraqlı şəxsə zərər vurulmasına görə ‐
yetmiş manatdan səksən manatadək miqdarda cərimə edilir. 
688 
Maddə 324‐5. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi qaydalarının 
Pozulması 
Dövlət  əmlakının  qanunvericiliklə  müəyyən  edilmiş  qaydaları  pozmaqla  icarəyə  və  ya 
istifadəyə verilməsinə görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. 
Maddə 324‐6. Obyektlərin (əsas vəsaitlərin) balansdan‐balansa verilməsi və silinməsi 
qaydalarının pozulması 
Müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  olmadan  dövlət  müəssisə  və  təşkilatlarına 
məxsus  obyektlərin  (əsas  vəsaitlərin)  balansdan‐balansa  verilməsinə  və  həmin  orqanın  rəyi 
olmadan silinməsinə görə ‐
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək miqdarda cərimə edilir. 
689 
M a d d  ə  3 2 5 .   Vergi  xidməti  sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi 
Vergi  xidməti  sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının 
vəzifəli şəxslərinin qanunvericiliklə müəyyən edilmiş tələblərinin yerinə yetirilməməsinə görə ‐
fiziki şəxslər on manatdan iyirmi manatadək miqdarda, vəzifəli şəxslər otuz manatdan qırx 
manatadək miqdarda cərimə edilir.
690 
M a d d  ə  3 2 6 .   Gömrük  işi  sahəsində  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti orqanının vəzifəli şəxslərinin tələblərinin yerinə yetirilməməsi 
Gömrük  işində  qanunvericiliklə  müəyyən  edilmiş  tələblərin  müəssisənin,  idarənin  və  ya 
təşkilatın  vəzifəli  şəxsləri  və  ya  digər işçiləri  tərəfindən  yerinə  yetirilməməsinə,  eləcə  də 
müəssisələr, idarələr və təşkilatlar üçün mülki‐hüquqi xarakterli müqavilələr üzrə işləri yerinə 
yetirən fiziki şəxsin, gömrük qaydalarının pozulmasına görə göstərilən idarələr, müəssisələr və 
təşkilatlar məsuliyyətə cəlb edildiyi hallarda, həmin tələbləri yerinə yetirməməsinə görə ‐
xəbərdarlıq edilir və ya yetmiş beş manatdan yüz əlli manatadək miqdarda cərimə edilir.
691 

M a d d  ə  3 2 6  ‐ 1 .  Bələdiyyələrin fəaliyyətinə  inzibati nəzarəti həyata keçirən orqanın 
Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin