AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

296 
 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir. 
428.6. Azərbaycan Respublikası ərazisində reklam olunan malların 
(işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların 
(işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla 
göstərilməməsinə görə- 
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə 
edilir.  
428.7. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan yaşayış 
məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə- 
belə reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə, 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.8. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların 
pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
428.9. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə 
edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər 
lotereyaların reklamına görə- 
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min 
manatadək məbləğdə cərimə edilir. 
428.10. Bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş 

297 
 
məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam 
yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl 
edilməməsinə görə -  
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4 və 428.10-cu 
maddələrində nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı 
tərəfindən törədilməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 429. Lotereyalar haqqında qanunvericiliyin pozulması 
 
429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni: 
429.0.1. keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə 
edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər 
lotereyaların keçirilməsinə; 
429.0.2. stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması 
və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti 
orqanının qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra 
stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı 
tərəfindən istənilən formada təkliflərin edilməsinə; 
429.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya 
təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə 
yetirilməməsinə görə- 
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min 
manatadək məbləğdə cərimə edilir. 

298 
 
Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) 
buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu 
Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının 
Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati 
və ya cinayət məsuliyyətinə səbəb olur.   
 
Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması 
 
430.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası 
qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə 
alınıb-satılmasına və ya dəyişdirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 
məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.  
430.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə 
görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 
məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.  
430.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta 
əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının 
pozularaq aparılmasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta 
vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi 
şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.  
430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 
müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, 
işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş 
valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta 
vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi 
şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.   
 

299 
 
Maddə 431. Kommersiya və ya bank sirri təşkil edən məlumatların 
qanunsuz yolla əldə edilməsi və ya yayılması 
       
Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil 
edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla 
istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan 
vurduqda- 
fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, 
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə 
cərimə edilir.  
Qeyd: Bu maddədə “az miqdarda ziyan vurduqda” dedikdə, yeddi 
min manatadək olan məbləğ başa düşülür.   
 
Maddə 432. Qrant alınması (verilməsi) haqqında qanunvericiliyin 
pozulması 
 
432.1. Qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki 
şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya 
nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan 
Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) 
haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə 
müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə görə- 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli 
şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə cərimə edilir. 
432.2. Dini qurumlar tərəfindən qrant alınması (verilməsi) 
haqqında müqavilələrin və qərarların müvafiq icra hakimiyyəti 
orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar 
üzrə əməliyyatlar aparılmasına görə- 

300 
 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə cərimə edilir. 
432.3. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan 
Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət 
təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət 
təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti 
şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə 
görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar 
müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş 
min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on 
beş min manatadək məbləğdə cərimə edilir. 
432.4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-
hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya 
nümayəndəlikləri, yaxud banklar tərəfindən “Qrant haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 
qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında 
müqavilələr (qərarlar) üzrə bank əməliyyatlarının və hər hansı digər 
əməliyyatların aparılmasına görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir. 
Qeyd: “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət 
təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan 
Respublikasının qanunlarında nəzərdə tutulan ianələrə və dövlət 
hakimiyyəti orqanlarının yardımlarına bu Məcəllənin 432.3-cü 
maddəsinin qüvvəsi şamil edilmir.   
 
 
 
Maddə 433. Denominasiya zamanı pul nişanlarının dəyişdirilməsi 
qaydalarının pozulması 
 

301 
 
433.0. Azərbaycan Respublikasının pul nişanlarının nominal 
dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) 
zamanı: 
433.0.1. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul 
nişanlarına dəyişdirilməsinin müddətləri, məbləğləri, yaxud 
subyektləri üzrə məhdudiyyətlərin qoyulmasına; 
433.0.2. köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul 
nişanlarına dəyişdirilməsi üçün banklar tərəfindən komisyon haqqı 
tutulmasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min 
beş yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 434. Kredit təşkilatları tərəfindən məcburi ehtiyatların 
təmin edilməməsi 
 
Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Mərkəzi 
Bankının müəyyən etdiyi məcburi ehtiyatlar təmin edilmədiyinə 
görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min 
beş yüz manat məbləğində cərimə edilir.   
 
Maddə 435. Əmanətlərin sığortalanması qaydalarının pozulması 
 
Əmanətlərin Sığortalanması Fonduna sığorta haqları üzrə 
ödənişlərin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən 
etdiyi müddətdə tam ödənilməməsinə görə- 
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.   
 
Maddə 436. Bank fəaliyyəti sahəsində qadağan olunmuş, 
məhdudlaşdırılmış və ya dayandırılmış fəaliyyətlə  
məşğul olma 
 

302 
 
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda, 
yaxud bank lisenziyasında qadağan olunmuş və ya bankın fəaliyyəti 
dövründə məhdudlaşdırılmış, yaxud dayandırılmış fəaliyyətin həyata 
keçirilməsinə görə- 
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 437. Bankların fəaliyyətinə dair Azərbaycan Respublikası 
Mərkəzi Bankının göstərişlərinin icra edilməməsi 
 
437.1. Bank fəaliyyətinə dair prudensial normativlərin və tələblərin 
pozulması aşkar edildikdə, həmin pozuntunun aradan qaldırılması 
barədə Azərbaycan Respublikası Mərkəzi Bankının göstərişinin 
vaxtında icra edilməməsinə görə- 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min 
manatadək məbləğdə cərimə edilir.  
437.2. Bu Məcəllənin 437.1-ci maddəsində nəzərdə tutulmuş hal 
istisna olmaqla, Azərbaycan Respublikası Mərkəzi Bankının qanuna 
uyğun olaraq verdiyi digər göstərişinin vaxtında icra edilməməsinə 
görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 438. Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs 
adından hərəkət edən şəxslərlə əməliyyatların 
aparılması qaydalarının pozulması 
 
Banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından 
hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının 
pozulmasına görə- 

303 
 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 439. Bank və ya xarici bankın yerli filialı tərəfindən 
prudensial, maliyyə və bank statistikası hesabatlarının 
təqdim edilməsi qaydalarının pozulması 
 
439.1. Bank statistikası hesabatlarının Azərbaycan Respublikasının 
Mərkəzi Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya 
vaxtında təqdim edilməməsinə görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
439.2. Bank və ya xarici bankın yerli filialı tərəfindən prudensial və 
ya maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mərkəzi 
Bankına təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında 
təqdim edilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 440. Mərkəzləşdirilmiş kredit reyestrinə məlumatların 
     təqdim edilməsi qaydalarının pozulması 
 
Mərkəzləşdirilmiş kredit reyestrinə bank olmayan kredit təşkilatı 
və ya bank tərəfindən qanunvericiliklə müəyyən olunmuş 
məlumatların tam, düzgün və ya vaxtında təqdim edilməməsinə 
görə- 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə cərimə edilir.   
 

304 
 
Maddə 441. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi 
qüvvəsindən istifadə qaydalarının pozulması 
 
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi 
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar 
tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz 
fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan 
Respublikası vətəndaşlarının həmin qanunla müəyyən olunmuş 
nisbətindən fərqli olan digər nisbətin tətbiq edilməsinə görə- 
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək 
məbləğdə cərimə edilir.   
 
FƏSİL 35 
 
TİCARƏT QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə  442. İstehsalı və ya satılması qadağan olunmuş malların 
istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin 
(xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) 
 
İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və 
ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə 
yetirilməsinə (göstərilməsinə) görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə 
edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz 
manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 443. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş 
biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş 

305 
 
tariflərdən yüksək qiymətə satılması 
 
443.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş 
biletlərinin saxtalaşdırılmasına görə -  
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min 
manatadək məbləğdə cərimə edilir.  
443.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş 
biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş 
tariflərdən yüksək qiymətə satılmasına görə -  
fiziki şəxslər yeddi yüz manat məbləğində, vəzifəli şəxslər min 
beş yüz manat məbləğində, hüquqi şəxslər altı min manat 
məbləğində cərimə edilir. 
 
Maddə  444. Malların saxlanılması və ya satışı zamanı mal 
qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış 
malların dəyişdirilməsi və ya geri qaytarılması 
qaydalarının pozulması 
 
444.1. Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu 
qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl 
edilməməsinə görə- 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.  
444.2. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması 
qaydalarının pozulmasına görə- 
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə  445. Qiymət intizamının pozulması 

306 
 
 
445.1. Qiymət intizamının pozulmasına, yəni satışda olan malların 
üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər 
üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların 
düzgün tərtib edilməməsinə görə- 
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
445.2. Azərbaycan Respublikasının ərazisində satılan malların 
(işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə- 
min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  446. Mürəkkəb texniki qrup malların texniki  
pasportsuz satılması 
        
Mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və 
ya texniki pasportların düzgün tərtib edilməməsinə görə- 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  447. İstehlakçıların hüquqlarının pozulması 
 
447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 
447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər 
tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə 
istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az 
miqdarda aldadılmasına;  
447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 
447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə 
cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə 
yetirilməsinə, xidmətlərin göstərilməsinə; 

307 
 
447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 
lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin 
yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin 
pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya 
ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, 
işin (xidmətin) görülməsinə; 
447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti 
orqanlarından gizlədilməsinə; 
447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət 
tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq 
nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə 
aparılmasına; 
447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın 
üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair 
məcburi tələblərə riayət edilməməsinə;  
447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə 
istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil 
edilməsinə görə- 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda 
olduqda” dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.   
 
Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi 
 
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər 
normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal 
edilməsinə görə- 
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 

308 
 
min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər 
dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 449. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud 
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə 
yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya 
genetik modifikasiya olunmuş bitkilərin genetik 
materiallarından istifadə edilərək istehsal olunan  
yeyinti məhsullarının qanunsuz dövriyyəsi 
 
Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün 
nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud 
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış 
kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya 
olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal 
olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya 
satılmasına görə, bu az miqdarda olduqda-  
inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları 
və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin səksən 
faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür. 
 
Maddə  450. Aksiz markası ilə markalanmalı olan məhsulların 
(malların) belə marka olmadan satılması, satış məqsədi 
ilə saxlanması və ya istehsal binasının hüdudlarından 
kənara çıxarılması, belə məhsulların (malların) nağd 
qaydada alğı-satqısı 
 
450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) 
belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə 
saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara 
çıxarılmasına görə- 

309 
 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
450.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, 
aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd 
qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış 
məqsədləri üçün nağd qaydada az miqdarda alınması - 
yüz manat məbləğində cərimə edilir. 
Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə 
beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” 
dedikdə əlli manatadək olan məbləğ başa düşülür. 
 
Maddə 451. Nəzarət markası ilə markalanmalı olan malların, 
məmulatların və məlumat materiallarının belə nəzarət 
markası olmadan satış və ya yayılma məqsədi ilə 
saxlanması, istehsal binasının hüdudlarından kənara 
çıxarılması, satılması və ya digər üsullarla yayılması 
 
Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və 
məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya 
yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından 
kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına 
görə- 
nəzarət markası olmayan mallar, məmulatlar və məlumat 
materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 
əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, 
hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə 
baxılarkən nəzarət markası olmayan malların, məmulatların və 
məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin