253
342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud
konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın
aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin
istismarına görə -
əlli manat məbləğində cərimə edilir.
342.6. Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu
əldə saxlamaqla ondan istifadə etməsinə görə -
əlli manat məbləğində cərimə edilir.
342.7. Dövlət qeydiyyat nişanları və ya onlardan birinin
olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya
başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə
nəqliyyat vasitələrini idarə etməyə görə-
altmış manat məbləğində cərimə edilir.
342.8. Bu Məcəllənin 342.1.1, 342.1.2, 342.1.4-342.1.6, 342.1.8,
342.2.1-342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar
nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən
xəsarətinin yetirilməsinə görə-
iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini
idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır.
342.9. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi
(çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat
vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və
tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin
dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və
ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik
törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər
texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə
pozan səs siqnallarından istifadə edilməsinə görə -
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın
bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz
manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
254
Qeyd: Bu Məcəllənin 342.2 və 342.5-ci maddələrində nəzərdə
tutulmuş nasazlıqlar “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda keçirilməli
olan texniki baxış zamanı aşkarlandıqda, şəxs məsuliyyətə cəlb
edilmir.
Maddə 343. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi
müayinədən imtina
343.1. Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan
şəxsin tibbi müayinədən imtina etməsinə görə-
dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini
idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
343.2. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla, dörd yüz manatdan yeddi yüz manatadək
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən
bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.3. Bu Məcəllənin 333.4 və 333.5-ci maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə
məhdudlaşdırılmaqla bir aydan üç ayadək müddətə inzibati həbs
tətbiq olunur.
255
343.4. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə,
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək
müddətə inzibati həbs tətbiq olunur.
343.5. Bu Məcəllənin 334.2-ci maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.6. Bu Məcəllənin 334.3-cü maddəsində nəzərdə tutulmuş
hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi
müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına
görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
343.7. Bu Məcəllənin 334.4 və 334.5-ci maddələrində nəzərdə
tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün
tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ
olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə-
iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maddə 344. Tibbi müayinədən keçməyən sürücülər tərəfindən
nəqliyyat vasitələrinin idarə edilməsi
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər
tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə-
otuz manat məbləğində cərimə edilir.
256
Maddə 345. Nəqliyyat vasitələrinin saxlanılması və təmiri
qaydalarının pozulması
345.1. Nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və
saxlanılması qaydalarının pozulmasına görə-
vəzifəli şəxslər altmış manat məbləğində, hüquqi şəxslər yüz əlli
manat məbləğində cərimə edilir.
345.2. Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra
hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə-
iki yüz əlli manat məbləğində cərimə edilir.
Maddə 346. Dayanma və ya durma qaydalarının pozulması
346.1. Dayanma və ya durma qaydalarını pozmağa görə -
iyirmi manat məbləğində cərimə edilir.
346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq
meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az
yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya
durmasına görə -
qırx manat məbləğində cərimə edilir.
346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri
mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq
müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13
nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda
dayandırmağa görə -
yüz manat məbləğində cərimə edilir.
Maddə 347. Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat
verilməməsi
Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat
vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs
haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə
257
sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə
görə -
vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxs üç yüz
manat məbləğində cərimə edilir.
Maddə 348. Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması
qaydalarının pozulması
Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının
pozulmasına görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
FƏSİL 30
YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ VƏ
AVTOMOBİL YOLLARINDAN İSTİFADƏ QAYDALARI ƏLEYHİNƏ OLAN
İNZİBATİ XƏTALAR
Maddə 349. Yol hərəkətinin təşkili zamanı yol hərəkətinin
təhlükəsizliyinin təmin edilməməsi
Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına
yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə və ya digər
məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsinə
görə-
vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
258
Maddə 350. Avtomobil yollarının layihələndirilməsi, tikintisi,
yenidən qurulması və təmiri zamanı yol hərəkəti
təhlükəsizliyi qaydalarının pozulması
350.1. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə
əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə,
təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya
təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının
layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol
hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə
əməl edilməməsinə görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
350.2. Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki
vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə-
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 351. Avtomobil yollarının saxlanılması, qorunması və
abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması
qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz
hərəkət şəraitinin yaradılmamasına görə-
vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə,
hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə
cərimə edilir.
259
Maddə 352. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin
təmin edilməsi qaydalarının pozulması
352.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və
mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına,
yəni:
352.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını
korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı
şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra
hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş
avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları
ilə yüklə hərəkətinə;
352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə
zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı
məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;
352.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları,
kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl,
qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən
materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan
aparılmasına;
352.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası
boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid
olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl
kütləsinin götürülməsinə;
352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin
altından taxta-şalban axıdılmasına;
352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın
otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara
aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı
olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya
bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-
qaranın keçirilməsinə;
260
352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan
almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların
yerləşdirilməsinə;
352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər
istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və
qruntun götürülməsinə, oradakı otların biçilməsinə;
352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;
352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının
avtomobil yoluna və yağış sularının avtomobil yolundan
kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara
axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına,
avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol
örtüyünün çirkləndirilməsinə;
352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmamasına görə;
352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin
küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri
pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə
avtomobili olmadan hərəkət etməsinə görə -
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə
edilir.
Maddə 353. İriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin
icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən
kütlə parametrlərinə dair tələblərin pozulması
353.1. Hüquqi şəxslərə məxsus olan iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə
261
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə
-
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
353.2. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulan hal
istisna olmaqla, hüquqi şəxs tərəfindən iriqabaritli və (və ya)
ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə
birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə
-
vəzifəli şəxslər min iki yüz manatdan min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
353.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan hal
istisna olmaqla, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli
və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki
və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla
yüklənməsinə görə -
altı yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
353.4. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il
ərzində təkrar törədilməsinə görə -
fiziki şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan
bir ilədək müddətə məhdudlaşdırılmaqla, min manatdan min iki yüz
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslər min səkkiz yüz
manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş
yüz manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Maddə 354. Avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi
qaydalarının pozulması
354.0. Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl
etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və
262
mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının
pozulmasına, yəni:
354.0.1. yolun hərəkət hissəsində və ya səkilərdə materialların
yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və
ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin
piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə
etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin
təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət
hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə
əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına;
354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə
və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə,
avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata
keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə;
354.0.3. daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla
birləşmələrin və kəsişmələrin yaradılmasına;
354.0.4. yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların
qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla
kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və
piyadaların hərəkətinə maneələr yaradılmasına;
354.0.5. avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan
nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların
qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının
yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla,
reklam və digər məlumat qurğularının yerləşdirilməsinə;
354.0.6. dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların,
digər meliorasiya və hidrotexniki qurğuların tikintisinə, yenidən
qurulmasına, təmirinə və ləğvinə, çayların və kanalların yatağının
dərinləşdirilməsinə;
354.0.7. bərk örtüklü yollarda nəqliyyat vasitələrinin zavod
sınaqlarının keçirilməsinə;
263
354.0.8. təhkim zolağında nəqliyyat vasitələrinin durması və
yuyulması üçün meydançaların, servis obyektlərinin, köşklərin,
pavilyonların, digər qurğuların yerləşdirilməsinə və ticarət
aparılmasına, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri və
yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsinə, yol
hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində
nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti
tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi,
saxlanılması, təmiri, yenidən qurulması üçün nəzərdə tutulmayan
bina və qurğuların yerləşdirilməsinə;
354.0.9. yarışların, məşqlərin və digər idman tədbirlərinin
keçirilməsinə;
354.0.10. tırtıllı, uzunölçülü, iriqabaritli, ağırçəkili və ya təhlükəli
yükləri daşıyan nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil
yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun
mühəndis konstruksiyasının zədələnməsinə, avtomobil yoluna və ya
yolda yerləşdirilən qurğulara müdaxilə edilməsinə görə-
fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir.
Maddə 355. Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya
qadağan edilməsi
Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan
edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş
göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya
özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya
qadağan etməyə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi
264
şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 356. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
qaydalarının pozulması
356.1. Xüsusi komplektləşdirilmiş dərman qutuları ilə təchiz
olunmayan nəqliyyat vasitəsini idarə etməyə görə-
on manat məbləğində cərimə edilir.
356.2. Təcili tibbi yardıma ehtiyacı olan şəxsləri daşımamağa,
yaxud təcili tibbi yardım göstərmək üçün eyni səmtə gedən səhiyyə
işçilərinə nəqliyyat vasitələri təqdim etməməyə görə-
qırx manat məbləğində cərimə edilir.
Maddə 357. Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının
pozulması
Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulmasına
görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar qırx manatdan əlli
manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq
edilir və ya onlar yüz əlli manatdan iki yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 358. İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi
İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsinə görə-
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
265
FƏSİL 31
RABİTƏ QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 359. Telekommunikasiya şəbəkələrinin, vasitə və
qurğularının mühafizəsi qaydalarının pozulması
Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər
səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min
manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 360. Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar
aparma
Abonentə məxsus telefon nömrəsinə aid olan rabitə xəttinə
qanunsuz olaraq daxil olmaqla, danışıqlar aparma, zərər çəkmiş
şəxsə az miqdarda ziyan vurmaqla törədildikdə-
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan
məbləğ başa düşülür.
Maddə 361. Dövlət poçt ödənişi nişanlarının qanunsuz
hazırlanması, nəşri, dövriyyəyə buraxılması və dövriyyədən
çıxarılması
Dövlət poçt ödənişi nişanlarının hazırlanması, nəşri, dövriyyəyə
buraxılması və dövriyyədən çıxarılması qaydalarının pozulmasına
görə-
poçt ödənişi nişanları müsadirə edilməklə və ya edilməməklə fiziki
şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər dörd yüz
266
manatdan beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç
min manatadək məbləğdə cərimə edilir.
Maddə 362. Rabitə xidməti qaydalarının pozulması
Rabitə fəaliyyətinin həyata keçirilməsi zamanı rabitə xidməti
qaydalarının pozulmasına, yəni mövcud standartlar, norma və
qaydalara əməl edilməməsinə görə-
səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 363. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri
və qurğularından qanunsuz istifadə edilməsi
Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və
qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində
istifadə edilməsinə görə -
telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və
ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək,
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə
edilir.
Maddə 364. Telekommunikasiya şəbəkələrinin və qurğularının
layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması,
quraşdırılması və ya yerdəyişməsi qaydalarının və
normalarının pozulması
Telekommunikasiya şəbəkələrinin və qurğularının
layihələşdirilməsinin, tikintisinin, təmirinin, yenidən qurulmasının,
quraşdırılmasının və ya yerdəyişməsinin müvafiq dövlət və sahə
standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq
aparılmamasına görə-
|