365
müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın
verilməməsinə görə-
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra
işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib
edilməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən
tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq
akt tərtib etməkdən boyun qaçırılmasına görə-
min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 556. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və
istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması
556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının,
qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə
uyğun gəlməyən istehsalat binalarının və qurğularının
layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya
istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına,
texnologiyaların tətbiqinə yol verilməsinə görə-
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək
məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə cərimə edilir.
556.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək
məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi
bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş
zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
366
556.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin,
obyektin, istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan
istismara buraxılmasına görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək
məbləğdə cərimə edilir.
Maddə 557. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın,
hesabatın verilməməsi
557.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə
daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına
təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə
görə-
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
557.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub
saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra
hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi
və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə
görə-
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında
qanunvericiliyin pozulması
558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün
daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran
367
sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət
orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında
cavab verilməməsinə görə-
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd
yüz manatadək məbləğdə cərimə edilir.
558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra
hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak
barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə
görə-
xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək
məbləğdə cərimə edilir.
558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət
orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların
qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz
əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün
olmamasına və ya bu məlumatın verilməməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması
İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri
tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının
dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı
şəxsə zərər vurulmasına görə-
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə
edilir.
Maddə 560. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi
qaydalarının pozulması
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları
pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə-
368
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa
verilməsi və silinməsi qaydalarının pozulması
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət
müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin)
balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan
silinməsinə görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması
562.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın
müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya
düzgün olmayan məlumatın ötürülməsinə görə-
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
562.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və
ya düzgün olmayan məlumatın ötürülməsinə görə-
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
562.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun
qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində
müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə-
xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.
369
Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında
qanunvericiliyin pozulması
563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan
keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma
qaydalarına əməl etməməsinə görə-
xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
563.2. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata
almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün
qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə,
habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri
çağırma
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili
yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə-
yüz manat məbləğində cərimə edilir.
Maddə 565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan
yaşamasına görə-
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
Maddə 566. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət
sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya
daimi yaşamaq üçün sənədlərinin itirilməsi
və ya qəsdən korlanması
370
Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin,
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün
sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə-
otuz manat məbləğində cərimə edilir.
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin
şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz
alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına
qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi)
qaydalarının pozulması
567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya
pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina
edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə
tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların
verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət
vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində
süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov
götürülməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün
qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb
edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol
verilməsinə görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən
(dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi
(dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə
tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət
sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol
371
verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə
onun verilməsi qaydalarının pozulmasına görə-
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 568. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza
verilməsi, Azərbaycan Respublikasının ərazisində
onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti
olma müddətinin uzadılması, onlara müvəqqəti və ya
daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi
(müddətinin uzadılması) qaydalarının pozulması
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi,
Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə
qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara
müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin
verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında
süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb
edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə
görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək
hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması
Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan
Respublikasına gəlmək hüququnun qanunsuz olaraq
məhdudlaşdırılmasına görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 570. Sərhədboyu rejiminin pozulması
372
570.1. Sərhədboyu zonaya daxilolma və ya orada yaşama
qaydalarının pozulmasına görə-
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli
manatadək məbləğdə cərimə edilir.
570.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu
zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan
və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla
təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına
və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə-
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək
məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli
manatadək məbləğdə cərimə edilir.
Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər
dənizinin Azərbaycan Respublikasına mənsub olan
bölməsində) sərhədboyu rejiminin pozulması
Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd
çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin
Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq,
ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz
başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması,
saxlanması, onların yanalma körpülərindən dəniz və digər
sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması
qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya
belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla
ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata
keçirilməsinə görə -
gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya
edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli
manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı
yüz əlli manatadək məbləğdə cərimə edilir.
373
Maddə 572. Azərbaycan Respublikasının dövlət sərhədinin
buraxılış məntəqələrində rejimin pozulması
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış
məntəqələrində rejimin pozulmasına görə-
vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə
edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq
edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək
məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Maddə 573. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda),
hava limanlarında və digər dövlət sərhədinin buraxılış
məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların
qanunsuz olaraq götürülməsi
573.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli
şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri
tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ
hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan,
xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların
protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz
olaraq götürülməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
573.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli
374
şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri
tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ
hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa
qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət
qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq
götürülməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi
kömək göstərilməməsi
Diplomatik və ya xidməti pasport sahibinə lazımi kömək
göstərilməməsinə görə-
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə
cərimə edilir.
Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasında olması, yaşaması, yaxud
Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi
qaydalarının pozulması
575.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının
ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ
verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına;
575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının
ərazisində olmasına və ya yaşamasına;
575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti
olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan
Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan
fəaliyyətlə məşğul olmasına;
375
575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmasına;
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri
üzrə qeydiyyat qaydalarına əməl etməməsinə;
575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra
getməkdən boyun qaçırmasına;
575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə
qaydalarına əməl etməməsinə görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla
və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək
məbləğdə cərimə edilir.
575.2. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara
çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət
ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə
daxil olmasına görə -
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat
məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının
hüdudlarından kənara inzibati qaydada çıxarılır.
575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı
olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya
onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan
Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının
ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar
vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli
şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin
qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara
Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən
sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına
görə-
376
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 576. Azərbaycan Respublikası vətəndaşlarının xarici
ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması
576.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan
göstərilməsinə görə -
üç yüz manat məbləğində cərimə edilir.
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə
işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru
olmayan məlumatların yayılmasına görə-
beş yüz manat məbləğində cərimə edilir.
Maddə 577. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu
yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması
üçün tədbirlər görülməməsi
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş
Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan
Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə
qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər
görülməməsinə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 578. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb
edilməsi qaydasının pozulması
377
578.1. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya
Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və
ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək
məbləğdə cərimə edilir.
578.2. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs barəsində törədildikdə -
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min
manatadək məbləğdə cərimə edilir.
578.3. İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı
olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
578.4. İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin
pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin
işəgötürən tərəfindən götürülərək saxlanılmasına görə -
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.
578.5. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən
arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda,
bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra
hakimiyyəti orqanına məlumat verilməməsinə görə -
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.
578.6. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini
təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin
adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində
işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat
verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya
ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə -
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir.
Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin maddədə göstərilən
əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq
378
maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 579. Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin
pozulması
Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət
təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya
nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada
dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində
edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə
alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin
həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin
reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə
edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü
fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına,
nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə
zidd fəaliyyət göstərməsinə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 580. Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə)
və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə
maneələrin törədilməsi
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət
təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan
Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin
onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə
|