AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix06.03.2017
ölçüsü5,01 Kb.
#10457
1   ...   20   21   22   23   24   25   26   27   28

379 
 
maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab 
verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim 
edilməməsinə, yanlış məlumatların verilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 581. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri- 
hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri 
tərəfindən müvafiq icra hakimiyyəti orqanının 
xəbərdarlığında və ya göstərişində bildirilmiş 
pozuntuların vaxtında aradan qaldırılmaması 
 
Qeyri-hökumət təşkilatları, xarici qeyri-hökumət təşkilatlarının 
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri 
tərəfindən müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya 
göstərişində bildirilmiş pozuntuların vaxtında aradan 
qaldırılmamasına görə - 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir. 
 
Maddə 582. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial 
və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi 
qaydalarının pozulması 
 
Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya 
nümayəndəliklərinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət 
reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət 
göstərməsinə görə- 
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi 

380 
 
şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə 
edilir.   
 
 
 
 
Maddə   583. Dövlət təltifləri barəsində qanunsuz hərəkətlər 
 
Ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden 
və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə 
edilməsinə görə- 
əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 584. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi 
qaydalarının pozulması 
 
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 585. Azərbaycan Respublikasında xarici dövlətlərin və 
beynəlxalq təşkilatların bayraqlarının istifadəsi 
qaydalarının pozulması 
 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 
Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq 
təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi 
şəxslər üç min manatdan dörd min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   

381 
 
 
Maddə 586. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların 
adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə 
       
586.0. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən, onların 
adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə, yəni 
“Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların 
müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 
tələblərinə zidd olaraq:   
586.0.1. Qızıl Xaç və Qızıl Aypara emblemlərindən müdafiə nişanı 
və ya fərqləndirici nişan qismində istifadə edilməsinə; 
586.0.2. fərqləndirici siqnallardan istifadə edilməsinə; 
586.0.3. hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç 
və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə 
edilməsinə; 
586.0.4. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının 
prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl 
Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə; 
586.0.5. müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl 
Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar 
nişanlardan istifadə edilməsinə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 587. Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında 
qanunvericiliyin pozulması 
 
Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi 
dairələrinin adlarının və sərhədlərinin özbaşına dəyişdirilməsinə və 
ya onların adlarının təhrif edilmiş formalarından istifadə edilməsinə 
görə- 

382 
 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 588. Mülki silahın qeydiyyatı qaydalarının pozulması 
 
Mülki silahın qeydiyyatı qaydalarının pozulmasına görə- 
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 589. Xidməti silahın saxlanması, gəzdirilməsi və ya təyinatı 
üzrə istifadə edilməsi qaydalarının pozulması 
 
Xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə etmək 
üçün gəzdirilməsi hüququ olan şəxslər tərəfindən xidməti silahın və 
ya onun döyüş sursatının saxlanması, gəzdirilməsi və ya təyinatı 
üzrə istifadə edilməsi qaydalarının pozulmasına görə- 
əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 590. Mülki silahın və ya döyüş sursatının saxlanılması, 
daşınması və ya satılması qaydalarının pozulması 
 
590.1. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış 
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının 
saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına 
görə- 
silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli 
manatdan yetmiş manatadək məbləğdə cərimə edilir.  
 590.2. Müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış 
şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının 
əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və 
ya satılmasına görə- 
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   

383 
 
 
 
 
 
Maddə 591. Mülki silahın və döyüş sursatının istehsalı, gətirilməsi, 
aparılması, idxalı, ixracı, kolleksiya edilməsi, sərgisinin 
keçirilməsi, göndərilməsi, istifadə edilməsi, götürülməsi 
və ya məhv edilməsi qaydalarının pozulması 
 
Mülki silahın istehsalının, gətirilməsinin, aparılmasının, idxalının, 
ixracının, kolleksiya edilməsinin, sərgisinin keçirilməsinin, 
göndərilməsinin, istifadə edilməsinin, götürülməsinin və ya məhv 
edilməsinin qaydalarının pozulmasına görə- 
silah müsadirə edilməklə və ya edilməməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 592. Mülki silahın saxlanması üçün xüsusi icazə ləğv 
edildikdən sonra vətəndaşların onu satmaqdan boyun 
qaçırması 
 
Mülki silahın əldə edilməsinə xüsusi icazə və ya odlu ov və ya 
idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi 
hüququnu təsdiq edən şəhadətnamə müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən ləğv edildikdə, silah sahibinin bu silahı satmaqdan boyun 
qaçırmasına görə- 
silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.    
 
Maddə 593. Möhürün (plombun) qəsdən zədələnməsi və ya 
qırılması 
 
Bu Məcəllənin 297.1, 304.2, 317.2 və 491.3-cü maddələrində 
nəzərdə tutulmuş hallar istisna edilməklə, səlahiyyətli vəzifəli şəxs 

384 
 
tərəfindən vurulmuş möhürün (plombun) qəsdən zədələnməsinə və 
ya qırılmasına görə- 
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 594. İnzibati icraat haqqında qanunvericiliyin pozulması 
 
594.0. İnzibati icraat haqqında qanunvericiliyin pozulmasına, yəni: 
594.0.1. inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin 
həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və 
azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların 
qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı 
hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl 
olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab 
edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud 
fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə 
yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün 
olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə; 
594.0.2. inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin 
müraciətinə əsasən ərizələrin və inzibati icraatla bağlı digər 
formulyarların (blankların) nümunələrinin ona verilməməsinə; 
594.0.3. inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsin 
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda 
nəzərdə tutulmuş hallarda inzibati icraatda iştirakına və özü-özünə 
etiraz etməməsinə və ya həmin qanuna əsasən iştirakına yol 
verilmədiyi hallarda ekspertin, mütəxəssisin və ya tərcüməçinin 
inzibati icraatda iştirakına; 
594.0.4. inzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən 
ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi 
haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, 
yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin 
yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul 
edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim 
etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət 

385 
 
və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması 
səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən 
qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər 
məlumatın tələb edilməsinə; 
594.0.5. inzibati aktın qəbul edilməsi, inzibati akta edilən 
düzəlişlər, inzibati aktın geri çağırılması, ləğv olunması, 
dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə 
inzibati orqan tərəfindən maraqlı şəxslərə və ya onların 
nümayəndələrinə qanunda nəzərdə tutulmuş qaydada məlumatın 
verilməməsinə; 
594.0.6. inzibati orqan tərəfindən inzibati icraatda iştirak edən 
şəxslərin inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında 
xəbərdar edilməməsinə; 
594.0.7. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və 
ya onun qəbul edilməsindən imtina olunması haqqında qərarın 
qanunla müəyyən edilmiş müddət ərzində qəbul olunmamasına və 
ya inzibati şikayətin və icraatla bağlı materialların 3 gün müddətində 
şikayət instansiyasına göndərilməməsinə görə- 
vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 595. İnzibati prosessual qanunvericiliyin pozulması 
 
595.1. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı 
çərçivəsində məhkəmənin tələb etdiyi sənədlərin və ya aktların, 
habelə zəruri məlumatların inzibati orqanlar tərəfindən təqdim 
edilməməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.  
595.2. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında 
məhkəmə iclasının qapalı keçirildiyi hallar istisna olmaqla, hər hansı 
şəxsin məhkəmə iclasına buraxılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir.    
 

386 
 
 
 
 
 
Maddə 596. İnzibati xəta haqqında iş üzrə icraat zamanı 
müddətlərin pozulması 
 
596.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli 
vəzifəli şəxs tərəfindən bu Məcəllənin 52.2, 57.4, 83.2, 83.3, 
91.0.4, 97, 101, 102.5, 103, 104.4, 104.7, 111.1, 117, 131, 136.2 
və 150.4-cü maddələrində müəyyən edilmiş müddətlərin 
pozulmasına görə- 
vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə 
cərimə edilir.  
596.2. Səlahiyyətli vəzifəli şəxsin bu Məcəllənin 104.1-ci 
maddəsinin müddəalarını pozmaqla inzibati xəta haqqında iş üzrə 
icraatın dayandırılması haqqında qərar qəbul etməsinə görə -  
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 597. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında 
qanunvericiliyin pozulması 
 
597.0. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında 
qanunvericiliyin pozulmasına, yəni: 
597.0.1. özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin 
mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilən namizəd 
barədə işəgötürən tərəfindən 3 gün müddətində müvafiq icra 
hakimiyyəti orqanına məlumat verilməməsinə;  
597.0.2. mühafizəçi tərəfindən fiziki qüvvə və ya xüsusi vasitənin 
tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra 
hakimiyyəti orqanına və prokurorluq orqanlarına məlumat 
verilməməsinə; 

387 
 
597.0.3. mühafizəçi tərəfindən xüsusi vasitə və ya mühafizəçi 
vəsiqəsi itirildikdə bu barədə dərhal müvafiq icra hakimiyyəti 
orqanına məlumat verilməməsinə; 
597.0.4. özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə 
bölməsi tərəfindən xidməti istifadə üçün verilmiş xüsusi vasitələrin 
mühafizə olunan obyektin hüdudlarından kənara çıxarılmasına və ya 
istifadə üçün kənar şəxslərə verilməsinə; 
597.0.5. mühafizəçinin geyim formasını mühafizə olunan obyektin 
hüdudlarından kənarda daşınmasına; 
597.0.6. özəl mühafizə fəaliyyətini həyata keçirən şəxs tərəfindən 
mühafizə olunan obyektlərdə hüquqi şəxsin müvafiq vəzifəli 
şəxslərinin, habelə mühafizə olunan obyektlərin mülkiyyətçilərinin 
və ya qanuni sahiblərinin yazılı icazəsi olmadan video və audioyazı, 
foto və kino çəkilişinin aparılmasına görə- 
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə 
cərimə edilir.   
 
 
 
 
 
Maddə 598. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 
digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 
qanunvericiliyin pozulması 
 
598.0. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə 
qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 
598.0.1. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər şəxslər tərəfindən müştərinin, onun nümayəndəsinin və ya 

388 
 
benefisiarın eyniləşdirilməsi, verifikasiyası və məlumatın 
sənədləşdirilməsi ilə bağlı tələblərə riayət olunmamasına; 
598.0.2. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri 
və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə 
bağlı vəzifələrin yerinə yetirilməməsinə; 
598.0.3. hüquqi şəxs olan monitorinq iştirakçıları və 
monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət 
sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə; 
598.0.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən 
digər şəxslər tərəfindən nəzarət orqanlarının və ya maliyyə 
monitorinqi orqanının “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin 
və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun 
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda verdikləri 
yazılı göstərişlərinin vaxtında və ya tam icra edilməməsinə; 
598.0.5. monitorinq iştirakçıları və ya monitorinqdə iştirak edən 
digər şəxslər tərəfindən məlumatların təqdim edilməsinə və 
əməliyyatların icra edilməməsinə dair “Cinayət yolu ilə əldə edilmiş 
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və 
terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin 
pozulmasına; 
598.0.6. monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən 
digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin 
yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb 
olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış 
məlumatların verilməsinə görə- 
vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min 
manatadək məbləğdə cərimə edilir.   
 
 

389 
 
 
 
 
 
 
Maddə 599. Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-
məzun” dövlət elektron məlumat sisteminə qoşulmaması və ya 
məlumatların həmin sistemə vaxtında, tam və ya düzgün 
daxil edilməməsi 
 
Ali və orta ixtisas təhsili müəssisələrinin “Tələbə-məzun” dövlət 
elektron məlumat sisteminə qoşulmamasına və ya məlumatların 
həmin sistemə vaxtında, tam və ya düzgün daxil edilməməsinə 
görə- 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 600. Dövlət qulluqçuları haqqında məlumatların vaxtında, 
tam və ya düzgün verilməməsi 
 
Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları 
haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq 
dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət 
Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə 
görə- 
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 601. Hüquq müəyyən edən sənədlərin verilməsi üçün 
qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb 
edilməsi 
 

390 
 
Hüquq müəyyən edən sənədlərin verilməsi üçün qanunvericilikdə 
nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 602. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi 
haqqında qanunvericiliyin pozulması 
 
602.1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 
reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
602.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat 
reyestrində qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi 
qaydalarının pozulmasına, yəni: 
602.2.1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid 
məlumat reyestrində qeydiyyata alınmış yoxlamanın nəticələri 
barədə məlumatın tam, düzgün və ya vaxtında müvafiq icra 
hakimiyyəti orqanına verilməməsinə; 
602.2.2. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid 
məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən 
aparılmamış yoxlama barədə məlumatın həmin səbəblər 
göstərilməklə vaxtında müvafiq icra hakimiyyəti orqanına 
verilməməsinə; 
602.2.3. yoxlayıcı orqan tərəfindən yoxlamanın dayandırılması və 
ya sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə 
qərarla bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanına 
verilməməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.  
602.3. Bu Məcəllənin 602.1-ci və 602.2-ci maddələrində nəzərdə 
tutulan hallar istisna olmaqla, yoxlayıcı orqan və ya yoxlayıcı 

391 
 
tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların 
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 
Azərbaycan Respublikasının Qanununda yoxlamalarla bağlı müəyyən 
edilmiş tələblərin və prosedurların pozulmasına görə - 
vəzifəli şəxslər beş yüz manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
602.4. Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid 
sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı 
yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və 
sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal 
müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, 
habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış 
keçirilməsinə mane olmağa görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
FƏSİL 40 
 
HƏRBİ UÇOT, HƏRBİ QEYDİYYAT VƏ SƏFƏRBƏRLİK QAYDALARI 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə 603. Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların 
vaxtında verilməməsi 
 
603.1. İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların 
siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan 
orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına 
müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, 
hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir. 

392 
 
603.2. Çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının 
məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların 
soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq 
vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında 
dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində 
cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə 
minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına 
təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş 
müddətdə təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli 
manatadək məbləğdə cərimə edilir. 
603.3. Bu Məcəllənin 603.1-ci və 603.2-ci maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, çağırışçıların və hərbi vəzifəlilərin 
hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının 
rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının 
dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və 
hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar 
tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş 
müddətdə təqdim edilməməsinə görə - 
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
 
Maddə 604. İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma 
 
İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata 
alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü 
səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə 
görə - 
otuz manat məbləğində cərimə edilir. 
 
Maddə 605. Çağırışçılara və hərbi vəzifəlilərə çağırış barədə 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin