184
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və
ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və
hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji
cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə
təsirinin uçotunun və hesabatının aparılmamasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan
on min manatadək məbləğdə cərimə edilir.
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma
qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki
tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına,
satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə,
istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə
yetirilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma
qaydalarının pozulması
185
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı
olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin
(xidmətlərin) yerinə yetirilməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min
beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə
qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının,
həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması
243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz
aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə
standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;
243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının
istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;
243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və
bu məlumatların məxfiliyinin pozulmasına;
243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin
aparılmasına;
243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə
də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin
toxunulmazlığının təmin edilməməsinə;
243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və
geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;
186
243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və
buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin
edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində
faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının
qorunması tələblərinə əməl edilməməsinə;
243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış
torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək
istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün
maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin
dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat
verilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə
edilir.
Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi
və korlanması
244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət
tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə
çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin
orqanizmləri ilə yoluxdurulmasına görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının
korlanmasına görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi
187
şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir.
Maddə 245. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi
245.1. Torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından
və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə
etmək üçün məcburi tədbirlərin görülməməsinə görə-
fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
245.2. Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin
layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə
cərimə edilir.
Maddə 246. Torpaqların dövlət uçotundan, qeydiyyatından
gizlədilməsi və ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların
təhrif edilməsi
Torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsinə və
ya kəmiyyətinə və keyfiyyətinə dair məlumatların təhrif edilməsinə
görə-
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 247. Torpaq sahəsindən məqsədli təyinatına uyğun
olmayan başqa məqsədlər üçün istifadə edilməsi
247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan
başqa məqsədlər üçün istifadə edilməsinə görə -
188
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə
edilir.
247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş
xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə
törədilməsinə görə -
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində
cərimə edilir.
Maddə 248. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik
zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin
pozulması
248.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında
olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına, yəni:
248.1.1. həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti
orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla
bağlanılmasına;
248.1.2. həmin torpaq sahəsinin müvafiq icra hakimiyyəti
orqanının icazəsi ilə hasara alma yolu ilə və ya digər üsullarla
bağlanılması zamanı Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində nəzərdə tutulmuş hasarlanma və bağlanma üçün
istifadə edilən tikinti konstruksiyalarının dənizin və onun sahilində
su ilə qurunun təmas xəttinin görünməsinin və ya dəniz sahilinə
gediş-gəlişin məhdudlaşdırılmasına, yaxud həmin hasar və ya tikinti
konstruksiyasının uzunluğunun hər 200 metrindən bir dövlət
sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə eni 6 metrdən
az olmayaraq sahilə birbaşa keçidin təmin olunmamasına;
248.1.3. dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin
edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı
189
olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin
məhdudlaşdırılmasına görə -
fiziki şəxslər dörd min manat məbləğində, vəzifəli şəxslər səkkiz
min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində
cərimə edilir.
248.2. Bu Məcəllənin 248.1-ci maddəsində nəzərdə tutulmuş
xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh
vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə -
fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min
manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində
cərimə edilir.
Maddə 249. Torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının
pozulması
Vəzifəli şəxs tərəfindən ərazilərin zonalaşdırılması, tikintinin növü
və miqyası ilə bağlı müfəssəl qaydalar və yaşayış məntəqələrində
yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri pozulmaqla
torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000
voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu
qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya
sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil
yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri,
habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti
üçün ayrılmasına görə-
iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Maddə 250. Mərz nişanlarının məhv edilməsi
Mülkiyyətdə və ya istifadədə (icarədə) olan torpaqların
hüdudlarının, mərz nişanlarının məhv edilməsinə görə-
yetmiş manatdan doxsan manatadək məbləğdə cərimə edilir.
190
Maddə 251. Torpaq sahələrində meteoroloji şəbəkələrin, ölçmə
vasitələrinin və digər vasitələrin sıradan çıxarılması və
torpaqların kateqoriyalarının dəyişdirilməsi
251.1. Torpaq sahələrində meteoroloji şəbəkələrin və ölçmə
vasitələrinin, geodeziya istinad məntəqələrinin sıradan çıxarılmasına
görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
251.2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət
edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min üç yüz manatdan iki min manatadək məbləğdə
cərimə edilir.
251.3. Meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına
görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 252. Meşəqırma fondundan istifadənin, oduncağın tədarük
edilib daşınması qaydasının pozulması
Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib
daşınması qaydasının pozulmasına görə-
fiziki şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min yeddi yüz manatdan üç min altı yüz
manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan
səkkiz min manatadək məbləğdə cərimə edilir.
191
Maddə 253. Meşəqırma bileti (orderi) olmadan köküstə yaş
ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə
bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi
253.1. Meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə
yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə,
yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya
sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa
edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan
ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə
görə-
fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə,
vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək
məbləğdə cərimə edilir.
253.2. Meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin
zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə-
fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək
məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir.
253.3. Eyni inzibati xəta:
253.3.1. şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən
yaşıllıq sahələrində tikinti işləri aparılarkən lazımi icazə olmadan
törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və
ya məhv edilməsinə, habelə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada lazımi icazə olmadan kəsilməsinə görə-
fiziki şəxslər min iki yüz manatdan min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min
manatadək məbləğdə cərimə edilir;
253.3.2. magistral avtomobil yollarının və dəmir yolunun
mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə
olmadan törədildikdə, hər bir ağacın və ya kol əkililərinin
192
zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunvericilikdə
nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsinə görə-
fiziki şəxslər min manatdan min iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək
məbləğdə cərimə edilir;
253.3.3. su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su
anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq
sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya
kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan
kəsilməsinə görə-
fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək
məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min
manatadək məbləğdə cərimə edilir;
253.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilmiş
yaşıllıq ərazilərinin kadastrında olan hər bir ağacın və ya kol
əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə
qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan
kəsilməsinə görə-
fiziki şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək
məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min
manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 253.3.1, 253.3.2, 253.3.3 və ya 253.3.4-cü
maddələrinə əsasən bir neçə ağacın və ya kol əkililərinin
zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə
tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar
inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq
edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü
maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə
münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz.
193
Maddə 254. Meşəqırma biletində (orderində) və ya meşə biletində
nəzərdə tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən
istifadə
Meşəqırma biletində (orderində) və ya meşə biletində nəzərdə
tutulmuş məqsədləri və ya tələbləri gözləmədən meşədən istifadəyə
görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 255. Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins
tərkibinin yaxşılaşdırılması və yetişmiş oduncaq
ehtiyatlarından istifadə qaydalarının pozulması
Meşələrin bərpası, məhsuldarlığının artırılması, cins tərkibinin
yaxşılaşdırılması və yetişmiş oduncaq ehtiyatlarından istifadə
qaydalarının pozulmasına görə-
fiziki şəxslər beş yüz əlli manatdan səkkiz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min
manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz
min manatadək məbləğdə cərimə edilir.
Maddə 256. Meşə fondu torpaqlarında biçənəklərin və otlaq
sahələrinin zədələnməsi və ya korlanması
Meşə fondu torpaqlarında biçənəklərin və ya otlaq sahələrinin
zədələnməsinə və ya korlanmasına görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
194
məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min
manatadək məbləğdə cərimə edilir.
Maddə 257. Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya
mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq,
göbələk, giləmeyvə yığılması
Meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara
otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və
sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə
yol verilən sahələrdə onların özbaşına yığılmasına görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 258. Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin
qarşısını alan qurğuları olmayan istehsal obyektlərinin
tikilməsi və ya istifadəyə verilməsi
Meşə fondu torpaqlarında meşələrə zərərli təsirin qarşısını alan
qurğuları olmayan istehsal obyektlərinin və ya digər obyektlərin
tikilməsinə və ya istifadəyə verilməsinə görə-
fiziki şəxslər yeddi yüz manatdan doqquz yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər doqquz min manatdan on iki
min manatadək məbləğdə cərimə edilir.
Maddə 259. Meşə fondu torpaqlarında meşəsuvarma
şəbəkələrinin, drenaj sistemlərinin, yaxud yolların məhv edilməsi və
ya korlanması
195
Meşə fondu torpaqlarında meşəsuvarma şəbəkələrinin, drenaj
sistemlərinin, yaxud yolların məhv edilməsinə və ya korlanmasına
görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 260. Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların
(sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv
edilməsi və ya zədələnməsi
Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd,
kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya
zədələnməsinə görə-
fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan altı min beş
yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 261. Meşə üçün faydalı faunanın məhv edilməsi
Meşə üçün faydalı faunanın məhv edilməsinə görə-
fiziki şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan yeddi min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 262. Su obyektlərindən və sudan istifadə qaydalarının
pozulması
196
262.1. Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni:
262.1.1. su obyektlərində hidrotexniki və digər qurğuların
özbaşına tikilməsinə;
262.1.2. su obyektlərinin özbaşına tutulmasına;
262.1.3. su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə
müəyyən edilmiş şərtlərin pozulmasına görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə
cərimə edilir.
262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni:
262.2.1. sudan istifadə etmə limitlərinə əməl edilməməsinə;
262.2.2. su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə;
262.2.3. içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə,
küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız
axıdılmasına görə -
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə
edilir.
262.3. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun
talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə -
fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, min manatadək olan
məbləğ başa düşülür.
Maddə 263. Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin
pozulmasının qarşısını almağa istehlakçı tərəfindən
maneələr törədilməsi
197
Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən su
qanunvericiliyinin tələblərinin pozulmasının qarşısını almaq məqsədi
ilə tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni
tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr
törədilməsinə görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz
manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 264. Su obyektlərinin mühafizəsi qaydalarının pozulması
264.0. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına,
yəni:
264.0.1. su obyektlərinin çirklənməsinin, zibillənməsinin və
suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları
olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar
edilməsinə;
264.0.2. su təsərrüfatı qurğularının və avadanlığının
zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə;
264.0.3. su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə
bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş
tələblərə riayət edilməməsinə;
264.0.4. xüsusi qorunan su obyektlərinin rejiminin pozulmasına;
264.0.5. su obyektlərinin dövlət monitorinqinin, suların dövlət
uçotunun, dövlət su kadastrının aparılması qaydalarına riayət
edilməməsinə;
264.0.6. sutoplayıcı sahələrdə su obyektlərinin qorunması rejimini
pozmaqla suların çirkləndirilməsinə, torpaqların su eroziyasına və
başqa ziyanlı hallara səbəb olmasına;
264.0.7. su çıxarmaq üçün quyu qazılması qaydalarının və
texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su
çıxarmaq üçün quyu qazılmasına görə-
|