170
210.2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq
diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa
görə-
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 211. Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin
pozulması
Müəssisələrdə, idarələrdə, təşkilatlarda sanitariya-gigiyena və
epidemiya əleyhinə rejimlərin pozulmasına görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə
riayət edilməməsi
212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü
maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və
tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-
otuz manat məbləğində cərimə edilir.
212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək
üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret
çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının
təmin edilməməsinə görə-
vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min
manat məbləğində cərimə edilir.
Maddə 213. Körpələrin və erkən yaşlı uşaqların qidalanması
haqqında qanunvericiliyin pozulması
213.0. Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında
qanunvericiliyin pozulmasına, yəni:
171
213.0.1. süni qida məhsullarının reklamında ana südünün
üstünlüyünün qeyd olunmamasına;
213.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərinin
müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan
maliyyələşdirilməsinə;
213.0.3. süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb
işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada
həvəsləndirilməsinə görə -
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər yeddi yüz əlli manatdan min manatadək məbləğdə
cərimə edilir.
Maddə 214. Uşaqların icbari dispanserizasiyası haqqında
qanunvericiliyin pozulması
214.1. Uşağın qanuni nümayəndəsi tərəfindən dispanserizasiya ilə
əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsinə və ya
həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə
gətirilməməsinə və ya daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə
tibb müəssisəsinə uşağın uçota alınması üçün bir ay müddətində
müraciət edilməməsinə görə-
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.
214.2. Dispanserizasiya tədbirlərinin keçirilməsi ilə əlaqədar
uşaqların illik tibbi baxışdan və zəruri müayinələrdən
keçirilməməsinə, uşaqların sağlamlıq vəziyyətinin müəyyən
edilməməsinə və qiymətləndirilməməsinə və ya hər uşaqla bağlı
aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin registrinin
aparılmamasına, yaxud uşaqlar arasında xəstəliklərin səbəbləri
aşkar edildikdən sonra onların aradan qaldırılması üzrə sosial,
sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı
172
tədbirlərin həyata keçirilməməsinə, yaxud xəstə və xəstələnmə riski
olan uşaqların tibbi-sosial müəssisələrdə yerləşdirilməməsinə görə-
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər yüz əlli
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində
cərimə edilir.
Maddə 215. Sağlamlığın qorunması sahəsində vətəndaşların
hüquqlarının pozulması
215.1. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət
tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti
sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və
xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə
cərimə edilir.
215.2. Tibb işçiləri öz vəzifələrini yerinə yetirərkən,
ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi tələb olunan şəxsləri bu
yardımı göstərən tibb müəssisələrinə göndərmədiklərinə görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 216. Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena
və epidemiya əleyhinə rejimlərin pozulması
Təhsil və ya tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya
əleyhinə rejimlərin pozulmasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 217. Nəqliyyatda sanitariya normalarının və qaydalarının,
gigiyena normativlərinin pozulması
173
Qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və
qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına
görə-
yetmiş manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 218. Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də
qan və digər bioloji mayelərlə təması nəzərdə tutan digər
xidmətlər göstərilərkən universal təhlükəsizlik
tədbirlərinin pozulması
Tibbi, kosmetoloji, bərbərxana xidmətləri, eləcə də qan və digər
bioloji mayelərlə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən
universal təhlükəsizlik tədbirlərinin pozulmasına görə-
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə,
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 219. Yaşayış məntəqələrinin və ya müəssisələrin, onların
buraxılış komplekslərinin, binalarının, qurğularının
layihələşdirilməsi, tikilməsi, yenidən qurulması,
təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması
zamanı sanitariya-epidemioloji salamatlığı təmin etməyə
yönəldilmiş normaların, qaydaların və normativlərin
pozulması
Sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş
normalara, qaydalara və normativlərə əməl etmədən, müvafiq icra
hakimiyyəti orqanı ilə razılaşdırılmadan yaşayış məntəqələrinin və ya
mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, onların
buraxılış komplekslərinin, binalarının, qurğularının
174
layihələşdirilməsinə, tikilməsinə, yenidən qurulmasına,
təkmilləşdirilməsinə, yeni texnika ilə təchiz olunmasına görə-
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli
şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 220. Əhalinin qidalanmasının təşkilinə, yeyinti
məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına
dair sanitariya normalarının və qaydalarının, gigiyena
normativlərinin pozulması
220.1. Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda,
restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının
təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların
saxlanmasına və əhaliyə satılmasına dair sanitariya normalarının və
qaydalarının, gigiyena normativlərinin pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və
satışı zamanı sanitariya normalarının və qaydalarının, gigiyena
normativlərinin pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 221. Dərman vasitələrinin qanunsuz dövriyyəsi
Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə
cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş,
qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından
keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması
175
və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış
məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda
törədildikdə-
inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə
edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə
cərimə edilir.
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan
məbləğ başa düşülür.
Maddə 222. Ekoloji təmiz kənd təsərrüfatı haqqında
qanunvericiliyin pozulması
Ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd
təsərrüfatı və ərzaq məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və
ərzaq məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz
kənd təsərrüfatı və ərzaq məhsullarının dövriyyəsi ilə məşğul olan
şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal
edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin
qorunmamasına görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Maddə 223. Rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi
və idmanla məşğul olmağa cəlb etmə və idman yarışlarına
buraxma
Məktəbdənkənar təhsil müəssisələri və bədən tərbiyəsi-idman
təşkilatları tərəfindən uşaq və gənclərin qanunvericiliyə uyğun
olaraq verilmiş rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi
və idmanla məşğul olmağa cəlb edilməsinə və ya idman yarışlarına
buraxılmasına görə-
vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə
edilir.
176
Maddə 224. Dopinq vasitələrindən və (və ya) metodlarından
istifadə və ya istifadəni təbliğ etmə
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə və ya
istifadəni təbliğ etməyə görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 225. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq
vasitələri əlavə etməklə onların saxtalaşdırılması,
satılması, həmçinin dopinq vasitələrinin
hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və
metodları, onların əldə edilməsi mümkün olan yerlər
haqqında məlumatların yayılması
225.1. Dərman vasitələrinin və qidaların tərkibinə dopinq
vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına və ya satılmasına
görə-
fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə
cərimə edilir.
225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının,
istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan
yerlər haqqında məlumatların yayılmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması
177
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər
və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının
pozulmasına görə -
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
FƏSİL 24
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 227. Xırda talama
Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq
mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin
əmlakını talamağa görə -
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir və ya
işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu
tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə
inzibati həbs tətbiq edilir.
Qeyd: Talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda,
bu xırda talama hesab edilir.
Maddə 228. Lisenziya və ya icazə olmadan yerin təkindən
istifadə etmə
Lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə
tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.
178
Maddə 229. Su obyektləri üzərində mülkiyyət hüququnun
pozulması
Su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə-
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli
şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi
şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 230. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə
edilməsi
“Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi
obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə
edilməsinə görə-
fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 231. Mədəni sərvətlərin qorunması üzrə tələblərin
pozulması
231.1. Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli
mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən
qanunsuz aparılmasına görə-
fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç
min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində
cərimə edilir.
179
231.2. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə,
məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa
yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə-
fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç
min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində
cərimə edilir.
231.3. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması
və istifadəsi üzrə tələblərin pozulmasına görə-
xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək
məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
231.4. Bu Məcəllənin 231.3-cü maddəsində nəzərdə tutulmuş
xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə
haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə-
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz
manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə
edilir.
Qeyd: Bu Məcəllənin 231.1-231.3-cü maddələri, həmin
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq
edilir.
Maddə 232. Təsərrüfat əkinlərinin korlanması
Əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və
ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya
digər üsullarla onların korlanmasına görə-
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.
180
FƏSİL 25
ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ, TƏBİƏTDƏN İSTİFADƏ VƏ EKOLOJİ
TƏHLÜKƏSİZLİK QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
Maddə 233. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli
maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin
hədlərinin yol verilə bilən normativlərdən artıq olması
233.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli
maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına
görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş
yüz manatadək məbləğdə cərimə edilir.
233.2. Ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit
sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli
fiziki təsirlərin yol verilə bilən son hədlərinin normativlərinin
pozulmasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min
beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 234. Atmosfer havasının mühafizəsi sahəsində
qanunvericiliyin pozulması
234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin
pozulmasına, yəni:
234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi
olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;
181
234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və
zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış
qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının
pozulmasına;
234.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin
tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və
avadanlığın istismara verilməsinə;
234.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə
müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına
zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin
olunmanı nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici
təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə,
yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə;
234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması,
bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin,
mineral gübrələrin və digər preparatların daşınması, saxlanması,
tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının
çirklənməsinə;
234.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə
atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl
edilməməsinə görə-
fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 235. Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblərin
pozulması
235.1. Radioaktiv maddələrin daşınmasının, basdırılmasının, nəql
edilməsinin və ya istehsalının müəyyən edilmiş qaydalarının
gözlənilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının
alınması və aradan qaldırılması üzrə tədbirlər görülməməsinə görə-
182
fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan on
səkkiz min manatadək məbləğdə cərimə edilir.
235.2. Ətraf mühitin radioaktiv çirklənməsi aşkar edildikdə, bu
barədə müvafiq orqanlara dərhal məlumat verilməməsinə görə-
fiziki şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan üç min beş yüz manatadək
məbləğdə cərimə edilir.
Maddə 236. Müəssisələrin, qurğuların və başqa obyektlərin
tikintisinə və yenidən qurulmasına dair ekoloji tələblərin pozulması
236.1. Müəssisələrin, qurğuların və başqa obyektlərin tikintisi və
yenidən qurulması zamanı ətraf mühitin keyfiyyət normativlərinə
riayət olunmamasına görə-
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
236.2. Tikinti işləri aparıldıqda torpaqların rekultivasiyası, təbii
resursların bərpası və səmərəli istifadəsi, ərazilərin abadlaşdırılması
və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirlər
görülməməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 237. Müəssisələr, qurğular və başqa obyektlər istismara
verildikdə və ya istismar müddətində ekoloji tələblərin
pozulması
237.1. Yol verilə bilən son hədlərin normativləri səviyyəsində
zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə
183
edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən,
yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların
rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan
müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə
görə-
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və
tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın,
aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan
istifadə edilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi
beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 238. Ətraf mühitə buraxılan tullantılarında müəyyən
edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat
vasitələrinin istehsalı, idxalı, istismara buraxılması
238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici
maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın
yol verilən səviyyələrinin müəyyən edilmiş normativlərə və
standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya
idxalına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on iki min beş yüz manatdan
on beş min manatadək məbləğdə cərimə edilir.
238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş
normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin
istismara buraxılmasına görə-
|