AZƏrbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə26/28
tarix07.02.2020
ölçüsü2,31 Mb.
#30400
1   ...   20   21   22   23   24   25   26   27   28
ixm az


365 
 
müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın 
verilməməsinə görə- 
min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.  
555.2. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra 
işəgötürən tərəfindən bir gündən gec olmayaraq müvafiq akt tərtib 
edilməməsinə görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
555.3. Bədbəxt hadisənin baş vermə faktının işəgötürən 
tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq 
akt tərtib etməkdən boyun qaçırılmasına görə- 
min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 556. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və 
istismarı zamanı əməyin mühafizəsi tələblərinin pozulması 
       
556.1. Əməyin qüvvədə olan mühafizəsi standartlarının, 
qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə 
uyğun gəlməyən istehsalat binalarının və qurğularının 
layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına və ya 
istehsalat vasitələrinin hazırlanmasına, buraxılmasına, 
texnologiyaların tətbiqinə yol verilməsinə görə- 
vəzifəli şəxslər min iki yüz manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə cərimə edilir.  
556.2. İnsanın sağlamlığına olan təsirini müəyyənləşdirmək 
məqsədi ilə texnoloji, yanğın-texniki, sanitariya-gigiyena, tibbi 
bioloji ekspertizadan və digər nəzarət növlərindən keçirilməmiş 
zərərli maddələrin, xammalın, materialların tətbiqinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  

366 
 
556.3. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, 
obyektin, istehsal vasitəsinin əmək qanunvericiliyinə əməl 
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən verilən sertifikat-pasportu olmadan 
istismara buraxılmasına görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir.  
 
Maddə 557. Dövlət əmlakı və ondan istifadə barədə məlumatın, 
hesabatın verilməməsi 
 
557.1. Azərbaycan Respublikasında dövlət əmlakının registrinə 
daxil edilməli olan məlumatlarla bağlı sənədlərin qanunvericiliklə 
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə 
görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.  
557.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub 
saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə 
olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi 
və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə 
görə- 
vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 558. Daşınmaz əmlakın dövlət reyestri haqqında 
qanunvericiliyin pozulması 
 
558.1. Daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün 
daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran 

367 
 
sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət 
orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında 
cavab verilməməsinə görə- 
vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd 
yüz manatadək məbləğdə cərimə edilir.  
558.2. Daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra 
hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlak 
barədə texniki məlumatın dəqiq və vaxtında təqdim edilməməsinə 
görə- 
xəbərdarlıq edilir və ya üç yüz əlli manatdan beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
558.3. Daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət 
orqanının vəzifəli şəxsləri tərəfindən daşınmaz əmlaka hüquqların 
qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud daşınmaz 
əmlakın dövlət reyestrindən verilən məlumatın tam və düzgün 
olmamasına və ya bu məlumatın verilməməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 559. İpoteka haqqında qanunvericiliyin pozulması 
 
İpotekanın dövlət qeydiyyatını aparan orqanın vəzifəli şəxsləri 
tərəfindən qeydiyyat qaydalarını pozmaqla və ya ipoteka kağızının 
dublikatında ipoteka kağızı ilə uyğunsuzluğa yol verməklə maraqlı 
şəxsə zərər vurulmasına görə- 
beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 560. Dövlət əmlakının icarəyə və istifadəyə verilməsi 
qaydalarının pozulması 
 
Dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydaları 
pozmaqla icarəyə və ya istifadəyə verilməsinə görə- 

368 
 
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə 561. Obyektlərin (əsas vəsaitlərin) balansdan-balansa 
verilməsi və silinməsi qaydalarının pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət 
müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) 
balansdan-balansa verilməsinə və həmin orqanın rəyi olmadan 
silinməsinə görə- 
vəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 562. Doğumun qeydə alınması qaydasının pozulması 
 
562.1. Tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın 
müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya 
düzgün olmayan məlumatın ötürülməsinə görə- 
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə 
cərimə edilir.  
562.2. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və 
ya düzgün olmayan məlumatın ötürülməsinə görə- 
vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə 
cərimə edilir. 
562.3. Üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun 
qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində 
müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə- 
xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.   
 

369 
 
Maddə 563. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 
qanunvericiliyin pozulması 
 
  563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan 
keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma 
qaydalarına əməl etməməsinə görə- 
xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.  
563.2.  Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata 
almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün 
qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, 
habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  564. Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri 
çağırma 
 
Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili 
yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə- 
yüz manat məbləğində cərimə edilir.  
 
 
 
Maddə  565. Şəxsiyyət vəsiqəsi olmadan yaşama 
 
Vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan 
yaşamasına görə- 
xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.   
 
Maddə 566. Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət 
sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya 
daimi yaşamaq üçün sənədlərinin itirilməsi  
və ya qəsdən korlanması 

370 
 
 
Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, 
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün 
sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə- 
otuz manat məbləğində cərimə edilir.   
 
Maddə 567. Şəxsiyyət vəsiqəsinin, pasportun və ya dənizçinin 
şəxsiyyət sənədinin verilməsi qaydalarının pozulması, qanunsuz 
alınması və ya girov götürülməsi, Azərbaycan Respublikasına 
qayıdış şəhadətnaməsinin verilməsi (dəyişdirilməsi)  
qaydalarının pozulması 
 
567.1. Vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya 
pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina 
edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə 
tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların 
verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət 
vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində 
süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov 
götürülməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
567.2. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin 
verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün 
qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb 
edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol 
verilməsinə görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
567.3. Dənizçinin şəxsiyyət sənədinin verilməsindən 
(dəyişdirilməsindən)  əsassız imtina edilməsinə, verilməsi 
(dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə 
tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət 
sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol 

371 
 
verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə 
onun verilməsi qaydalarının pozulmasına görə- 
beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 568. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza 
verilməsi, Azərbaycan Respublikasının ərazisində 
onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti 
olma müddətinin uzadılması, onlara müvəqqəti və ya 
daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi 
(müddətinin uzadılması) qaydalarının pozulması 
 
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, 
Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə 
qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara 
müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin 
verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında 
süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının 
Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb 
edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə 
görə - 
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 569. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək 
hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması 
 
Vətəndaşın Azərbaycan Respublikasından getmək və Azərbaycan 
Respublikasına gəlmək hüququnun qanunsuz olaraq 
məhdudlaşdırılmasına görə- 
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə  570. Sərhədboyu rejiminin pozulması 
 

372 
 
570.1. Sərhədboyu zonaya daxilolma və ya orada yaşama 
qaydalarının pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli 
manatadək məbləğdə cərimə edilir.  
570.2. Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu 
zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan 
və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla 
təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına 
və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə- 
fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək 
məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 571. Azərbaycan Respublikasının sərhəd sularında (Xəzər 
dənizinin Azərbaycan Respublikasına mənsub olan 
bölməsində) sərhədboyu rejiminin pozulması 
 
Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd 
çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin 
Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, 
ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz 
başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, 
saxlanması, onların yanalma körpülərindən dəniz və digər 
sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması 
qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya 
belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla 
ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata 
keçirilməsinə görə - 
gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya 
edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli 
manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı 
yüz əlli manatadək məbləğdə cərimə edilir.   
 

373 
 
Maddə 572. Azərbaycan Respublikasının dövlət sərhədinin 
buraxılış məntəqələrində rejimin pozulması 
 
Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış 
məntəqələrində rejimin pozulmasına görə- 
vətəndaşlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə 
edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq 
edilməklə və ya iki yüz əlli manatdan üç yüz əlli manatadək 
məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarılır.   
 
Maddə 573. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), 
hava limanlarında və digər dövlət sərhədinin buraxılış 
məntəqələrində fiziki və hüquqi şəxslərdən əşyaların 
qanunsuz olaraq götürülməsi 
 
573.1. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava 
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində 
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli 
şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri 
tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ 
hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa qoyulan, 
xüsusi icazə tələb olunan və ya məhdudiyyət qoyulan əşyaların 
protokol tərtib edilmədən fiziki və hüquqi şəxslərdən qanunsuz 
olaraq götürülməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
573.2. Dəniz və çay limanlarında (körpülərində), dəmir yolu 
stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), hava 
limanlarında və digər dövlət sərhədinin buraxılış məntəqələrində 
həmin məntəqələrin (nəqliyyatın) təhlükəsizliyini təmin edən vəzifəli 

374 
 
şəxslər və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri 
tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ 
hüquqi aktları ilə gətirilməsinə və ya aparılmasına qadağa 
qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət 
qoyulmayan əşyaların fiziki və hüquqi şəxslərdən qanunsuz olaraq 
götürülməsinə görə-  
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 574. Diplomatik və ya xidməti pasport sahiblərinə lazımi 
kömək göstərilməməsi 
 
Diplomatik və ya xidməti pasport sahibinə lazımi kömək 
göstərilməməsinə görə- 
vəzifəli şəxslər əlli beş manatdan səksən manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 575. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
Azərbaycan Respublikasında olması, yaşaması, yaxud 
Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi 
qaydalarının pozulması 
 
575.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının 
ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: 
575.1.1. Azərbaycan Respublikasında olma və ya yaşama hüququ 
verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına; 
575.1.2. etibarsız sənədlərlə Azərbaycan Respublikasının 
ərazisində olmasına və ya yaşamasına; 
575.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti 
olduğu, müvəqqəti və ya daimi yaşadığı dövrdə Azərbaycan 
Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan 
fəaliyyətlə məşğul olmasına; 

375 
 
575.1.4. iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan 
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək 
fəaliyyəti ilə məşğul olmasına; 
575.1.5. bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri 
üzrə qeydiyyat qaydalarına əməl etməməsinə; 
575.1.6. ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra 
getməkdən boyun qaçırmasına; 
575.1.7. Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə 
qaydalarına əməl etməməsinə görə - 
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan 
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 
və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək 
məbləğdə cərimə edilir.  
575.2. Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara 
çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş 
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət 
ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə 
daxil olmasına görə -  
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər beş yüz manat 
məbləğində cərimə edilməklə, Azərbaycan Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarılır. 
575.3. Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı 
olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya 
onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan 
Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikasının 
ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar 
vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli 
şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin 
qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara 
Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən 
sənədlərin rəsmiləşdirilməsinin Azərbaycan Respublikasının 
Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının pozulmasına 
görə- 

376 
 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 576. Azərbaycan Respublikası vətəndaşlarının xarici 
ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması 
 
576.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə 
işə düzəlmələrində vasitəçilik fəaliyyətinin hüquqi şəxs yaratmadan 
göstərilməsinə görə - 
üç yüz manat məbləğində cərimə edilir. 
576.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə 
işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru 
olmayan məlumatların yayılmasına görə- 
beş yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 577. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu 
yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması 
üçün tədbirlər görülməməsi 
 
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş 
Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan 
Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan 
şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 
ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə 
qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlər 
görülməməsinə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 578. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb 
edilməsi qaydasının pozulması 
 

377 
 
578.1. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya 
Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və 
ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- 
vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, 
hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək 
məbləğdə cərimə edilir. 
578.2. Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı 
olmayan şəxs barəsində törədildikdə - 
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək 
məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min 
manatadək məbləğdə cərimə edilir. 
578.3. İşəgötürənin işə cəlb etdiyi əcnəbini və vətəndaşlığı 
olmayan şəxsi öz iş yerindən kənarda işlə təmin etməsinə görə -  
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir. 
578.4. İşə cəlb edilən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 
pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin 
işəgötürən tərəfindən götürülərək saxlanılmasına görə - 
vəzifəli şəxslər beş yüz manat məbləğində cərimə edilir. 
578.5. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən 
arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda
bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra 
hakimiyyəti orqanına məlumat verilməməsinə görə - 
vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
578.6. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini 
təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin 
adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində 
işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat 
verilməməsinə və belə icazənin yenidən rəsmiləşdirilməməsinə və ya 
ləğv edilməsi üçün ərizə təqdim edilməməsinə görə -  
vəzifəli şəxslər yüz manat məbləğində cərimə edilir. 
Qeyd: Bu Məcəllənin 578.4-cü maddəsi həmin maddədə göstərilən 
əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq 

378 
 
maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq 
edilir. 
 
Maddə 579. Qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin 
pozulması 
 
Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət 
təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya 
nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada 
dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində 
edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə 
alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin 
həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin 
reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə 
edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü 
fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, 
nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə 
zidd fəaliyyət göstərməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.  
 
Maddə 580. Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin 
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin 
fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) 
və qanunvericiliyə uyğunluğunun öyrənilməsinə 
maneələrin törədilməsi 
 
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət 
təşkilatlarının, xarici qeyri-hökumət təşkilatının Azərbaycan 
Respublikasındakı filial və ya nümayəndəliklərinin fəaliyyətinin 
onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğunluğunun öyrənilməsinə 

Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin