Azərbaycan respublikasinin konstitusiyasi


Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər



Yüklə 1,85 Mb.
səhifə56/73
tarix25.12.2023
ölçüsü1,85 Mb.
#193953
1   ...   52   53   54   55   56   57   58   59   ...   73
BB-2023 (2)

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər
8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.
Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 10. Yekun müddəa
Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) 1-ci maddəsi ləğv edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 fevral 2019-cu il
№ 1512-VQ

Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında [1]


AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsi, onun vahid sistemə və formaya salınması məqsədi ilə qərara alıram:
1. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə riayət edilməsinə ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi həyata keçirir. [3]
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin