MUSİQİLİ KOMEDİYALAR
Ər və arvad (1910). 3 pərdəli operetta /Libretto Ü.Hacıbəylinindir. Əlyazması.
İlk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşları sirkinin səhnəsində müəllifin benefisində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım), M.Əliyev (Kərbəlayi Qubad), M.H.Terequlov (Səfi), İ.Kələntərov (Yetər), Kərimov (Gülpəri). Rejissoru: H.Ərəblinski, dirijoru: Ü.Hacıbəyli.
Nəşri:
-
Ər və arvad [Not]: Libretto /Musiqili komediyalar.- B., 1959.- S. 21-48.
-
Ər və arvad [Not] /Əsərləri. I cild.- B.: Azərbaycan SSR Elmlər Akademiyası, 1964.- S. 43-70.
-
Xor. Ey səba yeli [Not] //Məktəb nəğmələri.- B., 1924-1925.- S. 1-2.
O olmasın, bu olsun (1911). 4 pərdəli operetta. Əvvəl isə 3 pərdəli olmuşdur (Hamam səhnəsi 1915-ci ildə yazılmışdır). /Libretto: Ü.Hacıbəyli. Əlyazması.
İlk tamaşası 1911-ci il aprelin 25-də Bakıda Mayılov qardaşları teatrının səhnəsində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Sərvər), M.Əliyev (Məşədi İbad), Ə.Ağdamski (Gülnaz), M.H.Terequlov (Həsən bəy), Xumara (Sənəm), A.Həsənzadə (hambal). Dirijoru: Ü.Hacıbəyli.
Komediyanın bir neçə səhnə redaksiyası olmuşdur. Əsər Qafqaz, Dağıstan və Orta Asiyanın bir sıra şəhərlərində, habelə xarici ölkələrdə (Bolqarıstan, Türkiyə, Yəmən) göstərilmişdir. Hazırkı dövrdə də uğurla tamaşaya qoyulur. Müxtəlif dillərə tərcümə olunmuşdur.
Komediya iki dəfə ekranlaşdırılmışdır. İlk dəfə 1919-cu ildə Yaltada A.Xanjonkovun studiyasında ekranlaşdırılmağa başlanmış, lakin çəkiliş başa çatdırılmamışdır; 1956-cı ildə isə Bakı kinostudiyasında Sabit Rəhmanın ssenarisi üzrə bədii film çəkilmişdir. Rejissoru: H.Seyidzadə, musiqi redaktoru: F.Əmirov.
Nəşri:
-
O olmasın, bu olsun /Əsərləri. I cild.- B., 1964.- S. 225-257.
-
O olmasın, bu olsun /Musiqili komediyalar.- B., 1958.- S.43-92.
-
O olmasın, bu olsun. Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1912.- 1916, 1918.
-
O olmasın, bu olsun (Məşədi İbad) [Not]: 4 pərdəli operetta /Librettosu Ü.Hacıbəyovundur; Klavir; Red. S.Fərəcov.- B.: Çinar-Çap, 2007.- 152 s.
-
O olmasın, bu olsun [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb, 2008.- 144 s.
Arşın mal alan (1913). 4 pərdəli operetta /Librettosu Ü.Hacıbəylinindir.
İlk tamaşası 1913-cü il oktyabrın 25-də H.Z.Tağıyev teatrının səhnəsində göstərilmişdir. Baş rollarda: H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Gülsabah xanım (Cahan xala), M.H.Terequlov (Süleyman), A.Olenskaya (Asya), H.Hüseynov (Vəli). Rejissor: H.Ərəblinski.
Operetta 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası zamanı göstərilmişdir. İfaçılar: Bülbül (Əsgər), H.Hacıbababəyov (Süleyman), Ə.Hüseynzadə (Soltan bəy), S.Mustafayeva (Gülçöhrə), E.Axundova (Asya), A.Rzayeva (Telli), A.Anatollu və Şaraplı (Vəli), A.Məmmədova (Cahan xala). Quruluşçu rejissor: İ.Hidayətzadə, rəssam: A.Sultanov. Tamaşanı Səid Rüstəmovun idarəsi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət etmişdir.
Əsərin librettosu onlarla dilə, o cümlədən fransız, alman, polyak, ingilis, ərəb, fars, çin, gürcü, bolqar, ukrayna, belorus və digər dünya dillərinə tərcümə olunmuşdur. Rus dilinə tərcümələri: F.Axundov (1917), B.Bas (1938), A.Yakovlev və D.Qlikşteyn (1939), R.Xəlilov və L.Zorin (1952).
1952-ci ildə “Arşın mal alan” Moskvada K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenko adına Dram Teatrında tamaşaya qoyulmuşdur. Quruluşçu: V.Kandelaki, dirijor: İ.Bayn, rəssam M.Çikovani, baletmeyster İ.Arbatov. Rolları ifa edirdilər: R.Behbudov (Əsgər), Q.Lazarenko, Q.Zenkova (Gülçöhrə), S.Qalemba, A.Storikova (Cahan), V.Filimonov (Süleyman), N.Tiliçenko (Vəli), S.Kandelaki (Soltan bəy), O.Borisova (Asya), K.Belensova (Telli).
Operetta həmçinin dünyanın Nyu-York, Paris, London, Sofiya, Berlin, İstanbul, Tehran, Qahirə, Varşava, Pekin və b. bu kimi iri şəhərlərində tamaşaya qoyulmuşdur.
“Arşın mal alan” operettası Bakıda 4 dəfə: 1916-cı ildə Belyakov tərəfindən, 1917-ci ildə B.Svetlov tərəfindən, 1945-ci ildə Sabit Rəhmanın ssenarisi əsasında, Niyazinin musiqi redaktorluğu ilə rejissorlar R.Təhmasib və Leşenko tərəfindən, 1960-cı ildə isə M.Dadaşov və T.Tağızadənin ssenarisi əsasında, F.Əmirovun musiqi redaktorluğu ilə rejissor T.Tağızadə tərəfindən ekranlaşdırılmışdır.
Nəşri:
-
Arşın mal alan /Əsərləri. I cild.- B., 1964.- S. 181-223.
-
Əsgərin ariyası “Arşın mal alan” operettasınından [Not]: /Seçilmiş ariyalar, romanslar və mahnılar. /Tərtib edəni və redaktoru: Ə.Abbasov, tərcümə edəni: A.Yakovlev.- B., 1975.- S. 10-17.
-
Arşın mal alan [Not]: Klavir: [Üzeyir dünyası].- B.: Şərq-Qərb. 2008.- 168 s.
-
Arşın mal alan [Not].- B.: Az.Mus.Nəşr, 1958.- 172 s.
-
Arşın mal alan [Not].- B.: Orucov qardaşlarının nəşriyyatı, 1917.-72 s. Ərəb əlifbasında.
-
Arşın mal alan [Not]: Klavir /Musiqi redaktoru: B.İ.Zeydman. Ədəbi redaktor: S.Rəhman.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1948.- 188 s.
-
Arşın mal alan [Not]: Dörd şəkilli bir operettadır. İkinci təbi.- B.: Orucov qardaşlarının mətbəəsi 1915.- 72 s. (mikrofilm).
-
Arşın mal alan [Not]: Libretto.- B.: Orucov qardaşları mətbəəsi, 1914 (ərəb əlifbası).
-
Arşın mal alan [Not]: Dörd şəkilli bir operettadır. İkinci təbi.- B., 1916.-58s. (mikrofilm).
-
Arşın mal alan [Not]: Klavir /Musiqi redaktoru: B.İ.Zeydman. Ədəbi redaktor: S.Rəhman. -B.: Azərbaycan musiqi nəşriyyatı, 1958.- 172 s.
-
Arşın mal alan [Not]: 4 pərdəli operetta.- B.: Azmusnəşr, 1958.-172s.
-
“Arşın mal alan”dan [Not].- B., 1938.- S. 25-76.
-
Arşın mal alan [Not].- B.: Az.Mus.Nəşr, 1948.- 188 s.
-
“Arşın mal alan”dan parçalar [Not]: Əsgərin ariyası, Gülçöhrənin naləsi, Vəli ilə Tellinin dueti /SSRİ xalqlarının klassik musiqisi antologiyası. 2-ci buraxılış.- M., 1956.- S. 286-305.
-
“Arşın mal alan” operettasından Gülçöhrənin naləsi [Not] //Ü.Hacıbəyli. “Leyli və Məcnun” və “Arşın mal alan” operettalarından parçalar: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev. M., 1938.- S. 25-29;
-
Əsgərin ariyası “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 49.
-
Əsgərin ariyası [Not]: fortepiano ilə oxu üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1962.- 7 s.
-
Əsgərin ariyası [Not]: Fortepiano ilə skripka üçün transkripsiya M.Reytixə və Q.Burşteynə aiddir //Pyeslər məcmuəsi.- B., 1949.- S.35-37.
-
Əsgərin mahnısı “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 60.
-
Gülçöhrənin naləsi. “Arşın mal alan” operettasından [Not] /Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 45-48.
-
Musiqili komediyalar [Not].- B., 1959.- S.93-136.
-
Musiqili komediyanın mövzularına dair fantaziya [Not]: fortepiano ilə skripka üçün /Müəllif: N.A.Karnitskaya. -B.: Azərbaycan musiqi nəşriyyatı, 1939.- 34 s.
-
Əsgərin ariyası. Seçilmiş ariyalar, romanslar və mahnılar [Not] /Tərtib edəni və redaktoru: Ə.Abbasov. Tərcümə edəni: A.Yakovlev- B., 1975.- S. 10-18.
-
Süleymanın kupletləri: “Arşın mal alan” operettasından [Not] //Hacıbəyov Ü. Ariyalar, romanslar və mahnılar.- M., 1985.- S. 57-60.
-
Süleymanın kupletləri: “Arşın mal alan” operettasından [Not]: fortepiano ilə oxu üçün /Tərcümə edən: M.Artsıbaşev /Ü.Hacıbəyli. “Leyli və Məcnun” və “Arşın mal alan” operalarından parçalar.- M.: 1938.- S. 30-32.
-
Üçüncü pərdədən Asyanın rəqsi [Not]: Tar və ya kamança ilə fortepiano üçün.- B.: Azərbaycan musiqi nəşriyyatı, 1953.- 7 s.
Dostları ilə paylaş: |