SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA
ƏRİZƏLƏRƏ DAİR İCRAAT
128
M a d d ə 2 9 0 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında
ərizələrin verilməsi
129
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası
məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada
verilir.
130
M a d d ə
2 9 1 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında
ərizələrə baxılması
131
291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş
ərizələrə məhkəmə tərəfindən 3 gün müddətinə (seçkilər günü və həmin gündən sonra daxil
olmuş ərizələrə isə ‐ dərhal) baxılır.
291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər
maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada
xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll
edilməsinə mane olmur.
291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir.
132
M a d d ə 2 9 2 . Məhkəmənin qərarından şikayət verilməsi
Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə
müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və
həmin gündən sonra daxil olmuş ərizələrə isə ‐ dərhal) baxılır və məhkəmənin qəbul etdiyi
qərar qətidir.
133
F ə s i l 2 6
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ
ŞƏXSLƏRİNİN İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
134
M a d d ə 2 9 3 . Ərizənin verilməsi
293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi
barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər.
135
293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə
şikayət etmək hüququ vardır.
136
293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın
surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.
293.4. Ərizədə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə
konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin
təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.
293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.
293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və
baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə
ilkin müraciəti məcburi şərt deyildir.
M a d d ə 2 9 4 . Ərizəyə baxılması
294.1. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Ərizə vermiş şəxs, habelə
hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən inzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan orqan və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə
tərəfindən xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılması və onun həlli üçün maneə
deyildir.
137
294.2. İşə baxarkən məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslılığını
yoxlayır və müəyyən edir: qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs
tərəfindən qəbul edilmişdirmi; şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə
qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi;
şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati hüquq pozuntusu
törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı.
138
M a d d ə 2 9 5 . Məhkəmənin qətnaməsi
295.1. Məhkəmə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə, habelə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində sadalanan inzibati xəta haqqında iş üzrə icraatı
istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə
gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə
qətnamə çıxarır.
139
295.2. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin
şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər
halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər.
140
295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz.
295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə
hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni
isə təmin etmədən saxlayır.
295.5. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs
tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və
inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə
141
göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir
.
F ə s i l 2 7
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ
ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ
ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
M a d d ə 2 9 6 . Ərizənin verilməsi
296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair
orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar
mübahisə qaldıra bilər.
296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim
edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün
məcburi şərt deyildir.
296.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.
Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə
məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi
yerin məhkəməsinə verilir.
M a d d ə 2 9 7 . Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının,
sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları
və hərəkətləri (hərəkətsizliyi)
297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və
təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə
(hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların
nəticəsində:
297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun;
297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın;
297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz
olaraq məsuliyyətə cəlb edilsin.
297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və
hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz:
297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və
normativ hüquqi aktlar;
297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə
tutulan fərdi və normativ hüquqi aktlar.
M a d d ə 2 9 8 . Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət
Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda
başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək
hüququna malikdir.
142
M a d d ə 2 9 9 . Ərizəyə baxılması
299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə
orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır.
299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən
hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim
məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər.
M a d d ə 3 0 0 . Məhkəmənin qətnaməsi və onun icrası
300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə
orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və
azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə
aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.
300.2. Mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya
azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.
300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən
orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə
qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir.
300.4. Qətnamənin icrası barədə onun rəsmi qaydada verildiyi gündən 1 aydan gec
olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə
təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
məsuliyyət daşıyırlar.
143
F ə s i l 2 8
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ
HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR
ÜZRƏ İCRAAT
M a d d ə 3 0 1 . İşə baxılması
Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27‐ci fəslində müəyyən edilmiş
qaydada baxılır.
F ə s i l 2 9
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ
DAİR MÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT
144
M a d d ə 3 0 2 . Ərizənin verilməsi
302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin
qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş
hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər
həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə
məhkəməyə müraciət etmək hüququna malikdir.
145
302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna
səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə
məhkəmələrdə baxıla bilməz.
302.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.
302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun
olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair
dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun
ayrı‐ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri‐müəyyən dairəsinin hansı konkret hüquq
və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası
Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar
göstərilməlidir.
146
302.5. Ərizəyə mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir.
147
302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır.
148
302.7. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin,
qüvvəsi şəxslərin qeyri‐müəyyən dairəsinə şamil edilən normativ xarakterli aktının
qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa,
məhkəmə ərizəni qəbul etməkdən imtina edir.
149
M a d d ə 3 0 3 . Ərizəyə baxılması
303.1. Ərizə ilə məhkəməyə müraciət etmiş şəxs, habelə normativ xarakterli aktı qəbul etmiş
müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı
və yeri barədə xəbərdar edilirlər.
150
303.2. İşə ərizə verilən gündən 1 ay müddətində şəxsin və ya onun nümayəndəsinin,
normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının
nümayəndəsinin və ya vəzifəli şəxsin məcburi iştirakı ilə baxılır. Lakin işin hallarından asılı
olaraq məhkəmə işə maraqlı şəxslər gəlmədikdə də baxa bilər.
151
303.3. Məhkəmə iclasında məhkəmə normativ xarakterli aktı qəbul edən orqanın və ya
vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ aktın və ya onun bir hissəsinin Azərbaycan
Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır.
152
303.4. Normativ xarakterli aktın qanuna zidd hesab edilməsi barədə ərizəyə baxılarkən
həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş
müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin üzərinə düşür.
153
M a d d ə 3 0 4 . Ərizə üzrə məhkəmənin qətnaməsi
304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır.
304.2. Ərizə əsaslı hesab edildikdə hakim qətnamənin nəticə hissəsində qeyd etməklə,
normativ xarakterli aktı bütövlükdə və ya qismən, onun qəbul edildiyi gündən qüvvədən
düşmüş hesab edir.
154
304.3. Ərizə təmin edildiyi halda hakim qətnamənin nəticə hissəsində göstərməlidir ki,
qüvvədən düşmüş hesab edilmiş normativ xarakterli aktı dərc etmiş kütləvi informasiya
vasitəsi redaksiyası, məhkəmənin təyin etdiyi müddət ərzində məhkəmənin qanuni qüvvəyə
minmiş qətnaməsi barədə məlumat dərc etməyə borcludur.
155
304.4. Normativ xarakterli aktın bütövlükdə və ya qismən qüvvədən düşmüş hesab
edilməsi barədə məhkəmənin qətnaməsi normativ xarakterli aktı qəbul etmiş müvafiq icra
hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs üçün, habelə vətəndaş və ya dairəsi
qeyri‐müəyyən olan və mübahisə olunan normativ aktın qüvvəsi hüquq və vəzifələrinə şamil
olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyə malikdir və digər şəxslər
tərəfindən normativ xarakterli aktın qanuniliyi aktın yalnız məhkəmə yoxlamasının obyekti
olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər.
156
ÜÇÜNCÜ YARIMBÖLMƏ
XUSUSİ İCRAAT
F ə s i l 3 0
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 3 0 5 . Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər
305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır:
305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;
305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi
haqqında;
305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab
edilməsi haqqında;
305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət
mülkiyyəti hüququnun tanınması haqqında;
305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa
edilməsi haqqında (çağırış icraatı);
305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında;
305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən
edilməsi haqqında;
305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair
şikayətlər üzrə;
305.1.9. övladlığa götürmə haqqında ərizələrə.
305.1.10. şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;
157
305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə
baxılması da nəzərdə tutula bilər.
M a d d ə 3 0 6 . Xüsusi icraat işlərinə baxılması qaydası
306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30‐39‐cu fəsillərində
müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.
306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı
ilə məhkəmədə baxılır.
306.3. Təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin
müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər
üzrə ərizə verə bilər:
306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində
sərəncam vermək haqqında işlər üzrə;
306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət
mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.
306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında
mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında
qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
F ə s i l 3 1
HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ
M a d d ə 3 0 7 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər
307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,
dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
307.2.1. şəxslərin qohumluq münasibətlərinin;
307.2.2. şəxsin öhdədə olması faktının;
307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə
faktının;
307.2.4. ər‐arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında
nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində
olma faktının;
307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı,
atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar
ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq
icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus
olması faktının;
307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun
barəsində sərəncam vermək faktının;
307.2.7. bədbəxt hadisə faktının;
307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən
vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin;
307.2.10. atalığın etiraf olunması faktının;
307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa,
hüquqi əhəmiyyəti olan digər faktların.
M a d d ə 3 0 8 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan
şərtlər
Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin
faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin
bərpası mümkün olmasın.
M a d d ə 3 0 9 . Ərizənin verilməsi
309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin
yaşadığı yerin məhkəməsinə verilir.
309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun
barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın
yerləşdiyi yerin məhkəməsinə verilir.
M a d d ə 3 1 0 . Ərizənin məzmunu
Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə
lazımi
sənədləri
ərizəçinin
ala
bilməməsini,
yaxud
itən
sənədlərin
bərpasının
mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
M a d d ə 3 1 1 . Məhkəmənin ərizə üzrə qətnaməsi
Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı
həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
F ə s i l 3 2
ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ
M a d d ə 3 1 2 . Ərizənin verilməsi
Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə
ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
M a d d ə 3 1 3 . Ərizənin məzmunu
Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin
ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini
təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun
müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.
Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi
barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
M a d d ə 3 1 4 . Ərizə verildikdən sonra hakimin hərəkətləri
314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə
məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri
üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.
314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə
müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin
etməyi təklif edə bilər.
M a d d ə 3 1 5 . Məhkəmənin ərizə üzrə qətnaməsi
315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin
düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə
bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.
315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd
etmək üçün əsasdır.
M a d d ə 3 1 6 . Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu
Dostları ilə paylaş: |