AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix04.12.2016
ölçüsü5,67 Kb.
#787
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   22

AZƏRBAYCAN RESPUBLİKASININ 
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ 
MÜNDƏRİCAT 
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni 
basın) 
BÖLMƏLƏR (Fəsillər) 
1. 
ÜMUMİ QAYDALAR
 (1-11) 
2. 
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İC
RAAT
 2.1 
İDDİA İCRAATI
 (12-23) 
2.2 
ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR  ÜZRƏ 
İCRAAT (XÜSUSİ İDDİA İCRAATI)
 (24-29) 
2.3 
XUSUSİ İCRAAT
 (30-40) 
3. 
MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
 (41-45) 
4. 
XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
 (46-50) 
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNƏ ƏLAVƏ
 İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

FƏSİLLƏR (Maddələr) 
1. ÜMUMİ QAYDALAR 
1.  
ƏSAS QAYDALAR 
(1‐16) 
2.  
MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR 
(17‐26) 
3.  
AİDDİYYƏT 
(24‐32) 
4.  
MƏHKƏMƏ AİDİYYATI 
(33‐45) 
5.  
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİN DİGƏR İŞTİRAKÇILARI 
(46‐68) 
6.  
MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK 
(69‐75) 
7.  
SÜBUTLAR 
(76‐106) 
8.  
MƏHKƏMƏ XƏRCLƏRİ 
(107‐125) 
9.  
MƏHKƏMƏ CƏRİMƏLƏRİ 
(126‐127) 
10.  
PROSESSUAL MÜDDƏTLƏR 
(128‐133) 
11.  
MƏHKƏMƏ RƏSMİ SƏNƏDLƏRİNİN GÖNDƏRİLMƏSİ, BİLDİRİŞLƏR VƏ ÇAĞIRIŞLAR 
(134‐148) 
2.  BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT 
2.1. İDDİA İCRAATI 
12.  
İDDİANIN VERİLMƏSİ 
(149‐156) 
13.  
İDDİANIN TƏMİN EDİLMƏSİ 
(157‐164) 
14.  
İŞLƏRİN MƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI 
(165‐171) 
15.  
MƏHKƏMƏ BAXIŞI 
(172‐215) 
16.  
MƏHKƏMƏNİN QƏTNAMƏSİ 
(216‐238) 
17.  
QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ 
(239‐253) 
18.  
İŞ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI 
(254‐258) 
19.  
ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANMASI 
(259‐260) 
20.  
İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ 
(261‐262) 
21.  
MƏHKƏMƏ QƏRARDADLARI 
(263‐269) 
22.  
PROTOKOLLAR 
(271‐274) 
23.  
ƏMR İCRAATI 
(275‐284) 
2.2. ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT (XÜSUSİ İDDİA 
İCRAATI) 
24.  
ÜMUMİ MÜDDƏALAR 
(285‐289) 
25.  
SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA  
ƏRİZƏLƏRƏ DAİR İCRAAT 
(290‐292)  
26.  
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN 
İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR 
İŞLƏR ÜZRƏ İCRAAT 
(293‐295) 
27.  
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ, 
SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ 
HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ 
İCRAAT 
(296‐300) 

28.  
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ 
HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ 
İCRAAT 
(301) 
29.  
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ DAİR MÜBAHİSƏLƏRDƏN  
YARANAN İŞLƏR ÜZRƏ İCRAAT 
(302‐304)  
2.3. XUSUSİ İCRAAT 
30.  
ÜMUMİ MÜDDƏALAR 
(305‐306) 
31.  
HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ 
(307‐311) 
32.  
ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ 
(312‐
316) 
33.  
ŞƏXSİN MƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ 
OLMAYAN HESAB EDİLMƏSİ 
(317‐322)  
34.  
DAŞINAR ƏŞYALARIN SAHİBSİZ HESAB EDİLMƏSİ VƏ DAŞINMAZ ƏŞYALAR ÜZƏRİNDƏ 
DÖVLƏTİN MÜLKİYYƏT HÜQUQUNUN TANINMASI 
(323‐326) 
35.  
İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ BƏRPA 
EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI) 
(327‐334) 
36.  
ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR 
ÜZRƏ İCRAAT 
(335‐338) 
37.  
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ  
MÜƏYYƏN EDİLMƏSİ 
(339‐341)  
38.  
NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN 
İMTİNAYA DAİR ŞİKAYƏTLƏR 
(342‐344) 
39.  
UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ 
(345‐151) 
40.  
NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI 
HAQQINDA VƏSATƏT ÜZRƏ İCRAAT 
(352‐356) 
3. MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI 
41.  
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT 
(357‐394) 
42.  
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT VERİLMƏSİ 
(395‐401) 
43.  
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT 
(402‐421) 
44.  
ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT 
(422‐431) 
45.  
QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ 
YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT 
(432‐438) 
4.  XARICİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT 
46.  
MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ 
(439‐461) 
47.  
AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN 
QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR 
(462‐465)) 
48.  
XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI 
(466‐468) 
49.  
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI 
(469‐473) 
50.  
XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ 
TANINMASI 
(474‐477) 

AZƏRBAYCAN RESPUBLİKASININ  
MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİ 
1  
BİRİNCİ BÖLMƏ 
ÜMUMİ QAYDALAR 
F ə s i l   1 
ƏSAS QAYDALAR 
M a d d  ə  1 .  Mülki məhkəmə icraatı haqqında qanunvericilik 
1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə 
məhkəmə  icraatının  qaydası  Azərbaycan  Respublikasının  Konstitusiyası,  «Məhkəmələr və 
hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 
1.2.  Azərbaycan  Respublikası  Konstitusiyasının  normaları  Azərbaycan  Respublikasının 
bütün  ərazisində  ali  hüquqi  qüvvəyə  və  birbaşa təsirə  malikdir.  Azərbaycan  Respublikası 
Konstitusiyasının  normaları  və  məhkəmə  icraatı  qaydasını  tənzimləyən  normalar  arasında 
ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. 
1.3.  Mülki  prosessual  fəaliyyət  sahəsində  insan  və  vətəndaşın  hüquq  və  azadlıqlarını  ləğv 
edən və  ya  məhdudlaşdıran,  habelə  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı 
məhkəmənin  müstəqilliyini  və  tərəflərin  çəkişmə  prinsipini  pozan,  eləcə  də  sübutlara 
əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. 
1.4.  Digər  qanunlarda  olan  prosessual  hüquq  normaları  bu  Məcəllənin  müddəalarına 
uyğunlaşdırılmalıdır. 
1.5.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  prosessual 
qanunvericilikdən fərqli  qaydalar  müəyyən  edilərsə,  beynəlxalq  müqavilənin  qaydaları  tətbiq 
edilir. 
M a d d  ə  2 .  Mülki məhkəmə icraatının vəzifələri 
2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və 
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər 
normativ  hüquqi  aktlarından  irəli  gələn  hüquq  və  mənafelərinin  məhkəmədə  təsdiq 
olunmasıdır. 
2.2.  Mülki  məhkəmə  icraatı  qanunçuluğun  və  ictimai  qaydanın  bərqərar  edilməsinə, 
vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 
M a d d  ə  3 .  Mülki prosessual qanunvericiliyin zamana və məkana görə qüvvəsi 
3.1. Məhkəmə icraatı işə baxılan, ayrı‐ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud 
məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 
3.2.  Azərbaycan  Respublikasının  ərazisində  hər  hansı  haldan  asılı  olmayaraq,  Azərbaycan 
Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. 
3.3.  Azərbaycan  Respublikasının  ərazisindən kənarda  Azərbaycan  Respublikası  mülki 
prosessual  qanunvericiliyinin  müddəaları  Azərbaycan  Respublikasının  bayrağını  daşıyan  və 

yaxud  tanınma  nişanı  olan  dəniz,  çay  və  yaxud  hava  gəmilərində  və  ya  onların  olduğu 
limanlarda tətbiq olunur. 
3.4.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  Azərbaycan 
Respublikası  mülki  prosessual  qanunvericiliyinin  məkana  görə  tətbiqinin  digər  qaydaları  da 
müəyyən oluna bilər. 
M a d d  ə  4 .  Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə 
də  maraqlarını  qorumaq  və  təmin  etmək məqsədi  ilə  qanunla  müəyyən  edilmiş  qaydada 
məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 
4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 
4.3.  Əgər  qanunla  müəyyən  kateqoriya  iqtisadi  mübahisələr  üçün  məhkəməyə  qədər 
nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə 
nəzərdə  tutularsa,  mübahisə  həmin  qaydaya  riayət  edildikdən  sonra  iqtisad  məhkəməsinin 
həllinə verilə bilər. 
M a d d  ə  5 .  Məhkəmədə mülki işə başlama 
5.1.  Hər  hansı  fiziki  və  yaxud  hüquqi  şəxs  öz  hüququnun  və  ya  qanunla  qorunan 
mənafeyinin  müdafiəsi  və  yaxud  təsdiqi  üçün  məhkəməyə  müraciət  etdiyi  hallarda 
məhkəmədə iş başlanılır. 
5.2.  Qanunda  nəzərdə  tutulmuş  hallarda  başqa  şəxsin,  yaxud  şəxslərin  hüquq  və 
mənafelərinin,  yaxud  dövlətin  mənafeyinin  müdafiəsi  üçün  şəxsin  və  ya  orqanların  ərizəsinə 
əsasən də iş başlana bilər. 
5.3.  Həmin  şəxslər  mövcud  qanunvericiliyə  uyğun  olaraq  ərizə  və  ya  şikayət  əsasında  iş 
başlaya bilərlər. 
5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi 
ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 
5.5.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla  hər  hansı  instansiya 
məhkəməsinin icraatında olan iş tələb oluna bilməz. 
M a d d  ə  6 .  Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi 
Mülki  işlər və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsi  yalnız  məhkəməyə  aiddir  və 
məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 
M a d d  ə  7 .  Hakimlərin müstəqilliyi 
7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər. 
7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə 
həll edirlər. 
7.3.  Başqası  tərəfindən
məhkəmə  icraatının  bilavasitə  və  yaxud  dolayısı  ilə 
məhdudlaşdırılması,  qanunsuz  təsir,  hədə‐qorxu,  müdaxilə  yolverilməzdir  və  qanunla 
müəyyən olunmuş məsuliyyətə səbəb olur. 
M a d d  ə  8 .  Qanun və məhkəmə qarşısında bərabərlik 
8.1.  Mülki  işlər və  iqtisadi  mübahisələr  üzrə  ədalət  mühakiməsi  hamının  qanun  və 
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 

8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 
digər  ictimai  birliklərə  mənsubiyyətindən,  hüquqi  şəxsin  olduğu  yerdən,  tabeçiliyindən, 
mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə 
iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 
8.3.  Bu  Məcəllənin  8.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə  işdə  iştirak  edən 
şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya 
imtiyazların verilməsindən imtina oluna bilməz.
2 
M a d d  ə  9 .  Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında 
həyata keçirilməsi 
9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 
9.2.  Bu  Məcəllə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  məhkəmədə  mübahisəyə  işdə  iştirak 
edən  şəxslər  çağırılıb  dindirilmədikdə  baxıla  bilməz.  İşdə  iştirak  edən  şəxslər  öz  tələblərini 
əsaslandırdıqları  dəlillər,  sübutlar  və  hüquqi  nəticələr  barədə  bir‐birlərinə  məlumat  verməyə 
borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız 
tərəflərin  çəkişmə  prinsipinə  əsasən  müzakirə  etdiyi  dəlillərlə,  onların  verdiyi  izahatlarla, 
sənədlərlə  əsaslandırmalıdır.  Məhkəmə, qərarını  tərəfləri  dəvət  etmədən  özünün  qulluq 
mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 
M a d d  ə  1 0 .  Məhkəmə baxışının aşkarlığı 
10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. 
10.2.  Dövlət,  peşə,  kommersiya  sirrinin  açılması,  şəxsi  və  ailə  həyatı  sirrinin  yayılması, 
yetkinlik  yaşına  çatmayan  şəxslərin  marağının  gözlənilməsi  səbəbləri  istisna  olmaqla,  bütün 
məhkəmələrdə  işlərə  aşkar  baxılır.  Öz  vəzifələrinin  icrası  zamanı  hakimlər  dövlət  sirri  ilə 
işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. 

10.3.  İşlərə  aşkar  baxılması  demokratik  cəmiyyətdə  əxlaq,  ictimai  qayda,  dövlət 
təhlükəsizliyi  baxımından,  həmçinin  digər  xüsusi  hallarla  əlaqədar  ədalət  mühakiməsinin 
maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər. 
10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira 
və  ya  vergi  sirrinin,  eləcə  də  qanunla  qorunan  digər  sirlərlə  yanaşı,  həmçinin  şəxsi  və  ailə 
həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb 
edə bilər. 
10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən 
şəxsləri ilkin dinlədikdən sonra qəbul edir. 
10.6.  Məhkəmə  baxışının  qapalı  keçirilməsində  işdə  iştirak  edən  şəxslər,  onların 
nümayəndələri  iştirak  edir.  Zərurət  yaranarsa,  onların  şahidləri,  ekspertlər,  mütəxəssislər və 
tərcüməçilər çağırılır. 
10.7.  Qapalı  məhkəmə  baxışı  mülki  məhkəmə  icraatının  bütün  qaydalarına  riayət 
olunmaqla aparılır. 
10.8.  İşdə  iştirak  edən  şəxs  olmayan  və  ya  şahid  qismində  dəvət  edilməyən  on  altı  yaşına 
çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar. 
10.9.  İşdə  iştirak  edən  şəxslər və  açıq  məhkəmə  iclasında  olan  digər  şəxslər  yerlərindən 
məhkəmə  baxışının  gedişatına  dair  qeydlər  apara  bilərlər.  Məhkəmə  iclasının  kino  və  foto 
çəkilişinin,  habelə  videoyazısının,  birbaşa  radio  və  televiziya  translyasiyasının  aparılmasına 

yalnız  iş  üzrə  işdə  iştirak  edən  şəxslərin  rəyi  nəzərə  alınmaqla  məhkəmənin  icazəsi  ilə  yol 
verilir. 
4 
10.10.  Şəxsi  yazışma  və  şəxsi  teleqraf  məlumatları  yalnız  onların  ünvanlandığı  şəxslərin 
razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat 
daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 
10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir. 
M a d d  ə  1 1 .  Məhkəmə icraatının aparıldığı dil 
11.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının 
dövlət  dilində  —  Azərbaycan  dilində  və  ya  müəyyən  ərazi  əhalisinin  əksəriyyətinin  dilində 
aparılır. 
11.2.  İşdə  iştirak  edən,  məhkəmə  icraatının  aparıldığı  dili  bilməyən  şəxslərə  işin  bütün 
materialları  ilə  tanış  olmaq,  izahat,  ifadə  və  rəy  vermək,  məhkəmədə  çıxış  etmək,  vəsatət 
qaldırmaq,  ana dilində  şikayət  etmək, həmçinin bu  Məcəlləyə  uyğun  olaraq pulsuz tərcüməçi 
xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. 
11.3.  Məhkəmə  sənədləri  işdə  iştirak  edən  şəxslərə  məhkəmə  icraatının  aparıldığı  dildə 
verilir. 
M a d d  ə  1 2 .  İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması 
12.1.  Mülki  işlərə  və  iqtisadi  mübahisələrə  birinci  instansiya  məhkəmələrində  hakim 
tərəfindən təkbaşına baxılır. 
12.2.  Apellyasiya  qaydasında  işlərə  sədrlik  edənin  və  digər  iki  hakimin,  kassasiya 
qaydasında isə sədrlik edənin iki və ya daha çox hakimin iştirakı ilə baxılır. 
M a d d  ə  1 3 .  Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 
13.1.  Məhkəmə  mübahisələri  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  referendumla 
qəbul  edilən  hüquqi  aktlara,  qanunlara,  Azərbaycan  Respublikası  prezidentinin  fərmanlarına, 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına,  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının  normativ  hüquqi  aktlarına,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  olduğu 
beynəlxalq müqavilələrə əsasən həll edir. 
13.2.  Məhkəmə  işə  baxarkən  normativ  hüquqi  aktlar  arasında  ziddiyyət aşkar  edirsə,  o, 
daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 
13.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  sisteminə  daxil  olan  normativ  hüquqi 
aktlarla  (Azərbaycan  Respublikasının  Konstitusiyası  və  referendumla  qəbul  olunmuş  aktlar 
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında 
ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 
13.4.  Mübahisə  edilən  hüquq  münasibətlərini  tənzimləyən  hüquq  norması  olmadıqda, 
məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 
13.5.  Belə  normalar  da  olmadıqda  məhkəmə  öz  aktında  Azərbaycan  Respublikası  hüquq 
qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 
13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri 
ilə  bağlı  məhkəmə  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının  şərh  edilməsi 
haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 


13.7.  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının  şərhi  məhkəmə  üçün  o 
halda  məcburidir  ki,  bu  şərh  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarında 
verilmiş olsun. 

M a d d  ə  1 4 .  İş üzrə məhkəmə baxışının prinsipləri 
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün,  işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi 
şərait  yaradır.  Bunun  üçün  məhkəmə: işdə  iştirak  edən  şəxslərə  onların  prosessual  hüquq  və 
vəzifələrini  izah  edir,  görüləcək,  yaxud  görülməyəcək hərəkətlərin  nəticələri  barədə  onları 
xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə 
etməlidir. 
14.3.  Məhkəmə  tərəflərə  məhkəmə  baxışını  barışıq  sazişi  ilə  tamamlamağı təklif  etməyə 
borcludur  və  tərəflər  qanunda  nəzərdə  tutulan  hallar  istisna  edilməklə,  iddianı  etiraf  edə  və 
yaxud ondan imtina edə bilərlər. 
14.4.  İşdə  iştirak  edən  şəxslər,  qanunla  onların  nümayəndəliyi  zəruri  olan  hallar  istisna 
edilməklə,  özləri  öz  hüquq  və  mənafelərini  müdafiə  edə  bilərlər.  Onlar  maraqlarının  təmsil 
olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq 
məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər. 
14.5.  Bu  Məcəllə  ilə  vəkilin  prosesdə  məcburi  iştirakı  tələb  olunduğu  hallarda  işdə  iştirak 
edən  şəxslərin  vəkilin  xidmətlərini  ödəmək  üçün  kifayət qədər vəsaiti  olmadıqda,  onlar 
maraqlarının  təmsil  olunması  və  prosessual  hüquqlarının  həyata  keçirilməsi  üçün  pulsuz 
(dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. 
7 
M a d d  ə  1 5 .  Məhkəmə aktlarının məcburiliyi 
15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 
15.2.  Məhkəmələrin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi,  qərardadı,  qərarı,  əmri  bütün 
dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi 
partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün 
məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 
15.3.  Məhkəmə  aktının  icra  olunmaması,  habelə  məhkəməyə  digər  hörmətsizlik  halları 
qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 
15.4.  Məhkəmə  aktları  maraqlı  şəxslərin  mənafelərinə  toxunduqda  bu  aktların  məcburiliyi 
işdə  iştirak  etməyən  maraqlı  şəxslərin  öz  hüquqlarının  və  qanunla  qorunan  mənafelərinin 
müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. 
15.5.  Azərbaycan  Respublikası  ərazisində  xarici  dövlətlərin,  beynəlxalq  məhkəmələrin  və 
iqtisad  məhkəmələrinin  aktlarının  məcburiliyi  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrlə və bu Məcəllə ilə müəyyən olunur. 
M a d d  ə  1 6 .  Beynəlxalq məhkəmələrin səlahiyyətləri 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq 
tərəflər,  habelə  işdə  iştirak  edən  digər  şəxslər,  bu  Məcəllədə  nəzərdə  tutulan  hüquqi  müdafiə 
vasitələri  bitərsə,  insan  hüquq  və  azadlıqlarının  müdafiəsi  üçün  beynəlxalq  məhkəmələrə 
müraciət edə bilərlər. 
F ə s i l   2 

Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin