31
43.2. Bir‐biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən
şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər.
32
M a d d ə 4 4 . Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi
44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş,
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:
44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə
vermək haqqında vəsatət verərsə;
44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə
icraata qəbul edildiyi aşkar olarsa;
44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də
digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün
olmazsa;
44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;
33
44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması
barədə vəsatət vermişdirsə;
34
44.2.6. bu Məcəllənin 43‐cü maddəsində nəzərdə tutulmuş hallarda.
M a d d ə 4 5 . İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət
vermə qaydası
45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin
icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində,
yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.
45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi
məsələləri barədə hakim bu Məcəllənin 21‐ci fəslinin qaydalarına uyğun olaraq qərardad
çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi)
andan 10 gün ərzində şikayət verilə bilər.
35
45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə
müddəti başa çatdıqdan sonra icra edilir.
45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən
baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol
verilmir.
Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi
tərəfindən iş bir məhkəmədən başqasına verilir.
45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4‐cü maddələrində nəzərdə tutulmuş hallarda aid
olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir.
45.6. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya
məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri‐mümkün olduqda bu səlahiyyət Azərbaycan
Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.
36
F ə s i l 5
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİN DİGƏR İŞTİRAKÇILARI
M a d d ə 4 6 . İşdə iştirak edən şəxslərin tərkibi
Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən
hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar,
dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər.
M a d d ə 4 7 . İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri
47.1. İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual
hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.
47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və
surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək,
işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək,
vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək,
məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan
bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə
etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə
qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə
tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
M a d d ə 4 8 . Mülki_prosessual_hüquq_qabiliyyəti'>Mülki prosessual hüquq qabiliyyəti
Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən
mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki‐prosessual
hüquq qabiliyyəti) malikdir.
M a d d ə 4 9 . Mülki prosessual fəaliyyət qabiliyyəti
49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə
yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki‐prosessual fəaliyyət
qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə
müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi
halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər.
49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə
məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan
mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə
yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin
özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.
49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti
olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə
onların qanuni nümayəndələri qoruyurlar.
49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq
münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə
edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla
qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.
M a d d ə 5 0 . Tərəflər
50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli
şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər,
təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti
olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab
edilirlər.
50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola
bilərlər.
50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi
üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia
qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı
qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər
prosessual vəzifələr daşıyırlar.
M a d d ə 5 1 . İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı
51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı
qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış
edir.
51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər.
51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi
iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
M a d d ə 5 2 . İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi
52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə
edilməlidir.
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı
verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər.
52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı
məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.
37
52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və
tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla
qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə
mübahisəyə mahiyyəti üzrə baxır.
M a d d ə 5 3 . İddianın dəyişdirilməsi
İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini
dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
M a d d ə 5 4 . Əsl olmayan tərəfin əvəz edilməsi
54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli
olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya
cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
38
54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı
olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
39
54.3. İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi
ikinci cavabdeh kimi işə cəlb edə bilər.
40
54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.
M a d d ə 5 5 . Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü
şəxslər
55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə
qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa
bilərlər.
55.2. Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə
tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya)
qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir
və onun bütün vəzifələrini daşıyırlar.
M a d d ə 5 6 . İşə bərpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi
56.1. Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçilərin işə bərpa edilməsi
haqqında işlər üzrə sərəncamı ilə işçini işdən çıxarmış və ya başqa işə keçirmiş vəzifəli şəxsi
məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər.
56.2. Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar
surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya
aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş
zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə
qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək
qanunvericiliyi ilə müəyyən edilir.
41
M a d d ə 5 7 . Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü
şəxslər
57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə
birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən
birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə
iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin
vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini
dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək,
iddianı etiraf etmək və ya barışıq sazişi bağlamaq, qarşılıqlı iddia vermək, məhkəmə
qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual
hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
42
M a d d ə 5 8 . Prosessual hüquq varisliyi
58.1. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq
münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil
edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində
şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz
etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz
etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
M a d d ə 5 9 . Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün
məhkəməyə müraciət etmə
59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı‐ayrı fiziki və hüquqi şəxslər
başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün
onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə
müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin
mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.
59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi
bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və
vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia
qaldırılmış şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.
59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata
xitam verir.
M a d d ə 6 0 . Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün
prosesdə iştirakı
Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək
onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və
qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş
üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak
etməyə cəlb edə bilər.
M a d d ə 6 1 . Prosesin digər iştirakçıları
İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər,
tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.
M a d d ə 6 2 . Şahid
62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə
məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum
olan məlumatları və halları bildirməyə borcludur.
62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına
cavab verməyə borcludur.
62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə
cinayət məsuliyyəti daşıyır.
M a d d ə 6 3 . Ekspert
63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri
hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə
bilər.
63.2. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və
qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə
qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina
etməlidir.
63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə
iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən
xahiş etmək hüquqlarına malikdir.
63.4. Ekspert bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır.
43
M a d d ə 6 4 . Mütəxəssis
64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə
malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin
və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə,
zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
M a d d ə 6 5 . Tərcüməçi
65.1. Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə
tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur.
65.2. Tərcüməçi proses iştirakçıları tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər.
65.3. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə
bilməzlər.
65.4. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə
borcludur.
65.5. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə
haqlıdır.
65.6. Tərcüməçi bilə‐bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.
44
M a d d ə 6 6 . Vəkil
Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan
Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.
M a d d ə 6 7 . Vəkilin_prosesdə_məcburi_iştirakı_45'>Vəkilin prosesdə məcburi iştirakı
45
67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar
üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul
edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar
üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə
iştirak edirlər.
67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak
edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə
aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin
prosesdə iştirakını təmin edir.
M a d d ə 6 8 . Vəkilin hüquq və vəzifələri
68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı
hüquqi yardım göstərməyə borcludur.
68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan
çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində
iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar
vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək,
məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün
məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin
vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir.
68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından
şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.
F ə s i l 6
MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK
M a d d ə 6 9 . Nümayəndə vasitəsi ilə işin aparılması
69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən
edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat
vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
69.2. Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin
təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə
vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti
vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə)
təsdiq olunur.
69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli
nümayəndəsi çıxış edir.
M a d d ə 7 0 . Məhkəmədə nümayəndə ola bilən şəxslər
Bu Məcəllənin 71‐ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq
üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs
nümayəndə ola bilər.
M a d d ə 7 1 . Məhkəmədə nümayəndə ola bilməyən şəxslər
71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan
şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.
71.2. Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın
səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə,
məhkəmədə nümayəndə ola bilməzlər.
71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi
yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert,
mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak
etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola
bilməz.
71.4. Bu Məcəllənin 19 və 20‐ci maddələrində göstərilən hallar və əsaslar olduqda işdə
Dostları ilə paylaş: |