51
105.3. Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin
ödənilməsini tələb etmək hüququna malikdir.
M a d d ə 1 0 6 . İşdə iştirak edən şəxslərin izahatları
106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar
barədə
izahatları
iş
üzrə
toplanmış
digər
sübutlarla
yanaşı
yoxlanılmalı
və
qiymətləndirilməlidir.
106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə,
məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən
olunmuş hesab edə bilər.
106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks
tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə
iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı
yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və
yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı
qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
F ə s i l 8
MƏHKƏMƏ XƏRCLƏRİ
M a d d ə 1 0 7 . Məhkəmə xərclərinin tərkibi
Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən
ibarətdir.
M a d d ə 1 0 8 . Dövlət rüsumu
108.1. Dövlət rüsumu aşağıdakı hallarda ödənilir:
108.1.1. iddia ərizələri verildikdə;
108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq
barədə ərizə verdikdə;
108.1.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə;
108.1.4. apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam
verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından
şikayət verildikdə.
108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları,
məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir.
52
M a d d ə 1 0 9 . Məhkəmə aktlarından şikayət verilərkən dövlət rüsumu
109.1. Apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət
edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi
məbləğində dövlət rüsumu ödənilir.
109.2. (Çıxarılıb)
53
54
M a d d ə 1 1 0 . ( Ç ı x a r ı l ı b )
55
M a d d ə 1 1 1 . ( Ç ı x a r ı l ı b )
M a d d ə 1 1 2 . İddianın qiyməti
112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:
112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;
112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə;
112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
112.1.4. müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya
ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla;
112.1.5. müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik
məcmusu ilə;
112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin
azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə;
112.1.7. ödəməyə xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin
məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;
112.1.8. əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—
müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə
ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə;
112.1.9. fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ
haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti
ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə
məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə;
112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi
məbləği ilə;
112.1.11. tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər
sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda—mübahisə edilən məbləğlə;
112.1.12. torpaq sahəsi tələbi barədəki iddialarda—torpağın müəyyən edilmiş qiyməti ilə,
bu olmadıqda isə bazar qiyməti ilə.
112.2. İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar)
da daxil edilir.
112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir.
112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. İddianın qiyməti düzgün
göstərilmədikdə, həmin qiymət məhkəmə tərəfindən müəyyən edilir.
M a d d ə 1 1 3 . Dövlət_rüsumu_kəsirinin_ödənilməsi'>Dövlət rüsumu kəsirinin ödənilməsi
113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət
rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri
məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
113.2. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq
olaraq ödənilir.
M a d d ə 1 1 4 . Dövlət rüsumunun qaytarılması
114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:
114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu
ödənilərsə;
114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən
imtina edilərsə;
114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;
114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə;
114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;
114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və
ya apellyasiya icraatına xitam verilərsə.
114.2. Bu Məcəllənin 114.1.1‐ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun
artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə
nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması
məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən
qaytarılmasının əsasları göstərilir.
M a d d ə 1 1 5 . İşə baxılması ilə əlaqədar məsrəflər
115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:
115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;
115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər;
115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər;
115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və
yaşayış sahəsinin icarə xərcləri;
115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər;
115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər;
115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər;
115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.
M a d d ə
1 1 6 . Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli
məbləğlər
116.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə
əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq
xərclər verilir.
116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti
vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış
sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə
məntiqli həddə müəyyən edilir.
116.3. Tərcüməçilərin əmək haqqı və məhkəməyə gəlməklə əlaqədar çəkdikləri xərc dövlət
büdcəsi hesabına ödənilir. Məhkəməyə şahid qismində çağırılan işçilərin işdə olmadıqları
müddət üçün orta əmək haqları saxlanılır. Əmək münasibətlərində olmayan şahidlər adi
məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün
müəyyən edilmiş minimum əmək haqqının məbləği nəzərə alınmaqla əvəz alırlar.
M a d d ə 1 1 7 . Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləğin tərəflərdən
alınması
117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri
xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi
tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi,
mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə
edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə
keçirirlər.
117.2. Bu Məcəllənin 117.1‐ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad
edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.
56
M a d d ə 1 1 8 . Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğin
verilməsi
118.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini
yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir.
118.2. Ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 1 1 9 . Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən
şəxslərə aid edilir.
119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,
dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət
gəlirlərinə alınır.
119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin
qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının
(tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində
meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə
bilər.
119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa
gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.
119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin
çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1‐119.4‐cü maddələrində göstərilən qaydaya
uyğun bölüşdürülür.
57
119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və
ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də
dəyişdirir.
M a d d ə 1 2 0 . İş vaxtını itirməyə görə məbləğin tutulması
Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud
işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş
tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.
Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda
müəyyən edilir.
M a d d ə 1 2 1 . Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi
121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret
hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan
məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
121.2. Bu Məcəllənin 67‐ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil
maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı
məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına
göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin
edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət
büdcəsinə ödənilə bilər.
58
M a d d ə 1 2 2 . İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə
xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi
122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir.
122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin
edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə
onun çəkdiyi bütün xərcləri cavabdehdən alır.
122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə
nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
M a d d ə 1 2 3 . İddiadan imtina edildikdə məhkəmə xərclərinin cavabdehə ödənilməsi
Qanunla müəyyən edilmiş qaydada başqa şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan
mənafeyinin müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət edən şəxs iddiadan tam və ya
qismən imtina etdikdə, cavabdehə onun işə baxılması üçün çəkdiyi xərc tam və ya iddianın
imtina edilmiş hissəsinə mütənasib olaraq dövlət büdcəsi hesabına ödənilir.
M a d d ə 1 2 4 . İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi
124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad
edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət
mədaxilinə cavabdehdən alınır.
124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət
mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad
olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini
ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə
münasib olaraq dövlət mədaxilinə alınır.
M a d d ə 1 2 5 . Məhkəmə xərcləri ilə əlaqədar məsələlər üzrə qərardaddan şikayət
verilməsi
Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər.
F ə s i l 9
MƏHKƏMƏ CƏRİMƏLƏRİ
M a d d ə 1 2 6 . Məhkəmə cərimələrinin qoyulması
126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda
məhkəmə tərəfindən qoyulur.
126.2. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi
şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini
pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.
126.3. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin
işə tikilir.
126.4. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir.
M a d d ə 1 2 7 . Cərimənin götürülməsi və ya azaldılması
127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan
sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş
edə bilər.
127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir.
Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi
məhkəmənin ərizəyə baxmasına mane olmur.
127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə
qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər.
F ə s i l 1 0
Prosessual_müddətlərin_dayandırılması'>Prosessual_müddətlərin_buraxılmasının_nəticələri'>Prosessual_müddətlərin_qurtarması'>Prosessual_müddətlərin_müəyyən_edilməsi_və_hesablanması'>PROSESSUAL MÜDDƏTLƏR
M a d d ə 1 2 8 . Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması
128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə
həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə
tərəfindən təyin edilir.
128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə
göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən
edilir.
128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin
başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı
gündən başlanır.
M a d d ə 1 2 9 . Prosessual müddətlərin qurtarması
129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.
Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla
hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son
günündə qurtarır.
129.2. Müddətin son günü qeyri‐iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin
qurtarma günü hesab olunur.
129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü
saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər
və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə,
müddət ötürülməmiş hesab olunur.
129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə,
müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı
və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
M a d d ə 1 3 0 . Prosessual müddətlərin buraxılmasının nəticələri
130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət
keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual
müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə
qaytarılır.
M a d d ə 1 3 1 . Prosessual müddətlərin dayandırılması
131.1. İş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı
dayandırılır.
131.2. İcraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir.
M a d d ə 1 3 2 . Prosessual müddətlərin uzadılması
Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə məhkəmə tərəfindən
uzadıla bilər.
M a d d ə 1 3 3 . Prosessual müddətlərin bərpası
133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab
edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli
olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə
iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında
qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri
prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında
və qərarında göstərilməlidir.
133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət
verə bilər.
F ə s i l 1 1
MƏHKƏMƏ SƏNƏDLƏRİNİN RƏSMİ QAYDADA VERİLMƏSİ.
MƏHKƏMƏ BİLDİRİŞLƏRİ
59
M a d d ə 1 3 4 . Rəsmi qaydada verilən sənədlər
134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada
verməlidir:
60
134.1.1. iddia ərizəsini;
134.1.2. qarşılıqlı iddia ərizəsini;
134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin
surətlərini;
134.1.4. məhkəmə bildirişini;
61
134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin
aktlarını;
134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;
134.1.7. məhkəmə əmrini;
134.1.8. apellyasiya şikayətinin surətini;
134.1.9. kassasiya şikayətinin surətini.
134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada
verə bilər.
62
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi
135.1. Bu Məcəllənin 134‐cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu)
ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə
işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq
edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları,
yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi
şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə
imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də
həyata keçirilə bilər.
135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini
onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə
yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda
müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə
orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə
sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını,
ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə
sənədlərini ünvan sahibinə verməlidir.
135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud
məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları
tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin
çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər.
135.5. Bu Məcəllənin 135.2‐ci və 135.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda
məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
Maddə 136. Qəbzin məzmunu
136.0. Bu Məcəllənin 135‐ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar
göstərilməlidir:
136.0.1. məhkəmənin adı və ünvanı;
136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı və yerləşdiyi ünvan;
136.0.3. verilən məhkəmə sənədinin adı;
136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri;
136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən
ünvanda olmama, səhv ünvan və sair);
136.0.6. məhkəmə sənədinin verildiyi şəxs;
136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının
nümayəndəsinin imzası.
Maddə 137. Məhkəmə sənədlərini qəbul etməkdən imtina
137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul
etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə
sənədləri rəsmi qaydada verilmiş hesab olunur.
137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə,
onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə
qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə
qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya
onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul
etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı‐ayrı prosessual hərəkətlərin edilməsi
üçün maneə deyildir.
Maddə 138. Məhkəmə bildirişləri
138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı‐
ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.
138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı‐ayrı
prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar
edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə
məhkəməyə çağırılırlar.
138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında
gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq
prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və
prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə
vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən
xəbərdar edilə, yaxud çağırıla bilərlər.
Maddə 139. Məhkəmə bildirişinin məzmunu
139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq
olunmuş formada tərtib edilir.
139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir:
139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.);
139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri;
139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı;
139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin
yerləşdiyi ünvan;
139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması;
139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı;
139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə
dair təklif;
139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan
olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd;
139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və
gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat vermək vəzifəsinə dair qeyd.
Maddə 140. Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün
qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasına görə
məsuliyyət
Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu
səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud
məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126‐cı maddəsində
nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir.
Dostları ilə paylaş: |