ödənilməsi
İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh
iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində
vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.
F ə s i l 1 4
İŞLƏRİN MƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI
M a d d ə 1 6 5 . İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi
Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları
aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan
hərəkətləri etməlidir.
M a d d ə 1 6 6 . İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad
166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır.
166.2. Qərardadda işin hazırlanması barədə ediləcək hərəkətlər, işin məhkəmə iclasında
baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir.
M a d d ə 1 6 7 . İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri
167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq
qaydasında aşağıdakı hərəkətləri edir:
167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə
iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir;
167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində
iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan
hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona
izah edir;
167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya
qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini
aydınlaşdırır, xüsusilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş
müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual
hüquq və vəzifələrini izah edir;
167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması
məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir;
167.1.5. mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək
hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir;
167.1.6. tərəflərin barışması üçün tədbirlər görür;
167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı
barədə məlumat verir;
167.1.8. şahidlərin çağırılması məsələsini həll edir;
167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə
iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir;
167.1.10. tərəflərin vəsatəti ilə fiziki və hüquqi şəxslərdən sübutlar tələb edir;
167.1.11. təxirə salınmamalı hallarda işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və
yazılı sübutların yerində müayinəsini aparır;
167.1.12. məhkəmə tapşırıqları göndərir;
167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür.
167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.
M a d d ə 1 6 8 . Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada
verilməsi
168.1. Hakim iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi
qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya
etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir.
73
Hakim izah edir ki, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə
mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur.
168.2. Mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə
rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə
göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir.
74
M a d d ə 1 6 9 . Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması
169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini
və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.
169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim
tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca
icraata ayırmağa haqlıdır.
169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə
işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə
iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini
məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə
haqlıdır.
169.4. Bu Məcəllənin 169.1‐169.3‐cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə
prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə
bilər.
75
M a d d ə 1 7 0 . İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın
dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8‐ci maddələrində
göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə
bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı
hakim qərardad çıxarır.
170.3. Bu Məcəllənin 170.1‐ci və 170.2‐ci maddələrində göstərilən qaydada qəbul edilmiş
qərardaddan şikayət verilə bilər.
76
M a d d ə 1 7 1 . İşin məhkəmə baxışına təyin edilməsi
Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı
və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi
haqqında qərardad çıxarır.
F ə s i l 1 5
MƏHKƏMƏ BAXIŞI
M a d d ə 1 7 2 . İşlərin baxılması və həll edilməsi müddətləri
172.1. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə
baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır.
77
172.2. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin
qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay
müddətində baxılır və həll edilir.
172.3. Ayrı‐ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad
çıxarılması üçün qanunla qısaldılmış müddətlər müəyyən edilə bilər.
78
M a d d ə 1 7 3 . Məhkəmə iclası
İşə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır.
M a d d ə 1 7 4 . Məhkəmə iclasına sədrlik edən
174.1. İşə təkbaşına baxan hakim sədrlik edən sayılır.
174.2. Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və
obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə
aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır.
174.3. Prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı
etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz
hərəkətləri ilə bağlı şərhlər verir.
174.4. Sədrlik edən məhkəmənin iclasında müvafiq qaydaya riayət olunmasını təmin etmək
üçün zəruri tədbirlər görür. Onun göstərişləri prosesin bütün iştirakçıları, habelə məhkəmə
iclası zalında olan şəxslər üçün məcburidir.
M a d d ə 1 7 5 . Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi
175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və
üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı
sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa,
videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti
və şərhini dinləyir.
175.3. İşə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır.
M a d d ə 1 7 6 . Məhkəmə iclasında qayda
176.1. Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi «məhkəmə gəlir»
elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün
şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə
qərardadlarını ayaq üstə duraraq dinləyirlər.
176.2. Prosesdə iştirak edən şəxslər hakimə «möhtərəm hakim» sözləri ilə müraciət edir,
ifadə və izahat verərkən ayaq üstə dayanırlar. Bu qaydadan kənara çıxmağa yalnız hakimin
icazəsi ilə yol verilə bilər.
176.3. İşə məhkəmənin normal işləməsini və proses iştirakçılarının təhlükəsizliyini təmin
edən şəraitdə baxılır.
Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işə məhkəmə nəzarətçiləri cəlb edilir.
176.4. Məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası
zalına daxil olmaq və oradan çıxmaq olmaz.
176.5. İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası
zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada , həmçinin məhkəmənin
icazəsi ilə kompyuterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ vardır.
Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino
və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak
edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər
məhkəmə baxışının normal gedişinə mane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər.
79
176.6. İşdə iştirak edən şəxslər, prosesin digər iştirakçıları və məhkəmə iclası zalında olan
bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.
M a d d ə 1 7 7 . Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər
177.1. Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan
şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir.
177.2. Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından
çıxarılır.
177.3. Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə
açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları əlli beş manatadək
cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.
80
177.4. Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim
onun barəsində cinayət işi başlamaq üçün materialları müvafiq orqanlara göndərir.
177.5. Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə pozulduqda,
hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər.
177.6. İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda, onlar məhkəmənin
qərardadı ilə məhkəmə baxışının bütün müddətində və yaxud bir hissəsində məhkəmə iclası
zalından çıxarıla bilər. Yenidən məhkəmə iclası zalına buraxılan şəxs onun iştirakı olmadan
həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər.
M a d d ə 1 7 8 . Məhkəmə iclasının açılması
İşə baxılması üçün təyin olunmuş vaxtda hakim məhkəmə iclasını açır və məhkəmənin
hansı işə baxmalı olduğunu elan edir.
M a d d ə 1 7 9 . Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama
179.1. Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə
məhkəmə bildirişlərinin verilib‐verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə
kimi məlumatlar olduğunu məhkəməyə məruzə edir.
81
179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin
və nümayəndələrin səlahiyyətlərini yoxlayır.
M a d d ə 1 8 0 . Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi
180.1. Sədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını,
ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və
şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin,
səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik
edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah
edir.
180.2. Sədrlik edən tərcüməçiyə, bilə‐bilə düzgün edilməyən tərcüməyə görə cinayət
məsuliyyəti barədə xəbərdarlıq edir, bu barədə tərcüməçinin iltizamı məhkəmə iclasının
protokoluna əlavə edilir.
180.3. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun
qaçırdıqda, ona yüz on manatadək cərimə tətbiq edilə bilər.
82
180.4. Bu maddənin qaydaları kar və lalların işarələrini izah edən (surdotərcüməçi) şəxslərə
də aiddir.
M a d d ə 1 8 1 . Şahidlərin məhkəmə iclası zalından çıxarılması
Gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən
dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür.
M a d d ə 1 8 2 . Məhkəmə tərkibinin elan olunması və etiraz etmək hüququnun izah
edilməsi
182.1. Sədrlik edən məhkəmə tərkibini elan edir, kimin ekspert, mütəxəssis, tərcüməçi,
məhkəmə iclası katibi kimi iştirak etdiyini bildirir və işdə iştirak edən şəxslərin onlara etiraz
etmək hüququnu izah edir.
182.2. Etiraz əsaslı olmalı və yazılı formada verilməlidir.
Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə
iclasında göstərilir.
182.3. Etiraz üçün əsaslar, edilən etirazın həlli qaydası və bu cür etirazın təmin edilmə
nəticələri bu Məcəllənin 19—23‐cü maddələri ilə müəyyən olunur.
M a d d ə 1 8 3 . İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması
Sədrlik edən, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir,
habelə tərəflərə, mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə müraciət etmək
hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir.
M a d d ə 1 8 4 . İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən
şəxslərin vəsatətlərinin həlli
184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün
sübutları təqdim edib‐etməmələrini, iş materialları ilə tanış olub‐olmamalarını aydınlaşdırır.
184.2. Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia
ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud
materiallar əsasında işə baxılmasına mane olmur.
184.3. Hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş
vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud
səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər.
184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri
işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll
olunur.
M a d d ə 1 8 5 . İşdə iştirak edən şəxslərin və nümayəndələrin məhkəmə iclasına
gəlməməsinin nəticələri
185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya
mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə
borcludurlar.
185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara
məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.
83
185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi
qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə
baxılmasını təxirə salır.
185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada
xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa
haqlıdır.
Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6‐cı və 259.0.7‐ci maddələri tətbiq edilir.
185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş
cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə
gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən
yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində
qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək
hüququ verilir.
185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur.
Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin üzürlü səbəbdən gəlməməsi
ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
185.7. Tərəflər məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməkdə haqlı
olsalar da, məhkəmə onların gəlməsini məcburi hesab edə bilər.
84
M a d d ə 1 8 6 . Şahidlərin, ekspertin və mütəxəssisin məhkəmə iclasına gəlməməsinin
nəticələri
186.1. Şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə
onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin
mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə
salmaq haqqında qərardad çıxarır.
186.2. Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən
səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid
üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər.
85
M a d d ə 1 8 7 . Ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrinin izah edilməsi
Sədrlik edən ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrini izah edir, habelə
eksperti bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edir.
Ekspertdən məsuliyyət və vəzifələrinin izah edilməsi barədə iltizam alınır. İltizam məhkəmə
iclasının protokoluna əlavə edilir.
86
M a d d ə 1 8 8 . İşə baxılmasının təxirə salınması
188.1. İşə baxılmasının təxirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda, habelə
əgər hakim həmin məhkəmə iclasında işə baxılmasını qeyri‐mümkün hesab edərsə, işdə iştirak
edən şəxslərdən hər hansı biri gəlmədiyinə, qarşılıqlı iddia verildiyinə, əlavə sübutlar təqdim
və tələb etmək zərurəti olduğuna, işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə, hər hansı digər
prosessual hərəkətlər edilməyə görə yol verilir.
188.2. İşə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb
etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək,
gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni
cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı və yeri haqqında müəyyən olunmuş
qaydada xəbər verilir.
M a d d ə 1 8 9 . İşə baxılması təxirə salındıqda şahidin dindirilməsi və prosessual
hərəkətlərin edilməsi
Tərəflər məhkəmə iclasında olarsa, işə baxılması təxirə salındıqda məhkəmə gəlmiş
şahidləri dindirə və prosessual hərəkətlər edə bilər. Həmin şahidlərin yeni məhkəmə iclasına
ikinci dəfə çağırılması və ya təkrar prosessual hərəkətlərin edilməsinə yalnız zəruri hallarda yol
verilir.
M a d d ə 1 9 0 . İşə mahiyyəti üzrə baxılmağa başlanması
İşə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik
edən irəli sürülmüş tələblər üzrə tərəflərin və üçüncü şəxslərin mülahizəsini aydınlaşdırır.
M a d d ə 1 9 1 . İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və
tərəflərin barışıq sazişi
191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı
etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və
protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina
etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu
hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də
ifadə oluna bilər.
87
191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və
tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini
izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya
tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla
eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq
sazişinin şərtləri qərardadda göstərilməlidir.
191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq
edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini
qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış
qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.
M a d d ə 1 9 2 . İşdə iştirak edən şəxslərin izahatları
192.1. İşi məruzə etdikdən sonra hakim iddiaçını və onun tərəfində iştirak edən üçüncü
şəxsi, cavabdehi və onun tərəfində iştirak edən üçüncü şəxsi, habelə işdə iştirak edən digər
şəxsləri dinləyir. İşdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir‐birinə suallar verməyə
haqlıdırlar.
192.2. İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 83 və 85‐ci maddələri ilə
nəzərdə tutulan qaydada məhkəmənin aldığı sübutlar sədrlik edən tərəfindən elan olunur.
M a d d ə 1 9 3 . Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması
Hakim işdə iştirak edən şəxslərin izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq,
sübutların tədqiq edilməsinin ardıcıllığını müəyyən edir.
M a d d ə 1 9 4 . İfadə verməkdən imtina etmək və bilə‐bilə yalan ifadə verməyə görə
Dostları ilə paylaş: |