AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix04.12.2016
ölçüsü5,67 Kb.
#787
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ 
M a d d  ə  2 6 1 .  İcraata xitam verilmə əsasları 
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 
261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 
261.0.2.  eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və  eyni  əsaslar  üzrə  məhkəmənin 
qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və  ya  iddiaçının  iddiadan  imtina  etməsi  və  ya  tərəflərin 
barışıq  sazişinin  təsdiq  olunması  ilə  əlaqədar  iş  üzrə  icraatın  xitam  edilməsi  haqqında 
məhkəmənin qərardadı olarsa; 

261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 
xarici  dövlətin  məhkəməsinin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  varsa  və  həmin  qətnamə 
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 
261.0.4.  iddiaçı  iddiadan  imtina  etmişsə  və  bu  imtina  məhkəmə  tərəfindən qəbul 
olunmuşsa; 
261.0.5.  tərəflər  barışıq  sazişi  bağlamışlarsa  və  bu  saziş  məhkəmə  tərəfindən təsdiq 
edilmişsə; 
261.0.6.  eyni  tərəflər  arasında,  eyni  predmet  və  eyni  əsaslar  üzrə  mübahisəyə  dair, 
məhkəmə  münsiflər məhkəməsinin  qətnaməsinin  məcburi  icra  olunması  üçün  icra  vərəqəsi 
verməkdən  imtina  etdiyi  və  ya  işi  yenidən  baxılmaq  üçün  qətnaməni  qəbul  etmiş  münsiflər 
məhkəməsinə  qaytardığı,  lakin  işə  həmin  münsiflər məhkəməsində  baxılmasının  mümkün 
olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 
261.0.7.  iş  üzrə  tərəflərdən  biri  olan  şəxs  öldükdən  sonra  mübahisə  edilən  hüquq 
münasibəti hüquq varisliyinə yol verməzsə; 
261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 
261.0.9.  məhkəməyə  müraciət  etmiş  maraqlı  şəxs  mübahisənin  qabaqcadan  məhkəmədən 
kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl 
etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 
M a d d  ə  2 6 2 .  İcraata xitam verilmə qaydası və nəticələri 
262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 
262.2.  Məhkəmənin  qərardadında  işdə  iştirak  edən  şəxslər  arasında  məhkəmə  xərclərinin 
bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 
262.3.  İşin  məhkəmə  orqanlarına  aid  olmaması  nəticəsində  və  ya  bu  Məcəllənin  261.0.8‐ci 
maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  icraata  xitam  verilərsə, məhkəmə  ərizəçinin  hansı 
orqana müraciət etməli olmasını göstərməlidir. 
262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni 
əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 
262.5.  İş  üzrə  icraata  xitam  verilməsi  haqqında  məhkəmənin  qərardadından  şikayət  verilə 
bilər. 
F ə s i l   2 1  
Qərardadın_çıxarılması_qaydası'>MƏHKƏMƏ QƏRARDADLARI 
M a d d  ə  2 6 3 .  Qərardadın çıxarılması qaydası 
263.1. İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. 
263.2. Məhkəmə iş  üzrə  icraatı dayandırdıqda,  icraata  xitam  verdikdə, iddianı baxılmamış 
saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 
263.3.  Qərardad  müşavirə  otağında  müstəqil  akt  şəklində  qəbul  edilir,  hakim  yaxud 
hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan 
olunur. 
263.4.  Məhkəmə  mürəkkəb  olmayan  məsələləri  məhkəmə  iclasında  həll  etdikdə,  müşavirə 
otağına  getməyib,  yerində  müşavirə  edərək,  ayrıca  akt  şəklində  tərtib  olunmadan  qərardad 
çıxara bilər. 

263.5.  Qərardad  şifahi  elan  olunur  və  məhkəmənin  iclas  protokoluna  yazılır.  Qərardadda 
onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ 
üzrə nəticə göstərilir. 
263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi 
prinsipinin  təmin  edildiyi,  bu  Məcəlləyə  müvafiq  olaraq  məhkəmə  baxışının  ümumi 
müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. 
M a d d  ə  2 6 4 .  Qərardadın məzmunu 
264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 
264.0.1. qərardadın çıxarılma vaxtı və yeri; 
264.0.2.  qərardadı  çıxaran  məhkəmənin  adı,  hakim  və  ya  məhkəmənin  tərkibi  və 
məhkəmənin iclas katibi; 
264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb; 
264.0.4. qərardadın hansı məsələ barədə çıxarılması; 
264.0.5.  məhkəmənin  gəldiyi  nəticələrin  səbəbləri  və  məhkəmənin  rəhbər  tutduğu 
qanunlara istinad edilməsi; 
264.0.6. baxılan məsələ üzrə nəticə; 
264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti. 
M a d d  ə  2 6 5 .  Məhkəmənin xüsusi qərardadları 
KM 
265.1.  Məhkəmə  mübahisəyə  baxarkən,  hüquqi  şəxsin,  dövlət,  yerli  özünüidarə  orqanının 
və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ 
hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır. 
265.2.  Xüsusi  qərardadlar  müvafiq  hüquqi  şəxslərə, vəzifəli  şəxslərə,  dövlət və  yerli 
özünüidarə orqanlarına və digər orqanlara, fiziki şəxslərə göndərilir. Onlar gördükləri tədbirlər 
barədə 1 ay müddətində məhkəməyə məlumat verməlidirlər. 
265.3.  Görülmüş  tədbirlər  barədə  məlumat  verilmədiyi  halda,  təqsirkar  vəzifəli  şəxslər 
müəyyən olunmuş yüz on manatadək cərimə oluna bilərlər. 
Cərimənin  qoyulması  müvafiq  vəzifəli  şəxsi  məhkəmənin  xüsusi  qərardadına  əsasən 
görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir. 
265.4.  Məhkəmə  işə  baxarkən,  tərəflərin  və  ya  digər  şəxslərin  hərəkətlərində  cinayətin 
əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. 
265.5.  Qanuni  qüvvəyə  minmiş  məhkəmə  qətnaməsi  icra  olunmadıqda,  məhkəmə  bir  ay 
müddətində  bununla  bağlı  cinayət işinin  başlanması  haqqında  xüsusi  qərardad  çıxarmaqla, 
prokurora xəbər verir. 
265.6. Prokuror cinayət işinin başlanmasını istisna edən halları aşkar etməzsə, məhkəmənin 
xüsusi  qərardadı  üzrə  cinayət işi  başlamaqdan  imtina  etməyə  haqlı  deyildir.  Bu  məsələ  üzrə 
əsaslandırılmış qərar qəbul edən prokuror, həmin qərarı xüsusi qərardadı çıxarmış məhkəməyə 
göndərir. Məhkəmə prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi 
məqsədi  ilə,  yuxarı  prokurorun  diqqətini  aşağı  prokurorun  qərarının  qanunsuzluğuna  və  ya 
əsassızlığına yönəldə bilər. 
118 
M a d d  ə  2 6 6 .   Məhkəmə  qərardadının  surətlərinin  işdə  iştirak  edən  şəxslərə  rəsmi 
qaydada verilməsi 
119 

266.1.  Məhkəmənin  ayrıca  akt  şəklində  çıxardığı qərardad  çıxarıldıqdan  sonra  5  gün 
müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 
120 
266.2.  Bu  Məcəlləyə  müvafiq  olaraq  şikayət  verilə  bilən qərardadlar  işdə  iştirak  edən 
şəxslərə  və  aidiyyəti  olan  digər  şəxslərə  rəsmi  qaydada  verilərkən,  bu  barədə  məhkəməyə 
məlumat verilməlidir. 
121 
M a d d  ə  2 6 7 .  Qərardadlardan şikayət verilməsi 
267.1.  Məhkəmə  tərəfindən  ayrıca  akt  şəklində  qəbul  edilmiş  qərardaddan  bu  Məcəllədə 
göstərilmiş hallarda şikayət verilə bilər. 
267.2.  İşdə  iştirak  edən  şəxslər və  qərardadın  bilavasitə  aid  olduğu  digər  şəxslər  şikayət 
vermək hüququna malikdirlər. 
267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. 
M a d d  ə  2 6 8 .  Şikayətin verilmə müddəti 
268.1.  Şikayət qərardad  tərəfə  rəsmi  qaydada  verildikdən  sonra  10  gün  müddətində 
verilir.
122 
268.2.  Qərardad  ondan  şikayət  vermək  hüququna  malik  olan  şəxslərin  yanında  elan 
edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. 
M a d d  ə  2 6 9 .  Şikayətə baxılması 
269.1.  Şikayətə  qərardadı  qəbul  etmiş  birinci  instansiya  məhkəməsi  tərəfindən  3  gün 
müddətində baxılır. 
269.2.  Şikayət  əsaslıdırsa,  hakim  qərardadı  dəyişdirir  və  ya  ləğv  edir  və  mübahisəyə 
baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 
269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya 
instansiyası məhkəməsinə göndərilir. 
F ə s i l   2 2  
Protokolun_məzmunu'>Protokolun_tərtib_edilməsinin_məcburiliyi'>PROTOKOLLAR 
M a d d  ə  2 7 0 .  Protokolun tərtib edilməsinin məcburiliyi 
Məhkəmə  iclasında,  habelə  məhkəmə  iclasından  kənar  hər  bir  ayrıca  prosessual  hərəkət 
barədə protokol tərtib edilir. 
M a d d  ə  2 7 1 .  Protokolun məzmunu 
271.1. Məhkəmə iclasının  və ya  məhkəmədən kənar ayrıca  prosessual hərəkətin  protokolu 
işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. 
271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir: 
271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri; 
271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı; 
272.2.3.  işə  baxan  məhkəmənin  adı,  hakim,  məhkəmənin  tərkibi  və  məhkəmə  iclasının 
katibi; 
271.2.4. işin adı; 

271.2.5.  işdə  iştirak  edən  şəxslərin,  nümayəndələrin,  şahidlərin,  ekspertlərin, 
mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar; 
271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri); 
271.2.7.  işdə  iştirak  edən  şəxslərə,  nümayəndələrə,  habelə  tərcüməçiyə,  ekspertlərə, 
mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar; 
271.2.8.  sədrlik  edənin  sərəncamları  və  iclas  zalından  çıxmadan  məhkəmə  tərəfindən 
çıxarılmış qərardadlar; 
271.2.9. işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları; 
271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin 
izahları; 
271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, 
səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar; 
271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri; 
271.2.13. məhkəmə çıxışlarının məzmunu; 
271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət 
vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar; 
271.2.15.  işdə  iştirak  edən  şəxslərə  protokolla  tanış  olmaq  və  ona  dair  qeydlər  vermək 
hüquqlarının izah olunmasına dair məlumatlar; 
271.2.16. protokolun tərtib olunma tarixi. 
271.3.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallarda  məhkəmənin  mülahizəsinə  əsasən 
protokolu tərəflər imzalaya bilərlər. 
M a d d  ə  2 7 2 .  Protokolun tərtib olunması 
272.1.  Protokolun  tərtib  edilməsinə  məhkəmə  katibi  cəlb  olunur.  Məhkəmə  katibin  cəlb 
olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə 
baxan  məhkəmə  tərkibinin  digər  hakimi  tərtib  edə  bilər.  Bu  zaman  onlar  kompüterdən və  ya 
digər köməkçi vasitələrdən istifadə edə bilərlər. 
272.2. Bu Məcəllənin 272.1.‐ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi 
prosessual hərəkətlərə də şamil olunur. 
123 
272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır. 
272.4.  Protokolun  tərtib  olunmasının  tamlığını  təmin  etmək  üçün  məhkəmə  səsyazma 
vasitələrindən istifadə edə bilər. 
272.5.  İşdə  iştirak  edən  şəxslər və  nümayəndələr  protokolun  hər  hansı  hissəsinin  elan 
edilməsinə, iş  üçün  əhəmiyyətli  hesab  etdikləri  hallar  barədə  məlumatların  protokolda  qeyd 
edilməsinə dair vəsatətlər verə bilərlər. 
272.6.  Hərəkət və  ya  mülahizələr  mübahisəyə  aid  olmadıqda  məhkəmə  onları  protokola 
qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı mübahisələndirilə 
bilməz, o, protokola qeyd edilməlidir. 
272.7.  Protokol  məhkəmə  iclası  qurtardıqdan  sonra  10  gündən  gec  olmayaraq,  ayrıca 
prosessual  hərəkətlər  barədə  protokol  isə  onun  edildiyindən  sonrakı  gündən  gec  olmayaraq 
tərtib edilməli və imzalanmalıdır, 
272.8.  Protokol  hakim  tərəfindən tərtib  edildiyi  halda  onun  tərəfindən,  katib  tərəfindən 
tərtib  edildikdə  isə  hakim  və  ya  işə  kollegial  baxıldığı  halda  sədrlik  edən və  katib  tərəfindən 

imzalanmalıdır.  Protokolda  dəyişikliklər,  əlavələr və  düzəlişlər  əvvəlcədən  razılaşdırılmalı  və 
onların imzaları ilə təsdiq edilməlidir. 
M a d d  ə  2 7 3 .  Protokola_dair_qeydlər'>Protokola dair qeydlər 
İşdə  iştirak  edən  şəxslər və  nümayəndələr  protokolla  tanış  olmağa  haqlıdırlar  və  onun 
imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə 
protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 
M a d d  ə  2 7 4 .  Protokola dair qeydlərə baxılması 
274.1.  Protokola  dair  qeydlərə  onu  imzalamış  hakim  və  ya  iş  üzrə  sədrlik  edən  baxır, 
qeydlərlə  razılaşarsa,  onların  düzgünlüyünü  təsdiq  edir,  razılaşmadıqda  isə  onların  tamamilə 
və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. 
274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. 
274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər 
və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. 
F ə s i l   2 3  
ƏMR İCRAATI 
M a d d  ə  2 7 5 .  Məhkəmə əmri 
275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə 
baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 
275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və  bu akt icra sənədi 
hesab edilir. 
M a d d  ə  2 7 6 .  Məhkəmə əmri verilə bilən tələblərin əsasları 
276.1.  Kreditorun  tələbi  aşkardırsa  və  ya  həmin  tələb  borclunun  mübahisə  edilməyən 
vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 
276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 
276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 
276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; 
276.2.3.  tələb  ödənilməmiş,  aksept  olunmamış  və  ya  aksept  tarixi  qoyulmamış  veksellərə 
dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 
276.2.4.  tələb  alimentin  alınması,  o  cümlədən  atalığın  müəyyən  edilməsi  və  ya  üçüncü 
şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması 
haqqında verilmişdirsə; 
276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 
276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin 
alınması haqqında verilmişdirsə; 
276.2.7.  tələb  fiziki  şəxslərdən  vergilər və  dövlət məcburi  sığortası  üzrə  qalığın  alınması 
haqqında verilmişdirsə. 
276.2.8.  tələb məişətdə  istehlak  edilmiş  təbii  qaz,  su,  elektrik  və  ya  istilik 
enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə. 
124 

M a d d  ə  2 7 7 .  Ərizənin verilməsi 
277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4‐cü fəslində müəyyən edilmiş ümumi  
aidiyyət qaydalarına əsasən verilir.  
277.2.  Məhkəmə  əmri  haqqında  ərizənin  verilməsi  üçün  on  manat  məbləğində  dövlət  
rüsumu ödənilir. 
125  
M a d d  ə  2 7 8 .  Ərizənin forması və məzmunu 
278.1. Məhkəməyə ərizə yazılı formada verilir.  
278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:  
278.2.1. ərizənin verildiyi məhkəmənin adı;  
278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu  
yer;  
278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və 
ya olduğu yer;  
278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;  
278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;  
278.2.6. əlavə edilən sənədlərin siyahısı.  
278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən  
verilən  ərizəyə  onun  səlahiyyətlərini  təsdiq  edən sənəd və  kreditorun  əsaslandığı sənədlər  
əlavə edilməlidir.  
M a d d  ə  2 7 9 .  Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi 
279.1.  Məhkəmə, məhkəmə  əmrinin  verilməsi  haqqında  ərizənin  qəbul  olunmasından  bu  
Məcəllənin 153‐cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.  
279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:  
279.2.1. verilmiş tələb bu Məcəllənin 276‐cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;  
279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;  
279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.  
279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul  
edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.  
279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması  
kreditorun  həmin  tələb  üzrə  iddia  icraatı  qaydasında  iddia  verməsinə  mane  olmur.  Bu  halda  
kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.  
M a d d  ə  2 8 0 .  Məhkəmə əmrinin çıxarılması qaydası 
Məhkəmə  əmri  irəli  sürülmüş  tələb məhkəməyə  daxil  olan  gündən  3  gün  ərzində, 
məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 
M a d d  ə  2 8 1 .  Məhkəmə əmrinin məzmunu 
281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:  
281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:  
281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;  

281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş 
yeri; 
281.1.4. tələbin ödənilməsinin hüquqi əsası; 
281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak; 
281.1.6.  dəbbə  pulunun  məbləği,  əgər  onun  alınması  qanunla  və  ya  müqavilə  ilə  nəzərdə 
tutulmuşdursa; 
281.1.7.  borcludan  kreditorun  xeyrinə  və  ya  dövlət  büdcəsinə  tutulmalı  olan  dövlət 
rüsumunun məbləği. 
281.2.  Yetkinlik  yaşına  çatmayan  uşaqlar  üçün  aliment  alınması  haqqında  məhkəmə 
əmrində  bu  Məcəllənin  281.1.1‐‐281.1.5‐ci  maddələrində  nəzərdə  tutulmuş  məlumatlarla 
yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən 
edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği 
və onların tutulma müddəti göstərilir. 
281.3.  Məhkəmə  əmri  hakim  tərəfindən  imzalanır  və  3  gün  müddətində  onun  surəti 
təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. 
M a d d  ə  2 8 2 .  Etiraz 
Borclu  məhkəmə  əmrini  aldığı  gündən  10  gün  müddətində  verilmiş  tələbə  və  ya  onun 
hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 
M a d d  ə  2 8 3 .  İddia icraatına keçid 
Borclunun  etirazı  prosessual  baxımdan  iddia  ərizəsinə  bərabər  tutulur.  Əgər  o,  vaxtında 
verilmişdirsə,  hakim  əmri  ləğv  edir  və  materiallar  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  ümumi 
müddəalara uyğun olaraq iddia icraatına keçir. 
M a d d  ə  2 8 4 .  Məhkəmə əmrinin icra edilməsi 
284.1.  Məhkəmə  əmri  qətnamə  qüvvəsinə  malikdir.  Məhkəmə  əmrindən  şikayət  verilə 
bilməz. 
284.2.  Əgər  müəyyən  edilmiş  müddətdə  məhkəməyə  borclunun  etirazı  daxil  olmazsa, 
hakim  kreditora  dərhal məhkəmənin  möhürü  ilə  təsdiq  edilmiş  icrası  məcburi  olan  məhkəmə 
əmrinin surətini verir. 
İKİNCİ YARIMBÖLMƏ 
ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT  
(XÜSUSİ İDDİA İCRAATI)  
F ə s i l   2 4  
ÜMUMİ MÜDDƏALAR 
M a d d  ə  2 8 5 .   Məhkəmə  tərəfindən  baxılan  ümumi  hüquqi  münasibətlərdən  əmələ 
gələn işlər 
285.0.  Bu  fəsildə  göstərilən  qaydada  məhkəmə  xüsusi  iddia  icraatı  qaydasında  aşağıdakı 
işlərə baxır: 

285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə; 
126 
285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq 
pozuntuları barədə qərarlarına dair ərizələr üzrə; 
285.0.3.  müvafiq  icra  hakimiyyəti  və  yerli  özünüidarə  orqanlarının,  sair  orqan  və 
təşkilatların,  onların  vəzifəli  şəxslərinin  qərarlarından  və  hərəkətlərindən  (hərəkətsizliyindən) 
olan ərizələr üzrə; 
285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən 
(hərəkətsizliyindən) olan ərizələr üzrə; 
285.0.5.  normativ  xarakterli  aktların  qanuniliyinin  mübahisə  edilməsi  barədə  ərizələr 
üzrə.
127 
M a d d  ə  2 8 6 .  Ərizənin verilməsi 
286.1.  Ərizə  bu  Məcəllənin  4‐cü  fəsli  ilə  müəyyən  edilmiş  ümumi  aidiyyət  qaydalarına 
əsasən verilir. 
286.2. Məhkəməyə ərizənin təqdim  edilməsi, məhkəmə tərəfindən onun  qəbul edilməsi və 
mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi 
şərt deyildir. 
286.3.  Ərizənin  verilmə  müddətinin  buraxılması,  tənbehin  edilmə  müddətinin,  habelə 
qərarın  icra  müddətinin  ötməsi  ərizənin  məhkəmə  baxışına  qəbul  edilməsindən  imtina  üçün 
əsas deyildir. 
286.4. Müddətlər,  işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin  məzmunundan asılı 
olmayaraq, məhkəmə tərəfindən yoxlanılır. 
286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150‐ci 
maddələri  ilə  nəzərdə  tutulmuş  tələblərə  cavab  verməlidir.  Ərizədə  əmlak  tələbləri,  şikayət 
olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər. 
M a d d  ə  2 8 7 .  Sübutetmə vəzifəsi 
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və 
qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul 
etmiş orqanın üzərinə düşür. 
M a d d  ə  2 8 8 .  İşlərə baxılması və həll edilməsi qaydası 
Məhkəmə  tərəfindən  ümumi  hüquq  münasibətlərindən  əmələ  gələn işlər  bu  Məcəllənin 
24—29‐cu  fəsilləri  və  digər  qanunlarla  müəyyən  edilmiş  xüsusiyyətlər nəzərə  alınmaqla, 
ümumi iddia icraatı qaydasında baxılır və həll edilir. 
M a d d  ə  2 8 9 .  Şikayət etmə qaydası 
Bu  Məcəllənin  24‐29‐cu  fəsillərinə  müvafiq  olaraq  qəbul  edilmiş  məhkəmə  aktlarından 
(qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir. 
F ə s i l   2 5  

Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin