AZƏrbaycan respublikasinin müLKİ prosessual məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix04.12.2016
ölçüsü5,67 Kb.
#787
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

169 
347.3.  Əcnəbi  və  vətəndaşlığı  olmayan  şəxs  olan  uşağın  Azərbaycan  Respublikasının 
vətəndaşları tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6‐
cı  maddələrində  göstərilən sənədlər,  habelə  uşağın  qanuni  nümayəndəsinin  və  vətəndaşı 
olduğu  (daimi  yaşadığı)  dövlətin  səlahiyyətli  orqanının  razılığı və  göstərilən  dövlətin 
qanunvericiliyinə  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqaviləyə 
əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunur.
170 
347.4.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  övladlığa  götürən  əcnəbilər və  ya  vətəndaşlığı  olmayan 
şəxslərin  sənədləri  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmalıdır.  Leqallaşdırıldıqdan  sonra 
onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.
171 
M a d d  ə  3 4 8 .  İşin məhkəmədə baxılmağa hazırlanması 
348.1.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşağın  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan  şəxslər tərəfindən  övladlığa  götürülməsi  halı  istisna  olmaqla,  işi məhkəmədə 
baxılmağa  hazırlayarkən  hakim  ərizəni  ona  əlavə  edilmiş  sənədlərlə  birlikdə  övladlığa 
götürmənin  əsaslığı və  övladlığa  götürülən uşağın  mənafeyinə  uyğunluğu  haqqında 
məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə 
qəyyumluq  və  himayəçilik  orqanına  göndərilməsi  haqqında  qərardad  çıxarır.  Həmin 
qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır.
172 
348.2. Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar 
əlavə olunmalıdır: 
348.2.1.  övladlığa  götürülən uşağın  yaşayış  yeri  (olduğu  yer)  üzrə  və  ya  övladlığa 
götürənlərin  (götürənin)  yaşayış  yeri  üzrə  qəyyumluq  və  himayəçilik  orqanının  tərtib  etdiyi 
övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı; 
348.2.2.  övladlığa  götürülən uşağın  səhhətinin  vəziyyəti,  fiziki  və  əqli  inkişafı  haqqında 
tibbi rəy; 
348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi; 

348.2.4.  on  yaşına  çatmış  övladlığa  götürülən uşağın  övladlığa  götürülməsinə,  eləcə  də 
onun adının, soyadının və atasının  adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin 
(götürənin)  onun  valideynləri  kimi  yazılmasına  razılığı  (qanuna  əsasən  belə  razılıq  tələb 
olunmayan hallar istisna olmaqla); 
348.2.5.  uşağın  övladlığa  götürülməsinə  onun  valideynlərinin  razılığı  olmadan  yol  verən 
qanunda  göstərilən  hallardan  başqa,  uşağın  valideynlərinin  onun  övladlığa  götürülməsinə 
notariat qaydasında təsdiq edilmiş razılığı;
173 
348.2.6.  uşağın  qəyyumunun  (himayəçisinin),  ögey  valideynlərinin  və  ya  valideynlərinin 
himayəsindən
məhrum  olmuş  uşağın  qaldığı  müəssisə  rəhbərinin  onun  övladlığa 
götürülməsinə razılığı; 
348.2.7.  uşaq  onun  qohumları  olmayan,  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənarda  daimi  yaşayan  Azərbaycan  Respublikasının  vətəndaşları,  tərəfindən  övladlığa 
götürüldükdə,  övladlığa  götürülənin  mərkəzləşdirilmiş  qeydiyyatda  olmasına,  habelə 
vətəndaşlığından  və  yaşayış  yerindən  asılı  olmayaraq,  uşağın  öz  qohumları  tərəfindən 
övladlığa götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənəd.
174 
348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər. 
348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin 
qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir. 
348.5.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti 
orqanından  razılığa  əsas  olmuş  qəyyumluq  və  himayəçilik  orqanı  tərəfindən  verilmiş 
vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, 
nənələri,  babaları,  valideynlərinin  bacıları,  qardaşları,  onların  övladları)  tərəfindən  övladlığa 
götürülməsinin  qeyri‐mümkünlüyünü  təsdiq  edən sənədləri  və  övladlığa  götürmənin  uşağın 
mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını 
və  övladlığa  götürənin  vətəndaşı  olduğu  (daimi  yaşadığı)  dövlətin  səlahiyyətli  orqanının 
təqdim etdiyi müvafiq sənədləri tələb edir.
175 
M a d d  ə  3 4 9 .  Ərizəyə baxılması 
İşə  qapalı  məhkəmə  iclasında,  övladlığa  götürənlərin  (götürənin),  qəyyumluq  və 
himayəçilik  orqanı  nümayəndəsinin,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq 
əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  övladlığa  götürüldükdə  müvafiq  icra 
hakimiyyəti  orqanı  nümayəndəsinin  mütləq,  zəruri  hallarda  isə  digər  maraqlı  şəxslərin  və  on 
yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.
176 
M a d d  ə  3 5 0 .  Ərizə üzrə məhkəmənin qərarı 
350.1.  Məhkəmə  ərizəyə  baxaraq,  uşağın  övladlığa  götürülməsi  haqqında  övladlığa 
götürənlərin  (götürənin)  xahişinin  təmin  və  ya  rədd  edilməsi  haqqında  qərar  qəbul  edir. 
Övladlığa  götürmə  haqqında  xahişi təmin  edərkən məhkəmə  uşağı  konkret  şəxslər (şəxs) 
tərəfindən  övladlığa  götürülmüş  hesab  edir  və  qətnamədə  övladlığa  götürmənin  vətəndaşlıq 
vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  aparan  orqanlarda  qeyd  edilməsi  üçün  zəruri  olan 
övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.
177 
350.2.  Məhkəmə  övladlığa  götürənlərin  (götürənin)  uşağın  doğulması  haqqında  akt 
qeydində  valideynlər  (valideyn)  kimi  yazılmasına,  eləcə  də  uşağın  doğulduğu  tarix  və  yerin 
dəyişdirilməsinə  dair  onların  xahişlərini  rədd  edərək,  uşağı  övladlığa  götürmələri  haqqında 
xahişlərini təmin edə bilər. 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə 
tutulmamışdırsa,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqlar  əcnəbilər və  ya 
vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  övladlığa  götürüldüyü  zaman  övladlığa  götürmədən 
sonra  əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən uşağın  saxlanması,  tərbiyəsi  və 
təhsili  şəraiti  barədə  məlumatların  mütəmadi  olaraq  övladlığa  götürənin  vətəndaşı  olduğu 
(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın 
övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.
178 
350.3.  Xahiş  təmin  edildikdə,  övladlığa  götürənlərin  (götürənin)  və  övladlığa  götürülən 
uşağın  qarşılıqlı  hüquq  və  vəzifələri  uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmə 
qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur. 
350.4.  Uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə 
mindikdən  sonra  3  gün  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  uşağın  övladlığa 
götürülməsinin  dövlət  qeydiyyatı  üçün  qətnamənin  çıxarıldığı  yer  üzrəvətəndaşlıq  vəziyyəti 
aktlarının  dövlət  qeydiyyatını  aparan 
orqana,  övladlığa  götürülən uşaqların  uçotu  üçün 
uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir.
179 
M a d d  ə  3 5 1 .  Övladlığa götürülmənin ləğv edilməsi 
Uşağın  övladlığa  götürülməsinin  ləğv  edilməsi  haqqında  işlərin  baxılması  və  həlli  iddia 
icraatı qaydasında həyata keçirilir. 
Fəsil 40
180 
ŞƏXSIN NARKOLOJI‐TIBB MÜƏSSISƏSINƏ MƏCBURI YERLƏŞDIRILMƏSI 
BARƏDƏ IŞLƏR ÜZRƏ ICRAAT 
Maddə 352. Ərizənin verilməsi 
352.1. Öz davranış və  hərəkətləri nəticəsində  dəfələrlə yaxın qohumlarına  maddi 
və  mənəvi  zərər  yetirmiş, uşaqların  tərbiyəsinə  mənfi  təsir  göstərmiş,  onların 
hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina 
etmiş  narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi 
yerləşdirilməsi  barədə  ərizə  ailə  üzvləri,  qəyyum  və  ya  himayəçi  tərəfindən  şəxsin 
yaşadığı  yer  üzrə  və  ya  narkoloji‐tibb  müəssisəsinin  yerləşdiyi  yer  üzrə  məhkəməyə 
təqdim olunur. 
352.2.  Ərizədə  şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi  yerləşdirilməsinə  aid 
qanunla  nəzərdə  tutulmuş  əsaslar  göstərilməlidir  və  ərizəyə  narkoloji‐tibb 
müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir. 
Maddə 353. Ərizə üzrə məhkəmənin qətnaməsi 
353.1. İşə  mahiyyəti  üzrə  baxan  hakim  ərizənin  rədd  edilməsi  və  yaxud  təmin 
edilməsi barədə qətnamə qəbul edir. 
353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji‐tibb müəssisəsinə 
məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. 

Maddə  354.  Narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicədə  olan  şəxsin 
məcburi müalicədən vaxtından əvvəl azad edilməsi 
Narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicədə  olan  şəxsin  qanunla  nəzərdə 
tutulmuş hallarda narkoloji‐tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin 
müəssisənin  müdiriyyətinin  təqdimatı  və  tibbi  rəyi  nəzərə  alınmaqla  müəssisənin 
yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. 
Maddə  355.  Şəxsin  narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicə  müddətinin 
uzadılması 
Şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi  yerləşdirilməsi  müddətinin  uzadılması 
narkoloji‐tibb  müəssisəsinin  müdiriyyətinin  təqdimatı  və  tibbi  rəyi  nəzərə  alınmaqla 
müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. 
ÜÇÜNCÜ BÖLMƏ 
MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI  
F ə s i l   4 1  
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT 
M a d d  ə  3 5 7 .  Apellyasiya_qaydasında_işə_baxan_məhkəmələr_181'>Apellyasiya şikayəti vermək hüququ 
357.1.  Azərbaycan  Respublikasının  birinci  instansiya  məhkəmələri  tərəfindən qəbul 
olunmuş  qanuni  qüvvəyə  minməmiş  qətnamə  və  qərardadlardan,  həmin  Məcəllədə  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  tərəflər,  üçüncü  şəxslər,  xüsusi  icraat  işlərində  ərizəçilər və 
maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 
357.2.  Həmin  hüquqa,  işdə  iştirak  etməyə  cəlb  edilməyən,  lakin  qəbul  edilən qətnamə 
onların  hüquq  və  vəzifələrinə  toxunan  hallarda  digər  şəxslər də  malikdir.  Prokuror  bu 
Məcəllənin 50‐ci və 306‐cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya 
ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 
357.3.  Prokurorun  protesti  iştirak  etdiyi  iş  üzrə  onun  tərəfindən  apellyasiya  instansiyası 
məhkəməsinə  verilən  şikayətdir  və  öz  hüquqi  mahiyyətinə,  hüquqi  nəticələrinə  görə 
apellyasiya şikayətinə bərabər tutulur. 
Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr
181 
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı 
məhkəmələrə şikayət verilə bilər: 
358.0.1.  rayon  (şəhər)  məhkəmələrinin  qətnamələrindən  ‐ yurisdiksiya  üzrə  apellyasiya 
məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına; 
358.0.2.  yerli  iqtisad  məhkəmələrinin  qətnamələrindən  ‐ yurisdiksiya  üzrə  apellyasiya 
məhkəmələrinin  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  kollegiyalarına  və  ya  Naxçıvan  Muxtar 
Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasına; 

358.0.3.  Naxçıvan  Muxtar  Respublikası  rayon  (şəhər)  məhkəmələrinin  qətnamələrindən  ‐
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasına. 
182
M a d d  ə  3 5 9 .  Apellyasiya şikayətinin (apellyasiyanın) mümkünlüyü 
Apellyasiya  şikayəti  (apellyasiya)  birinci  instansiya  məhkəməsinin  qanuni  qüvvəyə 
minməmiş  bütün  qətnamələrindən,  iddia  məbləği  şərti  maliyyə  vahidinin  100  mislindən  çox 
olmayan  və  qanunda  xüsusi  olaraq  göstərilmiş  mübahisələr  üzrə  qəbul  edilmiş  qətnamələr 
istisna olmaqla, verilə bilər. 
M a d d  ə  3 6 0 .  Apellyasiya şikayətinin verilmə müddəti 
Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində 
verilə bilər. 
183 
M a d d  ə  3 6 1 .  Apellyasiya şikayətinin məzmunu 
361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 
361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 
361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer 
və işdə prosessual vəziyyəti; 
361.1.3.  barəsində  şikayət  verilən qətnamə,  onun  qəbul  edilmə  tarixi,  nəticə  hissəsi, 
qətnaməni qəbul edən məhkəmənin adı; 
361.1.4.  şikayəti  verən  şəxsin  tələbi  və  qanunlara,  digər  normativ  aktlara  və  işin 
materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 
184 
361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 
361.2.  Apellyasiya  şikayəti,  şikayəti  vermiş  şəxs,  onun  qanuni  nümayəndəsi  və  ya 
nümayəndəsi  tərəfindən  imzalanır.  Qanuni  nümayəndə  və  ya  nümayəndə  tərəfindən  verilən 
apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə 
və ya digər sənəd əlavə edilməlidir. 
361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 
361.4.  Apellyasiya  şikayətini  verən  şəxsin  birinci  instansiya  məhkəməsinə  təqdim 
edilməyən  yeni  sübutlara  istinad  etməsinə  yalnız  o  hallarda  yol  verilir  ki,  o  şikayətdə  həmin 
sübutların  birinci  instansiya  məhkəməsinə  təqdim  edilməsinin  qeyri‐mümkün  olduğunu 
əsaslandırsın. 
361.5.  Dərhal  icra  edilməli  olan  qətnamələrdən  verilən  şikayətə  qətnamənin  icra 
olunduğunu təsdiq edən sənədlər əlavə olunur. 
185 
M a d d  ə  3 6 2 .  Apellyasiya şikayətinin verilməsi 
Apellyasiya  şikayəti  və  ona  əlavə  olunan  yazılı  sənədlər işdə  iştirak  edən  şəxslərin  sayına 
görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 
M a d d  ə  3 6 3 .  Apellyasiya şikayətinin qaytarılması 
363.1.  Apellyasiya  şikayəti  birinci  instansiya  məhkəməsi  tərəfindən aşağıdakı  hallarda 
qaytarılır: 
363.1.1.  apellyasiya  şikayəti  imzalanmamışdırsa  və  ya  onu  imzalamağa  hüququ  olmayan 
şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; 

363.1.2.  apellyasiya  şikayətinə  müəyyən  edilmiş  qaydada  və  məbləğdə  dövlət  rüsumunun 
ödənilməsini  təsdiq  edən sənədlər  əlavə  olunmamışdırsa,  qanunla  dövlət  rüsumunun 
ödənilməsinə  möhlət  verilməsi,  hissə‐hissə  ödənilməsi  və  ya  onun  məbləğinin  azaldılması 
imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 
363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 
363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən 
şəxslərə  göndərilənədək  şikayəti  verən  şəxsin  onun  geri  qaytarılması  haqqında  ərizəsi  daxil 
olmuşdursa. 
363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 
363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 
363.4.  Bu  Məcəllənin  363.1.1  və  363.1.2‐ci  maddələrində  göstərilmiş  hallar  aradan 
qaldırıldıqdan  sonra  şikayəti  vermiş  şəxs  yenidən məhkəməyə  ümumi  qaydada  apellyasiya 
şikayəti ilə müraciət edə bilər. 
M a d d  ə 
3 6 4 .   Apellyasiya
 şikayətini  aldıqdan  sonra  birinci 
instansiya 
məhkəməsinin hərəkətləri 
Birinci  instansiya  məhkəməsi  apellyasiya  şikayətinin  bu  Məcəllənin  361‐ci  maddəsinin 
tələblərinə  uyğunluğunu  yoxlayır.  Bu  Məcəllənin  361‐ci  maddəsinin  tələblərinə  cavab  verən 
apellyasiya  şikayəti  ona  əlavə  olunmuş  sənədlərlə  və  işlə  birlikdə  apellyasiya  şikayətinin 
verilmə  müddəti  bitdikdən  sonra  7  gün  müddətində  apellyasiya  instansiyası  məhkəməsinə 
göndərilir. 
186 
M a d d  ə  3 6 5 .  Ümumi şərtlər 
Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. 
M a d d  ə  3 6 6 .  Apellyasiya mümkünlüyünün yoxlanılması 
366.1.  Apellyasiya  instansiyası  məhkəməsi  iş  məhkəməyə  daxil  olduqdan  sonra  15  gün 
müddətində  apellyasiyanın  mümkünlüyünü  yoxlayır.  Buraya  işə  apellyasiya  qaydasında 
baxılmaq üçün prosessual əsasların olması daxildir.
187 
366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab 
edilə bilər. 
366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 
366.4.  Apellyasiyanın  qeyri‐mümkün  hesab  edilməsi  barədə  qərardaddan  kassasiya 
instansiyasına şikayət verilə bilər. 
M a d d  ə 
3 6 7 .   Apellyasiya  şikayətinin  rəsmi  qaydada  verilməsi,  apellyasiya 
şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi 
188 
367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini 
və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. 
189 
367.2.  İşdə  iştirak  edən  şəxslər  apellyasiya  şikayətinin  surəti  onlara  rəsmi  qaydada 
verildikdən  sonra  20  gün  müddətində  ona  qarşı  öz  etiraz  və  ya  izahatlarını  məhkəməyə 
göndərməyə haqlıdırlar.
190 

367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi 
tərəfindən  imzalanır.  Qanuni nümayəndə  və  ya  nümayəndə  tərəfindən  imzalanmış  etiraza  və 
ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir. 
367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin 
səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər. 
M a d d  ə 
3 6 8 .   İşin  baxılmağa təyin  olunması.  İşə  apellyasiya  instansiyası 
məhkəməsində baxılmanın müddətləri
191 
368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir. 
368.2.  Apellyasiya  instansiyası  məhkəməsi  təyin  olunmuş  vaxtda  işə  baxılmasını  təmin 
etmək üçün zəruri hazırlıq işləri görür. 
368.3.  Qanunda  başqa  müddət  müəyyən  edilməyibsə,  apellyasiya  instansiyası 
məhkəməsində  işə  onun  məhkəməyə  daxil  olduğu  gündən  3  ay  müddətində  baxılmalı  və 
müvafiq məhkəmə aktı qəbul edilməlidir. 
192 
M a d d  ə  3 6 9 .  Apellyasiya şikayətindən imtina edilməsi 
369.1.  İşdə  iştirak  edən  şəxsin  apellyasiya  şikayətindən  imtina  etməsi  birinci  instansiya 
məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 
369.2.  Apellyasiya  şikayəti  verən  şəxs  apellyasiya  instansiyası  məhkəməsində  qətnamə 
qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 
369.3.  Məhkəmə  bu  Məcəllənin  191‐ci  maddəsində  nəzərdə  tutulan  əsaslar  olduqda 
şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 
369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu 
qərardadla  apellyasiya  şikayətindən  imtina  etmiş  şəxslərə  münasibətdə  apellyasiya  icraatına 
xitam verir. 
M a d d  ə  3 7 0 .  İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 
370.1.  Apellyasiya  şikayəti  qəbul  olunduqdan  sonra  iddiaçının  iddiadan  imtina  etməsi  və 
tərəflərin  barışıq  sazişi  bağlaması  apellyasiya  instansiyası  məhkəməsinə  ünvanlanmış  yazılı 
ərizələrdə ifadə olunmalıdır. 
370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib‐edilməməsinin, tərəflərin 
barışıq  sazişinin  təsdiq  edilib‐edilməməsinin  nəticələri  bu  Məcəllənin  191‐ci  maddəsinin 
qaydaları ilə müəyyən olunur. 
Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi 
Yeni  sübutlar  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  o  halda  qəbul  edilir  ki,  işdə 
iştirak  edən  şəxslər həmin  sübutların  birinci  instansiya  məhkəməsində  təqdim  edilməsinin 
onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 
193 
M a d d  ə  3 7 2 .  Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 
372.1.  Apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə, işdə  olan  və 
əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 
372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların 
birinci  instansiya  məhkəməsində  təqdim  edilməsinin  ondan  asılı  olmayan  səbəblərə  görə 
mümkün olmadığını əsaslandırsın. 

372.3.  Tərəflər  ilkin  olaraq  birinci  instansiya  məhkəməsinin  baxışına  təqdim  etdikləri 
iddialarının hüquqi əsasını dəyişə bilərlər. 
372.4.  Apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  birinci  instansiyada  işə  baxılmanın 
predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 
372.5.  Tərəflər  apellyasiya  instansiyasının  baxışına  yeni  tələbləri  yalnız  o  hallarda  təqdim 
edə  bilərlər  ki,  bunlar  qarşılıqlı  tələbin  ödənilməsinə,  əks  tərəfin  tələbinin  rədd  edilməsinə, 
üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın  aşkar  olunmasına və ya  fakt haqqında məlumatın 
verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun. 
372.6.  Apellyasiya  instansiyası  məhkəməsi  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin 
əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv 
edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə 
əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 
372.7.  Apellyasiya  instansiyası  məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq, 
məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 
M a d d  ə  3 7 3 .  İşə baxılması 
Sədrlik  edən məhkəmə  iclasını  açır  və  hansı  işə,  kimin  şikayəti  ilə  və  hansı  məhkəmənin 
qətnaməsinə  baxıldığını  elan  edir,  işdə  iştirak  edən  şəxslərdən və  nümayəndələrdən  kimin 
gəldiyini  aydınlaşdırır  və  gəlmiş  şəxslərin  şəxsiyyətini  müəyyən  edir,  həmçinin  vəzifəli 
şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır. 
M a d d  ə  3 7 4 .  Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi 
Sədrlik  edən məhkəmə  tərkibini  elan  edir  və  işdə  iştirak  edən  şəxslərə  etiraz  etmə 
hüququnu  izah  edir.  Etiraz  üçün  əsaslar,  edilmiş  etirazın  həlli  qaydası  və  etirazların  təmin 
edilməsinin nəticələri bu Məcəllənin 19‐23‐cü maddələri və bu fəsillə müəyyən olunur. 
M a d d  ə  3 7 5 .  İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi 
Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir. 
M a d d  ə  3 7 6 .  İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməlirinin nəticələri 
376.1. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak 
edən  şəxslərdən hər  hansı  biri  məhkəmə  iclasına  gəlmədikdə  məhkəmə  işə  baxılmasını  təxirə 
salır. 
376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə 
qeyd olunan şəxslərin  gəlməməsi işə baxılmasına mane olmur. Lakin  işdə iştirak  edən şəxslər 
üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 
376.3.  İşə  qiyabi  baxılması  və  həllinin  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydaları 
apellyasiya icraatına da şamil edilir. 
M a d d  ə  3 7 7 .   İşdə  iştirak  edən  şəxslərin  müraciətlərinin  məhkəmə  tərəfindən həll 
Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin