MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR
M a d d ə 1 7 . Məhkəmənin tərkibi
17.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsinin qanunla müəyyən
olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər.
17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial
tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə
sədrlik edir.
17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.
M a d d ə 1 8 . Məhkəmələrdə kollegial tərkibdə məsələlərin həll edilmə qaydası
18.1. Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün
məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən
hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir.
18.2. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə
borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin, məhkəmə
iclasında elan edilmir.
18.3. Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa
çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur.
M a d d ə 1 9 . Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz
etmək üçün əsaslar
8
19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
19.1.1. o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim
vəzifəsinə təyin edilməmişsə;
19.1.2. o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün
nəzərdə tutulmuş hakim deyildirsə;
19.1.3. o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya
instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert,
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin
qohumudursa və ya qohumu olmuşsa;
9
19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun
obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
19.3. Bir‐biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol
verilmir.
10
Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər‐
arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və
bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə
tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar
və bacılar, ər‐arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.
M a d d ə 2 0 . Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz
etmək üçün əsaslar
20.1. Etiraz etmək üçün bu Məcəllənin 19‐cu maddəsində göstərilən əsaslar eyni ilə
ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.
20.2. Ekspert və ya mütəxəssis, bunlardan başqa aşağıdakı hallarda da işə baxılmasında
iştirak edə bilməz:
20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə
görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa;
20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu
materiallardan həmin işin baxılmasında istifadə edilirsə;
20.2.3. onun səlahiyyəti olmadığı müəyyən edilərsə.
20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin, həmin işə əvvəllər
baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində
iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir.
M a d d ə 2 1 . Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr
21.1. Bu Məcəllənin 19 və 20‐ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert,
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludur. İşdə
iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.
21.2. Etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə
mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü
özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə
işə baxılmağa başlanandan sonra məlum olsun.
21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına
dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.
21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz
üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.
21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri
uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş yüz on manatadək cərimə
edilə bilər.
11
21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə
eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz
verilə bilməz.
12
M a d d ə 2 2 . Edilmiş etirazın həll edilmə qaydası
22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan
şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir.
22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll
edilir.
22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz
edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə
verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və
kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz
apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.
22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında
məsələ işə baxan hakim və məhkəmə tərəfindən həll edilir.
22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud
təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilir.
13
22.6. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı
çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.
M a d d ə 2 3 . Etirazın və ya özü özünə etirazın təmin edilməsinin nəticələri
23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü özünə etiraz
təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır.
23.2. Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin
hakiminə edilmiş etiraz və ya özü özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya
instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.
14
23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü
özünə etiraz təmin olunduqda iş həmin məhkəmədə başqa tərkibə verilir.
23.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində birinci instansiya qaydasında
işlər üzrə hakimə etiraz və ya özü özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz
edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır.
15
F ə s i l 3
MƏHKƏMƏ AİDDİYYƏTİ
16
M a d d ə 2 4 . Mübahisələrin_ümumi_məhkəmələrə_aidiyyəti'>Mübahisələrin məhkəməyə aidiyyəti
24.1. Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara
müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə,
pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir.
24.2. Mübahisənin ümumi məhkəməyə və ya iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak
edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin
xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
M a d d ə 2 5 . Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti
25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri,
təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər
münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və
onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq
fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi
məhkəmələr baxır.
25.2. Ümumi məhkəmələr bu Məcəllənin 24—29‐cu fəsillərində göstərilən xüsusi iddia
icraatı işlərinə baxırlar.
25.3. Ümumi məhkəmələr bu Məcəllənin 305‐ci maddəsində göstərilən xüsusi icraat işlərinə
baxırlar.
25.4. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də
baxırlar.
M a d d ə 2 6 . Mübahisələrin İqtisad Məhkəməsinə aidiyyəti
26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş
qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq
münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında İqtisad
Məhkəməsinə aiddir.
17
26.2. İqtisad Məhkəməsində baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1‐ci
maddəsində göstərilən subyektlər arasındakı aşağıdakı mübahisələr aiddir:
26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı
ilə ixtilafın İqtisad Məhkəməsinin həllinə verilməsi barədə mübahisələr;
26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədə mübahisələr;
26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sənədin
icra olunmasının təsdiqi barədə mübahisələr;
26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə
tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata
keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr;
26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər
normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul
vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr;
26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr;
26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə
mübahisələr;
26.2.8. vergi ödəmələri barədə mübahisələr.
26.3. İqtisad məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa
bilər.
M a d d ə 2 7 . Mübahisələrin beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə aidiyyəti
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair İqtisad Məhkəməsi Azərbaycan
Respublikasının fiziki və hüquqi şəxsləri, həmçinin, xarici hüquqi şəxslərin, xarici investisiyalı
hüquqi şəxslərin, beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata keçirən
əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ona aid olan mübahisələrə baxır.
18
M a d d ə 2 8 . Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin
iştirak etdiyi işlərin aidiyyəti
Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri
işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər
hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.
M a d d ə 2 9 . Mübahisənin münsiflər məhkəməsinə verilməsi
Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə
nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin
həllinə verilə bilər.
M a d d ə 3 0 . Bir‐biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti
Bir‐biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi
məhkəməyə, digərləri isə İqtisad Məhkəməsinə aiddirsə, tələblərə ümumi məhkəmədə
baxılmalıdır.
M a d d ə 3 1 . Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi
31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş,
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
M a d d ə 3 2 . Aidiyyət məsələlərindən şikayət verilməsi
32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin
dəyişdirilməsi barədə ərizə verə bilər.
19
32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu
barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.
32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.
32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya
aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.
20
32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim
olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21‐ci fəsli ilə
müəyyən edilmiş qaydada şikayət verə bilərlər.
21
32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət
verilmə müddəti başa çatdıqdan sonra göndərilir.
32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən
baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə
yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası
məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
22
F ə s i l 4
ƏRAZİ AİDİYYƏTİ
23
M a d d ə 3 3 . Ərazi aidiyyəti anlayışı
Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr
arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur.
M a d d ə 3 4 . Mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr
24
Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad
məhkəmələri, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi
tərəfindən baxılır. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında işlərə isə
birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri və ya apellyasiya instansiyası məhkəmələri
tərəfindən baxılır.
25
M a d d ə 3 5 . İddianın cavabdehin olduğu yerə görə verilməsi
35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı
yerin məhkəməsinə verilir.
35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin
törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə
görə verilir.
35.3. Qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin
məhkəməsinə verilir.
M a d d ə 3 6 . İddiaçının seçməsinə görə aidiyyət
36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri
olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış
yerinə görə verilə bilər.
36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə
iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən
özünün yaşadığı yerə görə də verilə bilər.
36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması
haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
26
36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə
görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı
iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
36.6. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə
vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə
görə verilə bilər.
36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan
tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs
şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq
əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin
qaytarılması haqqında iddialar, həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.
36.8. İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli
şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar
iddiaçının yaşadığı yerə görə də verilə bilər.
27
36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə,
yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
36.10. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə
kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin
gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.
36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə
də verilə bilər.
36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin
ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının
olduğu yerə görə verilə bilər.
36.13. Bu Məcəllənin 39‐cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu
Məcəllənin 36.1‐36.12‐ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək
hüququ iddiaçıya məxsusdur.
28
M a d d ə 3 7 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin
aidiyyəti
Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin
tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi
əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.
M a d d ə 3 8 . Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin
aidiyyəti
Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin
ünvanının olduğu yerin məhkəməsində baxılır.
29
M a d d ə 3 9 . Müstəsna aidiyyəti
39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin,
qurğunun, torpaq sahəsinin başqasının qeyri‐qanuni sahibliyindən götürülməsi, mülkiyyət
hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin
hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq
sahəsinin olduğu yerə görə verilir.
39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları
tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və
yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.
39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük
daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.
M a d d ə 4 0 . Müqavilə aidiyyəti
40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər.
Saziş yazılı şəkildə ifadə olunmalıdır.
40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış
olsun.
40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1‐40.3‐
cü maddələrinin qaydaları tətbiq oluna bilməz.
30
M a d d ə 4 1 . Əmr icraatı qaydasında baxılan iddianın aidiyyəti
Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə
məhkəməyə verilir.
M a d d ə 4 2 . Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət
Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı
verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki
məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.
M a d d ə 4 3 . Biri biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti
43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət
mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə
çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir‐biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul
etmiş məhkəməyə göndərilməlidir.
Dostları ilə paylaş: |